Lənətli Qızcığaz (Bölüm 21)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2 997
Səs ver:
(səs: 0)
Özümə çəki düzən verib otağımdan çıxdım. Bizə yeməyə gəlir nə demək idi? Mətbəxə keçdiyimdə Hüsniyə ilə Gülayın hazırlıq etdiyini gördüm. Onlar üçün idimi bu hazırlıq?
"Kimsə gəlir bizə?" deyib söhbət açmağa çalışdım. Hüsniyə əlindəki işi yarım saxlayıb yanıma yaxınlaşdı
"Zəfərlə Sənanı yeməyə dəvət etdim. Quru, quru təşəkkür etmək olmazdı. Onlar olmasaydı siz xilas ola bilməzdiniz"
"Yenədə yeməyə dəvət etmək lazım deyildi"
"Nuray bunu sən deyirsən? Sənki hər adama ürəyi yanan qız idin. Bilmədiyim başqa nəsə var?"
"Mənim onlardan xoşum gəlmir"
"Mənimdə xoşum gəlmir. Amma nəzakət göstərməliyik"
"Yaxşı... Köməyə ehtiyyacınız var?"
"Yox canım biz Gülayla həll edərik. Sən dərslərinlə məşğul ol"
Hüsniyəyə gülümsünüb yanlarından ayrıldım. Bu gün univeristetdə onları görməyim azmış kimi birdə axşam yeməyində də görəcəkdim. Həmdə bizim evdə... Dərs etmək hec istəmirdim. Üstümdə olan yorğunluqla sadecə televizor izləyə bilərdim. Divana uzanıb kanalları çevirdiyimdə Gülayın mətbəxdən çıxdığını gördüm. Otağa dəyib, üstünü dəyişdirərək çıxdı
"Hara belə?"
"Mareketə gedirəm bir iki sey alacam"
"Hə, bütün pullarınızı bu gün onların yolunda tökün"
"Nuray sənin canın nəyəsə sıxılıb və bizə hec nə demirsən"
"Zəfərə nömrəmi sən vermisən?"
Verdiyim suala gözlərini qaçırtdı. Bu mənə cavab idi
"Sənanla danışırdıq... Sənan istədi nömrəni. Zəfərə verəcəyini düşünmədim"
"Dün bir, bu gün iki... İndidən Sənanla danışmağa başlamısız?"
"Dost kimi danışmağa başlamışıq. Yeni dostlar edinmək olmaz?"
"Ondan sənə dost olan deyil. Özünü boşuna aldadma. İndi get, bir azdan evə gələcək sevimli dostun üçün bazarlıq et"
"Nuray bu evə Ruslanda gəlir... Ruslan gələndə mən sənə nəsə deyirəm?"
"Ruslanla oları bir tutma" dedim. Gülayın baxışlarının düşdüyünü gördüyümdə üstünə çox düşdüyümü başa düşdüm. Altı üstü bir yemək idi. Mən niyə özümə bunu yük edirdim?
"Gülay elə demək istəmədim... Mənim beynim çox qarışıqdı bu gün. Ruslanla aramız dəyib. Səni incitmək istəmədim"
Bu gün hər kəsin qəlbini qırmaqla məşğul idim. Sevdiyim insanları özümdən uzaqlaşdırırdım. Mən belə birisi deyildim...
"Mən indi gedirəm marketə. Marketdən evə gələndə səni beyni qarışıq görməyim. Ruslan səndən ayrı qala bilməz. Harda olsa birazdan oda bizə gələr. Sən canını sıxma dostum" dedi
Ayaqqabısını geyinib evdən çıxdı. Hər kəs məni düşünürdü. Mən isə son günlər ancaq qəlb qırmaq ilə məşğul idim...

***

Zəfərlə Sənan yan yana oturmuşdu. Mən isə Zəfərin qarşısında. Gülaylada Hüsniyə başda oturmuşdu. İlk dəfə bizə gəldiklərindən şokalad ilə gül almışdılar. Görəndə deyər elçiliyə falan gəliblər. Süfrənində maşallahı vardı. Gülay marketdə bir sey qoymamışdı. Mən sakitcə başımı aşağı salıb yeməyimi yeyirdim. Onlarla danışmağa çoxda maraqlı deyildim. Masa arxasında olan Sənanın şit zarafatları mənim axrıma çıxacaqdı. Hüsniyənin Zəfər ilə danışması ilə başımı qalıdırdım
"Sizə kicik bir təşəkkür etmək istədik. Nə də olmasa bizim qızları dünən xilas etmisiz"
"Bu söhbətin birdə açıqlamağını istəmirəm. Onların yerində kim olsaydı, hec düşünmədən eyni seyi edərdik"
"Sözün açığı sizdən o qədərdə xoşum gəlmir. Amma etdiyiniz hərəkəti görməməzlikdən gəlmək olmaz"
"Necədə açıq sözlüsüz... Yolda Sənan elə bunu deyirdim. Onların bizdən xoşu gəlmir. Hər an hər yerdən bir balta çıxa bilər"
"Zarafatın yeri deyil"
"Bu bir zarafat deyildi..."dedi baxışlarını mənə yönləndirərək. Ondan xoşumuz gəlmədiyini bildiyi halda süfərmizdə oturmuşdu. Mən olmuş olsaydım, çoxdan qalxardım
"Səndən xoşumuz gəlmədiyini bildiyin halda hələdə burdasan" dedim
Qızların göz ağırdıcı baxışlarını hecə sayıb, dimdik Zəfərə baxdım. Üzü gülürdü... Amma gülüş hecdə xoş bir gülüş deyildi. Daha çox əsəbindən yaranmış bir gülümsəmə idi
"İndi burda oturmuşamsa, oda Sənana görədi. Sənandan keçə bilmirəm... Yoxsa nə sizə, nə sizin evinizə, nə də masanıza maraqlı deyiləm"dedi
Desənə, Sənanla Gülaya görə hər dəfə bu öküz ruhlu oğlanla qarşı qarşıya gələcəm...
Sənan gülərək aranı yumşaltmağa çalışıb "Bu öldürücü baxışlar ilə qorxuducu bir filmə çəkilə bilərsiz" dedi
Bu sırada qapı döyüldü. Kimin gəldiyini az çox təmxin edə bilirdim. Qapı açmaq üçün Hüsniyənin ayağa qalxdığını gördüyümdə "Hüsniyə sən otur. Mən özüm baxacam qapıya" deyib ayağa qalxdım. Qapıya yaxınlaşıb, qapını açdığımda qarşımda Ruslanı gördüm. Onlar evin içində, Ruslan qapıda... Bu görünütünü ona necə izah edəcəkdim? Aramızda hec yaxşı deyildi...
Arxada olan əllərini qarşıya çıxartdığında, hər iki əlində limon olduğunu gördüm. Gülümsünərək, limonları mənə uzadıb "Barışaq?"dedi.
"Hec küsməmişdimki..."dedim
Əlindəki limonu əlimə aldım. Qonaq otağından gələn səsləri eşitdiyində "Deyəsən qonaqlarınız var"dedi. Arxaya dönüb baxaraq, evdən çölə çıxıb qapını bağladım. İçəri dəvət etməmişdən əvvəl ona hər seyi deməli idim
"Bir sey deyəcəm. Ancaq söz ver əsəbləşməyəcəksən"
"Söz verirəm, əsəbləşməyəcəm"
"Hüsniyə təşəkkür etmək üçün, Zəfər ilə Sənanı axşam yeməyinə dəvət edib. İçərdəkilərdə olardı. Əsəbləşdin?"
"Nə gözəl... Mən onda narahat etməyim sizi. Siz nə də olmasa axşam yeməyi yeyirsiz"
"Ruslan səndə gəl"
"Gəlmirəm"
"Gəlməsən ac qalacam"
"Məni belə yola gətirə bilmərsən"
Qaşlarımı çatıb, dodaqlarımı büzdüm. Onu ancaq belə yola gətirə bilərdim. Qollarımda sinəmdə birləşdirdiyimdə "Birinin sənə göz ucu baxışını görsəm, qiyamət qopacaq orda" dedi. Bu o demək idiki gəlirdi.
"Amanda aman, qısqanarmış" deyib qapını açdım. Bərabər içəri keçdiyimizdə Gülay "Kimdi gələn?"dedi
"Ruslandı" dedim
"Nə yaxşı, xoş gəlmisən Ruslan" dedi, Ruslanı gördüyündə. Ruslanın isə ilk baxışları Zəfəri tapdı. İndi özümü rahat hiss etmişdim. Ruslan yanımda olduğu üçün. Ruslan mənim yanıma keçib oturdu. Məndə mətbəxə keçib onun üçün bir boşqab gətirib gəldim. Sənan yediyi yeməyi yarıda kəsib "Bu dostunuz kimdi?"dedi. Bunu özü üçünmü soruşurdu? Yoxsa Zəfər üçünmü?
"Mənim dostumdu. Dostdan daha irəlidi mənim üçün"dedim
"Zəfər bax onunda gözləri mavidi. Mavi gözlülər ətrafını bürüyüb Nuray" dedi
Zəfər məcburi bir gülüş ilə "Sənan yeməyini ye" dedi. Məncədə! Yemək yesin. Çünki danışdıqca batırdı!
"Mən doydum. Yemirəm daha"
"Onda danışma"
"Nə edim bəs? Boş dayananda ürəyim sıxılır bilirsən"
"Sus Sənan... Sus"
"Susmuram"
"Allah xətirinə danışma!"
"Niyədə niyə? Mal kimi durub qarşımdaki oğlana baxım?" dediyində Zəfərdən başqa hamı güldü. Hətda Ruslan çox ürəkdən güldü.
"Sənan səninlə niyə dost olmuşam mən hə görəsən?"
"Nə bilim... Boşluğuna gəlib yəqin"
"Eynən! Yoxsa sənlə dost falan olmazdım mən"
"Qəlbimi qırırsan ha Pepe"
"Bizz, biz ən yaxşısı sizə rahatsızlıq vermədən gedək"
"Hara gedirsiz? Siz məni çox əyləndirdiz, qalın çayda içərik hələ" deyə Ruslan dilləndi. Öz dili ilə qalmasını istəmişdi. Bu halları xoşuna gəlmişdi deyəsən
"Zəfər bir azda qalaq"
"Qalmaq istəyirsən?"
"Həə bir az daha qala bilərik"
"Yarım saat"
"Olleyy"
Uşaq kimi söhbətləşmələrinə hər kəs kimi məndə gülmüşdüm. Xoşuma gəlməsələrdə bu yanları insanı onlara tərəf çəkirdi. Bəlkədə ön yarğımız görüntülərinə görə idi. Ruslan gələndən Zəfər mənim tərəfə hec baxmamışdı. Daha doğrusu mən yox imişəm kimi rəftar edirdi. Tam olaraq belə niyə davrandığını qavraya bilmirdim. Ancaq belə etməsi işimə yaramışdı. Ruslan əsəbləşməmişdi. Əksi olmuş olsaydı indi burda başqa söhbət gedərdi. Çay içdiklərindən sonra daha çox qala bilmədiklərini deyib getmişdilər. Biz isə ortalığı yığışdırırdıq. Ruslanda bizə kömək edirdi..

(Zəfərin dilindən davam)

Sənanla bərabər evə gəlib otağıma keçdik. Sənan özünü çarpayıma atıb uzandı. Məndə yanına keçib "Mənədə yer ayır, hec olmaya" deyib qoluna vurdum. Mənə bir az yer açdığında yanına uzanıb qolumu başımın altına qoydum. Tavanı seyr etdiyimdə, Sənan dinc dayana bilməyib qolunu qabırğamın altına vurdu.
"Yavaş! Öldüm, öldüm mən ağrıdan" dedim
"Nə artistilik edirdin orda?"
"Artist özünsən. Rahatsızlıq verdik qızlara"
"Özləri dəvət etdi. Kiminsə məcbur evinə getmədik biz"
"Gördüyün kimi bizi xoşlamırlar. Nə pisliyimizi görüblərsə"
"Həə bizi bir az sey sayırlar ona görə" deyib dikəldi. Kürəyini çarpayıya söykəyib düşüncəyə daldığını gördüyümdə, məndə onun kimi etdim.
"Nə sayırlar?"
"Bu gün Gülayla mesajlaşdım bütün gün. Onlarda elə təsürat yaratmışıqki, guya biz hər gün bir qız ilə yatıb dururuq"
"Yuh..." dedim, istəmsizcə.
"Gəl indi olara başa salki biz elə biri deyilik"
"Hec kimə hec nəyi başa salmağa məcbur deyilik. Burax bizi necə görmək istəyirslərsə elə görsünlər"
"Ruslan Nurayın sevgilisi deyilmiş"
"Olmayacağı mənasına gəlmir. Məncə bir birilərini sevirlər"
"Gülay haqqında nə düşünürsən? Sənin hisslərin güclüdü axı"
"Sizdən bir sey olar. Olarda olmağına amma O, qız səni incidər dostum. Biz ən yaxşısı O qızlardan uzaq qalaq"
"Uzaq qalmaq, qaçmaq deməkdi"
"Qaçaq onda... Mən O qızlarla birdə görüşmək istəmirəm. Özləridə bilmədən insanın qəlbinə dəyirlər. Bizim yerimizdə kim olsaydı onlara elə xoş üz göstərməzdi"
"Məncədə... Haqqlısan... Ona görə kefin qaçıb hə?"
"Boş ver Sənan... Biz bizə yetərik dostum. Sən get Nurayı gətir bura. O bizim keyifimizi açacaq"
"Yaxşı gedim prensesimi gətirim" deyib sacalarımı qarışdıraraq yanımdan ayrıldı. Otaqdan çıxdıqdan sonra başımı qatmaq üçün telefonu əlimə aldım. Kimə yaxşı niyyətlə yaxınlaşdıqsa, hər zaman sui istifadə etdilər... Nurayın nömrəsini silmək lazım idi deyə düşündüm. Silmək istədiyim anda ondan gələn mesajı gördüm
"Pencəyin yaddan çıxdı. Aparmadın"

Zəfər: Onu bağışladım sənə
Nuray: Mən istəmirəm
Zəfər: Zibilliyə at onda. Nə edirsənsə et
Nuray: Sabah gətirib verərəm
Zəfər: İstəmirəm. Səni görmək istəmirəm
Nuray: Sənə nə etdimki məni görmək istəmirsən?
Zəfər: Səndə, sənin dostlarında insanlara bir əşya kimi davranırsız. Arada Sənanla mənim dostluğuma baxıb örnək alın!
Nuray: Yenə xəstəliyin tutub!
Zəfər: Silirəm nömrəni
Nuray: Yox silmə, deyə yalvaracam sənə!
Zəfər: Heyif... Çox heyif
Zəfər: O yanındaki mavi gözlü uşaq səni sevir. İnadını qırıb, həmin oğlana hə de. Yoxsa onuda itirəcəksən
Nuray: Zəhləmi tökürsən! Mənim həyatım haqqında hec nə bilmirsən. Ona görədə həyatımı şərh etmək sənə qalmayıb!
Zəfər: Zəhlə tökən mən deyiləm
Nuray: Belə çıxırki mənəm?!
Zəfər: Özünü elə hesab edirsənsə, qarışa bilmərəm sənə
Nuray: Sabah Sənanı göndər pencəyini verim!
Zəfər: Lazım deyil
Zəfər: Xatirə qalsın sənə. Baxdıqca məni xatırlayarsan!

Bir cavab verməsini gözləmədən əngəllədim. Tərsim çox pis idi mənim...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri