Lənətli Qızcığaz (Bölüm 5)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 196
Səs ver:
(səs: 0)
"Bölüm 5 - Part 1"
Yenə üzsüzlüymə salıb Pərvizə zəng etmişdim, limon alması üçün. Limonu alıb bizə gəlmişdi. Mətbəxə keçmişdik. Bir bardaq suyu doldurub, masanın üstünə qoydum. Limonuda bardağın yanına qoyduqdan sonra bərabər şəkilin çəkdim. Pərviz bir kənarda oturub, nə etdiyimə baxırdı. Şəkili çəkdikdən sonra Nur'a göndərib, ardıncada "Əmriniz yerinə yetirildi komandir" yazaraq göndərdim. Telefonu masanın üstünə qoyub, özümdə stola əyləşdim. Pərviz isə nə etmək istədiyimi başa düşməyə çalışırdı.

"Şəkilin niyə çəkdin?" dedi

"Xatirə qalsın deyə"

"Ruslann"

"Nə var? Ayda ildə bir dəfə limon almısan. Deyirsən şəkilini çəkməyim?"

"Ala bu limonduye, yeyilmək üçündü şəkil çəkdirmək üçün yox"

"Mən alma kimi görürdüm onu, limondu deməyin yaxşı oldu"

"Şit zarafatlarını kənara qoyub, mənə nə olduğunu danışacaqsan?" dediyində dayandım. Ona həqiqəti desəm üstümə gələcəkdi. Deməsəmdə, sonu hec yaxşı olmayacaqdı. Səhərdə bir birimizi qırdığımızı xatırladığımda, bir of çəkib, limonu əlimə aldım.

"Nuray ilə yenidən mesajlaşmağa başlamışıq"

"Nəə?"

"Üstümə gəlmə xahis edirəm səndən. Elə belə yazışıram vaxt öldürməyə"

"Ruslan sən məni başından bəri səhv başa düşürsən dostum. Vaxt öldürmək üçün elə biri ilə niyə yazışırsan? Vaxt öldürməyə o qədər qız var ki. Yazıq deyil O, qızada?"

"Nuray düzələnə qədər olacaq yazışma. Bəlkə 2 aya düzəldi, bəlkə 2 aydan daha tez düzəldi. O düzələndən sonra nə O, mənlə yazışmaq istəyəcək, nə də mən onun ilə... İnsan bir ay biri ilə yazışır sonra sıxılır. Məndə sonda sıxılacam"

"Sıxılmır bağlanır! Bunu boş başına yerit!"

"Pərviz mən ən azından bağlanmıram, sıxılıram! Bunu bilirsən. Uzatmayaq bu söhbəti dostum... Mənə bu işin zərəri toxunmayacaq"

Anidən ayağa qalxdı. Əlimdə olan limonu əlinə alıdıqdan sonra "Zərəri toxunmağa başlayıb məncə!" deyib təkrar limonu əlimə yerləşdirdi. Mətbəxdən çıxdığında ardıyca çıxıb "Bu nə deməkdi?!"dedim

"Nə edirsən et, özün bilərsən. Ancaq düzgün yolda deyilsən. Bunu bil!"dedi

Qonaq otağına keçib oturduqda, Pərvizin yanına oturdum. Dediyi sözün mənasını başa düşməyə çalışırdım. Nuray ilə tanış olandan dostumun qəlbini qırırdım. Niyə belə davranırdım mən? Bir mesaja görə limon almaq niyə? 2 aya qalmaz sıxılacaqdım mən... Özümü yaxşı tanıyırdım mən...

***

Axşam yatarkən, belə Nur'dan bir mesaj gəlməmişdi. Bir xətt düşdüyü üçün, yatdığını düşünmüşdüm. Səhər yuxudan ayılar ayılmaz, ilk iş telefonu əlimə almaq oldu. Hələdə yerin içində idim. Üstəlik bu gün univeristitə getməli idim. İnterneti açar açmaz bir necə mesaj gəldi. Hec bir mesaja baxmadan Nur'dan gələn mesaja baxdım

"Yuxum gəldiyi üçün, axşam tez çıxmalı oldum. Limonu tapmağına sevindim. Hər seyin belə şəkilin çəkib ataraq, məni öyrəşdirəcəksən :)"

Ardıycada "Nur, sənə xeyirli sabahlar arzu edir" yazıb göndərmişdi. Fərqli bir mesaj... Xəttdə olduğunu gördüyümdə, gecikdirmədən yazdım.

Ruslan: Bu günə qədər aldığım ən fərqli mesaj
Ruslan: Nur ilə sabahım nurlandı :)
Nur'ay: Belə yazıb utandırma məni
Ruslan: Aradan ciddiyəti götürək xanım)
Nur'ay: Limon sənə deyəsən yaxşı təsir edib
Ruslan: Bir az qırğınlıq var üstümdə yenə(
Ruslan: Hələ dərsə getməliyəm. Ancaq hec yerdən durmamışam
Nur'ay: Təmbəlsən sən
Nur'ay: Qalx ayağa, səhər yemeyini ye sonrada dərsinə get
Ruslan: Ehh( ürəyim hec nə istəmir
Nur'ay: Nə nazlı çıxdın sən
Ruslan: Hopp oğlanların nazı olmur
Nur'ay: Etdiyin nədir bəs?
Ruslan: Canım ağrıyır, mənim canım
Nur'ay: Özün ağrıtmısan canını. Sənə kim deyirdi o soyuqda dəniz kənarına getməyi
Ruslan: Düşünmək üçün getmişdim
Ruslan: Dünən dostum ilə dalaşmışdım deyə
Nur'ay: Səndən bir sey sorusum
Nur'ay: Sənin qız dostun var?
Ruslan: Oo nə qədər var :)
Nur'ay: Ürəyin market ilə dükan imişki :)
Ruslan: Ancaq mənə söz atmaq ilə məşğulsan
Ruslan: Dost deyəndə, yəni qız tanışım çoxdu
Nur'ay: Onlara vaxt ayırırsan?
Ruslan: Arada hə, arada yox
Ruslan: Nəyə görə soruşursan?
Nur'ay: Narahat etməmək üçün. Onlara zaman ayıranda mənə yaz, işimi bilim narahat etməyim səni. Bir insanı narahat etmək istəmərəm
Ruslan: Necədə düşüncəli imişsiz xanım :)
Ruslan: Bu gün axşam üstündən sonra yazışa bilməyəcəyik onda
Ruslan: Qrup şəkilində oğlanlı qız bir görüş var. Məndə qatılmalıyam ora
Nur'ay: Səni narahat etdiyimi bilirdim
Ruslan: Narahat etmirsən Nur
Ruslan: Sən elə yazdın deyə yazdım mən
Nur'ay: Nəysə
Nur'ay: Məndə indi çıxmalıyam. Günortaya qədər hazırlıqlarım var
Nur'ay: Ona görə bu gün hec yazışmağımız alınmayacaq
Nur'ay: Qalsın sabaha
Nur'ay: Əgər sabah görüşün falan olmasa, yazarsan
Nur'ay: Goodbay!

Özü özünə bir ton sey yazıb çıxdım. Niyə görüşü deyirəmsə? İşim var deyib, yazışmasaydım bundan daha yaxşı olacaqdı. Nəticədə buda bir iş sayılırdı...

(Saat 19:04)

Yaxın tanışlar bir məkana toplaşmışdıq. Nərmində onların içində idi. Üzünü hec görmək istəmirdim. Digər qızlardan Arzu, Ülkər, Aytən vardı. Hə, bu O Aytən idi. Nörməsini səhv qeyd etdiyim həmin qız. Onun sayəsində Nur'la tanış olmuşdum... Nur demiş, bu saata qədər nə O mənə yazmışdı, nə də mən ona... Qürur edənə oxşayırdım... Qollarımı sinəmdə birləşdirib, başımı aşağı salıb düşünürdüm. Mən harda səhv etdim?

Yanımda oturan Röyal qolu ilə qoluma vurub qulağıma "Sənin fikrin hardadı? Qoşul bizədə, gələndən çəkilmisən təkliyinə"dedi. Belə olmağımın kimsəyə xeiri yox idi. Özümə belə... Məkanda ayrı otaq bağlatdırmışdıq. Otaqda gur musiqi var. İçən kim, rəqs edən kim...
Mən isə hec gələndən sakitcə oturmuşdum. Bəs deyildimi sakit qaldığım? Ayağa qalxıb rəqs edən Aytənin yanına getdim. Görəsən ilk gün, düz nömrəyə yazmış olsaydım nə baş vermiş olardı indi? Hər halda üzüm gülərdi...

"Eşitdim mənə yazmaq istəmisən. Ancaq səndən bir mesaj gəlmədi" deyə qulağıma doğru fısıldadı. Mənə ona yaxınlaşıb qulağına tərəf "Mesaj yazmağa ehtiyyac qalmadı. Görüşdük" dedim. Güldü... Gülüşün kəsib əllərini boynuma doladığında, məndə əllərimi belinə keçirtdim.

"Düzün desəm, mesaj yazmağını gözləyirdim nece vaxtdı. Ancaq bu gün isə mənə göydən düşmə oldu"

"Çıxışda nömrəmi qeyd edərsən onda"

"Sevə - sevə. Bəlkə nömrəni çıxışda deyil, evində qeyd edim?"

"Niyədə olmasın. Bəlkə elə evə indi gedək?" deyib əlimi belindən ayırdım

"Gedək. Qaçırt məni burdan" dedi

Ona gülüb, əlimi cibimə atdım açarın orda olub olmadığını yoxlamaq üçün. Amma gözümə cibimdə olan telefonumun işığı sataşdı. Telefonu cibimdən çıxardıb baxdığımda, ekranda Nur'dan gələn 12 cavabsız arama zəngini gördüm. İçimə kicik titrəmə daxil oldu.... Nur'un başına nəsə gəlmişdi?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri