Lənətli Qızcığaz (Bölüm 8)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 793
Səs ver:
(səs: 4)
Nuray'ın dilindən
Telefonuma gələn mesaj səsi ilə, şəkili yarıda saxlayıb telefonumu əlimə aldım. Mesaj Ruslandan gəlmişdi... Yazdığı mesaja daxil oldum
"Sən mənim qəlbimə, həqiqətən işıq sacmısan, Nur..."
Öyrəncəli deyildim belə mesajlara... Əllərim özündən qeyri ixtiyarı əsməyə başladı. Onunla yazışmağım belə, mənim üçün möcüzə idi. Mən əks cinsə qarşı bağlı qutu idim. Ruslan isə o qutunu açmağa çalışırdı...
Dəqiqələrdi mesajı oxuyub bir cavab vermədiyimi gördüm. Bir cavabım olmadığından... Ağılıma bir sey gəlmədiyindən...
Ruslanın xətdə olub, yazdığını gördüyümdə alt dodağımı dişlədim. Yazıb, yazıb silirdi... Son yazdığında hec bir sey silmədi. Ondan yeni bir mesaj gəldi
"Cavab tapmadığını hiss edə bilirəm. Sən cavab verməsəndə olar. Amma bunu bilməli idin. İndi rəsm çəkməyə davam edə bilərik"
Hə, indi dediyi kimi edə bilərdik. İçimə girən rahatlıq hissi ilə telefonu kənara qoyub, sarı qələmi əlimə aldım. Albomun ortasına çəkdiyim yumru dairənin içinin rəngləməyə başladım. Ortada, böyük bir günəş şəkili çəkmişdim. Günəşin kənarda olmasını istəmədim... Rənglədikcə beynimdə çəkəcəyim çiçəkləri canlandırdım. Qırmızı rəngdə edəcəkdim hər birini. Laləyə bənzər çiçəklər çəkəcəkdim. Günəş şəkilini çəkib bitirdikdən sonra çiçəkləri çəkməyə başladım. Bunu böyük bir həvəs ilə çəkdiyimə inana bilmirdim... Psixoloqumda dəfələrlə məndən şəkil çəkməyimi istəmişdi. Hər dəfə yarım qalardı amma... Tam axıra qədər çatdırmağa gücüm çatmazdı...
Çiçəkləridə bitirdikdən sonra alboma baxdım. Olmuşdu məncə...
Telefonla şəkilini çəkib, Ruslana göndərərək ardınca "Bitdi məndə" yazdım. Öz içimə bir günəş doğmuşdu...
Bir az zaman keçdikdən sonra Ruslanda çəkdiyi rəsmi atdı. Diqqətimi çəkən tək sey çəkdiyi günəş şəkili olmuşdu. Oda ortada və böyük bir günəş çəkmişdi

Ruslan: Səndə gözəl çəkmisən, məndə. İndi biz xalı kimə verək?
Nuray: Mənim lalələrim daha qəsəy çıxıb, ən böyük xalda mənə düşür
Ruslan: Hmm elə olsun
Ruslan: Barmaqlarım ağrıdı mənim o çiçəkləri çəkib rəngləyincə(
Nuray: Barmaqlarına masaj et ağrısı keçsin. Məndən xal görməyəcəksən sən
Ruslan: Neynək belə olsun
Nuray: Saatlarını mənə xərclədiyin üçün təşəkkür edirəm sənə. Vaxtımın nece keçdiyini hec bilmədim. Ağılımada çox sey taxmadım bu gün
Ruslan: Mənə təşəkkür etmə, özünə et. Bunu sən bacardın
Nuray: Bu gün seansa getdiyimdə, orda bir qız ilə qarşılaşdım... Üzü gözü yara içində idi... Onada baxdığımda özümü gördüm. Elə olduğum günlər yadıma düşdü. Ordan çıxdıqdan sonrada bütün gün düşünəcəyimi fikirləşdim... Amma bilirsən nə oldu?
Ruslan: Nə oldu?
Nuray: Ordan çıxıb kitabaxanaya getdim. Albom və rəngli karandaşlara baxım deyərkən, hər sey yadımdan çıxdı. Kitabxanada o qədər gözəl seylər vardıki, hər seyə tək - tək baxdım. Bunu mən deyil, sən bacardın. Təşəkkürdə sənə düşür
Ruslan: Buna səmimi qəlbdən sevindim... Hər keçən gün özünü daha yaxşı hiss edəcəksən. Sabahada başqa plan tapacam
Ruslan: Hər saniyəm, hər dəqiqəm, hər saatım, hər günüm səndən ibarət olsun istəyirəm
Ruslan: Mənə vaxt ayırarsan?
Nuray: Ayıraram
Nuray: Mənə yaxşı gələcək insandan uzaq qalmaq istəmirəm
Nuray: Həm bu gün, bütün seans boyu psixoloqum səni soruşub durdu. Sözü dəyişdirib ancaq sənə gətirirdi. Məndən nə istəyir hec bilmirəm
Ruslan: Nə soruşurdu maraqlıdı mənə
Nuray: Onunla yazışdıqda nə hiss edirsən, ona mesaj yazanda neçə saniyə düşünürsən. Axşam yatanda ağılına O, gəlirmi falan
Ruslan: Bəs sən nə cavab verdin?
Nuray: O qədərində deyə bilmərəm sənə
Ruslan: Hər seyi deyirsən, bunumu deməyəcəksən? Tez de, maraqdan öldüm burda
Nuray: Demərəm!
Ruslan: Ruslanın qəlbi qırıldı
Nuray: Qırılsada hec nə deməyəcəm. Mənimdə tərsim pisdi
Ruslan: Amanda, amann hec nə demə yaxşı. Onsuzda mən cavabın bilirəm
Nuray: Söz almağa çalışırsan, mən isə hec nə demiyəcəm sənə
Ruslan: Səndəndə söz almaq olmurmuş, gizli agentdi elə bil
Nuray: Nə vaxtsa kefimə düşsə onda deyəcəm sənə
Ruslan: O günə qədər səbrlə gözləyəcəm.

Səbrsiz insanam amma mən
Ruslanın bu mesajına cavab vermək istədiyimdə, qapı döyüldü. Kim idi bu vaxt bizə gələn? Xalam bu saatlarda işdə olardı...
Telefonu əlimə alaraq, otağımdan çıxdım. Qapıya yaxınlaşıb, qapı ardında dayanaraq "Kimdi?"dedim
"Günel xanımın evidi bura?"deyə bir cavab gəldi. Qapının qulpundan möhkəm yapışıb tutdum. Qadın səsi deyildi... Cavan bir oğlanın səsinə oxşayırdı
"Onun evidi, amma evdə deyil"
"Əmanət var onu verməyə gəlmişəm. Qapını aça bilərsiz?"
"Xeir aça bilmirəm. Siz saat 8 dən sonra gələrsiz"
"Bu qədər yolu boşuna gəlmişəm?"
"Dedim axı qapını aça bilmərəm!"
Bu sözümdən sonra qapını təkrar döydü. Başa düşmürdü?! O qapını aça bilməzdim mən...
"Gedin burdan!"deyib aşağı çöküb qapıya yaslandım. İçimə titrəmə daxil oldu... Titərdiyimin fərqinə vardığımda dizlərimi özümə tərəf çəkib "Yalvarıram gedin..."deyə qışırdım. Ağlamağıma saniyələr qalmışdı... Dolan gözlərimi sildiyimdə, göz yaşlarım yanağımı islatdı... Qapı daha döyülmədi... Getdiyini ümüd edirdim... O qapını açmağı bacarmadım... Həmişə qapı arxasına saxlanırdım... Nə vaxtsa açmağı bacara biləcəkdim mən? Keçəcəkdimi içimdəki ağrı, acı? Bu gün səhər o yuxunu görməyim azmış kimi birdə başıma bu gəlmişdi... Məni bir otağa kilitləyərdi... Yeməyə su ilə çörək verərdi... Dodaqlarım yara olduğundan suyu belə içə bilməzdim... Hamı kimi ola bilmədim mən... Bunu bacarmadım... Bədənim öz sözümə qulaq asmırdı. Bədənimə yayılan titrəmə davam etməkdə idi. Mən bu lənətdən xilas ola bilməyəcəkdim... Məni elə bir bataqlığın içinə atmışdılarki, çıxmağı bacarmırdım. Cəhd göstərirdim, amma yenə həmin quyunun içinə düşürdüm
Ruslandan gələn zəngi gördüyümdə telefonu əlimə aldım. Açıb danışa bilərdim onunla? Artıq üçüncü zəngi idi... Onuda narahat qoymuşdum... Onun səsin ilk dəfə eşidəcəkdim... O, çox uzaqda idi... Uzağın zərəri olmazdı hə?
Telefonu açıb qulağıma qoyduğumda, qısıq səsim ilə "Alo..."dedim
"Narahat oldum Nur..."dedi
Susdum... Ağlamağa davam etdim... Danışa bilməyəcəkdim onunla...
"Nur ağlama... Nə oldu sənə? Hər sey yaxşıdı idi axı" dedi təlaşlı bir şəkildə. Ağlamağımı kəsməyə çalışdım. Ona bir - iki cümlə nəsə deməli idim
"Rus-lannn qapı döyüldü..."deyib dayandım
"Qapı nə?! Yaxşısan sən? Dəli olmağa başladım mən burda"deyə səsini ucalatdı
"Qapını döyən qadın deyildi... Onandan sonra yenə belə oldum. Qorxdum... Bu qorxu canımda qalıb nə etsəmdə keçmir" dedim
Bir səs çıxmadı ondan... Qulağıma gələn səs yalnız, nəfəsinin səsi oldu
"Uzaq məsafəyə nifrət edirəm!"dediyində səsinin titrədiyini hiss etdim. Uzaq məsafə hər zaman aramızda olacaqdı bizim
Güclə çıxan səsim ilə "Yaxında olsaydında, mənə əlin çatmazdı..."dedim. Qəhər boğazıma yığılıb qalmışdı... Məni boğurdu...
Çərəsizcə "İndi göz yaşlarını sil Nur... Biz böyük günəş şəkili çəkmişdik... Ona nə oldu? Günəşini buludların arasında gizlətmə... Bacar bunu... Bacar Nur..." dedi
Telefonu yerə qoyub göz yaşlarımı silməyə çalışdım. Bacara bilməyəcəkdim, amma bacarmış kimi edə bilərdim... Göz yaşlarımı sildikdən sonra, udqunmağa başladım. Boğazımda oturan yumrunun keçməsi üçün... Telefonu əlimə alıb ayağa qalxdım, ona pıçıltı şəkilində "Buludların arxasına gizlənmədim..." deyə fısıldadım. Qulağıma kicik bir gülüş səsi gəldi. Telefon arxasından gülüş səsini eşitmək belə, yaxşı gəlmişdi mənə
"Günəş göyüzündə gözəldi, buludların arxasında deyil..." dedi, ardınca "Səndə göyüzündə gözəlsən..." deyə əlavə etdi
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 3 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri