Lənətli Qızcığaz (Bölüm 6)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 638
Səs ver:
(səs: 0)
Telefona niyə diqqətli baxdığımı hec bilmirdim. Ondan gələn 12 cavabsız zəngi görüb donub qaldım. Başına bir iş gəlmişdi...

"Hec nə olmasın ona, hec nə olmasın..." deyə öz özümə mırıldadığımda, Aytən qoluma toxundu.

"Ruslan yaxşı görsənmirsən. Nəsə pis xəbər aldın?"dedi

12 cavabsız zəngdən pis nə ola bilərdi?! Niyə zəngi vaxtında görməyib, boşuna burda vaxtımı xərcləmişdim?!

"Bu gün olmaz... Mən getməliyəm indi" dedim.

Nəsə deməsini gözləmədən yanından ayrılıb otaqdan çölə çıxdım. Nur'a zəng etdim. Hələdə telefonu açan olmamışdı... İkinci dəfə təkrar zəng etdim, yenə açılmadı zəngim... İndi içim içimi yeməyə başladı... Əsəbimdən maşının təkərinə ayağım ilə bir təpik vurdum. Arxadan gələn bir səs "Ruslan, Ruslan özünə gəl!"dedi. Pərvizin gəlməsinə hec fikir vermədən üçüncü dəfə Nur'a zəng etdim. Çalır, çalır... Amma açılmır...

"Açmır!" deyə Pərvizin üstünə qışqırdığımda "Nə olduğun deyəssən?!"dedi.

"Nur... Nur 12 dəfə zəng edib mən isə indi görmüşəm!"

"Sakit olmağa çalış Ruslan"

"Necə sakit olum?! Başına nəsə iş gəlib onun. Yoxsa mənə zəng etməzdi!"

"Vəziyyət deyəsən çətindi... 12 dəfə zəng etməyi hec yaxşı olmayıb"

"Mən gedirəm evə... Qala bilmərəm burda"

"Maşını özüm sürəcəm, sən belə halda maşın sürə bilmərsən" dediyində baxışlarım əlimi tapdı. Əllərim əsirdi... Əsən əllərimi yığmağa çalışıb, yumruq edib sıxdım. Düz deyirdi, belə halda maşın sürə bilməzdim... Açarı Pərvizə uzatdıqdan sonra maşına keçdik. Maşını işə saldığında yola düşdük. Yol boyu başımı pəncərəyə söykəyib, qaranlıq şəhərin işıqlarına nəzər yetirdim. Biz eyni şəhərdə belə deyildik...

Evə gəlib çatdığımda yenə zəng etdim. Yenə zəngi açmadı... İçim daha çox narahat olmağa başladı. Mənə zəng etməsinin səbəbi nə idi? Zənglərin vaxtına baxdığımda hamısı ard - arda yığılmışdı. Bir ya iki dəqiqə fərqləri olardı... Düzgün deyildi, hec nə... Bu qədər narahat olmağım, beynimə bu qədər çox taxmağım. Qürurumu bir kənara atıb, onunla mesajlaşsaydım bu gün, hec belə bir sey baş verməyəcəkdi. Ora getməyəcəkdim... O dərəcəyə çatmışdımki, zəngi görməsəm qızı evimə gətirəcəkdim... Ağıllanmağım üçün daha nə olmalı idi?
Əlimdə telefonu o tərəf, bu tərəfə çevirdiyimdə, bir mesaj səsi gəldi. Saniyəsində ekrana baxdığımda Nur'un mesaj atdığını gördüm. Ondan bir mesaj vardı... Bu üzümü bir balaca güldürmüşdü
"Necə açıqlayacağımı bilmirəm. Sənə zəng edən mən deyildim... Dostlarım ilə bir araya yığışıb Doğruluq yoxsa Cəsarət oyunu oynayırdıq. Məndə cəsarəti secdim. Onlarda sənə zəng edib danışmağımı istədilər məndən. 3 dəfə yığdım açmadın. Digər zəngləri qızlar yığmağa başladı... Belə bir sey niyə baş verdi hec bilmədim. İndidə sənin zəng etdiyini gördüm. Amma aça bilmərəm zəngi... Sənin əyləncəni hec bölmək istəməzdim. Belə alındığı üçün üzrlü say. Əyləncənə qaldığın yerdən davam et"
Bir oh çəkdim... Kicik bir mesaja sevdim. Başına hec bir iş gəlməmişdi... O, yaxşı idi... Belə bir seyə sevinəcəyim ağılıma gəlməzdi...

Ruslan: Bunu daha əvvəl yazıb niyə bildirmədin? Necə narahat oldum. Başımı itirmişdim sanki
Nur'ay: Sən narahat oldun?
Ruslan: Ola bilmərəm? Ürəyim daşdan deyil mənim
Nur'ay: Bir daha narahat olmamaq üçün nömrəmi sil
Ruslan: Başa qayıtmayaq yenə
Ruslan: Bir gün eləsən, bir gün beləsən
Nur'ay: Elə olan sənsən! Sən nə istədiyini bilmirsən!
Ruslan: Bu gün sənə dəfələrcə yazmaq istədim mən
Nur'ay: Barmaqların qırılmışdı deyə yazmadın?!
Ruslan: İlk dəqiqədən yenə başladı söz atmağa! Bir dayan! Gör nə yazıram
Nur'ay: Zəhləm gedir səndən
Ruslan: Boşuna qürur edib yazmadım. Nəyin qürurun etdim hec bilmirəm
Ruslan: Belə sey olmasın aramızda daha
Nur'ay: Belə edən sənsən. Səhər yazdıqlarını təkrar - təkrar oxu
Ruslan: Səndə az deyilsən, məndən geri qalmırsan
Nur'ay: Boşuna barmaqlarını yorma. Əyləncənə bax
Ruslan: Lənət şeytana!
Nur'ay: Şeytanın nə günahı var?
Ruslan: Zəngini gördükdən sonra evə gəldim mən
Nur'ay: Qız tapmadığına görə gəlmiş olarsan, mənə görə deyil
Ruslan: Qız var idi. Qızı orda qoyub evə tək gəldim
Ruslan: Bunun cəzası olaraqda yatana qədər mənlə danışacaqsan
Nur'ay: Get qızı ordan götür, gətir evinə. Mən səninlə yazışmaq istəmirəm
Ruslan: Yazış mənimlə
Nur'ay: Yazışmağa söz yoxdu
Ruslan: Sözdən çox söz var. Misal oynadığınız oyun
Nur'ay: Oyunumuzun buna söhbətə dəxlisi yoxdu
Ruslan: Oyununuz olmasaydı, mənə 12 zəng gəlməyəcəkdi. Sən niyə cəsarəti secirsən? Doğrulugu secmirsən
Nur'ay: Psixoloqum belə oyunlarda cəsarəti secməyimi istəyir. İndi sabah ona bu hadisəni danışacam
Ruslan: Psixoloqun sual verməmişdən əvvəl mən sual verim
Ruslan: Mənə zəng edəndə nə hiss keçirtdin?
Nur'ay: Hec nə
Ruslan: Düzün de
Nur'ay: Zəngi açsan necə olacaq deyə düşündüm. Zəngi açsaydın nə olardı? Sən danışsan belə, mən danışa biləcəkdimmi? Donub qalardım, çox güman... Səsim çıxmazdı... Ardından özümü otağa kilitləyərdim
Ruslan: Belə olmazdı. Sən mənim səsimi eşidib, danışmağa başlayardın
Nur'ay: Qorxardım mən Ruslan... Mən səsdən belə qorxuram
Ruslan: Sənə nə ediblər belə... İnsanların səsindən belə səni məhrum buraxıblar... Bir gələcək o gün səsdən qorxmayacaqsan. Ən azından mənim səsimdən
Nur'ay: O günə qədər qalacaqsan həyatımda?
Ruslan: Qalacam... Gedə bilmirəm onsuz mən. Bacarmıram getməyi
Nur'ay: Sən telefonunda 12 zəngi gördüyündə nə hiss keçirtdin bəs?
Ruslan: Çox qorxdum mən. Başına nəsə bir iş gəldiyini düşündüm. Ən pisidə elə bir sey olmuş olsaydı, sənə əlim çatmayacaqdı
Nur'ay: Məsafə öz sözünü deyir burda
Ruslan: Uzaqda olmaq belə bir seydi... Eyni şəhərin havasın belə qəbul edə bilmirik
Nur'ay: Göyüzümüz eynidi amma
Ruslan: Bu təsəllidi... Eyni ayı, ulduzu, günəşi görürük deməklə özümüzü aldatmış sayılırıq
Nur'ay: Yaxşı hec özümə elə boş təsəlli verməyəcəm
Ruslan: Onlarla boş təsəlli vermək istəmədim, biz onsuzda, bir gün eyni şəhərin havasını udacayıq
Nur'ay: Yuxum gəlir deyərək, bu söhbətdən qaçmaq olar?
Ruslan: Yuxun həqiqətən varsa hə
Nur'ay: Həə var bu gün yenə çox yoruldum. Canımda balaca olduğundan, tez yorğun düşürəm
Ruslan: Balaca canı olan, Nur şirin yuxular sənə
Ruslan: Yatmamışdan əvvəl son söz deyim sənə
Nur'ay: De :)
Ruslan: Belə söhbətlərdə utanıb qaçırsan ha, bax ağılıma taxılıb qalırsan onda. Səni görmədən, utanmağından xoşum gəlməyə başlayıb. Bu utancaqlıq sənə çox yaraşır
Nur'ay: Və Nuray bu sözdən sonra daha çox utandı
Ruslan: Nuray deyil Nur
Nur'ay: Mənə ilk insansanki Nur deyirsən
Nur'ay: Bu qəribə səslənir
Ruslan: Qəlbimə işıq sacmağa davam edirsən. Buna görə ola bilərmi?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri