Lənətli Qızcığaz (Bölüm 18)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 410
Səs ver:
(səs: 0)
"Kahraman Deniz - Ben yola gelmem"

Bu gün bufetdə olanlar bir az kefimi qaçırtmışdı. Hələdə insanların qarşısında tam dayanmağa cəsarətim çatmırdı. Ruslan yanımda olduğundan üzümə saxta bir gülüş taxmışdım. Amma içim duman altı idi...
Mənlə daha çox vaxt keçirtsin deyə maşının sürətini azaltmışdı. Çox zaman belə edərdi. Mənə aldığı limonu əlimdə möhkəmcə tutmuşdum. Bizim münasibət çox qəribə idi. Mən limon istəyərdim, oda sevə - sevə alırdı. Səssizliyimi görüb "Sənin kefin yoxdu? Yoxsa mən belə hiss edirəm?" dedi
"Dərslər yordu bir az məni... Evə gedib yatmaq istəyirəm"
"Ümüd edirəm dediyin kimidi"
"Sən çox narahat insansan"
"Sənə görə narahat qalıram mən. Yoxsa olduqca rahat insanam. Mənim zəif nöqtəm təkcə sənsən"
"Məni boş ver. Pərvizdən danış mənə. Nə məsələdi?"
"Xoşu gəldiyini deyir. 2 aydı normal insan olmağa çalışır oda. Amma kəfil ola bilmərəm ona. Bir dəfə güvənimi qırıb deyə ona asanlıqla inana bilmərəm"
"Səndə əvvəl onun kimi idin... Sonra qarşına mən çıxdım, dəyişildin. Sən mənlə bir, iki ay yazışıb ortadan yoxa çıxmaq istəyən oğlan idi. Qısaca fəsillər kimi, insanlarda dəyişə bilir. Dəyişmək tək fəsillərə aid deyil"
"Biz indi bir ilə doğru gedirik. Az qalıb, aylarımız dönüb il olacaq. Yaxşıki varımsan Nurum"
"Səndə... Səndə dostum..." dedim. Biz bir birini başan düşən iki gözəl insan idik. Bu gözəl münasibətin korlanmasını istəmirdim. Ona görə ona dostum deyə müraicət edirdim. Oda eynən mənə dostum deyirdi... Ən gözəli mənim üçün bu idi. Mən başqa münasibət düşünəcək bir insan deyildim. Nə indi, nə də illər sonra özümü hazır hiss etməyəcəkdim. Nə qədər ayaqda qalsamda, keçmişdə keçirtdiyim həmin o travma daima mənimlə qalacaqdı. Onunla necə ay idi yanaşı idik. Amma barmaqlarımız belə bir birinə dəyməmişdi. Yan yana olan iki yad insan kimi idik. Ortda olan bağlılığı görə bilirdim. Kor deyildim... Ancaq ona tərəf bir adım ata bilmirdim. Keçə bilmədiyim yollarım vardı. Sonumuz hara gedəcəkdi bilmirdim.
Ya bir gün mənə limon almaqdan bezsəydi? Sonsuza qədər mənə limon alacaq deyildi... Oda insan idi. Yorula bilərdi... Mən getdikcə onu yoracaqdım... Bu gün çox neqativ düşüncələrə yüklənmişdim. Bununda ən böyük səbəbi bufetdə yaşadığım hadisə idi. Susmaq əvəzinə cavab verə bilərdim.
Ruslan danışmaq yerinə səssiz qalıb radionu açdı. İnsan pis olanda mahnılara sığınardı. Bizi başa düşən sadecə mahnılar idi...
Məni evə buraxdıqdan sonra Ruslan işinə qayıtmışdı. Məndə evə gəlmişdim. Yemək yedikdən sonra yatmışdım. Yatıb durduqdan sonra dərslərimi etdim. Hüsniyə hələdə dərsdə idi. Gülay isə partyə gedəcəm deyib evdən getmişdi. Bildiyiniz tək idim evdə. Ruslanda işdə olduğundan ürəyim sıxılırdı. Gülaya nə qədər getmə desəmdə mənə qulaq asmamışdı. Hüsniyə belə seyləri sevməzdi deyə, gizlincə getmişdi. Hüsniyə evə gəldiyində nə deyəcəyimi hec bilmirdim. Payızın son ayları olduğundan hava tez qaralırdı...
Sıxıldığımdan tvni açıb kanalları yoxladım. Hec bir seydə getmirdi. Tvni söndürdüyümdə, telefonuma zəng gəldi. Ekrana baxdığımda tanımadığım bir nömrədən zəng gəldiyini gördüm. Açım açmayım deyə qərarsız qalsamda sonunda zəngi açıb "Alo?" dedim.
"Salam Nuraydı?" dedi bir incə səsli qız.
"Bəli eşidirəm. Siz kimsiz?"
"Mən Gülayın qrup yoldaşıyam. Gülay səhvən spirtli içki icib. Özündə deyil. Onu gəlib götürə bilərsiz?"
"Yanınızdan ayırmayın. Gəlirəm indi"
"Ünvanı mesajla atacam. Çox sağ olun"
Of Gülay... Başına nə işlər açmışdın. 'Gəlirəm'i hansı cəsarət ilə dediyimi bilmirdim. Əvvələr məni insanlar qorumağa çalışardı. İndi isə mən... Bəlkədə bu mənim üçün bir şans idi. Sonsuza qədər göyqurşağından kənar bir rəng olaraq qala bilməzdim mən. Dərindən nəfəs alıb verdim... Telefonu əlimə alıb Ruslana zəng etmək istədim. Ora tək getmək istəmirdim... Yadıma Ruslanın bu gün ailəsinə baş çəkəcəyi gəldiyində, zəng etmədim... Hüsniyəyədə hec nə deyə bilməzdim. İş başa düşmüşdü...

Mənə verilən ev ünvana gəlib çatmışdım. Gur musiqi səsi uzaqdan eşidilirdi. Dişlərimi sıxıb məcbur qalaraq evə daxil oldum. Hər kəs bir havada idi... İcki qoxusu ətrafı bürümüşdü. Mənim gözüm isə Gülayı axtarırdı... Qonaq otağının ortasına daxil oldum. Gülayı görə bilmirdim. Rəsq edən hər kəs bir birinə qarışmışdı... İnsanların arasından keçməyə çalışıb bir küncə keçib dayandım. Mənə zəng edən nömrəyə zəng etdim. Zəng getsədə, cavab verən yox idi. Mən bu qədər insan içində Gülayı necə tapacaqdım? Yuxarı mərtəbədən düşən birilərini gördüyümdə, bəlkə yuxarda olar düşüncəsi ilə mərdivənə çıxdım. Yuxarı çıxdığımda uzun dar dəhliz vardı. Sağında solunda isə otaqlar... Otaqlardan bir, iki nəfər çıxırdı. Mən isə sanki başqa bir dünyaya düşmüş kimi hiss edirdim özümü. Belə bir seyi ancaq filmlərdə görmüşdüm. Burda olmazdı, Gülay... Getmək üçün qarşıya çevrildiyimdə bir adama dəydim. Başım düz sinəsinə dəymişdi... Burunuma darçın ətiri dolduğunda, başımı qaldırıb dəydiyim insana baxdım. Qarşımda iki cüt mavi gözləri ilə baxan bir insan vardı. Zəfərlə burda, bu cür şəkildə qarşılaşdığıma inana bilmədim... Üzündə kicik bir buruq ifadə yarandığında, bir adım kənara çəkildim.
"Bu gün səni ikinci görüşümdü" dedi.
Kaş qarşılaşmasaydıq... Ah, Gülay başıma açdığın işlərə bax...
"Dostum üçün gəlmişəm. Hec yerdə tapa bilmirəm onu" dedim, düşdüyüm vəziyyəti açıqlamağa məcbur qalaraq
"Dostun kimdi?"
"Gülay... Əsmər, qısa qara saclı bir qızdı"
"Qırmızı rəngdə paltar geyinmişdi?"
"Həə... Görmüsən?"
Əlini dəhlizin başında olan son qapıya tuşlayıb "Bayaq bir oğlanla o otağa daxil oldular" dedi. Nə danışırdı? Qapıya baxa - baxa qaldım... İçəridə nə baş verirdi?
"Sən nə dediyini bilirsən!?"dedim
"Görünür belə bir yerə ilk dəfədi gəlirsən... Get dostunu xilas elə. Yoxsa bir azdan çox gec olacaq" dedi
Məən, mən nə edəcəyimi bilmirdim... Gözüm titrəyən əllərimə taxılı qaldı... Yox indi titrəməyin... Dostumun mənə ehtiyyacı vardı... Zəfəri ordaca qoyub, dediyi otağa tərəf irəllədim. Qulağıma ağlayış səsləri gəldiyində, qapını açdım. Gördüyüm mənzərəyə qarşı udqundum. Bir oğlan Gülayı küncə sığışdırıb, öpməyə çalışırdı... Mən O, oğlanı Gülaydan xilas edə bilməzdim... Oğlan varlığımdan xəbərdar olduğunda, dönüb mənə baxdı. Bir seylər et Nuray... Bir seylər et...
Səsini ucaldaraq "Sən kimsən?!" deyib yanıma tərəf gəlməyə başladı. "Əl çək qızdan!" dedim otağa daxil olaraq. Gülayı almamış hec bir yerə gedə bilməzdim. Gülayın ağlayış səsi getdikcə qulağımı kar etməyə başlamışdı... Dəyərdimi qızım belə bir yerlərə gəlməyə? Qarşımdakı oğlan qəh qəhə çəkib gülməyə başlayaraq
"Sən ondan daha gözəlsən" dedi. İçki qoxusundan yanında durmalı deyildi... Mənə yaxın gəldiyində arxa - arxaya getdim. Nəyəsə dəydiyimi hiss etdiyimdə dayandım. Başımı çevirib yanıma baxdığımda Zəfəri gördüm. Tam arxamda dayanmışdı... Baxışlarında kəsgin ifadə vardı. Bir göz qırpında oğlanın yaxasına yapışıb "Sənin indi üzünü elə gözəl edəcəmki mən, birdə insan içinə çıxmağa üzün olmayacaq!" deyib onu çarpayıya itələdi. Üzünə yumruq keçirməyə başladığında, otağa dostu Sənan daxil oldu. Sənan Zəfəri oğlanın üstündən atmağa çalışıb "Dəli olmusan sən?! Görmürsən Asif özündə deyil!" dedi
"Burax məni Sənan! Onun dərsin vermək lazımdı!"
"Bu dərs vermək deyil Zəfər!"
"Sən bilirsən bu alcaq istəməyə - istəməyə qıza toxunmağa çalışıb?!"
Sənanın baxışları küncdə qıvrılıb qalan Gülayı tapdı. Sonrada baxışların mən tərəfə çevirdi. Çarpayıda uzanan, üzü al qan içində olan oğlana birdə O, yumruq atdı.
"Əclaf! Səni indi boğub öldürə bilərəm!" dedi, yenidən bir yumruq ataraq. Bu iki dost dəlidən betər idi... İşin qəribə tərəfi mənim artıq əsməyə başlamağım idi. Bu görünütü məni uzaq keçmişə apardı... Özümə gəlib, Gülay tərəfə belə gedə bilmirdim... Aşağı çöküb ətrafı seyr etməyə başladığım. Zəfərin gözləri məni tapdı...
"Sənan sən qızı al çıx, məni maşında gözlə. Bizdə gəlirik indi" dedi
Sənan Gülay tərəfə gedib, Gülayı qucağına aldı. Gülay ayıldıqdan sonra ilk işi Sənana minnətdar olmaq olacaqdı. İckinin təsirindən yuxuya dalmışdı... Çarpayıda uzanan oğlanda çoxdan gözlərini yummuşdu. İcki bir insanı nə hala qoyurdu... Tanınmaz hala salırdı...
Zəfər bir dizin yerə atıb əlini mənə uzadıb "Bizdə getməliyik..." dedi. Ayağa qalxmağa təqatim yox idi... O əldən tutmağada bir cəsarətim...
"Əlindən tuta bilmərəm... Mən əks cinsə toxuna bilmirəm..." dediyimdə əlini tez aşağı saldı.
"Burdan getməyə məcburuq. Özünü ələ al gedək" dedi
Özüm özümə dəstək verib ayağa qalxdım. Ancaq dizlərim sözümə baxmırdı. Əsirdi... Yenə gücsüz olduğum bir vaxt idi... Zəhləm gedirdi özümdən... Tanrım məni niyə belə gücsüz yaratdın? Oysa mən güclü olmaq istəyirdim... Ya burda Zəfərə rast gəlməsəydim? Ya məni burda qoyub, arxamca gəlməsəydi? İnsanların məni xilas etməsindən, bezmişdim...
"Mən gedə bilməyəcəm... Başqalarını görməyə gözüm yoxdu... Məni burdan çıxart" dedim
Tək secənəyin nə olduğunu bilə - bilə...
"Toxunmalı olacaqsan, onda mənə..." dedi
Tək düşündüyüm sey, burdan çıxmalı olduğum idi. Nəfəsim daralırdı mənim... Gözlərimi qırpdım... Üstündə olan geyindiyi cins pencəyi çıxardıb, mənə uzatdı
"Bunu çiyninə ört, gözlərinidə yum. Səni burdan görünmədən çıxardacam" dedi
Burda baş verənləri biri öyrənsəydi, hec birimiz üçün yaxşı olmayacaqdı. İrəli bir addım ata bilmirdim. Ayaqlarım yerdən kəsilmişdi... Əlindəki cins pencəyi alıb, çiynlərimə atdım. Mənə çəkingən bir hərəktlə yaxın dayandı. Əlini çiynimə atıb, özünə tərəf çəkdi. Başımı sinəsinə doğru incitmədən sıxaraq məni otaqdan çıxartdı. Əllərini üzümdə hiss edirdim... Məni gizlətmək üçün belə etdiyini bilirdim. İçimdən keçirtdiyim tək sey burdan tez çıxmaq idi. Bu kabus bu evdən çıxdıqdan sonra bitəcəkdi. Gözlərim yumulu idi... Yanımda başqa bir adamın varlığı vardı... Burunuma dolan tünd darçın qoxusu, özümü bir az yaxşı hiss etməyimə səbəb olmuşdu. Elə hiss edirdimki, bir darçınlı çay içirəm... Burda deyiləm, evimdəyəm... Dünyadan uzaq bir yerdəyəm... Bədənimə vuran soyuq küləyi hiss etdiyimdə, çöldə olduğumu başa düşdüm. Gözlərimi tez açıb, ani sürətdən ondan ayrıldım
"Maşınım o tərəfdədi gəl" dediyində arxasıyca irəllədim. Maşının yanına çatdığımda "Biz taksi ilə gedərik..." dedim. Necədə ürəksiz demişdim... Gedə bilməzdim amma...
"Bu vəziyyətdə başqa adamın maşınına minib gedəcəksən?"
"Səndə mənim üçün başqasan"
"Mən səni az əvvəl o otaqdan xilas edən həmin adamam. İnan səndə gözüm olmuş olsaydı, işimi sabaha saxlamazdım. Elə otaqda həll edərdim"
"Bu qədər açıq sözlü olma!"
"Bunu sən istədin!"
Məni xilas edən adama qarşı olan davranışıma bax. Təşəkkür belə etməmişdim. Təşəkkür deyilməsinidə, sevməzdi
"Təşəkkür etmirəm" dedim, sabah olan dialoqu xatırlayıb
"Bunu sevdim" deyib göz qırpdı. Maşının arxa qapısı açıldı. İçindən gələn səs "Söhbətinizi yolda edərsiz. Gedəyin" dedi.
"Sənan sənin nə işin var orda?"
"Adını belə bilmədiyim qız başını çiynimə qoyub və yatıb"
"Gülay"
"Gülay nədi?"
"Adı Gülaydı" deyib güldü. Bu iki dostun danışığı qəribə idi
"Sən qarşıya keçib oturmalı olacaqsan" dedi, mənə dönüb. Başqa secimim yox idi. Maşının qapısını açdığında, maşına mindim. Sonra o maşını işə saldı. Bu gün mənim üçün çox çətin keçmişdi...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri