Lənətli Qızcığaz (Bölüm 24)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 208
Səs ver:
(səs: 1)
Burda qalmaq fikiri başda özümə qəribə gəlsədə indi özümü çox rahat hiss edirdim. Digər insalar ilə ünsiyyət qurarkən Ruslandan çox uzaqlaşmışdım. İndi növbə ona yaxın olmaqda idi. Keçmişdən yadıma bir parça düşməyənə qədər özümü yaxşı hiss edərdim. Düşdükdə isə özümə qapanardım. İndiki vəziyyətimə baxdığımda çox sey əldə etdiyimi görürdüm. Bacarırdım... Ancaq tam 'Bacardım' deyə bilmirdim. Çalışırdım...
Ruslanla axşam yeməyi hazırlamış sonra yemək yemişdik. Mətbəxi təmizlədikdən sonra bərabər dərs etmişdik. Mənə çox köməkliyi dəymişdi. Dərs edərkən arada yadıma albomda yazılan söz düşürdü. Məni sevirdi...
Sevgisini gizlətməyi onsuzda bacarmırdı. Sırf iki kəliməni mənə demədiyi üçün onun mənə qarşı olan hisslərini görməməzlikdən gələ bilməzdim. Onu saxlayan seyində nə olduğunu yaxşı bilirdim. Məni itirmək istəmirdi...
Dərslərdə bitdikdə yorğun düşdüm. Bu gün o qədər yorucu keçmişdiki günüm...
Masa arxasında oturub bir birimizə baxırdıq. Dayana bilməyib gülərək "Nə?"dedim.
"Gözlərindən yorğunluq axır. Yatmaq istəyirsənsə otağımı hazırlayım"
"Həə əslində çox yorğunam. Ancaq sənlə belə oturmağı hec nəyə dəyişmərəm"
"Bu gün deyəsən mənə qarşı bir az yumşalma var səndə. Axırki yazığın gəldi mənədə"
"Sən hər zaman ağılımdasan"
"Problemdə burdadı"
"Başa düşmədim?"
"Mən yalnızca sənin ağılındayam. Sən isə mənim ürəyimdəsən"
"Bu söhbətləri etməsək? Yuxumu qaçırtma"
"Yenə hər zamanki kimi Ruslan sussun. Yaxşı Nur. Sən susmağımı istəyirsənsə susacam"
Yanımdan ayağa qalxıb otağına keçdi. Sican pişik kimi oyun oynayırdıq... Bir az oturduqdan sonra Ruslanın gəlmədiyini görüb məndə otağa keçdim. Çarpayının örtüklərini dəyişirdi.
"Hamısı təmizdi. Rahat - rahat yatarsan"
"Sən harda yatacaqsan?"
"Qonaq otağında"
"Mənə görə çarpayından oldun"
"Olsun. Əsas odu eyni evin içində yuxuya gedəcəyik"
"Yaxşı təsəllidi"
"Təsəlli deyil. Mən sənlə eyni evin içində ayrı - ayrı otaqlarda belə yatmağa razıyam"
"Mən yatım onda"
"Burda ilk dəfədi qalacaqsan. Ona görə arzu tutmamış yatma"
"Mən elə bilirdim arzu tutmaq yalnızca ulduz axmasına aiddi"
"Rəvayətə görə kiminsə evində ilk dəfə qalıb yatacaqsansa yatanda arzu tutmalısan. Həmin arzun bir gün gercək olur"
"İlk işim arzu tapmaq olacaq"
"Hecmi arzun yoxdu?"
"İndi xatırlamadım. Sənin arzun varmı?"
"Var... Qarşımdadı"
Qarşısında mən var idim. Mən idim aruzusu... Başa düşməmiş kimi etmək lazım idi. Mən hər çətinə düşəndə bunu edirdim...
"Yatmaq, yatmaq lazımdı..." dedim
"Qismətdə sənə canlı şəkildə gecən xeyirə qalsın deməkdə var imiş. Gecən xeyirə qalsın Nur" dedi
Bir yastıq ilə adyal götürüb otaqdan çıxdı. O getdikdən sonra məndə üstümü dəyişib evdən gətirdiyim pinjamlarımı geyindim. Burda qalmaq fikiri ağılıma hardan gəlmişdi bilmirdim. Oysa evimin 3 mərtbə uzaqlıqda idi. İşığı söndürüb çarpayıya uzandım. Dediyi kimi bir arzu tutmalı idimmi? Mənim ən böyük arzum tamami ilə sağalmağım olardı. İnsanlara şühbə ilə yanaşmamaq istəyərdim. Ruslana bu qədər soyuq davranmaq məcburiyyətində qalmaq istəməzdim...
Ona qarşı olan hisslərimin tam bəlli bir yanı yox idi. Mənə bəslədiyi hissləri mən ona bəsələyirdimmi bilmirəm. Ancaq onun yanında xoşbəxt idim. Və hər zaman bərabər xoşbəxt qalmağımızı arzu edərdim.
"Xoşbəxtlik arzu edirəm. Çoxlu - çoxlu xoşbəxtlik. Və bu xoşbəxtliyimə hec kimin gözü düşməsin. Bu xoşbəxtliyimi kimsə məndən almasın" dedim. Ardından yatmaq üçün gözlərimi yumdum...

***

Səhər açıldığında dərsə getmək üçün yuxudan tez ayıldım. Üstümü dəyişib otaqdan çıxdım. Evdə olan səssizlik diqqətimi çəkdi. Ruslanın hələdə yatdığını düşünüb yanına tərəf getdim. Düşündüyüm kimi yatmışdı... Üstünü yarımcıq örtdüyünü gördüyümdə divana yaxınlaşdım. Aşağı çöküb məsum - məsum yatan Ruslana baxdım. Bu gecə hec olmayacaq qədər məndə rahat yatmışdım. Üstünü örtmək üçün əlimi adyala uzatdığımda Ruslan anidən ayrıldı. Yarı gözü yumulu halında mənə baxdığını gördüyümdə tez ayağa qalxdım. Gözlərini ovuşdurmağa başlayıb üzünə arsız bir gülüş gətirdi. "Demək gizli - gizli izlənirmişəm" dedi.
"Yo - yoxx" dedim, təlaşa düşüb. Yatan adama niyə baxırdımsa?!
"Gözəl yatmışdım hec olmaya?"
"Mən üstünü örtüməyə gəlmişdim. Sənə baxmağa deyil!"
"Nur zarafat edirdim mən özündən çıxma"
"Zarafatını hec sevmədim! Yatanda üstünü ört yat!"
"Mən bilsəmki sən hər gün mənim üstümü örtməyə gələcəksən, onda üstü açıq yataram. Soyuq olub xəstələnsəm belə"
"Görürəm romantik film çox izləmisən!"
"Bu romantik filmdən deyil, sənin gözəlliyindəndi"
"Mən dərsə gedirəm! Arxamcada gəlmirsən"
"Məni gözlə dərsə özüm apararam"
"Qızlara sözüm var" deyərək yanından keçib getdim. Ayaqqabılarımı geyinərək evdən çıxdım. Yox o qədərdə pis alınmamışdı. İlk dəfə üçün pis deyildi. Özüm özümə düşərək yuxarı öz evimizə daxil oldum. Qızlar süfrə hazırlamışdı. Əlimi üzümü yuyub süfrəyə oturdum. Hüsniyəyə baş verənləri danışmalı idim. Amma bu saat yeri deyildi. Gülayda Sənandan danışıb dururdu. Bütün gün mesajlaşıblar... Mənə bizdən uzaq dur deyən adam deyildimi bu?
Yoxsa mən səhvmi eşitmişdim? Ən yaxşısı bu işlərə dərs sonrası baş qoşmaq idi...
Zəng olduğu üçün bufetə gəlmişdim. Dünən düşünməyə vaxtım olmasada bu gün səhərdən Pərvizin etdiyi hərəkəti düşünürdüm. Yaxşıki Hüsniyə ona şans tanımamışdı... Yoxsa incinəckdi... Necə mədəsiz bir insan idi Pərviz...
Mən düşündükcə Sənanın bufetə gəldiyini gördüm. Tam olaraq mən tərəfə gəlirdi. Mən olan masaya tərəf gəldi. Gülümsəyərək qarşımdaki stolu çəkib oturdu. İcazə istəməsidə yox idi...
"İcazə istəyər insan" dedim
"İcazə istədim ya istəmədim onsuzda oturmayacaqdımmı?" dedi
Ah necədə dostuna bənzəyirdi! Dünən Zəfərə şokalad təklif etmədən şokaladı yemişdi. Buda onun eynisi idi!
"Niyə mənim masama əyləşdin?"
"Danışacaqlarımız var çünki"
"Soruş gör mən səninlə danışmaq istəyirəmmi?"
"İstəsəndə istəməsəndə danışacaqsan"
"Etmə bunu! Eyni şeyi təkrar etmə!"
"Nuray səndən bir söz soruşacam. Sözümə tez cavab versən tezdə ayağa qalxıb gedəcəm burdan"
"Vaxt getdi, tez ol!"
"Gülay... Gülayın istədiyi biri var?"
"Gülaydan sənə nə?"
"Sən sualıma cavab ver. Bax yoxsa bütün gün başının ətin yeyərəm"
"Bilmirəm. Yəqinki yoxdu. Sən hanı bizdən uzaq dayanacaqdın"
"Fikirimi dəyişdim. Gülay xoşuma gəlməyə başlayıb"
"Əylənməyə başqa qız tap! Gülay sənə əyləncə olacaq qız deyil!" deyə, əsəblə danışdım.
"Hopp burda dayan. Əylənmək nə deməkdi? Mən bu vaxta qədər hec bir qızla əylənib etməmişəm"
"Buna 5 yaşlıq balaca qızlar inanar"
"Vallah... Niyə inanmırsızki? Gülayda eynən sənin kimidi"
"Gülay düz yolda imiş onda. Sizdən bizə xeyir gəlməz"
"Elə niyə deyirsən. Biz bir süfrə arxasında oturub çörək kəsmişik. Düzdü çörəyi bıçaqla kəsmişdiz amma olsun. Yenədə çörək yeyib yeməyin üstünə duz səpmişik" dediyində ona 'sən ciddimisən?' baxışını atdım. Ruh xəstəsi idi bu oğlan!
"Sən səsini kəs. İndi mən danışacam. De görüm Asif söhbəti təmiz olaraq bitdimi?" dedim.
Dünən buna görə Zəfərlə bütün günü kitabxananı təmizləməli olmuşduq.
"Həə bağlandı bitdi. Məndə Asifdə töhmət aldıq"
"Sən niyə?"
"Söhbətin nə olduğunu tam olaraq demədik deyə. Bir sözlə Gülayı qoruyub, bu məsələyə qatmadım"
"Ürəyi yumşaq uşaq imişsən"
"Həmdə necə yumşaq. Pambıq kimi ürəyim var. Sən isə yumşaq qəlbimi qırmaqla məşğulsan"
"Sənlə burda danışıb vaxtımı öldürməyəcəm. Mən gedirəm"
"Hara gedirsən çay içərdik"
"Mənim əvəzimədə sən içərsən"
"Sey... Zəfər idman zalında səni gözləyir"
"Yenə nə istəyir məndən?!"
"Bilmirəm. Get özündən soruş. Ciddi bir mövzu haqqında danışacaqmış"
Ciddi mövzumu? Sənanı burda qoyub bufetdən çıxdım. Ayağına mən niyə getməli idim? Amma yenədə ciddi mövzu sözü ağılıma taxılmışdı. İdman zalına çatıb qapını açaraq içəri keçdim. Uzun dar dəhlizdə irəllədikdən sonra sağa döndüm. Yenə topla oynayan gördüm onu. Yanına yaxınlaşdığımda fərqimə varıb topu bir küncə atdı
"Sən bura gələrdin?" dedi
Bu nə danışırdı? Məni bura çağıran özü deyildimi?
"Məni niyə çağırmısan yenə"
"Mən hec kimi çağırmamışam"
"Dəqiq? Sənan mənə Zəfər idman zalında səni gözləyir dedi. Ciddi bir mövzu haqqında danışacaqmışsan"
"Sən inanmaq istədiyinə inanmısan. Sənlə mənim aramda nə ciddi söhbət ola bilər? Sənan sənlə zarafat edib"
"Dostunla vidalaş! Çünki ölümü mənim əlimdən olacaq!"
Sən öldün Sənan! Ölümlərdən ölüm bəyən!
"Getir öldür. Mənimdə canım onun əlindən qutatmış olar. Hətda dayan bərabər gedək. İki nəfərə tez öldürərik onu"
"Gedirik!"
Zəfərlə bərabər siniflərinə daxil olduq. Mənə baxan gözlərə fikir vermədən Sənanın partasına tərəf irəllədim. Məni gördüyündə işini bilmiş olacaqki ayağa qalxdı. Orta partanın yanına keçib "Siz hardan çıxdınız?" dedi.
"Kinder yumurtadan çıxmışıq" deyə, Zəfər yarı ciddi yarı zarafat etdi.
"Əsəbi görsənirsiz... Bir az sakit olun. Bax oturub hər seyi danışa bilərik" deyib, əllərini bir günahkar kimi yuxarı qaldırdı. Belə edərək mənim ona qarşı olan əsəbimi öldürürdü.
"Sənan necə şəkildə ölmək istəyirsən? Boğularaqmı? Asılaraqmı? Yoxsa Çin işgəncəsimi verək sənə?" dedi.
"Ooo ölümlərə gəl. Mən bunların hec birin istəmərəm. Maşın qəzası falan olsun" dedi, Sənan.
Ardından qaçaraq otaqdan çıxdı. Çıxar çıxmaz ardıyca Zəfər qaçdığında məndə sinifdən çıxdım. Dəhlizin başında onları gördüm. Zəfər Sənanın qolundan tutmuşdu. Yanlarına gəldiyimdə Zəfərin "Dəli birdə maşın qəzası falan desən səni özüm öz əllərim ilə öldürəcəm. Sən ölsən məndə ölərəm" dedi.
Sənan "Yox dostum sənin ölümünü görməkdənsə mənim ölməyim məsləhətlidi elə" deyib Zəfəri qucaqladı. Nə ölümündən bəsh edirdilər? Ölüm dilə bu qədər asandmı gəlirdi..?
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri