Lənətli Qızcığaz (Bölüm 11)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 1323
Səs ver:
(səs: 0)
(Saat 22:09)
Nur'ay: Mənim buludlarım sənin buludlarından daha gözəl idi
Ruslan: Mənimdə dənizim qəsəy idi, gör hec mən bunun söhbətin edirəm
Nur'ay: Mən hec dənizə bənzətmədim onu. Mavi rənglə bir yeri rəngləmisən deyirsən dənizdi
Ruslan: Biz bu xanıma hec nəyi bəyəndirə bilmirik(
Nur'ay: Yaxşı - yaxşı üzünü asma
Nur'ay: Mən ən sevdiyim rəngi mavi rəngdi. İnsana huzur bəxş edir
Ruslan: Məndə sevirəm. Ancaq hüzuruna görə deyil
Nur'ay: Nəyə görə?
Ruslan: Gözlərimin rəngi mavidi ona görə
Nur'ay: Ohaa
Ruslan: Nəyə bu qədər şok oldun?
Nur'ay: Özün təxmin et görək
Ruslan: Ağılıma bir sey gəlmədi. Özün de
Nur'ay: Mənimdə gözlərim mavi rəngdədi :)
Ruslan: Oo iki mavi göz yan yana
Ruslan: Biz indi tam ikili olduq
Nur'ay: Uzaqda uzağa hə
Ruslan: Yaxında da ola bilərik. Sən məni qəbul etdiyində
Nur'ay: Sən Gəncəyə gələrsən?
Ruslan: 2 aya qədər gəlmərəm deyirdim. Böyük danışırmışam... Gələrəm
Ruslan: Gələrəm yox, gələcəmdə
Nur'ay: Mənə görə?
Ruslan: Təbiki sənə görə
Ruslan: Mən Gəncədə başqa adam tanımıram səndən başqa
Nur'ay: Bu mən nə vaxt düzəlsəm onda ola bilər
Ruslan: Düzələcəksən. Mən buna inanıram
Nur'ay: Məndə inanacam... Hər sey gözəl olacaq
Ruslan: Qorxduğunda və ya nəsə olduğunda, özünü tək hiss etdiyində mənə zəng edə bilərsən
Ruslan: Unutmamışkən, psixoloğunun nömrəsini mənə ata bilərsən?
Nur'ay: Ataram atmağına. Amma neynirsən nömrəsini?
Ruslan: Lazımdı mənə
Ruslan: Türklər demis üzümünü ye bağını sorma
Nur'ay: 05* *** ** **
Ruslan: Qeyd etdim
Nur'ay: Mən səninlə danışmayanda darxıram artıq. Bu gün bunun fərqinə vardım
Ruslan: Məndə... Məndə sənlə danışmadım deyə dəliyə dönmüşdüm az qalsın. Bir daha mənə bir seyi açıqlamadan ortadan getmək yoxdu
Nur'ay: Çalış dostlarını yaxşı sec
Ruslan: Bundan sonra dost falan hec nə yoxdu. Tək sən varsan
Nur'ay: Həmişə tək olmaq istəmişəm :)
Nur'ay: Biri üçün dəyərli olmaq istəmişəm
Nur'ay: İstəmişəmki biri məni möhkəm - möhkəm tutsun. Və hec buraxmasın
Nur'ay: Mən çox sey istəyirəm Ruslan?
Ruslan: Elə insanı sən çoxdan tapmısan
Nur'ay: Buna tam əmin deyiləm
Ruslan: Sən beynində xoş seylər düşün. Məsələm məni düşün ancaq
Nur'ay: Düşünürəm
Nur'ay: Hətda psixoloqum bu gün mənə dediki, siz bir birinizi görməlisiz
Nur'ay: Amma yenə cəsarət edə bilmirəm
Ruslan: Nə vaxt özünü hazır hiss etsən onda bir birimizi görərik. Tələsmək lazım deyil
Nur'ay: Ən azından gözlərimizin rəngin bilirik
Nur'ay: İki mavi
Ruslan: İkisidə bir birinə hüzur bəxş edir
Ruslan: Sən həyatıma huzur oldun Nur
Ruslan: Sən həyatıma rəng qatdın
Ruslan: Sən həyatıma işıq sacdın
Ruslan: Mən bu işığı söndürməyəcəm
Ruslan: Səndə bu işığı söndürmə
Ruslan: Söndürsən, bu dəfə qaranlıqda qalan mən olacam. Mən qaranlıqdan qorxaram. Sən mənə işıq sacmağa davam et Nur
Ruslan: Aramızda olan məsafənin mənim üçün bir mənası yoxdu. Baxmayaraqki əllərim boş qalır... Amma ürəyimki boş deyil... Mən əlimi uzatdığımda, sənin tutduğunu xəyal edirəm. Hər sey gözəl olacaq hə Nur?
Nur'ay: Gözəl cümlələrini məhv etmək istəmirəm
Nur'ay: Mən göyqurşağında yoxam
Nur'ay: İçim o qədər rəngli deyil
Nur'ay: Məni rəngli etməyə çalışırsan... Ancaq qarayı nə qədər başqa rəngə boyamaq istəsəndə, qara hər zaman qara qalır
Ruslan: Qara deyilsən, özünü elə görmə
Ruslan: Gülümsə Nur :)
Ruslan: Görməsəm belə gülümsə
Ruslan: Çünki gülüş səsin qulaqlarımdan getmək bilmir
Nur'ay: Gülümsədim... Sən görməsəndə
Nur'ay: Mənim yatmaq vaxtımıdı. Çıxsam inciməzsən?
Ruslan: Yox yetərki sən huzurlu yat
Nur'ay: Dünən olanlara görə narahat yatmışdım. Bu gün yenidən barışdığımıza görə rahat - rahat yatacam. Gecən xeyirə qalsın
Ruslan: Gecən xeyirə qalsın işığım

Onun çıxdığını gördükdən sonra məndə telefonu söndürdüm. Bu gün Pərviz ilə Röyal mənə dəfələrlər zəng etmişdi. Pərvizin hansı üz ilə zəng etdiyini bilmirdim. Sabahdan işədə getməyi düşünmürdüm. Yolu ayırmağın vaxtı idi deyə düşünürdüm. Özümə başqa bir iş aça bilərdim. Mənimki daha onlarla alınmazdı... Arxamdan quyu qazan ilə nə işim olacaqdı? Nur'un psixoloquna zəng etməyi düşünürdüm. Ona mənim haqqımda danışmıdısa, mənlədə Nur haqqında danışacaqdı. Psixoloqlara zidd olan bir sey olsada buna etməli idi. Üstəlik sabah qrup uşaqlarının təşkil etdiyi yığıncaqda vardı. Getmək istəmirdim, amma getmək üçün sözdə vermişdim. Canımı bu bir xeyli sıxmışdı. Beynimdən bütün düşüncələri atıb, bir tək Nur'u saxladım. Gözləri mavi idi... Üzümə yayılan təbəssümü fərq etdiyimdə, özümü yığışdırdım. Gözlərinin mavi olunmasınada, təbəssüm edilməzdi... Yox, mən bu axır vaxtlar hər seyə təbəssüm edən biri olmuşdum. Özümü yığışdırmalı idim. Beynimi təmiz tutmağa çalışıb, yatmaq üçün gözlərimi yumdum. Bu saatda yatmayan adam, bu saatda yatırdı... Mənim özümə sözüm yox idi daha...

(Sabah 07:39)
Nur'ay: Bu gün niyə tez durmusan?
Ruslan: Axşam tez yatdığıma görə yuxu tutmadı
Nur'ay: Nə vaxt yatdın?
Ruslan: Səndən sonra məndə çıxıb yatdım
Nur'ay: Bəs həmişə necədə yatardın?
Ruslan: 2 ya da 3 də falan
Nur'ay: O saatlara qədər oyaq qalıb neynirdin? Cin şeytan ilə söhbət edirdin?
Ruslan: Həə mən deyirdim onlar cavab verirdi. Hələ qarşılıqlı oturub çayda içirdik arada
Nur'ay: Sən edərsən)
Ruslan: Adlarıda vardı
Nur'ay: Nə idi?
Ruslan: Ella ve Bella
Nur'ay: Hm qız adları demək
Ruslan: Yaxşı zarafat edirəm. Birinin adı Qəzənfər idi birinində adı Şahmərdan
Nur'ay: Bunları sevdim) bunlar ilə çayda içilər hələ oyunda oynanılar
Ruslan: Səhər - səhər gedən söhbətə bax
Nur'ay: Sən açdın söhbəti
Nur'ay: Bu gün bazardı nə edəssən?
Ruslan: Qrup uşaqları bir yığıncaq təşkil edib yəqin ora gedərəm
Nur'ay: Necə bir yığıncaqdı?
Ruslan: İnan hec bilmirəm məkanın adın atıblad o qədər
Nur'ay: Kim - kim olacaqsız?
Ruslan: Bizim qrup birdə paralel qrupdan bir - iki nəfər çağrıblar deyəsən
Nur'ay: Yəni qızda olacaq hə?
Ruslan: Olacaq yazsam, keçən səfərki kimi rəftar edəcəksən?
Nur'ay: Yox... Həddim olmayan seyə qarışmaram. Elə belə bilmək istədim
Ruslan: Olacaq qrupda 12 qız 11 oğlan var
Nur'ay: Məndə özümü xəyal edim. Gələn il məndə elə olacam
Ruslan: İnadıma inadıma deyirsən hə belə? Sırf inad olsun deyə
Nur'ay: İnadına demirəm. Mənimdə oğlan dostlarım olacaq
Ruslan: Olsun... Olmasın demirəm. Allah bol eləsin. Yanında duz istiotda olsun. Çünki, kabab duzsuz istiotsuz olmur
Nur'ay: Bu nə deməkdi?!
Ruslan: Bu o deməkdiki olar kabab olacaq, şişə çəkib bişirəcəm oların hamısını
Nur'ay: Qatil
Ruslan: Qatil olmağımı sən istədin
Nur'ay: Bu söhbəti bağla, öz söhbətinə qayıt!
Ruslan: Getməyə iki qram həvəsim vardı ondanda etdin məni
Nur'ay: Ciddi deyirəm get. Mən elə belə yazmışdım
Ruslan: Baxarıq
Nur'ay: Bir seylər yeyib içmisən?
Ruslan: Yox acam hələdə
Nur'ay: Qalx bir seylər ye onda
Ruslan: Qalxacam. Mən bu gün ailəmə baş çəkəm. Xəbərin olsun
Nur'ay: Xəbərdə verisən artıq)
Ruslan: Məlum səndən xəbərsiz çölə addımı ata bilmirəm
Nur'ay: Ailənlə yaşamırsan onda?
Ruslan: Yox onlar böyük qardaşım ilə yaşayır. Böyük qardaşımda evlidi. Onlarınki bir biri ilə tutur
Nur'ay: Yaxşı onda sən səhər yeməyini ye sonra ailənə baş çək. Günortada vaxtını mənə ayır. Axşama vaxtın olmayacaq axı :)
Ruslan:Ara yerdə sözünüdə əsgirmə məndən
Nur'ay: Olanı dedim mavi gözlü uşaq :)
Ruslan: Uşaq hə? Uşaq?
Nur'ay: Bir daha yazım?
Ruslan: Yox qalsın nə məlum, uşağın ardınca sən körpədə deyərsən mənə
Nur'ay: Körpə :)
Ruslan: Nurrr
Nur'ay: Aycan
Ruslan: İnsanfsız mən burda əridim axı
Nur'ay: Çox qaldın ha burda. Çıx daha. Get işinin gücünün dalınca
Ruslan: Məcbur qalıb çıxıram. Çünki bir azda ac qalsam mədəm yerindən çıxacaq
Ruslan: Hələlik işığım
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri