Lənətli Qızcığaz (Bölüm 19)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 246
Səs ver:
(səs: 0)
Bu günün baş verdiyinə hələdə inana bilmirdim. Sanki hər sey bir saniyənin içində olub bitmişdi. Yanımda tanımadığım insanların varlığı vardı. Ara sıra çönüb arxaya baxdırdım. Gülay hələdə yatmışdı... Ayıldığında olanları xatırlayanda nə olacaqdı? Özünü pis hiss edəcəyi dəqiq idi. Zəfərin şüşə kimi gözləri yalnız yola baxırdı. Kənardan düşüncəli görünürdü. Beynində nəyisə götür qoy edirdi. Sənan isə öz özünə mızmızlanırdı.
"Zəfər bir az tez sür maşını. Qolum qopdu burda"
"Görəndə deyər kürəyində daşıyırsan qızı"
"Onun kimi bir seydi! Hərəkət edə bilmirəm"
"Sənə kim deyirdi, qızın başını çiyninə qoy? Çək cəzanı indi"
"Allah haqqı sənə söz deməli deyil. İt kimi tutursan adamı"
"İt deyirsən mənə?!"
"Elə reaksiya verirsənki, elə bil birinci dəfədi sənə belə deyirəm" dediyində, gülüşümü saxlaya bilmədim. Gülüşümü görən Zəfər tərs - tərs mənə baxdığında, gülüşümü kəsmək məcburiyyətində qaldım
"Sənan səni bu maşından aşağı atmamağım üçün mənə tək səbəb göstər"
"Ağılıma bir sey gəlmədi"
"1 dəqiqə vaxtın var!"
"Dayan... Gəldi, gəldii... Adını yenicə öyrəndiyim Gülay, başını mənim çiynimə qoyub yatıb. Mən maşından aşağı düşsəm, bu qız başını hara qoyub yatacaq? Məncə mükkəməl bir səbəbdi"
"Bir daha əmin oldumki parabeyinsən sən"
"Parabeynin dostu, parabeyin olar"
"Sənan səsini kəs!"
"Səndə səsini kəs!"
Bunların dayanmayacağını görüb "Dayanın!" deyə səsmin tonun ucaltdım.
"Bu nədi? Uşaq kimi didişirsiz ancaq. Başım şişdi burda!" dedim
"Zəfər qızın başını nə xarab edirsən? Səsini kəsdə"
"Sən səsini kəssən məndə kəsəcəm. İmkan ver sabahı düşünüm"
"Sabah nə olacaq?"
"Asif ayılanda nə gündə olduğunu görəcək. Birdə bizim etdiyimizi xatırlasa bizə yaxşı əyləncə çıxacaq"

Bu sözü ilə arada bir səssizlik oldu. Haqqlı idi... Başlarına iş açmışdıq... Hec işin bu tərəfini düşünməmişdim

"O zibil hec nə edə bilməz bizə. Lazım olsa birdə döyərik" dedi, Sənan.
"Zibil falan sözlərini yığışdır, maşında iki qız var"
"Biri yatıb axı"
"Digəri isə yatmayıb bizə qulaq asır" deyib gözü ilə məni işarət etdi Zəfər.
"Sizə qulaq asmıram, məcbur yanınızda olduğumdan eşitməyə məcbur qalıram!"
"Axrı bizə qulaq asırsan. Eyni seydi"
"Eyni sey deyil!"
"Mənə eyni sey olmadığını sübut et"
"Siz tam xəstəsiz!" dedim əsəbimlə. Əsəb bütün bədənimə yayılmış vəziyyətdə idi. Bu iki dost hec normal deyildi. Görnüşləri ilə etdiyi hərəkətlər hec düz gəlmirdi! Bu qədər adam danışar?
Arxadan Sənan "Qızı küsdürdün..."dedi. Bu Sənanda tam başqa bir dünyanın adamı idi. Bu nə rahatlıq idi?!
"Qız deyib durma mənə. Adım Nuraydı. Nuray!" dedim
Gözlərini oynatmağa başlayıb, üzünə bir gülüş gətirərək "Nurayı küsdürdün..." dedi
Əyləncə olsun deyə belə edirdi!
"Hörmətli Sənan, əyləncə ruhunu kənara qoy! Mən belə seyləri sevmirəm!" dedim
Saclarını qarışdırmağa başladı. Gülüşü üzündən silib balaca uşaqlar tək dodaqlarını qarşıya salladı
"Sənədə söz deməli deyilmis. Mən küsdüm sizdən" dedi
Zəfər bunun ardından gülüb "Şükür bu parabeynin səsini kəsdirə bildin" dedi. İnanmamış gözlərlər ilə hər ikisinə baxdım. Dostluqları qəribə idi. Amma xoşumada getmişdi...

Yol boyu danışdıqlarından məhəlləmizə gəlib çatdığımdan xəbərim olmamışdı. Evdəkilərə nə deyəcəkdim mən? İndi içimi bir ciddiyyət bürümüşdü. Maşını boş yer tapıb saxladı. İkimizdə eyni anda aşağı düşdük. Gülayı ayıltmaq lazım idi... Zəfər arxa qapını açdı. Məndə yanına getdim
"Gülayı ayıltmaq lazımdı... Sənan qızın üzünə yavaş - yavaş toxun bəlkə ayıldı" dedi
Sənan əllərini qaldırıb Gülayın üzünə toxundurmağa başladı. Amma toxunuşları çox qorxaqca idi
"Sənan toxunuşlarını tezləşdirsən? Film çəkmirik biz burda?!"
"Qorxuramda, reski ayılsa üzümə şillə falan ata bilər"
"Yanındaki pələng deyil, qızdı qızz"
"Pələnglər bu cür gözəl olmur..." dediyində hər ikimiz qəribə şəkildə bir birimizə baxdıq.
Zəfər "Sənann! Romantizmanı kəs! Kəsməsən mən indi səni kəsəcəm!" deyə qışqırdı. Qışqırmaqda haqqlı idi. Bu Sənanın, Gülayı oyadacaq ürəyi yox idi
"Gülay... Gülay oyan..." deyib saclarını geriyə verdiyində, Gülay gözlərini açmağa başladı.
"Məənn mən hardayam..." dediyində Sənanın güldüyünü gördüm. İndi bunun yeri deyildi! Maşının içinə tərəf əyilib "Qalx Gülay... Evə getməliyik..." dedim qolundan tutub özümə tərəf çəkərək. Zəfərin köməkliyi ilə maşından çıxartdım. Qalmışdı evə aparmağım... Hələdə tam özündə deyildi. Ayaq üstə qala bilmirdi. Gülayın belindən tutmağa çalışdığımda tanıdığım bir səs ilə irkildim. Ruslan qarşıdan bizə baxırdı
"Nurr...?" dedi təlaşlı bir şəkildə. Gözünü yanımda olan Zəfər və Sənanın üstündə gəzdirdi. İndi cavab ver, bu görüntüyə Nuray xanım! Yanıma gəlib "Nə olub sizə? Bunlar kimdi?!" dedi

"Evə gedək Ruslan... Evdə başa salacam" dedim
Onlarında gözləri Ruslanın üstündə oldu. Zəfər özündən çox əmin tərzdə dayanmışdı. Sanki, illərdi tanıdığım adam idi! Ruslan Gülayın bu vəziyyətini yeni idrak edirmiş kimi oldu
"Gülayy..."
"Kömək elə, yuxarı evə çıxardaq"
"Sən özün yaxşısan?"
"Mən yaxşıyam... Gülay yaxşı deyil"
"Ağılımı itirmişdim az qalsın"
Gülayı özünə tərəf çəkib qucağına aldı. Getmək vaxtı idi... Zəfər ilə Sənan maşına söykənib bizi seyr edirdlər. Gedər ayaq onlara nə deyəcəyimi bilmədim... Yanlarında dayandığımda "Siz olmasaydınız, sonumuz necə olacaqdı bilmirəm... Hər ikinizdə təşəkkür edirəm" dedim. Hər ikisidə gözlərini qırpmaqla kifayətləndi. Ruslanın onlara olan sərt baxışlarını gördüyümdə, yanlarında daha çox qalmadan Ruslana tərəf irəllədim. Bizdən sonrada danışardılar hər halda... Binaya tərəf irəllədiyimdə, Zəfərin cins pencəyinin üstümdə qaldığının fərqinə vardım. Ruslanın yanından qayıdıb pencəyi verə bilməyəcəyimə görə məcbur bu pencəklə yuxarı çıxmalı oldum.
Hüsniyənin Gülayı belə görməsini istəmədiyim üçün Ruslanın evinə gətirdim. Gülay divana uzadıb, qəhvə hazırlamaq üçün mətbəx keçdik. Aramızda bir səssizlik höküm sürürdü... Ruslan məndən bir cavab gözləyirdi. Mən isə hər seyi tam danışacağıma əmin deyildim
"O, amerkan havasında olan iki oğlan kim idi?!" dedi
Buyurun, xoş gəldiniz Ruslanın suallarına... Cavab ver Nuray, cavab.
"Bizi xilas elədilər. Sarışın olan oğlan Zəfər idi, digəridə Sənan"
"Sizi nəydən xilas elədilər? Necə qorxduğumdan xəbərin var sənin? Bu Allahın cəzası telefon niyə yaradılıb?! Zəng etmək bu qədərmi çətin idi"
"Ruslan sakitləş"
"Sakit ola bilmirəm Nur! Mənə sakit ol demə... Yanında onları gördüyümdə ömrümdən ömür getdi... Qarşınızı kəsiblər sandım"
"Sakit olsan sənə hər seyi danışacam. Amma sən belə olarkən mən hec nə danışa bilməyəcəm!"
"Yaxşı... Susdum... Sakitəm..." deyib, dərin bir nəfəs aldı. Qorxsunu başa düşürdüm. Mən özümdə çox qorxmuşdum. Ancaq geridə qalmışdı
"Gülay partiyə getmişdi. Mənə bir zəng gəldiki, Gülay içib özünü itirib. Məndə dayana bilməyib Gülayın yanına getdim. Dəli bir cəsarət deyək biz buna... Sənə zəng etmək istədim, ancaq ailən gilə getdiyin yadıma düşdü. Məndə narahat eləmək istəmədim. Mən öz ayaqlarımən üstündə dayanmağı öyrənməliyəm... Nəysə, ora getdikdə Gülayı tapa bilmədim. Sən demə bir oğlan Gülayın ickili vəziyyətindən istifadə etməyə çalışırmış... Həmin otağa getdim. Sonrada bizi o otaqdan gördüyün həmin iki oğlan xilas elədi. Univeristetdə oxuyurlar... Tiplərinə görə ön yarğılı olma" dedim
Üzündə yaranan ifadəni tam başa düşmədim. Məyus bir ifadə ilə yanaşı üzündə bir qorxuda vardı. Hec nədən başımıza belə bir sey gəlmişdi. Yad insanın başına gəlirmiş kimi danışmışdım...
"İnana bilmirəm... İnanmaq istəmirəm... Sənin başına bunlar gəlib. Mənim isə hər seydən indi xəbərim olur! Dəli edəcəksən axırda sən məni..." dedi, əli ilə boynun arxasını sıxaraq. Mən onu narahat etmək istəməmişdim...
"Hər sey keçdi, getdi... Bax, mən indi burdayam. Sənin yanındayam"
"Üstündəki cins pencək kimin idi?"
"Zəfərin... Qorxduğum üçün pencəyini mənə verdi"
"Qorxun necə keçdi?!"
Qorxumun necə keçdiyini ona necə danışım? Tanımadığım yad bir adama toxunmuşdum mən. Ruslan bunu bilsə, incinəcəkdi... Ancaq o an hər kim olsa, həmin insana toxunardım. Yerində Ruslan olmuş olsaydı belə... Bu iş toxunuş işi deyildi... Tək istəyim xilas olmaq idi
"Sakitləşdirməyə çalışdı... Məndə sakitləşdim"
"Necə sakitləşdin?"
"Hər seyi sənə deməyə borclu deyiləm"
"Belə oldu Nur xanım?!"
"Elə demək istəmədim Ruslan... Bağışla"
"Sən bağışla Nur... Üstünə çox gəldim... Sən bu gün çətin gün yaşamısan. Axmaq kimi davrandım" deyərək yanıma yaxınlaşdı. Ona Zəfərə toxunduğumu deməyəcəkdim. Onsuzda məndən başqa kimsə ona nəsə deyə bilməzdi. Beləcə oda bilməzdi... Bu məsələni ona desəm aramız əvvəlki tək olmazdı

(Zəfərin dilindən davam)
Sənan ilə bərabər ailəmlə bərabər yaşadığım evə gəldik. Sənan uşaqlıq dostum olduğundan ara sıra bizdə qalırdı. Bu gündə söhbətləşmək üçün bizdə qaldı. Həmdə balaca şirin baş bəlamızda bunu istəyirdi. Evə daxil olar olmaz, Nuray qaça - qaça üstümə gəldi. Onu qucağıma alıb, üzünə öpüşlər qondurduğumda "Axırki gəldiniz. Sənan hardadı?" dedi. Bəzən Sənanı çox qısqanırdım. Elə bilirdim, Nuray məndən çox onu sevir. Nurayın 8 yaşı vardı. Mənim sonradan dünyaya göz açan bacım idi. Adını mən qoymuşdum. Hərdən adına görə mənlə dava edərdi. Adını çox sevməzdi deyə. Ancaq mən çox sevirdim. Həmdə mənim sarı saclı, mavi gözlü bacıma bu ad çox yaraşırdı. Eyni ilə bu gün rast gəldiyim qız kimi... Sanki, bizim Nurayın böyük halı idi...
Sənan gəldiyində qucağımdan aşağı enib, ona tərəf qaçdı. Sənanda onu qucağına alıb "Çox darıxmışdım prensesim" dedi. Allah, allah çox darıxıbmış...
"Yalan atma, dünən görmüsən Nurayı" deyərək tərs - tərs baxdım ona. Onsuzda bu gün maşında olanlara görə əsəbi idim ona.
"Yalandısa gözüm çıxsın" deyib ardından əlini gözünə tutaraq "Oy gözün çıxdı deyəsən" dedi. Uşaqlıq etməyi sevərdi... Bu halıda Nurayı güldürmüşdü. Bərabər qonaq otağına keçdik. Hər zamanki kimi Nuray cizgi filmi izləyirdi. O cizgi filmi izlədiyində kanalı dəyişə bilməzdik. Nuray Sənanın qucağında oturub sacları ilə oynamağa başladı. O sacdan məndə də vardı, amma mənim saclarımı oynatmazdı
"Sənan qalacaqsan axşama?"
"Həə qalacam, çoxbilmiş sarı cücəm"
"Onda mənə bu gün axşam yatanda nağıl oxuyarsan?"
"Oxuyaram. Amma üzümdən 10 dəfə öpmək şərti ilə"
"Yes... 20 dəfə öpəcəm"
"Sən onda get nağıl kitabı sec. Məndə gələcəm yanına. Bu gün yorğun gün keçirmisəm, yuxum gəlir"
"Canımm" deyərək üzündən öpüb qucağından yerə düşdü
"Məni öpmək yoxdu?" dedim
Mavi gözlərini sıxmağa başlayıb, dodaqlarını büzdü
"Sənə küsəm hələdə. Dünən evə gec gəlmişdin" dedi
Ah, dünəni unutduğunu düşünmüşdüm... Yarım saat evə gec gəldiyimdən dünən bütün gecəni mənə zəhir eləmişdi. İndidə bilə - bilə Sənanla belə rəftar edirdi. Boşuna çoxbilmiş cücə demirdik ona. Gözünü süzdürərək yanımdan keçib yuxarı getdi. İndi bütün əsəbimi Sənanın üstünə tökə bilərdim
"Maşında nə səyləyirdin?" dedim
"Kim mən?"
"Yox rəhmətlik nənəm!"
"Tərsindən qalxmısan? Bu gün bütün gün məni azarlamısan!"
"Adam kimi davranmırsan ona görə"
"Heyvan özünsən"
"Heyvan demədim mən sənə!"
"Demis kimi oldun!"
"Sənan qalx ayağa, Nuraya nağıl oxumağa get sən"

Cavab verəcəyi sırada telefonuna zəng gəldi. Ekrana bir xeyli baxdı. Zəng çalırdı, ancaq açmırdı. Zəngi sonlandırıb, telefonu səssizə atdı. Belə niyə etmişdi?
"Kim idi zəng edən?" dedim
"Asifin dostu Rüstəmdi"
"Nə tez yayılıb xəbər"
"Həə. Bu gün yorulmusam dava edəsi halım yoxdu. Sabah edərik davanı. Yəqin ona görə axtarırlar"
"Desənə dərdsiz başımıza iş açdıq"
"Amma dəyərdi hə? Qızın gözəlliyi ağılımı başımdan aldı"
"Bilmirəm... Normal qız idi"
"Sənin ağılın sarışında qalıb deyə belə deyirsən"
"Ağılım hec kimdə qalmayıb mənim. Həm görmədinmi qızın sevgilisi var!"
"O maşından düşəndə yanımıza gələn oğlanı deyirsən?"
"Hə... Sevgilisidi idi məncə"
"Demək sevgilisi olmasa qızdan xoşun gələcək?"
"Yox Sənan! Yox! İndi cəhhənəm ol yuxarı gözüm görməsin səni"
"Peşman edirsən adamı bir söz deməyə" deyərək yanımdan ayağa qalxdı. O gedər gedməz başımı divana yaslayıb gözümü yumdum. Tək yorulan Sənan deyildi. Məndə çox yorulmuşdum... Təsadüfə bax, onunda adı Nuray idi... Adına görə kömək etmişdim... Gördüyüm qədəri ilə problemli bir qız idi. Hec kimə toxunmayan qız, mənə toxunmuşdu... Qəribə bir gün idi... Daha çox beynimə salmadan, ayağa qalxıb otağıma keçdim. Əlimdəki üzükləri tək - tək çıxartmağa başladım. Üstümü dəyişib, rahat bir seylər geyindikdən sonra otaqdan çıxdım. Sarı cücəmin otağına getmək istədiyimdə telefonuma zəng gəldi. Ekrana baxdığımda yad nömrədən zəng gəldiyini gördüm. Of, bu gün nə Sənanı nədə məni rahat buraxmayacaqdılar. Hec kefim yox idi dava etməyə

Məndə telefonu səssizə atdığıma, yenə başqa bir nömrədən zəng gəldi. Ya səbir! Telefonu böyük əsəblə açıb "Eşidirəm!" dedim. Telefon arxasından gələn kobud bir səs "Zəfərdi?!" dedi.
"Həə Zəfərəm. Siz kimsiz?"
"Asifin dostu Rüstəməm. Gücünüz sərxoş adama çatıb?!"
"Aydaa... Rüstəmsən, bilmirəm nəsən başımı sabah xarab edərsən!"
"O qorxaq dostun Sənanda sabah günün görəcək!"
"Hopp! Orda dayan! Sən mənim yanımda, dostuma hec nə edə bilmərsən! Cəhhənəmə gedin indi!" deyib telefonu söndürdüm. Sənanı belə işlərə qatmağı hec sevmirdim. Onun canının acımasını sevməzdim... Bu gələn zəngi boş verib Nurayın otağına daxil oldum. Gördüyüm mənzərə qarşısında gülümsündüm... Sənan əlində kitab yuxuya qalmışdı... Nurayla qucaqlaşıb yatmışdılar. Nurayın üstü örtülsədə, Sənanın üstü açıq idi. Sənanın əlindəki kitabı yavaşca alıb, üstünə bir adyal örtdüm. Həm dostum, həm sirdaşım, həmdə qardaşım idi. Bu həyatda sahib olduğum iki sey vardı. Biri Nuray, digəridə Sənan... Mənim ailəm ikisi idi... Əyilib Nurayın alınına bir öpücük qondurdum. Və bu gün tanış olduğum Nurayı xatırladım...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri