Lənətli Qızcığaz (Bölüm 2)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 946
Səs ver:
(səs: 0)
Saat 20:12

Nuray: Salam Ruslan
Nuray: Bu gün yazasan deyə bütün gün gözlədim
Nuray: Hətda profil saatına tez - tez baxdım. Bloka atarsan, xəbərim olsun deyə. Ancaq bu saata qədər hec nə etmədin
Nuray: Hardasan?
Ruslan: Salam Nur
Ruslan: Bu gün o qədər işim oldu ki, ancaq vacib mesajlara cavab verib çıxdım
Ruslan: Necəsən bu gün?
Nuray: Yaxşıyam
Ruslan: Deyilsən məncə
Nuray: Yorğunam o qədər
Ruslan: Dərslərə görə?
Nuray: Yox yol yorub 2 saata evə gəlib çıxdım
Ruslan: Bu problemini həll etməlisən
Nuray: Həll etmək o qədərdə asand deyil. Həll ediləcəyinidə düşünmürəm
Ruslan: Pessemist olma
Ruslan: Başına gələnlər çox böyük bir seydi. Amma dünyanın sonu deyil... Sən bacarmalısan
Nuray: Psixoloğumda belə deyir... Sən bacaracaqsan
Nuray: Mən isə özüm özümə sual verirəmki bacaracam?
Nuray: Bacara bilməyəcəm deyəsən
Ruslan: Əzmini itirmə
Ruslan: Bir gün gələcək o gün mən bacardım deyəcəksən
Nuray: Boş ver Ruslan
Ruslan: Bu qədər pis olmağına dayana bilmirəm
Ruslan: Həyat eşqini geri gətirməlisən
Nuray: Ruslan sevdiyin rəngi mənə de
Ruslan: Söhbətdən qaçırsan
Nuray: Qaçmıram
Nuray: Sən sevdiyin rəngi de
Ruslan: Narıncı rəngdi
Ruslan: Bunun söhbətimizlə nə əlaqəsi var?
Nuray: Sevdiyin rəng belə ürək açıcı bir rəngdi. Mən isə göyqurşağıya daxil olmayan həmin o rəngəm... Qarayam
Ruslan: Qara bütünlükdə bir gecəyə aid olarkən, nəyə görə yağışdan sonra çıxan göyquraşağına aid olmaq istəsinki? Bunu hec düşündümü?
Nuray: Düşünmədim
Ruslan: Düşün :)
Nuray: Axşam yatanda düşünəcəm
Nuray: Hətda indi belə düşünə bilərəm
Nuray: Hələlik Ruslan


Saat 09:37 (Səhərsi gün)

Nuray: Düşündüm
Nuray: Və hec nə tapmadım
Ruslan: Yaxşı düşünməmisən demək
Nuray: Ağılıma hec nə gəlmədi
Ruslan: Yəni sual verib demək istədim ki, sən özünü qara hesab etsəndə gecə sənə aiddi. Sən gecəni sevməlisən. Hər zaman yağış yağmır... O yağışın ardından göyqurşağı çıxmır... Çıxdıqdan beş dəqiqə sonrada itir... Öz qaranlığından qorxma Nur
Nuray: Qorxmamağı yavaş - yavaş öyrənəcəm
Nuray: Mənə Nur deməsən sevinərəm :)
Ruslan: Nur :)
Nuray: Sevmirəm dedim
Ruslan: Mənimsə xoşuma gəldi
Ruslan: Nə edək indi?
Nuray: Demə məncə
Ruslan: Mən sənə Nur deyəcəm :)
Nuray: Off! Nə istəyirsən de
Nuray: Məndə sənə Rus deyəcəm onda
Ruslan: Şirinliyə bax))
Ruslan: Rus demə istəyirsən lap İngilis de
Nuray: Çox bilmiş çıxdın sən
Ruslan: Sənin qədər olmasada, bir az çox bilmişliyimiz var
Nuray: Mən çıxıram indi
Nuray: Axşam yazacam Rus
Ruslan: Gözləyəcəm Nur

Telefonu söndürüdükdən sonra Pərvizin mənə altdan - altdan baxdığını gördüm. Hec daha əvvəl məni görməmiş kimi baxırdı.

"Nəyə baxırsan?" dedim

"Üzünü belə kimin güldürdüyünü bilmək istəyirəm" dedi

Pərvizin deyişi ilə üzümün gülümsəyərək qaldığının fərqinə vardım. Əlimi üzümə yerləşdirib, gülüşümü anidən üzümdən sildim. Rus söhbətinə görə gülürdüm... Bunu Pərvizə hec demək istəmirdim

"Hec Pərviz bir qız var onla yazışırdım. Ona görə gülürdüm"

"Bu hansı qızdı?"

"Tanımarsan barda tanış olmuşduq"

"Həə o keçən səfərki qız olmasında, kim olur olsun. O qız demiş. Qırıb atdın onu?"

"Həə, az qalıb hec mesajlarına cavab vermirəm çox"

"Yaxşı edirsən. Elə qızdan sənə xeir gəlməz onsuz"

Məcburən gülümsəməyə çalışdım. Ona həqiqəti demək keçmədi içimdən... Məni ələ salmasını hec istəmirdim. Onsuzda iki günə qalmaz, Nuray ilə olan yazışmalarımı kəsib atacaqdım...
Günün yarıdan çox hissəsi getmişdi. Bütün gün obkeytdən çıxmamış, telefonla oynamışdım. Gəlib gedənlər ilə ən çox Pərviz maraqlanırdı. Birdə digər ortağımız Röyal. Üçümüzdə iş otağına toplaşıb oturmuşduq. Pərviz ilə Röyal söhbət edirdi. Məndə onlara qulaq asırdım. Telefonuma gələn yeni mesaj ilə telefonu əlimə aldığımda, Nuraydan gələn "Burdasan?" mesajını gördüm. Cavab verimmi? Yoxsa verməyim? Ağılımdan bu sualın cavabın keçirtdiyimdə, Pərviz gülərək "İndi hansı qızdı yazan?" dedi. Bu da son günlərdə yaman taxmışdı mənə... Röyal aramızda olan söhbəti bilmədiyindən, mənə göz vurub "Nə temadı yenə?" dedi. Ax Pərviz dilini dinc saxlmağı hec vaxt bacarmırsan!

"Buna Aytənin nömrəsini vermişdim. Sən demə nömrənin axır rəqəmi səhv imiş. Bu da gedib başqa qıza düşüb. İki - üç gün yazışıblar, sonra görüb onluq biri deyil. Yazmayıb qızla daha"

"Necə qız imişki, onluq deyilmiş?"

"Bir az problemli bir qızdı. Oğlanlarla ünsiyyət qurmaqdan çəkinir"

"Dünyada qız qalmadı, getdi kimi tapdın. Bəxtin yoxdu sənin a qardaş"

Onların mən haqqında olan bu danışıqlarına əsəbləşmişdim. Mən burda deyilmişəm kimi danışırdılar

"Məndən başqa söhbətiniz yoxdu?!" deyib hər ikisinə qarşı sərt çıxdım. Pərvizin üz ifadəsi ciddiləşməyə başladı

"Xətrinə dəydimsə bağışla. Ruslan, mən elə belə söz olsun deyə danışdım. Belə rekasiya verəcəyini təxmin etməzdim" dedi

Xətrimə dəyməli olacaq bir sey yox idi ortada. Gülüb keçə bilərdim... Ən yaxşısıda ona cavab yazmamaq idi. Beləcə bu gündən onunla əlaqəmi kəsmiş olardım

"Nəysə siz işinizdə olun. Mən evə gedirəm" deyib yanlarından ayağa qalxdım. Evə gedib dincəlmək daha yaxşı olardı


(Saat 22:19)

Nurayın mesajına hələdə baxmamışdım. Baxmaq fikrimdə yox idi... Nə də özü daha başqa bir söz yazmamışdı. Sıxıldığımdan durumlara baxmağa başladığımda, Nurayın 3 saat əvvəl bir sey paylasdığını gördüm. Uzun bir yazıya oxşayırdı. Baxmamaq üçün telefonu söndürüb, tv ni yanırdım. Mən 2 il idi tək yaşayırdım, üç otaqlı bina evində. Məndən böyük qardaşım evli və uşaqlı olduğundan, ailəm ilə yaşamaq istəmədim. Böyük qardaşım onların yanında qaldı, mən isə çıxdım. Tv də başımı qarışdıra bilmədiyindən, telefonu yenidən əlimə aldım. Marağıma əngəl ola bilmirdim... Atdığı statusa baxmalı idim. Onun üçündə ilk əvvəl mesajına cavab yazmalı idim. Mesajına daxil olduqdan sonra "Burdayam" yazıb göndərdim. Günorta yazılan mesaja indi cavab verirdim. Online idi ancaq mesajıma baxmırdı. Oda məni gözlədirdi... Cavab verməməsini keçib, paylaşdığı statusa toxundum. İçimdən yazdığı sözləri oxudum

"Narahat olub, mesaj yazıb zəng edən hər kəs çox sağ olun. Bu qədər sevildiyimi bilmirdim. İndi çox yaxşıyam. Təşəkkürlər"

Statusu oxuyar oxumaz cavabında "Nə olub sənə?" yazıb göndərdim. Nə ola bilərdi ona? Dəqiqələr keçdikdən sonra onadan bir mesaj gəldi

Nuray: Hec nə
Ruslan: Statusa yazdığın?
Nuray: Boş seydi
Ruslan: Mənə elə gəlmir
Nuray: İşinlə maraqlan Ruslan
Ruslan: Bu nə danışıqdı?
Nuray: Sənin istədiyin danışıqdı. Belə danışmağım üçün əlindən gələn hər seyi edirsən
Ruslan: Əsəbisən əsəbini məndən çıxmağa çalışırsan
Nuray: Yox Ruslan
Nuray: Mən düzdü qorxağam, ancaq bir ağılsız deyiləm
Ruslan: Deyəssən sənə nə olduğunu?!
Nuray: Yox
Nuray: Saat 4 dən yazmışam sənə... Kicik bir mesajı çox gördün... İşim vardı deyib, keçişdirirsən məni. Oysa mən sənə ilk başdan dedimki, yazışmaq üçün səni məcbur etmirəm. Yazışmayada bilərsən
Ruslan: Yazışmasaydım özünü pis hiss etməyəcəkdin?
Nuray: Hiss edəcəkdim... Amma bu qədərdə çox yox... İndi daha pis hiss edirəm
Ruslan: Mən belə hiss etməyini inan istəmədim
Ruslan: İndi desəmki, mesajını görməmişəm yalan demiş olaram... Yalan demək istəmirəm... Yazışmaq istəmirdim... Ancaq sənlə yazışmayanda da olmur
Nuray: Mən Gəncədə yaşayıram, sən isə Bakıda. Nə sən Gəncəyə gələcəkdin, nə də mən durub burdan arxanca Bakıya gələsi deyildim... Mən 3 ildi Gəncədən kənara çıxmamışam... Sən nə düşündün?
Nuray: Elə bildin yazışsaqbunlar baş verəcək?
Nuray: Baş verməyəcək!
Nuray: Nifrət edirəm məcburiyyət hissinə... Sənidə bir seyə məcbur etdiyimə görə özümə nifrət edirəm indi!
Ruslan: Dayan!
Ruslan: Bilirəm çox səhv etdim... Səhivimdə boynuma alıram. Amma mən hec nəyə məcbur edilmədim. Bunu bil
Nuray: Bildim... Bilməyim nəyisə dəyişdirdi?
Ruslan: Bu mesajları hec yazmamış kimi düşünək? Əvvələ qayıdaq... Xahis edirəm səndən
Nuray: Olmaz... Mən hec nə istəmirəm daha
Ruslan: Yaxşı
Ruslan: Hec olmaya bu gün sənə nə olduğunu de
Nuray: Boş bir sey idi... Arxamca bir oğlan gəlirdi. O öz yolun gedirdi... Amma mənim yenə içimdə olan qorxu hissi baş qalırdı. Məndə addımlarımı sürətləndirdim. Elə gedərkəndə, ayağımın altına baxmadım. Bu gündə Gəncəyə yağış yağmışdı. Yolların bəzisi palçıq idi. Mənimdə ayağım paçlıqda sürüşdü. Eləcə dəydim yerə... Yerədə dəyərkən başım daş kənarına dəyib əzildi. Yəni belə
Ruslan: İndi yaxşısan?
Nuray: Həə... Bir az baş ağrım qalıb o qədər
Ruslan: Həkimə gedib elədin?
Nuray: Yox... Mən normal adam olmadığımdan belə bir hal baş verdiyində, ilk həkimə deyil psixoloq yanına qaçıram
Ruslan: Başın zədə ala bilər
Nuray: Alsın... Vecimə deyil
Ruslan: Özün özünə edirsən! Bunun fərqindəsən?!
Nuray: Ruslan, bu boş yazışmaları kəsməyin vaxtıdı
Nuray: Saatlardı mesajıma cavab verməyən insan, sonradan gəlib mənimlə belə danışa bilməz
Nuray: Çox bəlli edirsən... Yalandan danışmağını
Nuray: Bəlli etməyəndəndə keçib, üzümə vurursan
Nuray: Etmə... Lazım deyil... Yazığın gəlməsin mənə
Ruslan: Bunlar nə deməkdi?
Nuray: Bu gün burda, bu saatda olan yazışmamız bitir deməkdi
Nuray: Hər kəs öz qaldığı yerdən həyatına davam etsin
Nuray: Mən səni bu gecə yatanda yadımdan çıxardacam
Ruslan: Mənə əziyyət vermədən, özün yazışmalarımızı kəsirsən?
Nuray: Düz bilmisən
Nuray: Sağ ol Ruslan

Nurayın son yazdığı mesaja bir cavab vermədən, yazışmadan çıxdım. Ağıllı qız, hər seyi özü başa düşmüşdü. Daha onunla yazışmaq məcburiyyətində olmayacaqdım. Bir yanım buna sevinirdi... Digər yanım isə daha ağır basırdı... 'Nəyə sevinirsən?' deyərmişcəsinə...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri