Lənətli Qızcığaz (Bölüm 20)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 849
Səs ver:
(səs: 1)
Dünən gecə bitdiyinə görə şükür edirdim... Hüsniyə hec nə bilməmişdi. Gülay isə qəhvə içəndən sonra bir az özünə gəlmişdi. Ona baş verən hər seyi danışdığımda şoka düşmüşdü. Başına belə bir seyin gəldiyinə inanmaq istəmirdi... İndidə dərsə getmək üçün evdən çıxmışdıq. Başında hələdə ağrılar vardı. Yol boyu düşüncəli idi... Mənimdə ağılım Ruslanda qalmışdı. Dünən incimədiyini bildirsədə incidiyini gördüm. Öz başıma bir iş bacarmaq istədim. Ancaq oda alınmadı...
Yolun kənarı ilə getdiyimizdən başımı qalıdırıb qarışıya baxdığımda univeristetin çölündə, Zəfəri, Sənanı gördüm. Onunla yanaşı Asifi və tanımadığım bir - iki oğlanı. Dünən maşında danışdıqları yadıma düşdü... Dava etmək üçün gəlmişdilər? İrəli bir addım ata bilmədim daha. Dayandığımı görən Gülayda ayaq saxlayıb "Nur niyə dayandın?"dedi. Sakitcə başım ilə qarşıya baxmasını işarət etdim. Baxdığım yerə baxdığında, gözlərindən bir alov çıxdı sanki. Mənim kimi sakit qalacağını düşünmədim. Çünki, Gülay çox fərqli qız idi... Sakit qalmaq onun işi deyildi. Düşündüyüm kimidə oldu...
Sürətli addımlar ataraq onlara tərəf qaçdı. İndi ortalıq qarışacaqdı. Məndə məcbur qalıb arxasıyca qaçıb "Gülay dayan... Gülayy"deyə qışqırdım. Mənə qulaq asan kimdi? Səsimə çevirilib baxdıqlarında, Gülay artıq onların yanına çatmışdı. Məndə nəfəs - nəfəsə qalıb yanlarına çatdım. Gülay əsəbi baxışlar ilə tanımadığı üç oğlanı süzməyə başladı. Bu sakitlik hec xeyirə deyildi... Sənanın baxışları onun üstündə gəzirdi. Həmçinin Zəfərdə mənə baxırdı. Gülay, Zəfər ilə Sənana dönüb "Sizə sonra minnətdarlığımı bildirəcəm. İndi isə görməli olduğum bir iş var!" dedi.
"Dünən mənə toxunmaq istəyən şərəfsiz hansınız idiniz?! Sizi sürüm - sürüm süründürməsəm mənədə Gülay deməsinlər!"
Qolundan tutub çəkməyə çalışdım. Bura nə yeri idi, nə də zamanı...
"Gülay bu məsələni qanun yolu ilə həll etmək lazımdı" dediyimdə Asifin bir addım geri durduğunu gördüm. Qəsdən belə danışmışdım... Gülaydan çox Zəfər ilə Sənanı düşünmüşdüm. Belə söz deməsəydim onların başı daha çox yanacaqdı


"Yığ onda polisə hansı zibil idisə, gəlib tutub aparsınlar!"dedi
Gülayın ciddiyətini, Sənanın gülüş səsi pozdu. Qəh qəhə çəkib gülürdü. Bu nəyə gülürdü?!
"Səhərdən bəri sizi döydüyümüz üçün bizi polisə falan verəcəyinizi deyirdiz. Qız sizdən ağıllı çıxdı. Afərim sənə Gülay"dedi
Heyrətə gəldim... Həqiqətən işin içinə polis qarışdırmaq fikirləri var imiş, qarşı tərəfin!
Gülay Sənana tərs bir baxış atdığından sonra "Hansı idi, göstər mənə"dedi. Sənan gülümsəyərək Asifi işarət edib "Bu yekəbaş oğlan idi"dedi. Bir göz qırpında Gülay oğlanın üstünə gedib sacına əl atdı. Dostları Gülayı onun üstündən atmağa çalışsalarda bacara bilmirdilər. Asif "Bu dəlini üstümdən alın"deyə qışqırdı. Gülay isə ağzından çıxanı Asifə deyirdi. Bu görüntü məni dəşhətə gətirdi. Hec belə bir seyin olacağını gözləmirdim...
"Sən kimə dəli deyirsən!?"deyə Sənan dillənib Asifin üstünə getdi. İndi ara tamami ilə qızışdı! Zəfər bir kənara çəkilib bu mənzərəyə tamaşa edərək gülürdü. Bu rahatlığı məni çilədən çıxardırdı
"Nəyə gülürsən! Onları ayırmağa çalış!"
"Dəymə, işin olmasın. Asif bunu çoxdan haqq elədi"
"Dəlisən!? Onları ayırmasan polislər bura töklüşəcək. Ətrafdakı hər kəsdə bizdə baxır!"
"Narahat olma, buranın polisləri bizim dostumzudu. Hec kimə hec nə olan deyil"
"Zəfər ayır oları!" deyə tam ciddiyətim ilə danışdığımda, gülüşünü kəsdi. Hələ, şükür!
Onların arasına girib Asifi bir tərəfə itələdi. Sənan ilə Gülayın qolundan tutub isə öz tərəfinə çəkdi
"Bura dava yeri deyil. Mən sizə bir yer təşkil edərəm, davanızın geri qalananı orda edərsiz. Gülay sənin sac yolmağın o qədərdə xoşuma gəlmədi. Bunun üstündə çalışmalısan" dedi
Ondan normal söz gözləyəndədi, qəbahət! İnanmaz gözlər ilə ona baxdım. Belə vəziyyətdən necə əylənə bilərdi?! Asifin yanında olan dostları onu yanımızdan çəkib apardı. Sənanla Gülay nəfəs - nəfəsə qalmış şəkildə idilər. Sənan saclarını üstünü düzəldirdi. Düzələdə - düzələdə altdan, altdan Gülayı süzüb "Zəfər gərək bizi ayırmazdın. Tam dərslərini vermədik" dedi
"Mən böyük zövq ilə davanıza baxırdım. Ayırmağımı istəyən Nuray oldu"
"Ah Nuray, ən maraqlı yerində davanı kəsdin"
"Dava etməyi sevmir bu xanım" dediyində dayana bilmədim daha çox!
"Səhərdə bəri sizin yersiz sözlərinizə qulaq asıram! Mənim əsəblərimi korlmayın! Kömək etdiniz, çox sağ olun... Amma işi əyləncəyə çevirməyin. Gülay səndə təşəkkürünü et, bitsin bu mövzu!"dedim
Sənan yanımdan çəkilib Zəfərin arxasına keçdi. Yenə uşaqlıq edirdi...
"Zəfər qoru məni, qorxdum mən bu qızdan"dedi
Dediyim hec bir seyi ciddiyə almırdı, bu oğlan!
Mən səssizliyimi qorumaq adına susduğumda, Gülayın dodaqları aralandı. Danışa biləcəkdi!
"Nuray mənə hər seyi danışdı... Məni xilas etdiyiniz üçün təşəkkür edirəm sizə. Sizə borclu olacam bir ömür. Əgər dünən siz olmuş olmasaydınız... Mən özümlə bərabər Nurayında həyatın korlamış olacaqdım "dedi
İndi arada olan gülüş itmişdi... Yaşadığı asand bir sey deyildi... İndi hər kəs işin ciddiyətini başa düşmüşdü... Bizədə artıq getmək düşərdi.
"Birdə görüşməmək ümüd ilə ... Sağ olun" dedim
Gülayın qoluna girərək onu özüm tərəfə çəkib yanlarından uzaqlaşdım. Dərsə girməmiş Gülay ilə yenə söhbətləşmişdik. Bu mövzunu Hüsniyəyə açıb deyəcəyini bilirdi. Bəs mən nə edəcəkdim? Zəfərə toxunduğumu Ruslana deyə biləcəkdimmi? Gülaydan hec nə gizlədə bilmədiyimdən dünən Zəfərlə aramızda keçən toxunmadanda xəbəri olmuşdu. Kimi üçünsə adi bir toxunuş olsada, mənim üçün böyük bir sey idi. Və bunun varlığını Zəfər bilmirdi...
Son bir dərs qalmışdı... Bufetdə oturub dərs etməyə çalışırdım. Amma içimi qəribə bir hiss oturmuşdu. Ruslana haqqsızlıq etdiyimi düşünürdüm... Bu saatlara qədər mənə hec bir mesaj yazmamışdı. Nə də mən ona... Bezmişmiydi məndən? Nədənsə aramızda bir az soyuqluq yaranan kimi bunu düşünürdüm. Ona görədə kiməsə bağlanmaq istəmirdim... Dərs oxumaqdan yorulduğumda dəftər kitabı bağladım. Bu an qarşımda Sənanı gördüm. Başımın üstündə dikilib qalaraq mənə baxırdı.
"Nəə?"dedim
"Gəldim deyəmki, Zəfər səni idman zalında gözləyir"
"Səbəb?"
"Səbəbin özün deyər"
"Gəlmirəm!"
"Gəlməlisən"
"Azərbaycanca danışdığımı düşünürəm!"
"Mən isə başa düşmürəm"
"Mən hec kimin ayağına gedən deyiləm! Sözü var gəlib özü desin!"
"Nuray, yanına gəlsə hamı sizdən danışar. Bu sənin üçündə xoş olmaz məncə"
"Dəlidən doğru xəbər!"deyib ayağa qalxdım. Görəsən bu dəfə nə istəyirdi? Sənanın yanından ayrılıb bu mərtəbədə olan idman zalına getdim. İçəri girdiyimdə Zəfər əlində top ilə öz özünə oynayırdı. Mənim gəldiyimi görüb topu əlindən yerə atdı. Bir birimizə tərəf gəlməyə başladığımızda orta bir yerdə dayandıq
"Məni niyə çağırmısan?!"dedim
"Mənim pencəyimi deyəsən çox sevdin. Onu sənə bağışladığımı düşünmürəm. Qaytarmaq fikrin yoxdumu?"
"Yadımdan çıxdı... Sabah gətirib qaytararam"
"Lap yaxşı... Buna görə çağırmışdım. İndi gedə bilərsən"
"Bunu Sənanda mənə deyə bilərdi!"
"Məncədə deyə bilərdi. Get soruş gör ondan, niyə deməyib?" dedi əyləncə tərzdində. Bu oğlanın bu rahatlığı məni öldürəcəkdi!
"Siz həqiqətən xəstəsiniz. Səndə sənin dostunda!"
"Həə üstünə sağlıq bir az qripləmişəm. Sənanında qızdırması qalxıb"
"Hər keçən saniyə məni daha çox əsəb edirsən! Nə səndən xoşum gəlir, nə də sənin pencəyinə! Sabah gətirib verirəm birdə qarışma çıxmırsan!"
"Mənim səndən tək istəyim pencəyimdi"
"Yaxşı belə olsun!" deyərək getmək üçün irəli çevrildim. Boşuna burda onunla vaxt itirə bilməzdim. Qapının yanına çatar çatmaz "Luna dayan..."dedi. Burda məndən başqası olmadığına görə mənə Luna deyə səslənmişdi?
Ona tərəf dönüb "Nə var?"dedim
"Hec, səsimi eşidib eşitmədiyini yoxlayırdın" dedi
Sadecə gözlərimi çevirdim... Danışsam bu söhbət çox uzanacaqdı. İdman zalından çıxıb bir başa dərsimə daxil oldum. Pencəyini axşam versəydim bu gün onunla ikinci dəfə qarşılaşmağa məcbur qalmazdım!
Dərsim bitdiyindən sonra evə gəldim. Evdə kicik bir müharibə qopmuşdu... Gülayın Hüsniyəyə hər seyi danışdığını düşünürdüm. Hüsniyənin gözləri ağlamaqdan qızarmışdı. Bizim üçün qorxmuşdu... Hər ikimizi qucaqladı. Gülay hər seyi danışıb xilas olmuşdu. Mən isə bir Gülay qədər ola bilmirdim. Hüsniyə bu gün Ruslanın işə getmədiyini mənə bildirmişdi. Mən isə onu işdə olduğunu düşünmüşdüm. Otağıma keçib üstümü dəyişdirdim. Ona baş çəkməli idim... Üstümü dəyişdikdən sonra gözüm dərs masamın stoluna sataşdı. Üstünə Zəfərin cins pencəyi asılmışdı... Stolun başına keçib pencəyi əlimə aldım. Bunu sabah Zəfərə verib canımı bundan qutarmalı idim. Stolun başına qoyacağım sırada burnuma qoxusu doldu... Pencəyi burnuma tərəf yaxınlaşdırıb ətrini içimə çəkdim. Darçın qoxusunun insanı rahatlaşdırdığını bilirdim... Qoxladıqca qoxlamaq istəyirdim... Amma bu pencəkdən ayrılmalı idim... Özümü tok vurmuş kimi hiss edib, pencəyi tez stolun başına atdım. Telefonumu əlimə alıb otağımdan çıxdım.

Aşağı mərtəbəyə düşüb Ruslanın qapısını döydüm. Hüsniyə bir az halsız olduğunu demişdi. Dəqiqələr sonra qapını üzümə açdı. Mavi gözləri çox yorğun baxırdı... Sacları qarışıq idi
"Salam... Hüsniyə evdə olduğunu dedi. Məndə ona görə gəlib baş çəkmək istədim" dedim
"Salam. Xoş gəldin, buyur keç" dedi
Üzündə hec bir mimika yox idi. Belə qarşılanmırdım mən... Hər dəfə məni görəndə üzü gülərdi. İndi isə gülmürdü...
İçəri keçib divana əyləşdim. Oda yanıma keçib oturdu. E biz niyə səssiz idik?
"Yorğun görsənirsən"
"Halsızam bir az... Üstümdə qırğınlıq var"
"Bu qırğınlıq mənə görədi?"
"Yox, deyəsən qripləyəcəm. Ona görə beləyəm"
"Sənə onda limonlu ballı çay hazırlayım"
"Ehtiyyac yoxdu. İstəmirəm"
"Bəs ürəyin nə istəyir?"
"Səni..."dedi
Bu necə cavab idi? Bir sey başa düşə bilmədim.
"Mən yanındayam"
"Yanımda olduğunu hiss etdir mənə"
"Necə hiss etdirim?"
"Toxunaraq"
"Sənn, sən nə danışırsan?!"deyib ayağa qalxdım.
"Dünən tanımadığın oğlana necə toxunmusansa mənədə elə toxun! Düz bir ildi, bir ildi ətrafında pərvanə kimi dolaşıram... Sənin ruhun inciyər deyə səndən aralı gəzirəm. Sənsə, sənsə mənim varlığımı görməzdən gəlirsən. Mən insan deyilləmmi? Ürəyim yoxdumu mənim?" dedi
Ona toxunduğumu hardan bilirdi? Hə, tək düşündüyüm sey bu olmuşdu... Məni belə böyüdən, O idi... Əvvəldən məndən aralı gəzən... Mənə yaxın gəlməyən...
"Hardan bilirsən?"
"Gülay ilə axşam danışdıqlarına qulaq asdım"
"Və sən mənə axşam bunu bildiyini demədin. Bu vaxta saxladın?!"
"Söhbətimiz budumu?! Sən mənə deməli idin... Sən mənə demək əvəzinə məndən gizlətdin!"
"Deyəcəkdim..."dedim səsim titrərkən. Bu söhbət məni qorxudurdu...

"Nə vaxt? Sabahmı? Birisi günümü?!"
"Üstümə gəlirsən Ruslan!"
"Sənə nəsə olmasın deyə üstündə titrəyən mən idim... Sən isə getdin, hec tanımadığın bir oğlanı qucaqladın!"
Səsində böyük qırğınlıq vardı. Gözləri isə onun sözünə baxmadan dolmuşdu... Üzünü məndən gizlətməyə çalışıb, arxasını mənə döndü. Əllərini üzünə apardığımı gördüm. Mən onu məhv edirdim...
"Sənə yaxşı gəlmirəm mən..." dedim ağlamaq tonunda olan səsim ilə. Tez mən tərəfə dönüb "Ağlama... Ağlamağına nifrət edirəm!"dedi. Bax indi daha çox ağlamaq istədim... Ağlamamaq üçün dodağımı birləşdirdim.
"Mən boş, boş danışdım... Üzr istəyirəm səndən... Milyon dəfə üzr istəyirəm" dedi
Məni itirməkdən necədə qorxurdu... İçinə bu qorxunu niyə salmışdım?
"Üzr istəmə... Üzr istəməli olan mənəm... Hər dəfə sən mənim üçün çabalayırsan. Mən çox egosit qızam... Ancaq özümü düşünürəm. Sən isə özündən çox məni..."dedim
Söhbətin ardın etmək istəmirdim. Nəyəsə gücüm yox idi mənim. Yanından keçib dəhlizə keçdim. Ayaqqablarımı geyinməyə başladım. Ruslan isə hələdə qonaq otağında idi... Qapını açıb evindən çıxdım. Öz evimizə gəlib otağıma daxil oldum. Qızlarda gəlməsin deyə qapının arxadan kilitlədim... İndi rahat ağlaya bilərdim... Çarpayıma uzanıb dizlərimi öz tərəfimə çəkərək göz yaşlarımı sərbəst buraxdım. Necə vaxtdan sonra ilk dəfə ağlayırdım. Ağladıqca rahatlaşmaq əvəzinə daha pis olmağa başladım. Göz yaşlarımı silib, burnumu çəkməyə başladığımda gözüm yenidən pencəyə sataşdı. Ayağa qalxıb pencəyi əlimə alaraq təkrar çarpayıma uzandım. Pencəyi özüm tərəfə sıxıb qoxusunu içimə çəkməyə başladım. Darçın məni rahatlaşdırmışdı... Qoxunu içimə çəkdikcə göz yaşım qurumağa başladı. Bunu etdiyimə inana bilmədim... Bunu kimsənin görməsinidə istəmirdim... Ağlamağımı dayandırdığımda telefonuma mesaj səsi gəldi. Bəlkə xalamadandır, düşüncəsi ilə telefona baxdım. Tanımadığım bir nömrədən bir mesaj gəlmişdi

"Bu gün axşam yeməyinə sizdəyik, Luna"
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri