Lənətli Qızcığaz (Bölüm 7)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 1 678
Səs ver:
(səs: 0)
(Səhər 07:20)
Ruslan: Sonuncu yazdığım mesaja cavab verilmədi
Ruslan: Daha çox utandın deyəsən
Ruslan: Utancaqlığını bir kənara atıb mənə yaza bilərsən?
Nur'ay: Elə sözlər yazmasan, cavab verəcəm mesajlarına
Ruslan: Bu gün seansın var?
Nur'ay: Həə var saat 10 da olacaq
Nur'ay: Nəsə getmək istəmirəm. Yuxudan ayılar ayılmaz üstümə mənfi enerji yüklənib
Ruslan: Nəyə görə?
Nur'ay: Səhər üzünə bir yuxu görmüşəm ona görə ola bilər. Beynimə çox taxdım
Ruslan: Yuxunu danış rahatla
Nur'ay: Yox istəmirəm... Yuxu deməzdim kabus deyərdim. Çox qorxdum yenə mən
Ruslan: Yuxunu danışmasan köməklik edə bilmərəm. Həm yuxular tərsinə yozulur. Pis yuxu görmüsənsə demək yaxşı olacaq hər sey
Nur'ay: Yox olmayacaq... Səhər - səhər sənlədə danışıb gününü bərbad etmək istəmirəm. Dərsin var, ona getməlisən
Ruslan: Biz hər seyi bir birimizə danışacaqdıq axı... Cığallıq etmə, nə gördüyünü yaz
Nur'ay: Qaranlıq bir otaq idi. Mən dizlərimi özümə tərəf çəkib ağlayırdım. Sacım başım hamısı qarışıq idi. Ayaqlarımda da hec nə yox idi... Qarşımda O, vardı... Mənə baxıb gülərək, qəh - qəhə çəkirdi. Gülüş səsi qulağıma düşdüyündən, əlim ilə qulaqlarımı tutdum. O, isə səsini kəsmirdi... Hey gülürdü... Sonra qapı döyüldü. Qapı döyüləndə səsin kəsdi. Məndə dönüb qapıya baxdım. Gedib qapını açdı. Gələn anam ilə atam idi. Onların ayaqlarına qapanıb məni burdan aparmasını istədim. Onlar isə məni orda elə qoyub getdilər. Sonra O, mənə yaxınlaşdı. Üzümə bir şillə çəkdi... Orda yuxudan ayıldım
Ruslan: Bax yuxu idi keçdi, getdi. Daha elə sey baş verməyəcək. Günün buna görə pis etmə
Nur'ay: Mən bunun eynisini yaşamışam... Həmin şillə çox pis ağrıtmışdı(
Ruslan: Mən nə yazım hec bilmirəm... Belə alcaqlıq olar?!
Nur'ay: Başımı divara belə vururdu(
Nur'ay: Mən keçmişimlə bağlı hec yuxu belə görmək istəmirəm... Yuxudan ayıldıqdan sonra nə qədər ağlamışam... Keçmir... Hər iki gündən bir belə yuxular görürəm. Beynimin içindən çıxmır. Çıxardıb atmaq istəyirəm alınmır. Bacara bilmirəm
Ruslan: Bacara bilmirəm demə. Bacaracaqsan. Bu qədər yol qət etmisən, hər sey bir gün yadından çıxacaq. İnanırsan mənim dediklərimə?
Nur'ay: İnanmaq istəyirəm... Bilmirəm alınar ya yox
Ruslan: Belə edirik, mən dərsə gedib gəlirəm sonra bərabər rəsm çəkirik
Nur'ay: Tam başa düşə bilmədim
Ruslan: Albom və rəngli karandaşlar tap. Hər ikimiz oturub şəkil çəkəcəyik, sonra onu bir birimizə atıb xala verərik
Ruslan: Beləcə yadından çıxardıb atmış olarsan yuxunu
Nur'ay: Bu işə yarayacaq?
Ruslan: Etmədən görə bilmərik
Nur'ay: Mənə görə vaxtını boşa sərf edəcəksən?
Ruslan: Sənə görə edirəm, ancaq vaxtım boşa getməyəcək. Sənə bu yaxşı gələcəksə, hər sey edərəm mən
Nur'ay: Bu iş indidən xoşuma gəlməyə başladı
Ruslan: Eynən mənimdə
Nur'ay: Yaxşı sən onda dərsinə hazırlaş, məndə psixoloq yanına getmək üçün hazırlaşım
Nur'ay: Günortadan sonra yazışarıq
Ruslan: Yuxunu fikirləşmə, nə çəkəcəyimizi fikirləş. Yaxşımı?
Nur'ay: Çalışacam
Ruslan: Hələlik Nur

Univeristetə gəlib dərslərə qoşulmuşdum. Cismən burda olsamda, ağılım Nur'un yanında qalmışdı. Qolumda olan saata baxdıqda, saatın 10 - na yaxınlaşdığını gördüm. Yenə piyada gedib, ayaqlarına zülüm edəcəkdi... Səhər yazışdığımız mesajlardan sonra, ağılımda gördüyü yuxusunu götür qoy edirdim. Eynisini yaşamışdı... Gücü zəif qıza çatmışdı?! Hələ çox sey başıma gəlib, deyərkən ağılıma başqa bir seylər gəlirdi... Bəlkədə, təcavüz belə etmişdi... Bunları edən onumu etməyəcəkdi? Bu ağlıma gəldikdə dəli olurdum... İnsan - insana gec rast gəlir. Amma daha ona gec qalmağı düşünmürdüm. Kicik yaxşılığın bir zərəri olmazdı mənə...
Dərs bitdikdən sonra kitabxanaya baş çəkib şəkil albomu ilə, rəngli karandaşlar aldım. İçimdəki kicik həyəcan artmağa davam edirdi. Uzaqdan uzağa bərabər rəsim çəkəcəkdik. Məsafələr buna mane ola bilmiyəcəkdi...
İş olduğundan evə getməyim alınmırdı. Məncə məcbur qalıb işə gətirdim aldıqlarımı. Nur'a sözüm vardı...
Albom ilə karandaşı iş masasının üstünə qoyduğumda, Pərvizin qəribə baxışlarına məruz qaldım. Çoxmu qəribə görünürdüm?
"Pərviz mənə baxmağı kəs"
"Uşaq - uşaq şəkil çəkəssən indi?"
"Sən Allah başlama. İmkan ver işimi görüm"
"Bir etmədiyin bu qalmışdı, bunuda etdin. Yaxşı çək ha şəkili. Yoxsa müəllim qiymət yazmaz"
"Bir az belə danışsan, yumruq yeyəcəksən"
"Amanda aman söz dedizdirməzmiş Nur'una"
"Yox dəqiq sən qaşınırsan"dediyimdə otağına qapısı açıldı. İçəri Aytən daxil oldu... Bunun burda nə işi vardı? Pərviz yanına gedib "Salam xoş gəlmisən. Sənin yolunu gözləyirdim"dedi.
"Nəhayət gəlib çıxa bildim sizin iş yerinizə. Salam Ruslan" dediyində dünənki gecəyi xatırladım. Bu bura nə üçün gəlmişdi? Pərviz çoxbilmişliyini işə salıb otaqdan çıxdı. Bu oğlan hec düzəlməyəcəkdi! Bunla danışıb tez yola verməli idim. Nur harda olsa yazacaqdı mənə
"Sənədə Salam. Nə yaxşı bura gəlmisən?"deyib söhbəti açdım
"Maşın almaq istəyirdim, məsləhət sizi bildilər. Pərvizdə sağ olsun dəvət etdiyində, düşünmədən gəldim"
"Həə, nə gözəl... Xeyirli olsun indidən"
"Çox sağ ol. Dünən nigaran qaldım səndən... Təcili zəng gəlmişdi, indi hər sey qaydasındadı?"
"Həə yolundadı indi hər sey"
"Maşın secməkdə köməklik edəcəksən mənə?"
"Pərviz, Pərviz elə işlərdə daha yaxşıdı. Sən ondan kömək istə"
"Soyuq davranırsan, axşam hec belə deyildin" dediyində telefonuma mesaj gəldi. Ürəyimin sürəti iki qat artdı... Mən nə edim?
"Axşam özümdə deyildim mən... Necə davrandığım yadımda qalmayıb" deyib telefonuma baxdım. Ah şükür, mesaj Nur'dan deyildi. Telefonu söndürdüyümdə, gözü masasa olan albom və karandaşa taxıldı. Kobudda olsa "Nəyə baxırsan?"deyib albom ilə karandaşı özüm tərəfə çəkdim
"Canın deyəsən uşaqlaşmaq istəyib"
"Həə mən arada belə rəsm çəkirəm"
"Canın başqa bir sey istəmirki?"
"İstəyir"
Özündən əmin tərzdə "Nə istəyir?"deyib güldü. Ağılından keçən seyin nə olduğunu çox gözəl bilirdim. Amma mən onu, indi böyük məmnuniyyət ilə yanıldacaqdım. Dişimin dibində "Təklik..."dedim. Gülüşü bir andaca dayandı. İnsanları pərt etməyi sevərdim
"Sənin kimi iki üzlü oğlanlardan zəhləm gedir. Özünü dağın başına nə qoymusan?"
"Otaqdan çıxıb, maşının ilə maraqlana bilərsən? Əsəblərimi pozmağa başlamısanda"
"Sən şəkilini çək!" dedikdən sonra qapını açdı. Otaqdan çıxdıqdan sonra qapını möhkəm şəkildə bağladı. Xəstədi, dəlidi nədi?
Qarşıma dönüb albom və karandaşlara gülümsədim. Rəsim çəkmək üçün səbirsizlənirdim... Ya da Nur ilə bərabər çəkəcəkdik deyə belə səbrsiz olmuşdum. Albom ilə karandaşların şəkilini çəkib, Nur'a göndərdim. Ardıycada "Hazırsansa başlayaq" yazdım. Bir dəqiqə sonra oda albom və karandaşının şəkilini atdı.


Nur'ay: Məndə hazıram
Ruslan: Ağılında çəkmək üçün bir sey var?
Nur'ay: Çiçək rəsimi çəkək?
Ruslan: Onuda çəkərik. Amma ən birinci başqa bir seyin şəkilini çəkməliyik
Nur'ay: Nəyin?
Ruslan: Nur'un
Nur'ay: Günəş şəkili demək istədin?
Ruslan: Həə günəş çəkək birinci, sonra altına çiçəklər çəkərik
Nur'ay: Düşüncəli biri olmağa başlamısan
Ruslan: Yalnız sənə qarşı beləyəm
Nur'ay: Uzatmayaq. Rəsmi çəkək
Ruslan: Kim tez çəkib qutarsa, şəkilin çəkib atar
Nur'ay: Okey

Çıxdığını gördükdən sonra telefonu söndürdüm. Albomu açdım, sarı qələmi əlimə götürdüm. İçimdəki kicik qıpırtı imkan versəydi, nəsə çəkməyə başlayacaqdım. Ancaq olmurdu... Elə bil dilim damağım qurumuşdu...

Qələmi yerə qoyub, telefonu əlimə aldım. Nə yazımki? Sarı qələmə bir xeyli baxdıqdan sonra, Nur'un adına daxil oldum

"Sən mənim qəlbimə, həqiqətən işıq sacmısan, Nur..." yazıb göndərdim
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri