Lənətli Qızcığaz (Bölüm 14)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 208
Səs ver:
(səs: 1)
Nuray'ın dilindən
Keçən illərə rəğmən onunla yenidən bir yolda qarşılaşdım. İllər məndən hec nə alıb aparmamışdı... Yenə başa qayıtmışdım... Telefon arxasından gələn Ruslanın səsinə qarşı lal oldum. Dilim bir söz tutmazdı... Səsim çıxdı... Amma səs ancaq göz yaşlarımın səsi oldu. Mən hər çətinə düşəndə ağlayırdım. Ağlamaq hissim keçib getmək bilmirdi. Telefonu qulağımdan çəkib söndürdüm. Gücüm yalnız buna çatdı... Daha çox ağlamaq səsimi eşitməsini istəmədim. Axı O, çox uzaqda idi. Mənə əli çatmırdı...
Mənə tərəf gəldiyini gördüyümdə, sağa - sola boylanıb baxdım. Amma bu yolda hec kimə rast gəlmədim... Bir insan keçməzmi burdan? Ağlamağımı kəsməyə çalışıb, telefonu əlimdə möhkəmcə tutub sıxdım. Bədənimin əsməsini isə dayandıra bilmirdim. Ona qaçmaq baxışlar ilə nəzər yetirdiyimdə, mənə tərəf atdığı adımın yavaşlatdığını gördüm. Məndən bir az aralıda olan kol ağacının yanında dayanıb "Qorxma..." dedi. Qorxmayım? Mənə 7 ay əziyyət verən insandan qorxmayım mən? Geri adım atıb, arxa - arxaya getməyə başladım. Bəlkədə bu bir yuxu idi. O, bir yuxu idi... Belə bir sey yox idi... Bəlkə gözümün qarşısına gəlmişdi...
İçdən içə buna inanmaq istəyib, gözlərimi yumdum. Allahım gözümü açanda getmiş olsun...
"Yuxusan... Gözümə görünürsən... Ya da mən dəli oluram... Sən həqiqət deyilsən" deyərək gözlərimi açdım. İndi mənə daha yaxın idi. Keçmiş həyatım gözümün qarşısında idi.
"Sənə nə etmişəm belə..." deyib əlini yumruq edərək, əlini dişlədi. Mən çox qarışıq bir vəziyyətə gəlib düşmüşdüm. Beynim bu qədərini qaldırmaq gücünə sahib deyildi. Əllərimi 'yaxın gəlmə' mənasında yuxarı qaldırıb "Mənə yaxınlaşma... Mənəəə yaxınlaşma..." deyə qışırdım. Səsimi biri eşidib çıxardı! Çıxacağını düşünürdüm
"Sənə nəsə etməyə gəlməmişəm. Mən etdiyim hər sey üçün üzr istəməyə gəlmişəm..."dedi
Üz cizgilərinə baxmağa başladım. Gözlərinə kədər, üzündə pərişan olmuş bir ifadə vardı. Rolada girmiş ola bilərdi... Ona inanmaqmı olardı?!
"Məənn mənn 2 ildi müalicə alıram... Dispanserdən dünən çıxmışam... Daha yaxşı insan olmağa çalışacam" dedi
Barmaqlarımı ovuc içimə keçirməyə başladım. Mənim dayanmağa daha çox gücüm qalmamışdı... Onu daha eşitmək istəmirdim...
"Ardımca gəlmə....!" deyib ona baxa - baxa qaçmağa başladım. Tərpəndiyini görmədiyimdə qarşıya dönüb möhkəmcə qaçdım. Tək bacardığım sey qaçmaq idi... Məndə qalıcı yara izi buraxmışdı. İzlər isə gedici deyildi...


Ruslan'ın dilindən davam
Pərviz maşını xəstəxanın qarşısında saxladıqdan sonra maşından aşağı düşdüm. Yolda Nur'un psixoloqu ilə danışmışdım. Hal hazırda da məni gözləyirdi. Xəstəxananı yoldan keçən insanlardan soruşa - soruşa gəlib tapmışdıq. Havada qaralmağa doğru gedirdi. Ağlımdan keçən tək sey Nur idi... Bu vaxta nə qədər nə zəng etmişdi, nə də bir mesaj yazmışdı. Necə olduğunu bilmirdim. Başına nə iş gəlib onu belə bilmirdim... Pərvizə 'Sən maşında qal' deyib xəstəxanaya giriş etdim. İkinci mərtəbəyə çıxıb psixoloqun otağını axtarmağa başladım. Gözüm qapı kənarında olan löhvələri gəzirdi. Löhvə üstündə adını gördüyümdə, qapını döydüm. Nur'u görməmiş psixoloqu ilə görüşəcəkdim... Nur hər zaman ondan danışırdı. Qapını açıb içəri keçdiyimdə qarşımda 30 - 35 arası, yaşa sahib olan qısa saclı bir qadın gördüm
"Salam... Psixoloq Narınc xanım sizsiniz?"dediyimdə, qadın gülümüsünüb "Bəli, sizdə Ruslan bəy olmalısız hə?"dedi. Bu saatda burda məni gözləyib, evinə getmədiyi üçün kimliyimi asanlıqla bilmişdi
"Nur'un internet dostu..."deyib başımı aşağı saldım
"Nur'un?"
"Yəni Nurayın"
"Bilirəm... Nuray, sənin ona Nur deyə səsləndiyini mənə dəfələrlə deyib. Nurayın xoşuna gedir. Ayaq üstə qalma keç əyləş"
Tək kresloya əyləşib oturdum. Nur'a nə olduğunu bilmək istəyirdim. Amma beş dəqiqədi tanış olduğumuzdan hec nə deyə bilmirdim. Dizlərimi titrətdiyimi gördüyümdə, əlimi diz qapağıma qoydum. Narıncın mənə fikir verdiyini gördüyümdə "Nur... Nur bu gün ağladı..." dedim
"İlk əvvəl rahat olmağa çalış. Nur hal hazırda yaxşıdı. Hətda 10 dəqiqəyə bura gələcək"
"Mənə nə olduğunu danışa bilərsiz?"
"Pasiyentlərimin özəlini danışmalı deyiləm. Amma bu vəziyyətdə işimiz çox dəyişikdi. Misal, sən Nuray ağladı deyə, Bakıdan Gəncəyə gəlmisən. Mənim üçün Nuray çox fərqlidi. Qəlbimdə yeri ayrıdı. Onun daha yaxşı olmasını istədiyim üçün, mən indi səninlə üz üzəyəm. Nuray bu gün keçmiş həyat yoldaşı ilə rastlaşıb"

Bunu gözləmirdim... Necə çıxa bilərdi qarşısına... Nur'un vəziyyətini düşünmək belə istəməzdim. Necə qorxduğunu bir Allah bilərdi.
"Xalasından öyrəndiyim qədər onunla bir az danışdıqdan sonra yanından uzaqlaşaraq qaçıb. Qaçmağı çox davam etdirdiyindən, nəfəsi kəsilib sonra ürəyi gedib... Xəstəxanada idi. İndi harda olsa danışmaq üçün yenə yanıma gələcək. Ona dəstək olmaq lazımdı"
Bura gələcəkdi Nur... Çıxılmaz bir vəziyyətin içinə düşmüş kimi hiss etdim. Onu görmək istəyərdim... Bəs Nur? Nur məni görməyə hazır idimi?
"Onu görəcəm mən?" deyə titrək səsim ilə danışdığımda, psixoloq gözünü açıb yumdu.

"Görəcəksən... Ancaq Nuray səni indi görsə, gözlədiyin nəticəni almaya bilərsən. Nuray buna hazır deyil. Nuray səni nə qədər görmək istəsə belə, bu vəziyyətdə hec cür alınmaz"
Mənə nə qədər öyrəşsədə ortada böyük həqiqət vardı. O, mənə yaxın dayana bilməzdi... Aramızı məsafə deyil, keçmiş kəsirdi... Qapı döyüldüyündə, hər ikimiz bir birimizə baxdıq. O idimi gələn? Tez ayağa qalxdığımda, qapı açıldı. İçəri yavaş adımlar ilə bir qız daxil oldu. Çəkingən baxışları ilə bir saniyəliyinə mənə baxdıqdan sonra başını aşağı əydi. Açıq qəhvəyi rəngli sacları, mavi rəngli gözləri... Bu mənim Nur'um idi...?
"Nuray sən keç əyləş, mən iki dəqiqəyə gələcəm" deyib ayağa qalxdı. Gözüm Nur'da qala - qala otaqdan çölə çıxdım. Əlimi saclarıma keçirib dərindən nəfəs aldığımda "Sakit olmağa çalış" dedi
"Nur idi?"
"Həə, gördüyün qız Nuray idi"
"Mən nə edəcəm indi?"
"Sən gedəcəksən... İnan hər ikiniz üçün ən xeyirlisi budu. Nuray bu görüşü qaldıracaq bir gücə sahib deyil. Bu gün onun üçün onsuzda çətin keçib"
"Gəldiyimidə bilməsin?" deyə çarəsizcə soruşdum
"Bilsin... Nuray yalanı sevməz... Amma görüş baş verməsin. Sən indi get. Mən Nurayla danışmalıyam" dedi
"Yaxşı..." deyib kor peşman yanından ayrıldım
Bura qədər gəl, amma bundan sonrasına ürək eləmə... Mən ilk dəfə idi bu qədər çətin vəziyyətə düşürdüm. İlk dəfə idi çarəsizliyin nə olduğunu başa düşürdüm. Bakı, Gəncə məsafəsini bitirsəmdə, burdan ora keçib bir addımlıq məsafəni bitirə bilmirdim. Nur'a mən gəldim deyə bilmirdim...
İnsan qucaqladığını deyil, dəli kimi qucaqlamaq istəyib, qucaqlaya bilmədiyi insana qarşı bir seylər hiss edərmiş. Eynən mənim kimi...
Səssicə maşının arxa oturcağına mindim. Ürpək görünütsü gözlərimin qarşısından getmirdi... Başımı maşının şüşəsinə söykəyib, gözlərimi yumdum. Hər sey başqa cürə ola bilərdi? Mənim gəldiyimi bilsəydi, nə edərdi? Qəlbim sıxışmış kimi olmuşdu... Ağlamamaq üçün çənəmi sıxıb durdum... Tək olmağı indi arzu edirdim. Gözümü açıb, dolan gözlərimi sıxdığımda güzgüdən mənə baxan Pərvizi gördüm.
"2 aya danışıb sıxılacaqdın qızdan... Bir ağlayış səsinə görə, Bakıdan Gəncəyə gəldin... Mən Nurayın sənin üçün bu qədər dəyərli olduğunu bilmirdim. Bilsəydim belə etməzdim... Sənin necə əziyyət çəkdiyini görürəm. Bağışla... Bağışla mənim dostum"
Mən limon alıb, şəkilini çəkib ona atdığım gün itirdim... Hər sey o limonla başladı... Sıxılmaq əvəzinə hər keçən gün daha çox bağlandım ona. Mən özümü tanıya bilmirdim. Xarablıq olan ürəyimi, cənnətə çevrimişdi... Üzümü güldürməyi bacaran tək qız Nur idi.
İçimdə ona qarşı olan bütün qırğınlıq bir kənara atıb "Pərviz... Mən onu gördüm..." dedim. Onu görmüşdüm... Həyəcanlı səsi ilə "Danışdın?" dediyində, başımı yellədim
"Danışa bilməzdim... Onun yaxşılığı üçün ondan uzaq qaldım. Oysa, dəli kimi onu qucaqlamaq istədim"dedim
"Keçmiş olsun, sənə... Sən ona aşiq olmusan..." dedi
Dilimə gətirə bilmədiyim kəliməni, Pərviz necədə asanlıqla demişdi. Göz süzdürməklə kifayətlənib, yola baxdım. Dediyi kimi idisə, bu xəstəlik məndən keçməzdi...

Bir gündə o qədər yolu gedib, sonra qayıdamaq... Üstümdə böyük bir yorğunluq, içimdə isə böyük bir boşluq vardı. İndi hər sey mənə çətin gəlirdi. Yol boyu telefona hec baxmamışdım. Ancaq beynimdə xəyal qurmuşdum. Nur'un üzün gördüm deyə xəyallarım indi daha geniş olmuşdu. Adı kimi, üzündə nur vardı... Saf üzlü, qızcığaz... Telefona baxdığımda Nur'dan "Burda olanda mənə yazarsan" deyə mesaj vardı. Xətddə olduğunu gördüyümdə, ürəyimdən keçən sızıltı ilə ona yazdım

Ruslan: Burdayam
Ruslan: Sənsizlik məni çox incitdi
Ruslan: Bu ikinci eşitdiyim ağlayış səsin idi
Ruslan: Ağlamağına dayana bilmirəm
Nur'ay: Ağlamalı deyildim. Amma bacara bilmədim özüm ilə. Səni incitmək istəməzdim
Ruslan: Danışacaqsan hər seyi mənə?
Nur'ay: Sənin hər seyi bildiyini, bura gəldiyini bilirəm
Ruslan: Mən deyəcəkdim sənə... Öyrəşdirməyə çalışırdım
Nur'ay: Yaxşı ki, psixoloqumun sözünə qulaq asmısan
Nur'ay: Bir saniyəliyinədə olsa səni gördüm... Sözün düzü üzün yadımda qalmadı. Bir üzü əzəbərləyəcək gücə sahib deyiləm. Amma yenədə Gəncəyə gəldiyin üçün sənə minnətdaram. Etdiyin hərəkət özümü dəyərli hiss etməyimə səbəb oldu... Özüm kimi görüşümüzdə qəribə oldu
Ruslan: Əsəbləşmədiyin üçün çox sevindim. İndi özümü xoşbəxt hiss etdim. Sənə görə narahat oldum. Onunla qarşılaşmağını hec istəməzdim
Nur'ay: Hər sey bir anda baş verdi... İşin qəribə tərəfi isə məndən üzr istəməsi oldu. Ağ ölümlə mübarizə aparırmış... İnsanlar səncə dəyişər?
Ruslan: Dəyişər... Dəyişmiş kimidə görünər. Ora sənin üçün təhlükəlidi... Qarşına bir dəfə çıxmağa cəsarət edibsə yenə çıxacaq
Ruslan: Çıx gəl Bakıya
Nur'ay: Yəni deyirsənki, qorxaq olub qaçım?
Ruslan: Qaçma... Özünə Bakıda yeni həyat qur. Sənin orda yaşamağın sənə yaxşı gəlmir. Mən hər istədiyimdə Gəncəyə gələ bilmərəm... Sənə hər dəfə nəsə olacaq qorxusu ilədə yaşaya bilmərəm
Nur'ay: Sən məni ağılından çıxartmaq barəsində fikirləş
Nur'ay: Ciddi sözümdü
Ruslan: Bu hec cürə alınmaz
Nur'ay: Az - az danışaq. Yadından çıxaram beləcə
Ruslan: Mən balıq deyiləm
Nur'ay: Balığa söz atmadım mən
Ruslan: Atdın, balıqların yaddaşı olmur. Mənidə onların yerinə qoydun
Nur'ay: Bu halım ilə belə məni güldürürsən :)
Ruslan: Üzündəki gülüşü görmək üçün nələri verməzdim
Nur'ay: Ruslan dediyini fikirləşəcəm
Ruslan: Hansı dediyimi?
Nur'ay: Bakıya gəlməyi :)
Ruslan: Ən düzgün qərar bu olacaq
Ruslan: Necə sevindiyimi bilə bilməzsən
Nur'ay: Ruslan, gələcəm demədim. Fikirləşəcəm dedim
Ruslan: İmkan vermə sevinim, o dəqiqə həvəsimi öldür
Nur'ay: Gələn dəfə Gəncəyə gəldiyində xəbər elə :)
Ruslan: Sabah gəlim?
Nur'ay: Gəl desəm gələrsən?
Ruslan: Gəl demiş olsan, bu saatda yola çıxaram yenə. Amma demərsən
Nur'ay: Məni necədə gözəl tanıyırsan :)
Ruslan: Yaxşıki, səni tanımışam. Yaxşıki, o gün sənə mesaj atmışam. Yaxşıki, mənə cavab vermisən. Mənə bu həyat sənlə daha gözəldi
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri