Lənətli Qızcığaz (Bölüm 23)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 412
Səs ver:
(səs: 0)
Dilindən adım "Nur?" deyə töküldü. Bu sırada qapıdan Pərviz çıxdı. Biri mənə bu gördüyüm görünütünü izah edə bilər? Pərvizin mənə qarşı olan qorxaq baxışlarını gördüm. Elə bil zaman durmuşdu... Çünki, bu görüntü hec xoş bir sey deyildi.
"Siz ən yaxşısı gedin" deyə Ruslan səssizliyini pozduğunda Pərvizlə qız yanımdan keçərək aşağı düşməyə başladılar. Məndə bir başa Ruslanın evinə daxil oldum. Gördüyüm görünütünü mənə açıqlayacaqdı
"Qız kim idi? Niyə sənin evindən çıxdı?!"
"Nur sakit olmağa çalış düşündüyün kimi deyil"
"Qızın dodaq boyasının qırağı daşıb... İçəridən ilk sən sonra isə Pərviz çıxır. Və burada sənin evindi... İndi mənə de, mən necə sakit olum!"
"Pərviz O qızı yeni tapıb... Məndən evin açarın istədi. Dedi sənin evin iş yerinə yaxındı, baaşım ağrıyır gedim yatım bir az evdə. Məndə etibar edib açarı ona verdim. Sonra Röyaldan öyrəndimki evə qız atıb. Vallah bilən kimi gəldim evə. Bir az söz söhbət düşdü. Evdən qovdum... Qız çıxdığında sən gəldin"
"Pərviz Hüsniyədən xoşlanmırdımı?!"
"Bu xoşlantı deyil... İnsan birini sevərkən kor olmalıdı. Pərviz düzələn adama oxşamır"
"Heyifisləndim... Pərviz hec yaxşı dost deyil. Bu necə dostluqdu?!"
"Səninlə tanışdığımız ilk vaxtlardan bilirdimki ondan mənə dost olmaz. Dostluq adına ləkədi Pərviz... Zərbə üstünə zərbə alıram ondan. Düzəldiyini düşünmüşdüm... Sən demə daha betər imiş"
"Hüsniyəni Allah qoruyub ondan" dedim. Dedikdən sonra Ruslanın baxışları əlimdən olan pencəyə çevrildi. İndi məni sorğu sual etmək sırası ona gəlmişdi!
"Sən bu saatda hardan gəlirsən?"
"Kitabxanadan gəlirəm"
"Əlindəki pencək Zəfərin pencəyinə oxşayır"
"Həə onundu. Qaytarmaq istədim. Qəbul etmədi"
"Evə tək gəldin?"
"Yox"
"Aydın oldu... Zəfər gətirib səni" dedi, üzünə acı bir gülüş yerləşdirib. Onun acı çəkməsini istəmirdim. Məni paylaşa bilməməyi aramızda daima problem yaradırdı
"Həə kitabxanada onunla bərabər idik. Hava qaranlıq olduğu üçündə O gətirdi"
"Baxıram əl çəkə bilmirsiz bir birinizdən"
"Ruslan mən səninlə əvvəldə bu mözvu barəsində söhbət etmişdim. Mənim ətrafımda müxtəlif insanlar olacaq. Çünki mən indi - indi yaşamağa başlamışam... Keçmişimi özün bilirsən. Mən o keçmiş ilə hec kimə bir gələcək vəd edə bilmərəm. Yaxınıma bir oğlan buraxmaq onu sevəcəyim mənasına gəlməz. Mən kimisə sevmək istəsəm belə bacarmaram"
Kiminsə məni sevməyi, mənimdə kimisə sevməyim imkansız bir sey idi. Mən nə qədər ayaqda qalsamda o keçmişlə çox irəli gedə bilməzdim. Ruslanında mənə qurban getməsini istəmirdim. Aramızda sevgilləri belə qısqandıracaq tərzdə olan bir münasibət vardı onunla. Ruslan hər kəsin idealı idi. Hətda onu düşünmədən qala bilmirdim. Yanında qız gördükdə eynən dəliyə dönürdüm. Bu münasibətə bir ad versəydik necə olacaqdı? Sevgililər əl ələ tutardı, qucaqlaşardı, öpərdi... Mənki bunların hec birini Ruslana yaşada bilməyəcəkdim. İnsan birini uzaqdan uzağa nə qədər sevə bilərdiki? İnsan çətin vaxtda olduğunda sevdiyini qucaqlamaq istəməzdimi? Ya bir gün oda məni qucaqlamaq istəsə... Onda necə olacaqdı. Qolları boşmu qalacaqdı?
"Biz nələri bacarmadıq. Bunumu bacara bilməyəcəyik?"
"Sən çox ümüd dolu bir insansan. Bir ildi mənə toxuna bilmirsən!"
"Hisslərin toxunmaqdan ibarət olmadığını bilirsən. Bu dəqiqə çox boş danışırsan!"
"Ruslan özünü aldatma! Nə vaxt qədər belə davam edəcək? Toxunsan belə toxunduğun yer məni daima incidəcək! Mənim yaram sağalıb... Ancaq yarımın izi hələdə bədənimdədi"
"Şans ver mənə..." dedi, fısıltı ilə. Onunda canının yandığını bilirdim. Amma mən bunu bilərəkdən etmirdim
"Məndən şans istəmə... Canımı istə, verərəm... Ancaq bu mövzuda sənə şans tanıya bilmərəm. Ən yaxşısı mən gedim" dedim
Yanından keçib getmək üçün qapıya tərəf irəllədim. Ayaqqabılarımı geyinməyə başlayarkən başımın üstündə dikildi. Ona baxmayaqdım... Dolan gözlərini görmək istəmirdim. Mənə görə o gözlər dəfələrlə dolub boşalarıdı...
"Getmə..." dedi çarəsiz çıxan səsi ilə.
"Getmə. Getsəndə dəyişən bir sey olmayacaq. Yarım saat sonra yuxarı sizin evə çıxıb yenə səndən üzr istəyən mən olacam. Qürurumu hec edib sənə mən yalvaracam. Getmə Nur... Getmə məndən"
Bu sözlərdən sonra getmək istəsəm belə gedə bilməzdim. Onu əzib keçə bilməzdim mən. Başımı qaldırıb mavi gözlərinin dərinliyinə baxdım. Yenə ağlaq formada idilər...
"Şans söhbətin açmasan qalaram" dedim.
"Söz hec bir söhbət açmayacam. Mən sadecə səni yanımda istəyirəm. Film izləyərik?" dedi
Başımı 'hə' mənasında salladım. Güldüm... Ayaqqabılarımı çıxardıb yenidən qonaq otağına daxil oldum. Bəzi hisslərin üstünə gedilməzdi... Gedilməməyin tərəfdarı idim. Mən film secməyə başladım. Ruslanda atışdırmalıq bir seylər alsın deyə aşağı marketə düşdü. Filmi tapdığım üçün sıxılıb ayağa qalxdım. Bu evə ilk ayaq basdığım günü xatırladım. İçimdə böyük qorxu vardı... Bunu görən Ruslan evin qapısını açıq qoymuşdu... Ondan sonra içimdəki qorxu keçmişdi. Məni evi ilə tanış eləmişdi. Otağına daxil olduğumda dərs masasının üstündə rəsm albmonu görmüşdüm. İndidə qalırdı görəsən?
Otağının qapısını açıb içəri daxil oldum. Çəkinməzdim... Mənə evində rahat ola biləcəyimə öyrəşdirmişdi. Səlqəli olan otağına nəzər yetirdim. Tək yaşasada hər sey yerində idi. Univeristeti bitirdiyindən kitabları rəflərə yığılmışdı. Dərs masasının küncünə dəftərlər yığılmışdı. Ora yaxınlaşdım. Albomu dəftərlərin altında gördüyümdə onu ordan çıxartdım. İlk səhifəsini açıb baxdım. Günəş şəkili çəkmişdik... Altınada çiçəklər... Bunu yalnız mənim üçün etmişdi. Sonraki səhifəni açdım. Dəniz rəsmi vardı. Yaxşı çəkə bilməmişdi... Albomun son səhifəsini açdım. Son səhifədə sarı qələmlə, böyük həriflərlə yazılmış 'NUR' sözünə rast gəldim. Bunu ilk dəfə idi görürdüm. Adımın altına kicik həriflə yazılmış sözə baxdım. İki kəlimədən ibarət olan bir söz idi...
'Səni Sevirəm'
Sözü oxuduğum kimi albomu bağlayıb yerinə qoymağım bir oldu. Tez tələsiy otaqdan çıxdım. Məni sevdiyini bilmirdim sanki... Amma özümü bilməmiş kimi aparırdım. İndi isə məni sevdiyi dəqiqləşmişdi... Mətbəxə keçib özümə bir bardaq su töküb içdim. Ürəyimi böyük sürət əl keçirmişdi. Sakit ol ürəyim...
Suyu içib bitirdiyimdə Ruslan evə daxil oldu. Əlindəkiləri masanın üstünə yerləşdirib "Nur rəngin niyə solub?" dedi. Rəng alıb rəng vermişdim... Ona albomda gördüyüm sözü bəlli etmək niyyətim yox idi.
"Bir an havasız qaldığımı hiss etdim. Məni nəsə boğdu sanki... Özün bilirsən məndə arada belə hal baş verir. İndi keçib gedər" dedim
Yalana bax... Yalanımı tutmasın deyə gözlərinə baxmırdım. Yoxsa yalan danışdığımı tutardı.
"Yaxşı deyilsənsə havaya çıxaq?"
"Yaxşıyam düzəldim indi"
"Əmin olmaq istəyirəm"
"Ruslan yaxşıyam. Məncə vaxt itirmədən film izləməliyik. Mən filmi qoşmağa gedirəm"
"Yaxşı mən aldıqlarımı hazır edim. Səndə qonaq otağına keç"
Məcburda olsam gülümsünüb yanından ayrıldım. Getməyəcəm deyə söz vermişdim. Gedə bilməzdim
Bu halımın üstünə birdə dramatik film izləməkmi? Bu gün ağlamaq günüm olacaqdı deyəsən. Hər ikimizdə bardaş qurub kürəyimizi divana söykəyərək yerdə oturmuşduq. Ortamızda popkorn kasası vardı. Gözümü filmdən çəkmədən popkorndan götürüb yeyirdim. Arada sırada Ruslanın gözlərini öz üstümdə hiss edirdim. Amma bunun üstündə çox dayanmırdım...
Növbəti dəfə popkorndan götürmək üçün əlim kasaya uzatdığımda əlimin popkoruna dəymədiyini hiss etdim. Kasaya baxdığımda əlimin Ruslanın əlinə dəydiyini gördüm. Hər ikimiz bir birinə dəyən barmaq uclarına baxarkən, ilk əlini çəkən mən oldum. Tok vurmuş kimi, əlimi qəfildən çəkdim. Tam bu sırada bunun şokundan çıxa bilməyən Ruslan ayağa qalxdı
"Sey... Seyy... Mə - mən ən yaxşısı mətbəxə baş çəkim" dedi
Utanmışdı? Altdan yuxarı ona baxdım. Gözlərini qaçırdıb yanımdan getdi. Halbuki utanan mən olmalı idim. Yox canım, kicik barmaq toxunuşundanda utananı ilk dəfə idiki görürdük...
Film izlməyə həvəsim qalmamışdı. Ən yaxşısı onun yanına getmək idi. Mətbəxə daxil olduğumda onunda su içdiyini gördüm. Bir az əvvəl mən deyildimmi? Mənim fərqimə vardığında "Film izləməyə həvəsim qaçdı" dedim
"Elə mənimdə"
"Mən evə gedim"
"Getməyini istəmirəm"
"Qalıb nə edəcəm?"
"Bilmirəm... Amma getmə"
"Artıq gecə düşüb. Dərslərim var. Həmdə yuxumda gəlir"
"Dərslərini burda bərabər edərik"
"Yuxu işim nə olacaq?"
"Səni yanımda məcbur saxlayırmışam kimi, hiss etdim... Özünü bura aid hiss etmirsənsə qal deməyimin bir mənası yoxdu"
Qapı kənarına yaslandım... Qarışdırdığı saclara baxdım. Saclarının qarşısı çoxaldığında yaraşıqlı görsənirdi... Mən nə düşünmüşdüm belə? Tez özümə gəldim...
"Bu gecə burda qalacam..." dedim bu dəli cəsarətin hardan gəldiyi bilməyərək.
"Nəə?" deyə dəqiqləşdirməyə çalışdığında "Sabah günəşinə qədər burda qalacam" dedim. Üzündə kicik gülücüklər yaranmağa başladı. Birinə bir gülümsətmə bəxş etmək varkən, ağlatmaq niyə?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri