Lənətli Qızcığaz (Bölüm 4)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 948
Səs ver:
(səs: 0)
Günorta saatlarını keçmişdi. Ona yazdığım mesajı hələdə oxumamışdı. Bu o demək idiki, ondan mənə bu saata qədər bir mesaj belə gəlməmişdi. Ondan mesaj gözləməli deyildim. Amma ağılıma söz keçirdirə bilmirdim. Dünən Nərminə əsəbləşib ona yazmasaydım, bu gün mesajda gözləməyəcəkdim. Nə istədiyimi belə bilmirdimki mən... Mən həqiqətən nə istəyirdim? Qapının açılması səsini eşitdiyimdə bağlı olan gözlərimi açdım. Pərviz idi gələn. Yenə özümü iş otağına kilitləyib, çıxmamışdım çölə. Mənim başımı qatmaq üçün gəlməli olmalı idi

"Çölə çıxmaq fikrin yoxdu sənin?" dedi

"Yoxdu. Canım istəmir"

"Vallah gülməli gəlməyə başlayıb bu vəziyyətin mənə. Özünü uşaq kimi aparırsan"

"Yorulmusam sözün başa düşmürsən? Yorulmusam Pərviz!"

"Bax yaxşı deyilsənsə ged evə, özünü ələ al yaxşı olanda gələrsən. Biz buraları idarə edərik"

"Mən başımı götürüb evdən qaçıram. Evdə qalıb nə edəcəm? Belə yaxşıdı"

"Bildiyini elə onda! Həm özünü incit həmdə ətrafındakıları. Dünən Nərmini evdən qovmusan!"

"Zibilə qalsın!" deyib ayağa qalxdım. Hec yerdə mənə rahat yox idi. Dost dediyim adamlar belə məni başa düşmürdü. Oysa, mən bir insan tərəfindən başa düşülmək istəyirdim... Qapını açıb otaqdan çıxdığımda "Ruslan, Ruslan dayan" deyə ardımca səsləndi. Ona eşitmək istəmirdim! Maşına minib, maşını işə saldım. Burdan uzaqlaşmalı idim mən. Maşını sahilə tərəf sürdüm. Dəniz havası mənə yaxşı gələrdi. Soyuq daşın üstündə oturub, dalğalanan dənizə baxdım. Belə olmaq üçün böyük bir səbəbim yox idi. İçimdən belə olmaq keçmişdi...
Telefonuma gələn mesaj səsi ilə gözümü dənizin dalğalarından çəkdim. Telefonun ekranına baxdığımda, Nur'dan mesaj gəldiyini gördüm. Saatlardan sonra bir mesaj yaza bilmişdi. Mən onun kimi edib, görməməzlikdən gələ bilməzdim. Yazdığı mesaja daxil oldum

Nur'ay: Bizdə günəşli idi. İndi günəş batmaq üzrədi
Ruslan: Bu gün hec yazmayacaqsan, deyə düşündüm
Nur'ay: Gözlətdim səni?
Ruslan: Hə, gözüm telefonda qalmışdı
Nur'ay: Səni zarafatçıl)
Ruslan: Ciddiyəm
Nur'ay: Hazırlıqlarda idim deyə, indi vaxt tapdım yazmağa
Ruslan: İnandım :)
Nur'ay: Ehh
Nur'ay: Yorulmusam daha hazırlıqlardan
Ruslan: Gələn il hər sey düzələcək :)
Nur'ay: Özüm düzəlsəm hə. Düzələnədə gah oxşayıram, gahda yox. Başa düşə bilmirəm özümü. Çətindi belə yaşamaq
Ruslan: Özünü hər seyin yaxşı olacağına inandır
Ruslan: Xəyallarındanda əl çəkmə
Nur'ay: 3 ildi eyni seyi təkrar edirəm öz özümə. Xeiri yoxdu... Nə qədər desəmdə alınmır
Ruslan: Sənə kömək edəcək bir lazımdı
Ruslan: Tək bacara bilmərsən
Nur'ay: Ətrafımda çox insan var mənə kömək edəcək. Edirlərdə, amma alınmır yenə
Ruslan: Əks cinsdən gedir söhbət
Ruslan: Öz həmcinslərin ilə bunu bacara bilmərsən
Nur'ay: Əks cinsə, yəni sizlərə güvənmədiyimi bilirsən
Nur'ay: Belə bir sözün söhbəti belə ola bilməz
Ruslan: Olar
Ruslan: Bu lənəti üstündən götürməlisən sən
Nur'ay: Öz dərdimi kiminsə üstünə yıxa bilmərəm. Sən bilmirsən... Mən hər gün bərbad günlər keçirirəm. Bunu danışdığım şəxsə yansıtmaq istəmirəm
Ruslan: Danışdığın şəxs uzaq bir yerdədisə olar. Hər gün bir - birini görüb, görüşmək olmayacaq. Ancaq sosialdan danışılacaq
Nur'ay: Elə biri yoxdu
Ruslan: Var
Ruslan: Mənəm
Nur'ay: Sən hec olmarsan... Məni istəməyən adamla məcbur yazışa bilmərəm
Ruslan: Məcburiyyətdən yazışmıram, istədiyimdən yazışmaq istəyirəm. Bax, mənidə monaton həyat tərzi çox yorub. Birinə bir xeirim dəysin istəyirəm. Həm öz başımda qarışmış olar
Nur'ay: Məndən nə istədiyinin fərqindəsən?
Ruslan: Həə fərqindəyəm, gəncəli qız :)
Nur'ay: Sənə yox deyirəm
Nur'ay: Yazışmaq istəmirəm
Ruslan: Ağıllı oğlan olacam, sənin nazına dözəcəm
Nur'ay: Hec naz etmirəm. Naz etməyin necə bir sey olduğunu belə bilmirəm
Ruslan: İndi naz etmiş sayılırsan :)
Nur'ay: Bu naz deyil!
Ruslan: Sən nazın necə bir sey olduğunu bilmirdin bəs?
Nur'ay: Off! Sən belə olanda mən söz tapıb yaza bilmirəm
Ruslan: Razılaş olsun bitsin
Ruslan: Bax mənidə bir psixoloq kimi düşünərsən. Hər gün sənə sual verərəm, səndə cavablayarsan. Beləcə danışmış olarıq
Nur'ay: İşin gücün yoxdumu sənin?
Ruslan: Var, vallah var. Özdə bir tondu. Amma mən yenə danışmaq istəyirəm
Nur'ay: Özünü ağıllı aparsan, bəlkə razılaşdım
Ruslan: Mənim ikinci adım, ağıllıdı onsuz :)
Nur'ay: İndidən başladın!
Nur'ay: Bax ilk əvvəl düzgünlük istəyirəm. Düzgün olmasan, bu oyun yarıda bitər. Bu dəfə vaxta belə baxmadan sənə əngəl ataram. İşinə qarışmaq istəmərəm, amma məndə səni səhv yollarından döndərməyə çalışacam. Bunları qəbul edəcəksənsə razılşaram
Ruslan: Qəbul, qəbul
Nur'ay: Hec axıra qədər oxudun yazdığımı?!
Ruslan: Oxudum Nur
Nur'ay: Yaxşı. Onda mənə de görüm sən hardasan?
Ruslan: Dəniz kənarı olan park bulvarda
Ruslan: Dənizə baxıram
Nur'ay: Şanslı adam
Nur'ay: Mən hec dəniz görməmişəm(

Yazdığı sonuncu mesaja donub qaldım. Bu qıza bir dəniz görməyi belə çox görmüşdü ailəsi. Bu cür gözəllikdən məhrum edilmişdi... Yazışmadan çıxıb, cameraya daxil oldum. Əlimi dənizə uzadıb, bir şəkil çəkdim. Bunu Nur'a atacaqdım. Ondan "Hara getdin?" deyə yeni bir mesaj gəldi. Mesaja daxil olub, şəkili göndərdim. Biz hec bir - birimizi belə görməmişdik... Şəkili atdıqdan sonra yazmağa başladım

Ruslan: Dəniz və mənim əlim :)
Nur'ay: Nə gözəl şəkildi... Nə vaxtsa məndə belə şəkil çəkdirə biləcəm görəsən?
Ruslan: O gün uzaqda deyil. Bir gün olacaq
Nur'ay: Əlini gördüm, qaldı üzün :)
Ruslan: Görmək istəyirsən məni?
Nur'ay: Yox... Görmək istəsəm, səndə məni görmək istəyəcəksən. Məndə buna hazır deyiləm
Ruslan: Səndən şəkil istəyən olmayacaq... Sənin nə yaşadıqlarını bildiyim halda, səndən şəkil istəyə bilmərəm mən. Həm, bir birimizin görməyimizin bir mənası yoxdu deyə düşünürəm
Nur'ay: Belə düşünməyinə sevindim. Hətda özümü rahat hiss etdim
Ruslan: Ancaq şərtim var
Nur'ay: Nə şərt?
Ruslan: Arada səndə, üzün görünməyən şəkillərdən mənə atacaqsan :)
Nur'ay: Bu olar mən razı
Nur'ay: Soyuqdu ora?
Ruslan: Buz kimidi. Bir azda qalsam şaxta məni donduracaq
Nur'ay: Evə get desəm gedərsən?
Ruslan: Çoxbilmiş qız, deyirsən donub edərəm sonra sənlə yazışa bilmərəm hə. Ona görə məni evə göndərirsən
Nur'ay: Ruslann(
Ruslan: Yaxşı onsuz bir az daha çox qalsam xəstələnəcəm. Mən ən yaxşısı evə gedim. Evə gedəndə yazacam
Nur'ay: Gözləyəcəm səni

Donduğumdan ayağa qalxdım gülərək. Onunla yazışmaq həm kefimi açmışdı, həmdə məni özümə geri qaytarmışdı. İndi rahatlıqla evə gedə bilərdim. Kaş, ona dəniz havası göndərə bilsəm... Nur düzəldikdə ona ilk işim dənizi göstərmək olacaq... Məsafələri dəf edə bilsək...
Evə gəlib çatdıqda çaydanlığın altın yandırdım. Sonra ilk iş Nur'a mesaj atmaq oldu.
"Mən evdəyəm. Sənə bir xəbərim var. Deyəsən, qriplədim" yazıb göndərdim.
Evə girdiyimdən bəri özümü halsız hiss etməyə başlamışdım. Baş ağırısıda yaranmışdı. Bu dəniz mənə hec yaxşı gəlmədi. İsti bir çay dəmləyib tv qarşısına keçdim. Çayımdan bir qudum içdiyimdə, telefonuma mesaj gəldi. İşıq sürəti ilə telefona baxdım

Nur'ay: Suya limon sıx iç. Sabaha düzələcəksən
Ruslan: Limonum yoxdu
Nur'ay: Ged al
Nur'ay: Bunuda mən deyim?
Ruslan: Evə indicə girmişəm, üşüyürəm
Nur'ay: Bir dostundan xahis elə alıb gətirsin
Ruslan: İndi deyirsən bir dənə limona görə dosta zəng edim?
Nur'ay: O evə limon gəlməyincə, səndə o limon suyun içməyincə yazışmayacam səninlə
Ruslan: Ciddi ola bilmərsən
Nur'ay: Ciddi olub olmadığımı görmək belə istəməzsən :)
Ruslan: Off
Ruslan: Yaxşı baş bəlası, o limon bu evə gələcək
Nur'ay: Sağlığını düşün :)
Ruslan: Sağlığımı düşünmürəm... Səni düşünürəm
Ruslan: Səni düşünməsəm, yazışa bilməyəcəyik. Bir limona görə küsəcəksən məndən
Nur'ay: Çünki, mən limon sevənəm. Bir limonu bir oturuşda yeyib bitirirəm
Ruslan: İşimiz var səninlə onda
Ruslan: İlk iş sənə dəniz göstərmək olacaq. İkinci iş isə limon almaq
Nur'ay: Bunları gündəliyimə qeyd edəcəm
Ruslan: O gündəliyə hələ çox sey qeyd edəcəksən :)
Ruslan: Mən çıxdım limon axtarışına

Bölüm sonu
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri