Lənətli Qızcığaz (Bölüm 17)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 450
Səs ver:
(səs: 0)
(Nurayın dilindən) (Aylar Sonra)

Öhdəsindən gələ bilmərəm, dediyim hər seyin öhdəsindən yavaş - yavaş gəlməyə başladım. Çıxdığım bu yolda bir çox insan mənə dəstək oldu. Hələdə yanımda var olub mənə dəstək çıxmağa davam edirlər. Xəyalını qurduğum həyatı yaşayırdım artıq. Mən bacarmışdım? Bacarmışdım... İndi özümdən daha əmin idim. Keçmişimi keçmişdə buraxmaq, mənim özüm üçün etdiyim ən böyük hədiyyəm olmuşdu. Dəyişdiyim gün, Ruslanın Gəncəyə gəldiyi gün baş vermişdi. Bu görüş sayəsində bu gün olmaq istədiyim yerdə idim. Yəni, Bakıda...
Məni xəyallarıma bir addım daha yaxınlaşdıran Bakıda. İlk günlərdə, ilk aylarda bura öyrəşməyim çətin olmuşdu. Yanımda sadecə Ruslan vardı. Bu böyüklükdə olan şəhərdə yalnız onu tanıyırdım. Sonrada univeristetə daxil olduğumda, ətrafım bir az genişləndi. Hətda özümə otaq yoldaşlarıda tapmışdım. Ruslan öz yaşadığı dairədə, mənədə kirayə bir bina evi tutmuşdu. Beləcə günümüzün çoxun bir yerdə keçirirdik. Bəzən dostları Pərviz, Röyalda bizə gələrdi. Pərviz keçmişdə etdiyi hərəkətə görə hər dəfə məndən üzr istəyirdi. Mənimsə qəlbimdə ona qarşı bir kin yox idi. Bunun nəticəsində səmimi olmağa çalışırdım. Hər seyi əslində, Ruslana borclu idim.
Qolumda olan saata baxdım, dərs vaxtını qaçırtmamaq üçün. Vaxtın az qaldığını gördüyümdə, dəftər kitabımı bağladım. Bu gün univeristetə bir az tez gəldiyimdən bufetdə oturub dərs edirdim. Daha doğrusu dərs etməyə çalışırdım. Səs küydən beynimə hec nə girməmişdi. Ruslandan mesaj gəlib ya gəlmədiyinə baxmaq üçün telefonumu əlimə aldım. Düşündüyüm kimi ondan mesajlar gəlmişdi. Adını 'Limonum' deyə qeyd etmişdim. Nə crativ bir ad hə?

"Limon'um : Bilsən nə qədər darıxmışam
Səhərdə görə bilmədim səni, tez çıxmısan
Çıxışda özüm alacam səni. Hec kimə, söz vermə yaxşı?"

Mesajları oxuduqdan sonra üzümə bir gülüş gəldi. Məni gülümsətməyi bacaran yeganə insan

"Limon alacaqsansa, çıxışda məni görə bilərsən" yazıb göndərdim. Mesaj çatar çatmaz xəttdə oldu. Telefonun başında mesaj yazmağımı gözləyirmiş

Limon'um: Qurban olsun bütün limonlar sənə. Alaram işığım
Nur'ay: Yazan kimi xəttdə oldun. Telefonda nə işlə məşğul idin?
Limon'um: Sənin yazmağını gözləyirdim
Limon'um: Yazdığını görən kimi daxil oldum. Mən yazığın günahını alma
Nur'ay: Mən olmadığım vaxtlarda səni xəttdə falan görməyim
Limon'um: Baş üstə :)
Limon'um: Bizim bu Pərviz mənim başımı xarab edib
Nur'ay: Yenə niyə?
Limon'um: Hüsniyəyə görə. Danışdın dünən onunla?
Nur'ay: Danışdım, razı olmur. Deyir Pərvizdən gözüm su içmir
Limon'um: Haqqlıdı elə mənimdə gözüm Pərvizdən su içmir. Amma çay içir)
Nur'ay: Sənin bu vaxtı keçmiş zarafatların bir gün məni öldürəcək)
Limon'um: Onda yenə deyimki, alınmadı
Nur'ay: Pərviz məncə düzəlib. Düzəlib düzəlmədiyini ən yaxşı sən bilərsən. Hüsniyə şans falan tanımaq istəmir. Tərsi çox pisdi
Limon'um: Pərvizə yaxşı oldu. Qoy sürünsün
Nur'ay: Yolda danışarıq bu mövzuda. Mən indi çıxıb dərsə girməliyəm
Limon'um: Uğurlar

Atdığı qırmızı ürəyi görməmizlikdən gəlməyə çalışıb, telefonu söndürdüm. Hüsniyə otaq yoldaşım idi. Bizim Pərvizindən ondan xoşu gəlirdi. Hüsniyə isə hec oralı deyildi. Məndən böyük olduğundan bu işləri daha yaxşı bilirdi.
Gülay ilə mənə bacılıq edirdi desəm yeri idi. Söhbətlərə qulaq asmağı sevməsəmdə, qulağım məndən arxadan oturan masanın söhbətlərini eşitdi. İki qız bir biri ilə söhbət edirdi. Söhbətin qaynağıda Zəfər Ağazadə idi.
"Zəfər indi bura gəlsəydi nə yaxşı olardı"
"Həə, gəlib sənə sevdiyini deyəcək indi"
"Of imkan vermə, bir xəyal falan qurum. Xəyal qurmaqda pulla deyilki"
"Sənin dilində var, vallah Nərgiz"
"Nə var dilimdə?"
"Qapıdan gələnə bax"
Nərgiz kimi məndə başımı qaldırıb qapıya baxdın. Həqiqətən, Zəfər gəlmişdi... Qızın dilində var imiş. Gözü hec bir yerə baxmırdı. Sadecə qarşıya irəlləyirdi. Yanında ən yaxın dostlarından olan Sənan vardı. Birdə tanımadığım bir oğlan daha. Bütün gün univeristetdə bunlardan danışıldıqlarından məcbur tanımalı olmuşdum bunları. Hətda evdə Gülay belə Zəfərdən, Sənandan danışıb durardı. Hüsniyə son anda onu susdurardı. Zəfərin görünüşü ətraf üçün çox fərqli gəlirdi. Sarışın üzlü, acıq qəhvəyi tonlara sahib olan saclara sahib idi. Gözləridə mavi idi. Amma mavinin ən açıq tonu idi. Buna görə insana bir az qorxuducu gəlirdi. Qulağında sırğa, əllərində üzük olardı... Geyim tərzi sərsəri bir stildə idi. Qızlar bunun nəyini sevirdi bilmirdim. Yanımdan keçdiyini gördüyümdə başımı aşağı saldım. Mənim oturduğum masanın sol yanında olan boş masaya keçib oturdular. Aylar əvvəl belə mənzərə ilə qarşılamış olsaydım, burda bir dəqiqə belə olsa qala bilməzdim. Ancaq indi isə burda qala bilirdim. Buna bütün illərimi xərcləmişdim. Dəftər kitabımı alıb ayağa qalxdım. Yenə keçmişə qayıtdığımdan əllərim öz özülüyündən boşluğa düşdü. Əlimdə olan kitab dəftər yerə düşdü. Tamda Zəfərin oturduğu stolun yanına...
Onu necə götürəcəkdim indi? Başı söhbətə qarışdığından yanına kitab dəftərin düşdüyünü belə hiss etməmişdi. Ya da eşitmişdi, baxmaq sərf etməmişdi... İrəli bir adım atıb yerdə qalan kitab dəftərə baxdım. Əyilib götürə bilməzdim onu... Eləcə Zəfərə baxdığımda, qarşısında oturan Sənan mənim varlığımdan xəbərdar oldu.
"Zəfər qız sənə baxır" dedi.

"Nə qızı?"
"Arxanda olan qız"
Zəfər başını çevirib mənə baxdı. Məndə baxışlarımı tez yerə saldım. İnsanların gözünə çox baxa bilmirdim
"Hey dostum niyə baxırsan, sən mənə?"dedi .
Sanki, adı Alexc olmalı imiş. Son anda dəyişdirib, Zəfər qoyublar. Özünü Amerkada falan sayırdı? Əlim ilə yerdə olan dəftər kitabı işarət etdim. Yerə əyilib baxdı. Sonra aşağı əyilib kitab dəftərimi yığmağa başladı. Yığmazdı deyə düşünmüşdüm... Kitab dəftəri mənə uzadıb "Baxmaq əvəzinə səslənə bilərdin" dedi. Gözüm baş barmağı ilə kicik barmağına sürtdüyü qara dırnaq boyasına taxılıb qaldı. Nə dəyişik oğlan idi... Baxmağı kəsib, ani sürət ilə əlindəkiləri aldım. Kitab dəftəri alar almaz qarşısına çevrildi. Uzatmayıb, qısa kəsməsi yaxşı olmuşdu. İrəli adım atıb getmək istədiyimdə, qələmimin olmadığını gördüm. Yenidən ona tərəf çevrildim. Səslənməyəcəkdim...
Gözüm qələmimi axtarmağa başladı. Yanında oturan oğlanın stolunun yanına düşmüşdü. Onu necə alacaqdım? Bunu fikirləşdiyimdə, Sənan yenə mənə baxdı
"Zəfər qız yenə sənə baxır"
"Sənan, nə qızı yenə?!"
"Dəftər kitabı düşən qız"
Zəfər yenə başın çevirib mənə baxdığında "Ta sühbanallah" dedi. Bezdirmişdim deyəsən...
"İndi nə?" dediyində əlim ilə yerdə olan qələmimi işarət edib "Qələmim..."dedim. Oturduğu stoldan ayağa qalxıb, stolu bir kənara çəkdi. Qələmi yerdən götürüb mənə uzadıb
"Başqa nəyinsə yerdə qalıb?" dedi
"Yox"
"Onda imkan ver söhbətimi edim daha!"
"Təşəkkür edirəm"
"Etmə"
"Təşəkkür etmirəm"
Sacların qarışdırmağa başladı. Oda təşəkkürümü qəbul etsəydi... Səsli şəkildə nəfəs aldığında "Adın nədi sənin?" dedi.
Adımı niyə deyim ona?
"Adımı bilməyin vacib deyil" dedim
Yarı gözlərin üstümüzdə olduğunu hiss etdiyimdə, getməyin ən yaxşı qərar olduğunu düşündüm. Burda qalıb vaxtımı itirə bilməzdim. Getmək istədiyimdə, bir qrup yoldaşım yanımda bitdi
"Nuray, dərsə gec qalacaqsan" dedi.
Bilə - bilə adımı çəkmədisə, mənədə Nuray deməsinlər! Zəfərin dodaqlarının kənarı qıvrıldı. Asandlıqla öyrənmişdi adımı. Sənana dönüb "Adı Nuray imiş..." dedi gülərək. Gülməli olan nəsə vardı? Yoxsa mən söhbəti qaçırtmışdım?! Yox, daha çox söhbət etmək mənim özüm üçün zərərli olacaqdı. Tərs - tərs ona baxıb yanından ayrıldım. Bir başa dərsə daxil oldum. Beynim belə tez qarışa bilməzdi. İnsanların qarşısında dik dayanmalı, sözümü əsirgəmədən deməli idim. Çünki, Ruslan mənə bunları öyrətmişdi...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 450
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri