Lənətli Qızcığaz (Bölüm 16)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 523
Səs ver:
(səs: 0)
Ruslan: Evdəyəm
Ruslan: Sıxılırdım orda
Ruslan: İndi isə rahatam
Nur'ay: Mənə görə özünü ikinci plana atırsan
Nur'ay: Sonda sənin ziyan çəkməyəni istəmirəm
Ruslan: Burda ziyan çəkməli bir sey yoxdu. Mən həyatıma çəki düzən vermişəm. Bu yaxşıya işarət bir sey deyil?
Nur'ay: Yaxşıdı, amma hər işini bir insana bağlamağın düzgün deyil
Ruslan: Nə demək istəyirsən sən?
Nur'ay: Boş danışıram... Biz ən yaxşısı xəyal quraq
Ruslan: Nə edirsən et, məndən uzaq qalmağı fikirləşmə. Mən sənsiz qala bilmərəm
Nur'ay: Ruslan bax, mən eynən bundan bəhs edirəm
Ruslan: Xəyal qurmağa həvəs qoymadın adamda
Nur'ay: Susuram... Yazdıqca sən məni səhv başa düşürsən
Ruslan: Düz başa düşürəm səni. Üstünədə gəlməyəcəm bu mövzuda
Nur'ay: Xəyal et ki, mənə Xəzər dənizini göstərirsən :)
Ruslan: Sən dənizə baxarsan, mən isə sənə
Ruslan: Sənə baxdıqca, həyəcanlanaram
Ruslan: Ordan uzaqlaşdıqdan sonra sənə pambıq şəkəri alaram
Nur'ay: Limonu unutma :)
Ruslan: Limon öz yerində, o hec əksik olmasın bizim söhbətdən
Nur'ay: Al sənə bir limon
Ruslan: Nə edim limonla?
Nur'ay: Belə bir stat var - Həyat sənə limon uzadırsa, canını sıxmaq əvəzinə həmin limondan limanad düzəlt
Nur'ay: Səndə eynən sənə uzadılan limondan bu cür istifadə elə
Ruslan: Vay bəyəndim bu statı. Ağılımın bir küncünə yazacam
Ruslan: Sən bilirsən sabah nə günüdü?
Nur'ay: Yox
Nur'ay: Nə günüdü?
Ruslan: Sabah sənə ilk mesaj yazdığım gündü. 4 ayımız tamam olur :)
Nur'ay: Oo 4 ay qısa müddət deyil məncə
Ruslan: Biz 4 aya nələri sığışdırdıq. Mənim üçün ən vacib gündü... Bir sənə ilk mesaj yazdığım gün, bir Gəncəyə gəlib səni ilk gördüyüm an, birdə yenə Gəncəyə gəlib səninlə görüşəcəyim gün
Nur'ay: Tarixlər getikcə çoxalır :)
Ruslan: Bakıya gəldiyin günün tarixinidə yaddaşa yazacam
Nur'ay: Məktəbin bitməsinə az qalıb. Deyəsən bu dəfə Bakıya gəlişim olacaq. Sənin sayəndə güc tapıram
Ruslan: Sən məncə çox irəlləyiş əldə etmisən. Mənlə görüşmək istəməyini belə möcüzə sayıram
Nur'ay: Tilsim qırılır
Nur'ay: Bu lənət üstümdən gedir
Nur'ay: Amma yenədə köməyə ehtiyyacı olan həmin çarəsiz qızcığazam
Ruslan: Çarəsiz deyilsən. Çarələr çoxdu... Həmin çarələr sıra gələcək
Nur'ay: Onda görüşəcəyimiz günü xəyal edək?
Ruslan: Məndən bir az aralı oturacaqsan. Üzümə ara sıra baxacaqsan. Mən isə sənə doyunca baxmaq istəsəmdə, sən özünü rahatsız hiss etməyəsən deyə sənə baxmayacam. Əlimi sənə uzada bilərəm... Uzaqdan səndə əlini uzadarsan. Əllərimiz bir birinə uzaqdan toxunar... Sonra səni güldürmək üçün limondan söhbət açaram. Mən sənin gülüşünü görmədən, gülüşünün səsinə aşiq olan adamam. İndi növbə gülüşünü görməyə çatıb
Nur'ay: İki mavi gözlər bir saniyəliyinədə olsa bir - biri ilə toqquşacaq. Bəzən mavi gözləri ya dənizə ya da göyüzünə bənzədərlər. Mən hec bir seyə bənzətmək istəmirəm. Sadecə mavi rəng olsun. Mavi bizdən bütün acıları aparıb alsın. Bizə huzur bəxş etsin...
Nur'ay: İndi gecələr maviyə qalsın



(Günlər sonra)
Onun yaşadığı şəhərdə idim... İndi onun yaşadığı şəhərin havasını ciyərlərimə çəkirdim. Aprelin son günü bizim görüş günümüzə rast gəlmişdi. Yaddaşımın bir yerinə yenə unuda bilməyəcəyim bir tarix yazırdım. Nur'la dolmuşdu bütün tarixlərim...
Görüş yeri, evlərinə yaxın yerdə olan bir park idi. Başqa bir yerdə görüşə bilməyəcəyini dediyi üçün çox isarar edib üstünə gəlməmişdim. Hələdə insanların sıx olduğu yerlərdə qala bilmirdi... Buranı güclə tapsamda, sonunda gəlib çıxa bilmişdim. Ondan tez gəlmişdim...
Skameyanın ən künc tərəfində oturmuşdum. Yanımada aldığım bir ədəd limonu qoymuşdum. Kim ilk görüşə limonla gələrdi? Kim mənə limon aldıra bilərdi? Bunun hamısını edən Nur idi... Həyatıma işıq sacan Nur...
Telefonuma gələn mesaj səsindən irkilib, cibimdə olan telefonu çıxartdım. Ekrana baxdığımda gələn mesajı görməyim ilə nə edəcəyimi bilmədim
"Nur'ay: Dəqiqələrdi sənə baxıram... Yanına gəlməyə cəsarətim çatmır... Amma sənə qarşı haqqsızlıq etməməliyəm deyə düşünürəm. Yanına gəlirəm"
Başımı qaldırıb sol tərəfə baxdığımda, ağacların altından çıxan Nur'u gördüm. Mən indi nə etməli idim? Ayağa qalxıb onu qarşılamaq istəyirdim... Amma ya qorxub, geri gedərdisə? Beynimə daxil olan bu düşüncə ilə sadecə ayağa qalxdım. Get məndən həyəcan... Sanki, birinci dəfədi bir qızla görüşürəm. Bu nə həyəcan idi? Atdığı yavaş addımlarla yanıma çatdığında, dodaqlarını dişlədiyini gördüm. Gözüm sadecə günəş kimi parıldayan üzünə baxdı. Üzündə uşaqısı bir nur var idi...
Dilimdən "Nur..." deyə kəlimə töküldüyündə, əllərini bir birinə keçirtdi

"Qorxma Nur... Mənəm... Sənin Ruslanın..." dediyimdə üzündə bir gülümsəmə əmələ gəldi. Gülümsəməsinin qaynağı limon idi... Gözlərini hec çəkmədən limona baxırdı. Bir limona belə gülümsəyən qızı necə incitmişdilər?
"Limon almısan..." deyib baxışlarını limondan çəkərək mənə baxdı. Yenə təkrar edirəm, mənə baxdı... Gözləri, bir okeana bərabər idi...
"Sən otur, mən ayaq üstə qalaram" deyərək bir adım geri getdim. Tərpənmədiyini gördüyümdə, bir adım daha kənara çəkildim. Yanımdan keçib skameyanın bir künc tərəfinə oturdu. Limona baxa - baxa "Səndə bir küncə əyləşə bilərsən..." dedi. Məndə bir küncə əyləşib oturdum. Gözü limonda qaldığından, limonu əlimə alıb onu uzatdım
"Elə götürə bilməyəcəm..." dediyində limonu onun tərəfə qoydum
"Limonun səni gözləyir" dedim
Saniyə keçmədən tez limonu əlinə aldı. Tək limon almaqla kifayətlə bilməzdim deyə, pencəyin cibindən ona aldığım, günəş simvollu olan qolbağını çıxartdım. Əlimə baxıb qolbağını gördüyündə "Başqa hədiyyə qəbul etməyəcəyimi, sənə daha əvvəldən demişdim" dedi
"Ona görə kicik bir sey aldım. Bunu qəbul etməlisən"
"Limon bəsimdi"
"Limonu kəsib yeyəcəksən, bitib gedəcək. Xatirə qalacaq bir sey olmalıdı"
"Limonun şəkilini çəkərəm, beləcə xatirə qalar"
"Küsəcəm səndən"
"Küsmə"
"Qəbul edirsən hədiyyəmi onda?" dediyimdə başını aşağı yuxarı salladı. Qolbağınıda onun tərəfə qoyduğumda, bir az qolbağıya baxıb onuda əlinə götürdü. Ona daha çox sey almaq istəyirdim, amma götürməyəcəyindən daha başqa bir sey ala bilməmişdim. Bakıya gəldiyində onda gər gün süprizlər edəcəkdim. Yenə Bakının xəyalını qurmuşdum...
"Çətin oldu buranı tapmaq?"dedi
"Bir az hə... Əsas olan bu çətinliyə dəyməsidi. Səni görmək mənə hər seyi unutdurdu"
"Az qalsın geri qayıdırdım... Geri qayıtsaydım, mənə əsəbləşərdin?"
"Sənə əsəbləşə bilməzdim... Bir az incinə bilərdim amma... Səni görməyi hər nə qədər arzu etsəmdə, özünü buna hazır hiss etməsəydin gəldiyim kimidə çıxıb gedərdim. Hisslər təkcə görüşdən və toxunuşdan ibarət deyil"
"Başqa birisi ilə tanış olmuş olsaydın, ən azından əlləriniz bir birinə dəymiş olardı... Qucaqlayada bilərdin onu... İndi bunların hec birini edə bilməmək necə hissdi?"
"Əllərin bir birinə toxunması, qucaqlaşmaq, öpmək ... Onlar hamısı sənin nur kimi işıq sacan üzünün yanında hec nədi"
Dilimə yiyəlik edə bilmirdim... Onun yanında belə danışmamaq üçün özümü yolda nə qədər tənbeh etmişdim. Belə çox danışmış olsaydım, məndən uzaq qaçardı... O, hələ belə seylərə hazır deyildi
"Bir kitabdan, ya da bir filmdən bir səhnədi bu. Toxunuşu önəmsəyən biri... Amma insan yanındaki insanı hiss etmək istəyər daima" dedi
Hiss etmək bir toxunuş ilə həll olunsaydı, insanlar hər toxunduqları bədənə aşiq olardılar. Ya da hər gözəl gördükləri üzlərə... Hiss etmək tamam başqa anlayış idi. Misal Nur'un qoxusunu hiss edə bilirdim indi. Ara sıra külək, qoxusunu burunuma gətirirdi. Sacları uşaq şampunu olan dalin kimi qoxurdu... Və bu qoxunu hiss etməmək mümkünsüz bir sey idi
"Dalin?" dedim, təpkisini ölçmək üçün. Göz bəbəkləri anidən böyüdü. Bunu gözləmirdi.
"Bu hiss etmək sayılır?"
"Sayılır... Toxunmadanda hiss etmək olurmuş demək"
"Saclarım ipək kimi olsun deyə, uşaq şampunundan istifadə edirəm mən. Bu məncə sayılmır"
"Sən sayma, mən sayacam"
"Bu, cücəni payızda sayarlar söhbətinə oxşadı"
Son sözü üzümə gülüş gətirdi. Özüdə səsli şəkildə gülməyə başladı. 4 ay əvvəl uzaq olduğum gülüşünə, indi necədə yaxın idim. Həm gülüşünün səsini canlı eşidirdim, həmdə gülüşünün canlı şahid olurdum. Özümü təbrik etməyin vaxtı idi... Mən bir gülüşə aşiq olmuşdum...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri