Lənətli Qızcığaz (Bölüm 12)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 674
Səs ver:
(səs: 0)
(Saat 11:48)
Ruslan: Nə edirsən?
Nur'ay: Dərs edirəm. Bir mövzuda ilişib qalmışam
Ruslan: Evə gedəndə köməklik edərəm sənə
Nur'ay: Sənin axşam işin var. Köməklik edə bilməzsən
Ruslan: Yenə söz atırsan?
Nur'ay: Mən söz atmıram, sən sözü tutursan
Ruslan: Bir az dincəl sonra yenə dərs etməyə başlayarsan
Nur'ay: Əslində çölə çıxıb hava almaq istəyirəm. Bizdə burda günəş çıxıb. Amma nəsə cəhd edə bilmirəm
Ruslan: Cəhd göstər. Çölə çıxdıqda məni fikirləş. Hiss etki yanındayam
Nur'ay: Mən yanımda kimsənin olmasını istəmirəm
Ruslan: Mənidə istəmirsən?
Nur'ay: İstəmək üçün hər hansı bir səbəb var?
Ruslan: Tərsliyin tutub
Nur'ay: Sən ailənə baş çəkmədinki?
Ruslan: Olardayam
Nur'ay: Onda mənə niyə yazırsan. Ailən ilə maraqlan
Ruslan: Darıxdım deyə yazdım
Nur'ay: Darıxmağın yaxşıya işarət deyil
Ruslan: Bilirəm. Ancaq gec qalmışam daha. Darıxmamaq əlimdə olan bir sey deyil
Nur'ay: Sənə xoş darıxmalar. Mən çıxdım
Ruslan: İki dəqiqə dayan hec olmaya
Nur'ay: Dayandım. Nə edim?
Ruslan: Bir - iki cümlə xoş söz deyə bilməzsən mənə? Ehtiyyacım var
Nur'ay: Deyə bilərəm
Ruslan: De
Nur'ay: Xoş söz :)
Ruslan: Ciddi - ciddi nəsə deyəcəyini gözləyirdim. Boşuna həyəcanlandım
Nur'ay: Ailənlə söhbət et, onlar sənə xoş sözlər deyəcək :)
Ruslan: Nəyinə söhbət edim? Uşaqların səsindən söhbət etmək olmur
Nur'ay: Necə yaşları var?
Ruslan: Böyüyün dörd, balacanında iki. İki qardaşdı onlarda bizim kimi
Nur'ay: Ailəniz olduğu kimi davam edir)
Ruslan: Atam qız nəvəsi olsun deyə qurban deyib, məndən görər insallah
Nur'ay: Həə valideyinlərin fərqi... Biri qız olsun deyə qurban deyib dua edər, biridə qızdı deyə artıq yük hesab edib tez evləndirər. Mənim kimi
Ruslan: Xətrinə deymək istəmədim
Nur'ay: Yox xətrimə dəymədin, olan bir seyi dedim mən. Mənə yük kimi davranırdılar. Hətda mən olanda atam olacaq adam, qızam deyə anamı iki ay evə gətirməyib... Şanssız doğuldum mən :)
Ruslan: Şanssız doğula bilərsən, ancaq həyatını şanslı şəkildə davam etdirmək sənin əlindədi. Valideyinləri özümüz secə bilmirik, amma ətrafımızı özümüz secirik. Şans bu cəhətdən səndən yana olacaq
Nur'ay: O şans sənsən hə?
Ruslan: Səndən xoş söz eşitdim :)
Ruslan: Hə mənəm, mən üçündə sənsən
Nur'ay: Şansımı, indi ailəsi ilə baş - başa qoyub çıxıram
Ruslan: Şansın sənin üçün indidən darıxdı
Nur'ay: Darıxsın... Darıxmaq belə bəzən gözəl olur
Ruslan: Sənin kimi...


Telefonu söndürdüyümdə ətrafda olan baxışların üstümdə olduğunu gördüm. Qardaşım əlini çiynimə atıb "Gələndən telefondan çıxmırsan, xeirdi?" dedi. Yalandan gülməyə başladım. Qardaşım hər seyə fikir verirdi.
"İş barəsində yazışırdım" dedim
İnanardılar dediyimə?
"O kimdisə iş barəsində yazışdığın insan, üzündə güllər açdırıb"
Qardaşımın bu atmacalı sözünə göz süzdürdüm. Atamın yanında danışdığı sözə bax. Atam eynəyini gözündən çıxardıb, mülayim şəkildə mənə baxdı. Atamda, anamda yola gedən insan idilər. Bizi yaxşı tərbiyyə etməyə çalışmışdılar həmişə. Aramızda çox gizli bir iş olmazdı. Amma hər seyidə valideyinə danışmağın tərəfdarı deyilim. Nə qədər az sey bilsələr, o qədər xeyirimizə olardı. Atam "Oğlum, Ruslanın üstünə bu qədər çox gəlmə. Cavan oğlandı, yazışacağı istəyəcəyi qızlar olacaq əlbət" dedi. Belə söhbətlərdən qaçmaq lazım idi. Çünki sonu hec yaxşı yerə gəlmirdi
"Nə vaxt elci gedirik ay oğul. Sənidə evləndirsəydim rahat edərdim"
"Ana sən canım bəsdi. Evlilik söhbətin yenə atma ortalığa. Mənim evlənən yaşımdı?"
"Evlənən yaşın deyilsə, nə yazışırsan camahatın qızı ilə?"
"Başqa söhbət edin. Yoxsa çıxıb gedərəm"
"Axır sənidə bir gün yola gətirən qız tapılacaq"
Anama hirsli baxışlarımı atdım. Hər dəfə söhbət hərələnib fırlanıb mənə gəlirdi. Ailələr arasında evləndirmə söhbəti olmasaydı, vaxt keçməzdi
Bu gün günümün çoxsunu ailəmə həsr etmişdim. Sözün açığı darıxmışdım onlar üçün. Qardaşım uşaqlarıda tam bir başa bəla olmuşdu. Hava qaralmağa başladığında öz evimə gəldim. Saat 7 də evdən çıxmalı idim. Hazırlaşmağa başladım. Köynəyimin düymələrini bağladıqdan, sonra güzgü qarşısına keçdim. Saclarımın qarşısını əlim ilə dağınıq hala gətirdim. Mənə belə daha çox yaraşdığını düşünürdüm. Otaqdan çıxanda gözüm divardan aslı olan saata taxıldı. Hələ vaxta vardı. Nur ilə yazışa bilərdim. İçimdə qarışıq hiss var idi. Biri get deyirdi, biri isə getmə... Hansına qulaq asacağımı hec bilmirdim. Əvvəlki kimi olmaq istəyirdim. Kiməsə nəsə demədən hərəkət edib hər yerə gedərdim. İndi isə bunu edə bilmirdim

Ruslan: Getməmiş yazışaq bir az?
Nur'ay: İstəmirəm
Nur'ay: Hələdə dərsimi edə bilməmişəm
Nur'ay: Başım dərsimə qarışıb
Ruslan: Sən hələdə yazmamısan dərsini?
Nur'ay: Dedim axı yox... Edə bilmirəm
Nur'ay: Özümü bildim biləli riyaziyyatı hec sevmədim
Ruslan: Sənə kömək istəyirdim ancaq bilirsən getməliyəm
Nur'ay: Hə, get əyləncənə bax
Nur'ay: Məndə dərslərimi bitirib rəsm çəkəcəm
Ruslan: Mənsiz çəkəcəksən?
Nur'ay: Sən olmadığına görə hə... Tək çəkəcəm. Sən evə gələndə də mən yatmış olacam
Nur'ay: Bu günlük son yazışmızdı
Ruslan: Yazışma tərzin mənə qəribə gəldi
Ruslan: Gedəcəyim üçün incidin məndən?
Nur'ay: Buna niyə inciyim mən?
Ruslan: Bilmirəm... Elə hiss etdim
Nur'ay: Elə hiss etmədin, elə hiss etmək istədin. Bax Ruslan özünü mənə qarşı borclu hesab eləmə. Bunu istəmirəm mən... Mən səni belə özümə bağlayıb, ora get bura getmə deyə bilmərəm. Buna mənim haqqım yoxdu. Mən sadecə sənin üçün adi bir insanam. Səndən çox - çox uzaq məsafədəyəm. Düzdü, göyüzümüz eynidi... Ancaq sən mənə əllərini uzatsan. Mən tutmaram. O əllər boş qalar... Mənim çox zamanki halım budu. Mən ruh düşgünlüyü yaşayan bir insanam. Sən mənim ruhuma ayaq uydura bilməzsən
Ruslan: Nədənsə mən harasa gedəndə sənin bu problemlərinin baş qalıdırır. Və sən bunu görmək istəmirsən
Nur'ay: Nəyi?
Ruslan: Sənlə yazışıramki, bəlkə 'getmə' deyəsən mənə... Dəqiqələrdi o kəliməni yazmağını gözləyirəm
Ruslan: Bir 'getmə' demək bu qədərmi çətindi?
Ruslan: Yanımda olsan gözünün içinə baxaram... Dilindən çıxan 'getmə' sözünü eşitmək üçün
Nur'ay: Duyğusal olma
Nur'ay: Gedəcəyin yerə get
Nur'ay: Dediyim ki biz ayrı - ayrı şəhərlərdə, ayrı - ayrı dünyaların insanlarıyıq. Mən səni öz dünyama daha çox çəkmək istəmirəm. İçim içimi yesin istəmirəm mən... Səni düşünmək istəmirəm... Get Ruslan

Sonuncu mesajını oxuyub ayağa qalxdım. Mən niyə belə idim axı? Ondan aslı vəziyyətə düşürdüm hər dəfə...

Qapının kənarında dayanıb ayaqqabılarımı geyinməyə başladım. Ayaqqabımı geyindikdən sonra üstümü başımı tarzlayıb qapını açdım. Bir - iki dəqiqə qarşıda olan qapı ilə baxışdım. Aid olmadığım yerə məcbur qalıb getməli deyildim. Nur'da bunu istəyirdi... Mənə 'getmə' deyə bilməsədə, bilirdim oda getməməyimi istəyirdi. Nə də mən onsuz bir yerə getmək istəmirdim... Hec üzünü belə görmədiyim qızın yanı başımda olmasını istəyirdim. İçdən gələn bu hissə mane ola bilmirdim. İsrarla Nur'u istəyirdi...
Açdığım qapını, açdığım kimi yenidən örtdüm. Yox, mən gedə bilməzdim... Ona dərsini başa salacaqdım. Sonrada rəsm çəkərdik... Hə, mən bunu istəyirdim. Və bunu hec kimə dəyişməzdim. Ayaqqabılarımı çıxardıb, yataq otağıma keçdim. Üstümü dəyişib rahat bir şeylər geyindikdən sonra mətbəxə daxil oldum. Çaydanlığın altını yandırıb, bir fincan çıxartdım. Kofe hazırlayıb içə - içə rahat şəkildə Nur ilə yazışa bilərdim. Üzüm səhərdən bəri gülmürdü. İndi isə gülümsəməkdən üzümün ağrıdığını hiss edirdim. Telefonumu əlimə aldım. İşığım məni gözləyirdi

Ruslan: Hardasan?
Nur'ay: Sən getmədin,
Ruslan: Yox getmədim
Nur'ay: Ciddisən?
Ruslan: Həə ciddiyəm kofe hazırlayacam indi. Bitəndən sonra şəkilini ataram
Nur'ay: Özün istəyin ilə getməməyinə sevindim
Ruslan: Bunu indi deyərlər adama? Səhərdən desəydin hər sey indi daha normal olacaqdı
Nur'ay: Secimi sənə buraxmaq istədim. Səndə secimdən keçdin
Ruslan: Onda mənə afərin düşür :)
Nur'ay: Afərin sənə Ruslan :)
Ruslan: Sən edə bilmədiyin dərsini çək at mənə. Köməklik etməyə çalışım
Nur'ay: Yaxşı
Nur'ay: Amma bir az dincimi alsam yaxşı olar
Ruslan: Çıxırsan onda?
Nur'ay: Yox sənlə yazışa - yazışa alacam dincimi :)
Ruslan: Səndən bir sey sorusum. Yenə yorulursan?
Nur'ay: Arada sırada hə. Yol uzaq olduğunda yoruluram
Ruslan: Buna bir çarə tapmalıyıq
Nur'ay: Hələki çarəsi yoxdu. Keçənlərdə cəhd göstərdim. Avtobus mindim... Amma beş dəqiqədən artıq dayana bilmədim. Tez düşdüm
Ruslan: Hər dəfə buna cəhd etsən bir gün alınacaq
Ruslan: Gələn dəfə 10 dəqiqə dayanacaqsan
Ruslan: Avtobusa min, mənə yaz. Özünü tək hiss et. Bir sən ol, birdə mən
Nur'ay: Çalışaram bir dəfə edəm
Ruslan: Mən kofeni hazırlayıb yazcam indi sənə
Nur'ay: Məndə gedim özümə limonlu su hazırlayım :)
Ruslan: Limon sevdandan əl çəkmədin
Nur'ay: En büyük aşk limondu mənim üçün :)
Ruslan: Hal hazırda bir limonu qısqanmış ola bilərəm
Ruslan: Məndə bir limon olmuş olsaydım kaş
Nur'ay: Məni güldürürsən
Nur'ay: Sənlə yenidən gülməyi öyrəndim :)
Nur'ay: Mənə yenidən gülməyi öyrətdin :)
Nur'ay: Limon qədər ən az, sənidə çox istəyirəm
Ruslan: Birinci sırada limondu hə?
Nur'ay: Hələki hə :)
Ruslan: Pis limon. Keçəcəm amma mən onu. İlk sırada mən olacam
Ruslan: Nur
Nur'ay: Aycan
Ruslan: İkinci aycan deyişindi və mən yavaş - yavaş yoxa çıxıram
Ruslan: Nurr
Nur'ay: Aycann
Ruslan: Nurrr bu dəqiqə ürəyim gedəcək ha sevincdən
Nur'ay: Yaxşı, yaxşı sözünü de
Ruslan: Nur
Nur'ay: ?
Ruslan: Məndə səni çox istəyirəm
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri