Lənətli Qızcığaz (Bölüm 10)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 4 021
Səs ver:
(səs: 1)
(Sabah 07:10)
Dünən gecə nə qədər zəng etsəmdə, zənglərimə hec bir cavab vermədi. Birdən birə niyə belə etdi, hec bilmirdim. Səbəbsiz yerə niyə belə etmişdi? Gecəni demək olar, yatmamışdım... Gah yuxu tuturdu, gahda ayılırdım. Hər ayılanda da telefona baxırdım. Amma ondan gələn bir sey olmamışdı... Daha çox yuxuya gedə bilmədiyim üçün yerimdən ayağa qalxdım. Şənbə günü olduğundan dərs yox idi. Şənbə günləri günortaya qədər yatan adam indi saat 7 olmamış ayağa qalxmışdı. Evdə olan gündəlik işləri həll etdikdən sonra evdən çıxdım. Nə edim, necə edim deyə düşündüm yol boyu... Zənglərimi açmırdısa, əngəlimi hec qaldırmazdı... Ağılıma son çarə yeni nömrə almaq gəldi. Yeni nömrədəndə əngəl atsaydı, işim onda daha çətin olacaqdı. Nömrə aldıqdan sonra iş yerinə keçdim. Boş vaxt tapan kimi ona yazmağı planlaşdırırdım. Məni bu saatda ayaq üstə görmədiklərindən Pərviz ilə Röyal şoka düşmüşdü. Gələndəndə Pərvizin bir gözü üstümdə idi. Elə bil məni birinci dəfədi görür... "Olmaya darıxmısan məndən ötrü"dedim gülərək
"Hər sey qaydasındadı Ruslan?"
"Yox... Bərbatdı"
"Gözümə gələndən yaxşı dəymədin ona görə soruşdum. Nur ilə necədi aranız?"
"Ona görə bərbadam elə... Nur mənə əngəl atdı, zənglərimədə cavab vermir"
"Xeyirlisi bu imiş demək. Kefini pozma səndə. İki - üç günə düzələcəksən"
"Yox Pərviz, mən ondan belə asandlıqla əl çəkən deyiləm. Nə olduğunu bilmədən rahat etməyəcəm"
"Dəli olma, qız öz xoşu ilə səndən ayrıldı. Üstünə nə gedirsən? Həyatını yaşada"
"Pərviz yeri ged işinlə məşğul ol" deyib üzümü çevirdim. İçimi narahat edən bir çox məqam vardı. Mən bütün gecəni, ondan narahat qalmışdım... Pərvizi otaqdan çıxan gördükdə, aldığım yeni nömrəni telefona yerləşdirdim. Nur'un adını qeyd edib whatsapp açıdığımda Nur'un xəttdə olduğunu gördüm. Nə vaxt baxırdın, xəttdə idi... Danışmalı idim onunla.

Ruslan: Salam Nur (11:34)
Ruslan: Əngəl atma xahis edirəm
Ruslan: Bütün gecə səni fikirləşib durdum. Mənə qarşı niyə belə etdin?
Nuray: Sənin başqa işin gücün yoxdu?! (11:45)
Ruslan: Yox yoxumdu. Mənim işimdə gücümdə hamısı sənsən
Ruslan: Niyə belə etdiyini de Nur
Nuray: Hər sey sənlə yaxşı gedirdi. Sonra hər sey korladın
Ruslan: Nə etdim?!
Nuray: Yalan danışmağa başladın
Ruslan: Nə yalanı Nur?
Nuray: Bilməmiş kimi yazışmağa davam etmə mənlə
Ruslan: Dəli etmək istəyirsən məni?! Mən sənə yalan danışıb etməmişəm
Nuray: Dünən gunorta mənə bir dostun yazdı. Adını demədi, sadecə sənin dostun olduğunu dedi
Ruslan: Nəə? Sonra, sonra nə yazıb?
Nuray: Yazdıki Ruslandan uzaq dur. Sən ona yaxşı gəlmirsən. Ruslan başqa qızı sevir falan filan
Nuray: Bildiyin üstümə gəldi... Belə seylərin vardısa mənə niyə demirdin?
Nurayın yazdığı sonuncu mesajı oxuduqdan sonra telefonu söndürüb divanın üstünə atdım. Belə seyi kim hansı cürətlə etmişdi? Başıma birdən birə bir ağrı daxil oldu. Başımı sıxmağa başlayıb gözümü yumduğumda, ağılıma gələn tək sey Pərviz oldu... Amma yox onun olmasını hec istəmirdim... Ya O, deyildisə? Pərviz edərdimi belə seyi? Öz telefonumu cibimə yerləşdirib otaqdan çıxdım. Pərviz ilə Röyal yanaşı dayanıb bir müştərini yola salırdı. Müştəri gedər getməz Pərvizə yaxınlaşıb "Telefonunu mənə iki dəqiqəlik verə bilərsən? Bir nəfərə zəng edəcəm, məndə kontur yoxdu" dedim. İlk tərətdüdə qaldı... Sonradan telefonu mənə uzadıb "Al qurbandı" dedi. Üzünə yalandan gülüb, telefonun əlimə aldım. İnşallah düşüncələrimdə yanılardım...

Whatsappına daxil olduğumda tanıdıq nömrəni görməyim ilə üz cizgilərim dəyişdi. Nömrəyə daxil olduğumda, Nura mesaj atanın Pərviz olmasının şahidi olmuşdum. Tək sual, nəyə görə?! Telefonu əlimdə sıxmağa başlayıb, ona baxdım. Nəyinsə tərs getdiyini başa düşmüş olacaqki "Ruslan hər sey qaydasındadı?"dedi. Güldüm... Gülməyə davam etdim... Hə, hər sey əla idi... Mənim həyatımı alt - üst etməklə məşğul idi! Anidən gülüşümü yarıda kəsib, telefonu ona tərəf tulladım. Telefon parça - parça olub ayaqlarının altına düşdüyündə "Xəstəsən sən?!"dedi. Üstünə gəlib yaxasından yapışıb "Həə xəstəyəm mən!"deyə qışqırdım. Röyal aramıza girib bizi ayırmağa çalışdığında "Röyal kənara dayan sən!"dedim. Hec zarafatım yox idi bu işdə
"Nura necə yaza bilmisən hə?! Nə istədin ondan sən?!"
"Ruslan əlini yaxmadan çək, rahat danışaq!"
"Belə danışacaqsan! Hec utanmadın?! Nur olduqca həssas qızdı, sən O qıza necə elə mesajlar yaza bilmisən?! Hardan gəldidə, bu cəsarət sənə!"
Özümü saxlaya bilməyib üzünə bir yumruq atdığımda, yerə yıxıldı. Röyal qarışma keçib məni saxlamağa çalışıb "Qardaş - qardaşa belə davranar?!"dedi. Qardaş? Qardaşlıq yox idi daha!
"Tüprüm onun qardaşlığına! Qardaş belə sey etməz!"dedim üstünə getməyə çalışıb, Röyal isə məni tutub buraxmırdı. Pərviz isə əlini üzünə yerləşdirim ayağa qalxmağa çalışırdı. Ayağa qalxdığında "Aytaca görə oldu..." dedi yarı çıxan səsi ilə. Aytac nə əlaqə?
"Aytac istədi səndən yazmağını?! Aytca Nur'u hardan tanıyır?!"
"Sənin zəif nöqtənin nə olduğunu soruşdu. Məndəə... Məndə Nurayın olduğunu dedim"
"Bunu nəyin qarşılığında elədin?! Öz dostunu nəyə görə satdın?!"
"Bağ-ış-la dostum..."deyərək gözü dolmuş şəkildə yanıma yaxınlaşdı. Nəyi bağışlayım mən?!
"Dostum demə mənə! De görüm məni nəyin qarşılığına satdın?!"deyib yaxasına təkrar yapışdım. Gözüm bu saatdan sonra hec nəyi görən deyildi. Baxışların məndən qaçırdıb, başını aşağı saldı. Mənim səbrim tükənirdi!
"Yatdım onunla..."dediyində əllərim xeyri ixtiyarı yaxasından boşaldı. Məni buna görə satmışdı? Tüpürməli olduğum üzə, hec bir söz deməyəcəkdim... Yanından keçib obyektdən çıxdığımda arxamca gəlib "Nəsə deməyəcəksən?! Hec olmaya döy..." dedi. Üzünə baxmadan, maşınıma mindim. Hec nə demədən maşını yanından sürətlə sürüb keçdim. Maşını bir az sürüb, sakit bir yerə çəkdim. Səsli şəkildə oflayıb dururdum. Mən nə edəcəkdim belə? Bir yataq münasibətinə görə, məni satdığına inana bilmirdim... Dost xəyanətidədə belə olurmuş... Digər tərəfdən özümü necə təmizə çıxardacağımı düşünürdüm. Nur, bütün ipləri qoparmışdı... Son dəfə, ona zəng etməyi düşündüm. Zəngi açmasaydı, itirənin kim olduğunu bilməyəcəkdim... Özüm nömrəm ilə zəng etdim. Çalırdı... İlk çağırış sonladı, açmadı... Nə qırılmaz inadı vardı... Bir dəfəni görməzdən gəlib ikinci dəfə təkrar yığdım. Bir az çaldıqdan sonra, zəngi açıb "Zəng etməkdən yorulmadın?"dedi. Səsi, üzümü güldürmüşdü
"Açmasaydın nə edəcəkdim hec bilmirəm"
"İstəyirsən söndürüm"
"Yox... Nur telefonu söndürmədən mənə qulaq as"
"Çox vaxtım yoxdu"
"Sənə dünən yazılan hər sey dostumun başının altından çıxıb. Mənlik bir mövzu yoxdu. O yazılanların hec birinə inanma"
"Mənə niyə elə bir sey yazıb?"
"Bunu demək çox utanc verici bir seydi... Amma səni itirməmək üçün məcburam deyəm. Sənə yazan dostum, mənə Aytacın nömərsini vermişdi. Sonra biz onunla qarşılaşdıq, məndə sən varsa deyə ona üz verməyib sərt danışdım onunla. Buda ona acıq gəlib, məndən intiqam almaq istəyib. Pərvizdən istifadə edib"
"Tam başa düşə bilmədim. Pərvizdən necə istifadə edib?"
"Sey... Nur sən bunları bilməsəndə olar. Bilməli olduğun tək sey sənin mənim üçün nə qədər vacib bir insan olmağındı"
"Yox, mən hər seyi dəqiq bilmək istəyirəm. De mənə"
"Pərvizdən yazmasını istəyib... Onun qarşılığındada... Onunla yatıb"
"Dostlarını yaxşı sec... Onlar ki valideyin kimi deyil... Onları biz özümüz secə bilirik"
"Hələdə inana bilmirəmki, necə illik dostum mənə belə bir sey etdi"
"Mən onda sənə indi bir üzr borcluyam?"
"Mən səndən üzr istəmirəm... Məndən uzaqlaşma mənə yetər"
"Hardasan sən indi?"
"Mən maşındayam... Maşını bir kənara çəkib səninlə danışıram"
"Onda evə get. Ürəyim dəniz şəkili çəkmək istəyir"
"Yuxarı göyüzü ilə buludlarda çəkərik?"
"Çəkərik..."dedi fısıltı şəkilində. Ardından qulağıma gülüş səsi gəldi. Onu bu qədər güldürən nə idi?
"Nur nəyə gülürsən?"
"Yadıma limon düşdü. Mən limon şəkili çəkəcəm"
"Onuda çəkərik. Limon demiş, evə gedəndə gərək limon alam"
"Mənə sözün vardı ha. Mənə limon alacaqdın"
"Sözüm sözdü. Səni gördükdən sonra sənə hər gün limon alacam"
"Adını limonçu qoydum onda mən"deyib yenə güldü. O, gülərkən sinə boşluğumda qıpırtı yaranmağa başladı. Gülüşünü görmədən, gülüşünün səsinə vurulmuşdum...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri