Çiçəyin tökülən ləçəkləri (6-cı bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 5 880
Səs ver:
(səs: 3)
Axşam saatları idi. Çiçək dərslərini bitirmişdi. Biraz düşüncəli idi. Neçə vaxt idi ki,  Zeynəblə əlaqə saxlaya bilmirdi. Dəfələrlə mesaj yazmışdı amma cavab gəlməmişdi. Yenə telefonu götürüb mesaj yazdı, xeyli gözlədi, amma yenə Zeynəbdən cavab ala bilmədi. Süleymandan Zeynəbdən xəbəri olub olmadığını soruşdu.
-Süleyman: Danışmamışam. Deyəsən o nömrə işlətmir artıq.
-Çiçək: Necə yəni nömrə işlətmir? Fərhadla necə danışır bəs?
-Süleyman: Nə bilim...
Bu cavab Çiçəyi qane eləmədi. Necə yəni bir məlumatı yox idi. Başqa bir şey var idi. Çiçəkdən gizlədirdi. Fərhadın da son vaxtlar kefsiz olduğunu bilirdi. Çiçək narahat olmağa başladı. Fərhadla Zeynəbin arasında bir şeylərin baş verdiyini düşündü. Artıq gec idi. Həm dərslər, həm də bu düşüncələr Çiçəyi çox yormuşdu. Odur ki yatağına uzanıb yatdı. Gece ağlayaraq yuxudan qalxdı. Əli ilə gözünün yaşını sildi. Pis yuxu görmüşdü. Fəradla Zeynəb ayrılırdılar. Nə qədər onları barışdırmağa cəhd etsədə alınmadı. Bir təhər sakitləşib yenidən yatdı.
14 fevral sabahı açılmışdı. Saat 9:00 olardı. Çiçək hazırlığa gedirdi. İçəri-şəhərdə idi. Süleymandan hələ də sevgililər günü təbriki gəlməmişdi. Çiçək öyrəşmişdi artıq Süleymanın belə diqqətsiz və laqeyd davranışlarına. Bilirdi ki, yenə unudacaq, təbrik etməyəcək. Həmişəki kimi Çiçək təbrik edəcəkdi. Ondan təbrik gözləyərkən bibisiqızı Fəridədən yumoristik bir sevgililər günü mesajı gəldi. Çiçək də gülərək "Elə sənin mesajin mənə bəsdi, neynirəme sevgilimdən gələn mesajı" yazdı. Onlar bir -birini həqiqətən çox istəyirdilər. Can deyib, can eşidirdilər. O, bibisiqızından gələn bu məzəli mesaja sevinsə də, Süleymandan hələ də təbrik gəlmədiyinə üzülürdü. Yenə də Çiçək dayana bilmədi. Gözəl bir təbrik mesajı yazdı ona. Süleyman da minnətdarlığını bildirib onu çox sevdiyini yazdı. Biraz keçdikdən sonra Süleymandan gələn bir mesajla Çiçəyin üzündə sarsıntı hiss olundu. Gələn mesajda qardaşı Fərhadla Zeynəbin ayrıldıgı yazılmışdı. Çiçək öncə zarafat etdiyini düşündü.
-Çiçək: Necə yəni? Nişanı atdılar?
-Süleyman: Hə, atdılar
-Çiçək:  Nə danışırsane sən. Uşaq oyuncağıdı nişan?!.. Ayrıldılar deyib bitirəsən...
-Süleyman: Nə bilim. Səviyyəsiz insanlardı da.Zeynəb qaytardı nişanı
Çiçəyin gözündən yaş süzülməyə başladı. Gecə gördüyü yuxu. Bu eşitdikləri. İnana bilmirdi. "Axı onlar bir birlərini dəlicəsinə sevirdilər. Axı Zeynəb elə qız deyil. Nişanı niyə qaytarsınki, səbəb nədi?". Bu suallar dərs boyunca Çiçəyin ağlından çıxmadı. Cismi dərsdə idi, amma fikri yox. Elə dərsdə ikən Fərhaddan Çiçəyə mesaj gəldi.
-Fərhad: Bacım, yəqinki olanları eşitmisən
-Çiçək: Süleyman dedi, qaqaş nə məsələdi. Niyə belə oldu axı?
-Fərhad: Bacı, ailəmiz 6 nəfərdən ibarət idi, 5 nəfər qaldıq, layiq olmayan getdi
Bu sözdən sonra o nə deyə bilərdi axı. Yenə də Çiçək inanmırdı. Bəlkə bir zarafatdı, ya da ki qayıdıb barışarlar. Fərhad isə çox pis idi. Çiçək hər gün ona yazır, azca da olsa kefini açmağa çalışırdı. Qaynını belə gördükcə Çiçək də hər gün solurdu.
Nişanın qayıtmasının əsl səbəbini nə qədər soruşdusa Süleyman demədi.
-Çiçək: Mən də sizin ailədən deyiləmmi, bilməyə haqqım yoxdurmu?
-Süleyman: Yox haqqın yoxdu. Ailəm belə məsləhət bildi. Bu qədər...
Onun bu sözü Çiçəkdə dərin yara açdı. "Deməli haqqım yoxdu". Deyə bütün gün dilxor gəzdi. Səbəbini yalnız qayınanası Xədicə xanım onlara gəlib danışanda bildi. Səbəbi qısqanclıq, guya Çiçəyi Zeynəbdən üstün tutmaları və bir çox mənasız şeylər imiş. Nə danışdılarsa Çiçək inandı. Nəticədə onun ailəsi idi. Zeynəb isə el qızı idi. Qardaşı kimi gördüyü insana Zeynəbin yaşatdıqları Çiçəkde nifrət hiss oyatdı. Onun niyə belə etdiyindən baş aça bilmədi. Çox sonra anladı Çiçək hər şeyi..
Amma çox gec...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri