Lənətli Qızcığaz (Bölüm 3)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 089
Səs ver:
(səs: 0)
(2 gün Sonra)

Evdə idim. Və canım çox sıxılırdı. Bu gün işdən evə tez çıxıb gəldiyimdən nə edim bilmirdim. Pəncərə qarşısında dayanıb çölü izləməkdə, canımın sıxılmasını daha artırdı. Soyuq hava, Bakı küləyi öz sözünü deyirdi. Küləkdən ətraf bir birinə qarışmışdı. İçimdə olan sıxıntının qaynağını tapa bilmirdim. Amma 2 gün idi belə idim. Sanki, dərin bir boşluqda idim. Həyatımda hər sey qaydasında getsədə, bir əksiklik yaşayırmışam kimi hiss edirdim...
Mən çölü seyr edərkən, qapının zəngi basıldı. Mənə xəbər vermədən kim idi gələn, deyə düşünüb qapıya yaxınlaşdım. Qapını açdığımda, qarşımda Nərmini gördüm. 1 həftədən çox idi itmişdi. Üzünüdə görmürdüm. "Dəvət edəcəksən içəri? Ya soyuqda donum?" dediyində evə girməsi üçün qapının kənarına keçdim. Evə girdikdən sonra qapını bağladım.

"Nə əcəb səndən, olmaya yolunu azmısan?" dedim

Paltosunu üstündən çıxardıb, asdıqdan sonra uzun qara sacların düzəltməyə başladı. Sonra mənə yaxınlaşıb dodaqlarıma anidən yapışıb bir öpücük qonduraraq geri çəkildi. "Darıxmışdım sənin üçün" deyib evə giriş etdi. Ardıyca gedib yanına oturdum. Nərmin azadlığı, sərbəstliyi gününü gün etmək sayırdı. Sıxılıdığında mənim yanıma gələrdi, vaxt keçirmək üçün. Bəzi hallarda bu mənimdə işimə yarayıb, xoşuma gedirdi. Amma bu gün üstümdəki neqativ enerjiyə görə hec nəyə həvəsim yox idi.

"Gözümə qəribə dəyirsən" dedi

"Özümü nəsə yaxşı hiss etmirəm ona görə"

"İşdə problem var?"

"Yox Nərmin, iş yaxşı gedir"

"Bəs onda nə?"

"Bilmirəm"

"Üstündə yorğunluq varsa, özünü yaxşı hiss etmirsənsə bu qripin əlaməti ola bilər"

"Yox qriplə əlaqəsi yoxdu. Sən məni boş ver Nərmin. Bir azdan düzələrəm mən"

"Sənə bilirəm nə yaxşı gələcək mən"

"Nəə?"

"Sən get iki viski süz gerisi düzələcək"

İçməklə keçəsi olduğunu hec düşünmürdüm. Ancaq başqada secənəyim yox idi. Ayağa qalxıb mətbəxə keçdim. Pullarımın çoxu bu zəhərlərə gedirdi. İki bakal çıxardıb viski süzdüm. Görəsən buzda istəyərdi içinə? Burdan ora qışqırıb deməməyim üçün, mətbəxdən çıxdım. Qonaq otağım geniş olduğundan, divan ən küncə qoyulmuşdu

"Buz istə -" deməyim ilə qaldım. Əlində mənim telefonum var idi. Ən zəhləm gedən sey idi, birinin mənim telefonumu qurcalaması! Məni gördüyündə telefonumu əlində möhkəm sıxdı. Koda da qoyulmamışdı... Baxdığınıda əmin idim. "Nərmin! Telefonumla nə işin vardı?" deyib yanına gəlib telefonumu əlimə aldım.

"Elə belə baxırdım"

"Kim icazə verdi baxmağına?!"

"İcazə istəyən oldu?!"

"Səhvin ola - ola üzədə çıxmaq istəyirsən!"

"Ruslan bəy görməyəli çox dəyişib! Yalvardığın Nur geri qayıtmayıb deyə?!"

"Mənə deməki mesajları oxumusan!"

"Oxudum! Sənin belə olmaq səbəbində O, qıza görədi!"

"Qalx ayağa, evimdən çıx get!"

Nur'un adın eşitmək məni özümdən çıxartdı. 2 gün idi ondan bir xəbərim yox idi. Bitmişdi...
"Ruslan çox heyif səndən!" deyib ayağa qalxdı. Əsəbi baxışlarını üstümdə gəzdirərək ayaqqabısını geyinib, sonrada paltosunu geyindi. Getmə deməyimi gözləyirdi... Deməyəcəkdim... Qapını açıb "Bu evə birdə gəlmə!" dedim

"Bir telefona baxmağın üstündə, məni evdən qovursan. Peşman olacaqsan! Kobud!"deyib evdən çıxdığında qapını üzünə möhkəmcə örtüdüm.

Telefona baxması deyildə, Nur'la olan mesajları oxumasına əsəbləşmişdim. İki gün idi onu hec düşünməməyə çalışırdım. Nərmin isə gəlib 10 dəqiqəyə hər seyi məhv etmişdi. Yənə, salmışdı yadıma...

Telefonu əlimə alıb adına daxil oldum. Xəttdə olduğunu gördükdə, içim qəribə oldu. Nömrəsini silsəm, hər sey bitərdi. Amma silədə bilmirdim... Sildikdən sonra dəli kimi bir yerlərdən bu nömrəni axtarmaq istəmirdim. Yenə xəttdə olduğunu gördükdə, içimdən nəsə yazmaq keçdi. Yazsaydım, cavab verərdimi?
'Salam Necəsən?' yazsam mənə hec cavab verməz deyə düşündüm. Çox klassik olardı...
Başımı qaldırıb pəncərəyə baxdım. Çöldə yenə bir külək vardı. Beynimə bir cümlə gəldi...

"Bakıda hava küləklidi..." yazıb göndərdim.

Cəsarətə bax... 2 gün idi yazışmadığım qıza, birdən birə göydən düşərmişcəsinə belə cümlə yazırdım... Təxmini üç dəqiqədən sonra mesajımı oxudu. Yazır sözün görəndə, gülümsümdüm

Nur'ay: Gəncədə yağış yağır
Ruslan: Bakı çox darıxıb
Nur'ay: Gəncədə ondan geri qalmır
Ruslan: Cavab verməyəcəyini düşünmüşdüm
Nur'ay: Kicik bir mesajdan hec nə olmaz. Bu gün yaxşı tərəfim tutub. Bəlkə, sabah hec cavab vermədim
Ruslan: Açıq sözlülüyün xoşuma gəldi
Nur'ay: Səndəndə belə performans gözləyirəm :)
Ruslan: Vaxt itirmədən, üzümə vurursan hər seyi
Nur'ay: Niyə yazdın?
Ruslan: Bakıda külək var deyə
Nur'ay: Bakı küləklər şəhəri deyilmi?
Ruslan: Elədi
Nur'ay: Bundan mənə nə?
Ruslan: Havanı bil deyə dedim
Nur'ay: Sən hava proqnozunda işləyirsən?
Ruslan: Nə çox sual verdin
Nur'ay: Biz əsil havadan, sudan danışan həmin adamlarıq
Ruslan: Mənim sayəmdə)
Nur'ay: Mənə yenə qaranlıq qaldı
Ruslan: Nə?
Nur'ay: Mənə yazmağın :)
Ruslan: Danışmaq istəyirəm
Ruslan: Nur, o günü silək?
Nur'ay: O günü yox, nömrəni siləcəm :)
Ruslan: Şans verməklə aran yoxdumu sənin?
Nur'ay: İstəmirəm
Ruslan: Yazışmağımızın hec kəsə zərəri olmayacaq. İkimizdə bir sey itirməyəcəyik. Əvvəl ağılsızca düşündüm... İndi isə elə düşünmürəm
Nur'ay: Nə dəyişdiyini bilmirəm. Amma bunu bil, ağılsızca düşüncə kimsə deyil, insanın özünə zərər verər... Sən bu iki gündə mənim hec yadıma düşmədin. Düzdü, nömrəni silməmişdim. Oda silə bilmədiyim üçün deyil, vaxtım olmadığı üçün
Nur'ay: Mən azda olsa düzəlmişəm. Artıq bir - iki oğlan ilə ünsiyyət qurmuşam dünəndən. Və onlar sənin kimi deyil. İlk əvvəldən məni səmimi yanaşdılar. Yavaş - yavaş düzələcəm mən. Səndə özünü düzəlt
Ruslan: Bağlı qapıları açırmışam mən... Sevindim
Ruslan: Nəysə, mən onda səni narahat etməyim
Nur'ay: Sabahda havanın necə olduğunu yazarsan :)
Nur'ay: Hələlik

Ağıllı qız idi... Bəzi qorxularının olması onun, ağılsız biri olması mənasını vermirdi. İndi düşündümdə, mənə cavab verməsi, hər seyi üzümə vurması üçün idi. Yoxsa mən kimi ağılsıza niyə cavab versin? Hə, gəl indi bu bir ton yük ilə yat...

***

Səhər açılmışdı... Dünən otağımda deyil, qonaq otağında olan divanda uzanıb yatmışdım. Ayağa qalxdığımda belim tutulmuşdu. 'Lənət!' deyib özüm özümə əsəbləşdim. Dünən axşam yadıma düşdü. Hava, hava necə idi görəsən? Gözümü ovuşdurub, pəncərəyə tərəf yaxınlaşdım. Pəncərəni açdığımda, ara - ara atan yağış damlasını gördüm. Havanı ciyərlərimə çəkdikdən sonra, aşağı baxdım. Axşamdan bəri yağış yağırmış... Nur'a bunu bildirməli idim. Məncə orda yağış kəsərdi... Gülümsəyərək, pəncərni bağladım. Daha doğrusu donmuşdum. Telefonu əlimdə alıb "Bakı bu gün yağışlıdı..." yazaraq göndərdim. Hava mesajları səbəbsizcə xoşuma gəlməyə başlamışdı...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 089
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri