Lənətli Qızcığaz (Bölüm 13)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 4 412
Səs ver:
(səs: 0)
(Günlər sonra) (Sabah 11:13)
Ruslan: Darıxdım
Ruslan: Sən yəqin seansa gedirsən indi
Ruslan: Məndə dərsə qulaq asmağa çalışıram
Ruslan: Sadecə çalışıram, çünki ağılım sənin yanındadı
Nur'ay: Həə yoldayam
Nur'ay: Mesajını gördüm deyə cavab vermədən keçə bilmədim
Nur'ay: Məni ağılından çıxart :)
Ruslan: Çıxartmaq olmur
Ruslan: Səni düşünmədən qala bilmirəm
Nur'ay: Günlərdi beləsən. Bu sözləri mənə deyib durursan. Bir az ilk vaxtlara qayıtsaq necə olar?
Ruslan: İlk vaxtlar necə idim?
Nur'ay: Soyuq və olduqca səmimiyyətsiz
Ruslan: Hec mənə acımadın
Nur'ay: Necə varsansa elə dedim. Nə əskiltdim nə də çoxaltdım :)
Ruslan: Tanımırdım səni onda. Bir aya yazışıb sonra həyatımdan çıxardaram deyə düşünüb etdim. Ona görə yaxın davranmırdım
Nur'ay: İndi niyə çıxartmırsan həyatından?
Ruslan: Səni həyatımdan çıxartsam, həyatımın bir mənası qalmaz
Ruslan: Əksinə indi mən sənə yalvariramki, mənə vaxt ayır. Məni həyatından çıxartma
Nur'ay: Bunları səmimi qəlbdən dediyinə inanıram :)
Ruslan: 3 ay oldu Nur... 3 aydı gecəmdə gündüzümdə sən oldun... Hər keçən gün daha çox bağlanıram sənə. Hec kimi yanımda istəmirəm. Sadecə səni istəyirəm. Yanımda sən ol istəyirəm... Marketdə, parkda, univerisitetdə yanaşı cütlüklər gördüyümdə, ağılıma ilk sən gəlirsən. Yanımda Nur olsaydı, biz onlardan daha gözəl olardıq deyə düşünürəm. Sonra özümü gülən yerdə tapıram. Hec kim üzümdəki gülüşü görməsin deyə gülüşümü silirəm. Amma sən yanımda olsan gülüşümü silmərəm
Nur'ay: Üzümü görməmisən... Həyatında belə dərəcədə bir yerə sahib olmağım nə dərəcə düzgündü?
Ruslan: Gözlərinin rəngin bilirəm :)
Nur'ay: Uşaqlaşırsan Ruslan
Ruslan: Sevmək üçün görmək şərt deyil
Nur'ay: Bu yalnız filmlərdə olur
Ruslan: Filmlərdə həyatdan götürülür. Birinin qəlbini sevərkən, insan üçün onun görünüşünün bir mənası qalmır. Qəlb öz sözünü deyir
Nur'ay: Sən bir azda belə danışmağa davam etsən, özünü əngəl yerində tapacaqsan :)
Ruslan: Buz kimisən vallah
Ruslan: Xoş sözünə həsrətəm
Ruslan: Bir aycan deyirsən, mən üç günün o sözün təsirindən çıxa bilmirəm. Özüm özümü tanıya bilmirəm. Adamda hec aycan sözünə sevinər?
Nur'ay: Sən kimi manykadısa, hə sevinər
Nur'ay: Bir söz deyim, sən tək oturursan dərsdə?
Ruslan: Aha qısqanılmağa bir mövzu çıxdı
Nur'ay: Çox gülməlidi!
Ruslan: Yox qızla otururam :)
Nur'ay: Qızla?!
Ruslan: Həə bildiyimiz qız. Uzun qəhvəyi rəngli sacı, yaşıl gözləri var
Nur'ay: Göz rənginə qədər fikir vermisən?
Ruslan: Göz baxılmaq üçün yaradılmayıb? Baxıb savab qazanıram
Nur'ay: Sən onda savab qazanmaqla məşğul ol! Məndə çıxım!
Ruslan: Gəl bərii, zarafat etdim)
Nur'ay: Belə zarafat etmə mənimlə!
Ruslan: Qısqanmağın xoşuma gedir deyə etdim :)
Ruslan: Keçən dəfə təşkil etdikləri yığıncağa getmədim deyə mənlə danışan yoxdu onsuz. Küsüblər məndən
Nur'ay: Afərim onlara. Gözümə girməyi bacardılar
Ruslan: Həə necə küsməkdisə, bir ikisi ancaq mənə göz vurur :)
Nur'ay: Zarafatdı yəqin
Ruslan: Yox bu həqiqətdi, çox üzsüzdülər
Nur'ay: Onlara bir sevgilinin olduğunu de. Səndən uzaq qalsınlar
Ruslan: Sevgilim Gəncədəndi desəm olar?
Nur'ay: Yox Afrikandandı de!
Ruslan: Yox qadan alım, gəncəlidi)
Nur'ay: Mən hec qadan alım, sözün işlətmirəm bir gəncəli olaraq
Ruslan: Mən sənin qadanı alaram, sən alma
Nur'ay: Söhbəti kəsmək məcburiyyətində qalıram. Çünki mən gəlib çatmışam. Çıxışda yazacam sənə
Ruslan: Səbirsizliklə gözləyəcəm

Arxa partada oturmaq işimə yaramışdı. Ara yerdə yanımda oturan Xalididə qız etmişdim. Nə qədər qısqanmıram desədə, qısqanırdı. Bunu düşünüb alt dodağımı dişləməyə başladım. Nur bir gün mənim yanımda olacaqdı... Bir azda bizə zaman lazım idi.
Qabaq partada oturan Gülsüm tez - tez mənə çönüb baxdığını görürdüm. Bu haqqda Nur'a düz demişdim. Nəyə baxırdı mənə bu qədər?
Zəng vurulduğunda, ayağa qalxdım. Gülsümün yanında oturan Aysel yanıma gəlib "Vaxtın varsa bir az danışa bilərik?"dedi.
"Nə haqqında?"
"Bufetə gedib çay içə - içə danışarıq"
"Buna mənim vaxtım yoxdu"
"5 dəqiqə mənə ayıracaq vaxtın yoxdu sənin?"
"Səbəb olmadan, vaxtımı sənə ayıra bilmərəm"
"Son vaxtlarda çox dəyişilmisən!"
"Bu sizə sərf etməsədə, mənə sərf edir"
"Gülsümün başı həqiqətən çatmırki, sən kimi oğlanı istəyib, məndən sənə söz göndərməyə çalışır!"
Demək günlərdi mənə olan baxış, səbəbi buna görə imiş. Diqqətimi hec bir qız çəkmirdi mənim. Hə, əvvəl olsaydı uçaraq o bufetdə gedib çay içərdim. İndi isə həqiqətən belə seylər mənə boş gəlirdi
"Əziz Aysel, Gülsümə çatdırki Ruslanın sevgilisi var. Yetəri qədər açıq danışdığımı düşünürəm"
"Son vaxtlarda səni hec kimlə görmürük deyə, elə düşündük ki, sevgilin yoxdu. Sevgilin olduğunu hec bilmirdik"
"Sevgilim burda deyil. Gəncədə yaşayır deyə görməməyiniz normaldı. İndi icazənlə gedə bilərəm?"
"Bağışla... Bilsəydim yanına gəlib belə söhbət açmazdım"
"Sahibliyəm mən" deyib saxta təbəssüm edərək yanından ayrıldım. Bu gün dərs çıxış obyektə baş çəkəcəkdim. Röyal xahis etdiyindən qıra bilməmişdim onu. Bu gün danışıqlar edib ayrılmaq istədiyimi bildirəcəkdim. Günlərdi baş çəkmirdim ora. Günlərdi üzlərini görməmişdim. Pərvizlə qarşılaşmaq isə hec istəmirdim. Həyatımın qarışıq olmasını istəmirdim daha. Düzənli olmalı idim. Mən tək deyildim...

***

Dərs bitdiyində obyektə gəldim. Nur'dan hələdə bir mesaj gəlməmişdi. Narahat etməmək üçün özümdə yazmırdım. Ancaq özümü güclə tutmuşdum. Röyal ilə iş otağında oturub orta bir yol tapmağa çalışırdıq. Amma alınana oxşamırdı
"Qardaş başına dönüm, Pərviz ilə aran yoxdu deyə ortaqlıqdan çıxmaq nə deməkdi?"
"Onun üzünü görmək istəmirəm. Mənə arxamdan iş çevirən bir dost lazım seyil Röyal!"
"Səhv etdiyin bilirəm. Pərviz elə düşübki O qızın həyatında bir yeri yoxdu. Yadından çıxardacağını düşünüb elə hərəkət edib. O, hardan bilsin O qızın səni dəyişdirdiyini"
"Kor deyildi... Görürdü... Bilə - bilə məni satdı! Həmdə əxlaqı olmayan bir qıza! Röyal mən uzatmaq istəmirəm. Səninlədə aramda olan hörmət itsin istəmirəm. Uzatmadan həll edək"
"Mənim səndə azda olsa xətrim yoxdu?" dediyində qapı açıldı. Pərvizin içəri daxil olduğunu gördüyümdə ayağa qalxdım.
"Röyal mənə Pərvizin burda olmayacağını dedin!"dedim
Pərvizin üzündə olan məyusluq ifadəsinə aldanmayacaqdım. Etdiyi asanlıqla bağışlanası bir sey deyildi!
"Ruslan mənə beş dəqiqə qulaq as. Vallah çox peşman olmuşam etdiyim hərəkətə. Mən bilmirdim... Məənn" dedi
"Bilməli idin!" deyə qışqırdım. Bilməli idi!
"Bağışla məni..."dediyində telefonuma zəng gəldi. Cibimdən telefonu çıxardıb ekrana baxdığımda, zəngin Nur'dan olduğunu gördüm. Telefonu açıb qulağıma "Alo Nur..." deyib Pərvizə əsəbi baxışlarımı ataraq otaqdan çıxdım. Sözün düzü zəng etməsinə təcüblənmişdim
"Mesaj əvəzinə zəng etmək qərarına gəldim"
"Sevindim buna. Səsini eşitmək daha xoş oldu"
"Bu gün seans yaxşı keçdi deyə ürəyim açıldı. Məndə sənə belə bir yaxşılıq edim dedim. Hardasan?"
"Mən iş yerindəyəm. Gəlmişəm ayrılmağımı deyəm"
"Ayrılman üçün ortada böyük səbəb yoxdu"
"Var... Sənə qarşı elə etməsi xoş bir hərəkət deyildi. Mən bunu bağışlaya bilmərəm"
"Məncə sən bir az daha özünə vaxt verməlisən. Mənə görə bir az daha düşün. İşindən olmağını istəmirəm"
"Səsin bütün yorğunluğumu alıb apardı. Bunu bilirsən?"
"Utandırma məni"
"Sən evə gedirsən?"
"Həə yoldayam. Hava tutqundu bizdə bu gün"
"Bizdə isə günəşlidi. Sənin nurun biz tərəfə çıxıb yəqin"
"Ruslan..."
Adımı çəkdikdən sonra hec bir sey demedi daha. Deyəcəyi sözü unutdu ya nə?
"Nur eşidirsən məni?"
"Ruslannn"
"Qorxudursan məni"
Son sözü deməyim ilə Nur'un ağlayış səsi qulaqlarıma gəldi. Nə baş verirdi?
"Nurr ağlamadan mənə nə olduğunu" dedim
Ancaq hec bir səs yox idi ondan...
"Yalvarıram nəsə de mənəə" deyib aşağı çökdüm. Çarəsizlik necə pis bir sey idi?
Telefonda olan səsin kəsildiyini gördüyümdə, ekrana baxdım. Zəng kəsilmişdi...
"Nurr... Nur sənə nə oldu" deyə səsimin tonun qaldırdığımda Pərviz ilə Röyal otaqdan çıxdı.
"Bu belə olmaz..." deyib ayağa qalxdım.
Obyektdən çıxdığımda hər ikisi arxamca gəldi.
Pərviz qarışma çıxıb "Hara gedirsən?!" dediyində onu itələdim
"Nurun yanına gedirəm! Gəncəyə gedirəm! Aid olduğum yerə gedirəm!" dedim bir nəfəsdə... Ağlayış səsi qulaqlarımda cınladığında, əlim ilə başımı sıxdım. Ona əlimin çatmaması məni çox incitmişdi
"Bu hal ilə Gəncəyə gedəcəksən? Maşını özüm idarə edəcəm, açarı ver mənə"
"Pərviz bu bir dəfə olar! Səndən kömək istəyən olmadı!"
"Nur üçün hər seyi at bir kənara... Bu halın ilə sən Gəncəyə sağ gedib çata bilməzsən!"
"Təkcə Nur üçün!"deyib açarı ovuc içinə qoydum. Hər sey Nur üçün idi...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri