Lənətli Qızcığaz (Bölüm 15)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 252
Səs ver:
(səs: 1)
(Günlər sonra)(Sabah 08:17)
Nur'ay: Bu gün gül əkəcəm :)
Nur'ay: Buna görə sevinirəm
Nur'ay: Çünki, özüm gedib alacam. Tək başına
Nur'ay: Dünən axşam yatanda qərar verdim buna
Nur'ay: İstədim səninlədə bölüşəm. Nə də olmasa gizlimiz saxlımız yoxdu
Ruslan: Bir gün mənə biri desəydiki, sən bir qızın gül əkməsinə sevinəcəksən, gülərdim. İndi amma çox sevindim
Ruslan: Kaş yanında olsam, bərabər əksək gülü
Ruslan: Bakıya gəldiyində edərik?
Nur'ay: Hər fürsətdə Bakıya gəlməyimdən yazırsan. Gözümdən qaçmır ha :)
Ruslan: Öyrəşdirməyə çalışıram
Nur'ay: Məndən qopmursan :)
Nur'ay: Qopmağın lazım idi
Ruslan: Mənim bütün xəyallarım sənlədi daha. Qopmaq nədi? Bu hec vaxt olmayacaq
Nur'ay: Ətrafımdaki qızlar məni qısqanır
Nur'ay: Səbəbidə sənsən
Ruslan: Az çox təxmin etdim nəyə görə olduğunu
Nur'ay: Mənə sevgililərindən danışırlar. Məndə səndən... Sənin etdiklərini, onların sevgilisi etmir. Sən qeydimə qalıb, uzaqda olsan belə məni qorumağa çalışırsan. İncitmirsən məni, üzümü güldürürsən. Vaxtını mənə ayrırsan. Bir ağlayış səsimə görə Gəncəyə gəlirsən... Mən bunların hamısını görürəm Ruslan
Ruslan: Sən yalnızca az bir hissəsini görürsən. Bakıya gəldiyində bunların iki qatı olacaq
Ruslan: Dostlarının sevgillərinə şühbə etdim. İnsan sevdiyi, istədiyi insana vaxt ayırar. Vaxtım yoxdu cümləsi boş sözdü
Nur'ay: Səndə düz etmirsən məncə. Vaxtının çoxunu mənə həsr edirsən. Sənində öz həyatın var. Səni qısıtlamış kimi oluram mən. Bunu etmək istəmirəm
Ruslan: Mən halımdan məmnunam
Ruslan: Boş - boş əylənməkdənsə vaxtımı səmərəli şəkildə istifadə etmək daha yaxşıdı. Vallah səndən əvvəl çox boş həyat yaşamışam mən. Mənim həyatım sənlə doldu. Sənlə mənası oldu. Daha nə istəyimki?
Nur'ay: Yenədə düz deyil
Nur'ay: Ətrafınada vaxt ayır
Ruslan: İstəmir ürəyim... İstəmədiyim seyə özümü məcbur edə bilmərəm
Nur'ay: Üstünə gəlmirəm. Bu gün işə gedəcəksəndə hə? Sözün vardı mənə
Ruslan: Məcbur etməsəydin getməyəcəkdim. Sözüm olduğu üçün gedəcəm. Ancaq daha əvvəlki kimi səmimi olmayacam
Nur'ay: Onda işinə gec qalma. Məndə evdən çıxıram onsuz
Ruslan: Nurrrr
Nur'ay: Nə?
Ruslan: Birazda yazışaq sonra gedib alarsan, qaçmır güllər(
Nur'ay: Yolda sənə zəng edəcəm, tək qoymaram səni
Ruslan: Bu əla xəbər oldu. Səsin ilə daha xoş keçəcək günüm
Nur'ay: Oldu onda çıxdım mən
Ruslan: Nur dayan söz deyəcəm
Nur'ay: ?
Ruslan: Axşam Bakıya gəlməyinin xəyalını qurarıq?
Nur'ay: Tək xəyal qursan olmurmu?
Ruslan: Sənsiz olmur
Nur'ay: Axşam sən ailən gilə getməyəcəkdin?
Ruslan: Gedəcəm bir az oturub, gələcəm öz evimə. Razılaşırsan?
Nur'ay: Çox dərinə getmədən xəyal qurmaq olar
Ruslan: Uşaq kimi sevinməyim normaldı?
Nur'ay: Hec nə normal deyil
Ruslan: Olmasın :)
Nur'ay: Burdasan hələdə çıx
Ruslan: Çıxdım Nurum


(Saat 19:44)

Ruslan: Gəl yazışaq
Ruslan: Mən sıxılıram
Nur'ay: Sən hər ailənin yanına gedəndə sıxılırsan
Ruslan: Bu dəfəki səbəb tamam başqadı
Nur'ay: Nəsə olub?
Ruslan: Canımı sıxmaq üçün əlindən gələn hər seyi edirlər
Nur'ay: Deyəssən daha nə olduğunu?
Ruslan: Sən demə qohum çağrıblar yeməyə
Nur'ay: Necə bir qohumdu? Həmin qohumu xoşlamırsan?
Ruslan: Qohumun qızı var. Oda gəlib. Arsız - arsız səhərdən 10 dəfə mətbəxə girib çıxıb. Gözə girməyə çalışır. Əsəblərim tab gətirmir
Nur'ay: Qızdan 10 metr aralı dayanırsan!
Ruslan: Dava etmək istəmirəm
Ruslan: Sadecə sənlə yazışmaq istəyirəm
Nur'ay: Dava etmiyəcəm, amma yenədə xoşum gəlmədi
Ruslan: Mənimdə
Ruslan: Bir azda oturub gedəcəm
Nur'ay: Bilə - bilə səni dəvət ediblər onda?
Ruslan: Elə görünür. Gəlinimizdə yaman söz atır
Nur'ay: Neqativ enerji ilə yaxınlaşdıq bu məsələyə
Ruslan: Bu məsələnin poztiv yanı varki?
Nur'ay: Ola bilər, qız gözəldi?
Ruslan: Bilmirəm
Nur'ay: Necə yəni bilmirəm?
Ruslan: Başımı qaldırıb qızın üzünə baxmamışam
Nur'ay: Bax onda
Nur'ay: Sonra cavab yaz mənə
Ruslan: Evləndirmə proqramıdı?
Nur'ay: Bəlkədə yaxşı qızdı
Ruslan: Ciddi olduğuna inanmaq istəmirəm
Nur'ay: Nəyə görə? Şans tanımalısan
Ruslan: Xoşuma gəlmədi bu söhbət
Ruslan: Başqa bir seyden danış
Nur'ay: Söhbəti özün açdın
Ruslan: Sıxıldığım üçün danışmaq istədim. Sənsə söhbəti çox fərqli yerə çəkdin
Nur'ay: Sən xəstəsən!
Nur'ay: Dəyişmisən, xəbərin var özündən?!
Nur'ay: Baxda bax... Ətrafına bax... Şans tanı kiməsə... Get gedə hər kəsdən, hər seyden soyuyursan. Sənki əvvəl belə deyildin
Ruslan: Səni tanımırdım o vaxtlar. Səni tanıdıqdan sonra bunların hec birini etmək istəmədim. İstəməməkdə də qərarlıyam
Nur'ay: Nə gözəl! Həyatını cürt onda mənlə
Ruslan: Səndə əsəbilik hiss edirəm
Nur'ay: Yox canım mən indi çox rahatam! Məni hər saniyə düşünən bir insanla rastlaşmışam!
Ruslan: Kaş mənidə hər saniyə düşünən bir insan olardı. Ancaq təsüfki yoxdu
Nur'ay: Var
Ruslan: Kimdi?

Nur'ay: Limondu
Ruslan: Sən limonla məni axırda düşman edəcəksən
Nur'ay: Sən söz vermişdin, məni görəndə limon gətirəcəkdin mənə. Hanı limonum?
Ruslan: O görüş sayılmır
Ruslan: Limon istəyirsənsə, görüşək
Nur'ay: Limonla məni yola gətirməyə çalışırsan?
Ruslan: Ahada bunu edirəm
Nur'ay: Bacardın
Ruslan: Nəyi?
Nur'ay: Limon istədiyim üçün, gələ bilərsən :)
Ruslan: Bu görüşə çağırmaqdı? Gəncəyə gəlməyimi istəyirsən məndən?
Nur'ay: Limona görə hə
Ruslan: Allahhh
Ruslan: Bütün limonlar qurban olsun sənə
Ruslan: Sevincimdən evin içində qaça bilərəm
Ruslan: Gedirəm mən indi öz evimə
Ruslan: Evə çatanda xəyallardan danışarıq
Nur'ay: Özünə gəl
Nur'ay: Altı üstü kicik görüş olacaq
Nur'ay: Elə etməki fikrimi dəyişim
Ruslan: Yox fikirini əsla dəyişmə
Ruslan: Sənin mənə məsafəli davranmanı, sonrada məsafəli davrandığın üçün məni incitdiyini düşünüb, məsafəni aradan qaldırmağını çox sevirəm. Hər dəfə bunu edirsən. Məndə hər dəfəsində buna çox pis düşürəm
Nur'ay: Evinə get
Nur'ay: Mən xəyal qurmaq istəyirəm :)


Sonuncu yazdığı mesaj, ürəyimin üstündə kəpənək uçuşuna səbəb oldu. Onla nə xəyallarım vardı... Dəqiqələrdi telefon əlimdən yerə düşməmişdi. Telefonu söndürüb, başımı qaldıraraq ətrafa baxdığımda bir - iki gözün üstümdə olduğunu gördüm. Bu çoxda maraqlı deyildi mənə... Hec nə olmamış kimi ayağa qalxıb mətbəxə keçdim. Mətbəxdə anam olduğundan qapını bağlayıb "Mən öz evimə gedirəm" dedim
"İndi gəlmisən hələ ay oğul. Bərabər yemək yeyək sonra gedərsən. Ayıbdı qohumlardan"
"Ac deyiləm mən. Gedirəm"
"Gələndən telefon əlindən yerə düşmür görürəm"
"Ana elə bilmə koram mən. İçərdə olan qızın bura nəyə gəldiyinidə bilirəm. İndidən deyirəm bu iş alınası iş deyil. Əl çək bu sevdandan"
"Gül kimi qızdı. Bu qızdan yaxşısını tapacaqsan evlənmək üçün?"
"Ana sən qardaşımda hec belə etmədin. Qardaşım sevdiyi qız ilə evləndi. Sən mənim üstümə niyə gəlirsən?"
"Qardaşın düzgün bir adam idi. Günün orda burda keçirtmirdi. Sən isə eləsən. Mən isə oğlumun evə bağlı olmasını istəyirəm. Evlənsən düzələrsən deyə düşünürəm"
"Mənim 2 aya yaxındı günüm orda burda keçmir. Univeristetə gedirəm, ordan işə, işdəndə evə... Mən düzəlmişəm... Anacan inan mənə"
Anamın üz cizgilərinin yumşaldığını gördüyümdə onu qucaqladım. Oğlundan son zamanlarda xəbəri yox idi. Mən artıq işdən çıxıb, evə getmək üçün tələsənlərdən olmuşdum...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 252
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri