Hüzurum (4-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 6 278
Səs ver:
(səs: 0)
Gedən adamın arxasıyca küskün bir şəkildə baxırdı Hüzur. 'Nə etdim də məndən bu qədər nifrət edir?' sualıysa hər an ağlını məşğul edir, cavabsız qalması ilə qəlbini yaralayırdı.

Daha nə qədər yaralanacaqdı ki? Evliliklərinin üstündən 2 həftə keçmişdi amma heç bir yol qət etməmişdilər. Əksinə daha da çıxmaza girmişdilər, bu da aşiq qızın qəlbini hüznə boğurdu.

O iki həftə içində istisnasız hər səhər ona görünmədən səhər yeməyi hazırlayır və yeməsi üçün dua edirdi amma boşunaydı. Hazırladığı süfrəyə toxunmurdu belə. Fəridə anası ilə danışıqları arasında sevdiyi adamın bilinçiki çox sevdiyini öyrənmiş və son iki üç gündür bilinçik də bişirirdi. Nəticə? Yenə toxunmurdu.

Gənc qız üzgün bir şəkildə dərin bir nəfəs aldı.

Olmurdu.

Həyat yoldaşı, sevdiyi adam onu önəmsəmirdi. Ona olan eşqini, sevgisini görmürdü. Ah, bir baxsa gözlərinə. O zaman o gözlərdə özünü, eşqini görəcəkdi. Amma baxmırdı. Gənc qız gerçəkləri bilir amma gözlərinə bircə dəfə baxmasını istəyirdi.

2 həftəlik evlilik müddətində məcbur qalmadıqca qarşılaşmamışdılar belə. Eyni evin içində iki yad kimi idilər. Hətta kimi idilər artıq idi. Onlar eyni evin içində yaşayan iki yad ər arvad idilər.

Hüzur gözləri dolu dolu, baxışlarını boş yoldan çevirib, ona üzgün və nigaran bir şəkildə baxan rəfiqəsi Nuranəyə və onun arxasında ona həm üzgün, həm də təəccüblə baxan polislərə baxdı.

Sağ gözündən bir damla azadlığa qovuşdu və digər göz yaşları da dalıyca gəldi. Səsini çıxarmadan, hıçqırıqlarını içinə həps edərək ağlayırdı. Üzgündü...

Küskündü...

İncinmişdi...
Amma ən çox da canı yanırdı... Qanayırdı eşq yarası... durmaq bilmədən.

Nə edə bilərdi ki?

Nuranə əsəblərini yatışdırdıqdan sonra üzündəki zoraki gülümsəmə ilə cəld rəfiqəsinin yanına gəlib bərk bərk qucaqladı. Acısını azaltmaq istərcəsinə, sevgiylə sarıldı. Qulağına fısıldadı. "Hər daim yanında olacam." Axıtdı rəfiqəsi ilə bərabər göz yaşlarını. Acısını acısına qatdı. Onun canının yandığını anlaya bilirdi. Çünki özü də zamanında çox acı çəkmiş, amma zamanla unutmuş, ya da unutduğunu sanıb o acıya alışmışdı.

Hüzur rəfiqəsinin varlığı üçün bir daha Şükr etdi Yaradan'ına. Geri çəkildi və üst başına baxdı. Kim bilir yıxıldığında paltarı nə qədər açılmışdı? Açılmamasını umurdu. Əllərini qaldırıb şarfını düzəltmək istədi amma o anda sağ əlindəki kəskin ağrıyla "Ahh" nidası töküldü dodaqlarınln arasından.

Nuranə "Nə oldu, haran ağrayır?" deyə bir yandan soruşarkən, digər yandan da rəfiqəsinin vücudunu yoxlayırdı.

"Biləyim." deyərək sağ əlini göstərdi Hüzur üzünü büzərək. Kiçik bir hərəkətlə belə kəskin bir acı canını çox yandırırdı.

Nuranə rəfiqəsinin üzünü buruşdurması ilə ağrısının şiddətini anladı. Kim bilir yerə yıxılanda neçə nəfər əlinə basmışdı?! Rəfiqəsinin qoluna girdi, yavaşca pilləkənləri düşməyə başladılar.

"Xəstəxanaya getməliyik Hüzur. İnş Allah qırılmamışdır." deyərək nigaran bir şəkildə dostuna baxdı gənc qız.

Hüzur əlinə baxıb üzünü buruşdurdu və quruyan göz yaşları yenidən axmağa başlayıb quruyan yerləri islatdı. Ard arda əlinə damlayan göz yaşları qəlbinin təkrar və təkrar acımasına səbəb olurdu. Gerçəklər yenidən ağlına gəlirdi.

Buraxıb getmişdi!

Həqiqət bu idi, gənc qız buna hər nə qədər inanmaq istəməsə də. İnanmağa məcbur idi. Sevdiyi adam onu bu halda, arxasına baxmadan çəkib getmişdi. Canı yansa da, bu gerçəyin eşqinə zərər verməsini də istəmirdi.

"Yaxşı Nuranə, gedək." deyə bildi güclə Hüzur. Səsindəki hüzün eşidən hər kəs tərəfindən hiss edilərdi. Gizlədə bilmirdi ki! Pilləkənlərin son pillələrini də enən iki dost durdu. Taksi çağırsalar yaxşı olacaqdı. Nuranə cəld telefonundakı taksi dayanacağına zəng vurub, təcili taksi gözlədiklərini və ünvanı verib telefonu söndürdü.

Bu cür hadisələr bu universitetdə tez tez yaşanan hadisə idi. Buna görə də dekanlıq baş prokurordan ən yaxşı qrupunu göndərməyini istəmişdi. Baş prokuror da bu dörd polisi - Əli, Yaqub, Hüseyn və Əmiri göndərmişdi.

Yaqub, Əmir və Hüseyn gedən dostlarının arxasıyca təəccüblə baxırdı. Evli olduqlarını hələ yeni öyrənmişdilər və bu da təəccüblənmələrinə səbəb olmuşdu. Əlinin barmağında üzük belə yox idi. Həm özü də bir şey deməmişdi. Deməli evli idi. Bəs nə qədər zamandır? Niyə arvadını bu halda qoyub getmişdi? Kim arvadını bu vəziyyətdə, heç maraqlanmadan, vecinə almadan çəkib gedə bilərdi ki? Bu necə bir evlilik idi? Üç polisin ağlından keçən suallar tam da bu şəkildə idi.

Polislərdən ilk özünə gələn Hüseyn oldu və cəld iki qızın yanına gəldi. Dostu Əlinin arvadı olduğunu öyrəndiyi gənc qızın acı ilə kədərlənmiş üzünə baxdı. Sonra da bərk tutduğu sağ əlinə... Kiçik bir qəza keçirmişə oxşayırdı. O axmaq dostu Əliyə içindən ən gözəl söyüşlərini söyüb əllərini yumruq tutdu.

Hansı ər arvadını buraxıb gedərdi ki? Bir də ona sataşırdı. Özü evli olmaya bilər, avara da ola bilər amma heç bir zaman sevgilisini sevgili ikən bu halda buraxıb getməmişdi. Üstəlik belə bir qəza keçirmişsə heç buraxıb getməzdi. "Yaxşısınız?" deyərək gözlənti içində baxdı. Sonra da baxışlarını ilk gördüyü andan bəri xoşu gəldiyi qıza çevirdi. Onun üzündəki üzüntünü də görə bilirdi. Üstəlik baxışlarında rəqs edən əsəb, xəyal qırıqlığı və acını da görürdü. İlk dəfə hiss etdiyi bu duyğuların çoxluğuyla dərin bir nəfəs aldı. Nəfəsini nə zaman tutduğunun fərqində belə deyildi oysa!

"Çox sağ olun, yaxşıyam, şükür." dedi Hüzur baxışlarını əlinə zilləyərək.

"Taksi gəlsin, xəstəxanaya gedəcəyik." deyərək açıqlama gərəyi duyan Nuranə araya girdi. Baxışları qarşısındaki gənc uniformalı polisdə idi. Baxışları qarşılaşınca da çəkmədi, elə cəsurca baxdı.

"Mən də sizinlə gəlim." dedi Hüseyn, etiraz edəcəklərini anladığı anda otoriter və sərt səsiylə. "Etiraz haqqınız yoxdur xanımlar." dedi və kəskin bir baxış atıb arxasını döndü. Bu səfər də ona təəccüblə baxan dostlarına əllərini havaya qaldıraraq "Nə?" deyərək soruşdu. Cavab vermələrini gözləmədən başıyla yavaşca işarə edib olanları danışdı və onu bir iki saat idarə etməklərini istədi.

Hüseyn ona mənalı mənalı baxan Əmir və Yaquba qaşlarını çatıb "Nə e? Dostumuzun yoldaşını bu halda qoyub gedək? O axmaq Əli kimi!" deyə çıxışdı.

Əmir və Yaqubun ilk öncə gərilən, sonra yenidən alayla bürünən üzlərinə yumruq atmaq istəyini güclə basdıran Hüseyn, dərin bir nəfəs alıb, "Buralar sizə əmanət." deyərək arxasını döndü və taksiyə minmək üzrə olan qızların yanına çatıb, onların arxa oturacağa oturmaqlarını gözlədi. Minəndən sonra da özü ön oturacaqda oturdu. Əli gaza yükləndikcə yüklənirdi. Gözlərinin önünə gələn küskün yaşıl gözləri yox etmək istərmişcəsinə.

O həngamədə arvadının nə işi olduğunu anlaya bilməmiş, onun yerə düşməyini görməmişdi. Ortalıq tənhalaşınca fərqinə varmış, tarıma çəkilən əsəbləri lap gərilmişdi. Sonrasında da qarşısına çıxan və ona əsəblə söylənən qıza baxıb baxışlarını yenidən çətinliklə ayağa qalxan aradına çevirmiş və onun ümid dolu baxışlarına qarşılıq arxasını dönmüşdü.

İndi əsəbindən külək kimi yol alırdı. Sürətə tutqun olan Əli, əsəblərini sürətini artıraraq yox etməyə çalışırdı. Əsəbi idi... Çünki Hüseynin sataşdığı qızın arvadı olduğunu sanmışdı ilk öncə amma sonradan qarşısına çıxıb deyinən qızla gerçəyi qavramışdı. Hüseyn ilə danışan arvadı deyil, rəfiqəsi idi. Əsəbiydi gənc adam, arvadının səsini belə tam olaraq bilmədiyi üçün. Əsəbiydi gənc adam, çünki... Çünki, çünki... Çünkilər o qədər çox idi ki, hansını dilə gətirəcəyini bilmədi. Utandı, əsəbləşdi və sürətini daha da artırdı.

Hansı adam arvadının səsini tanımazdı?

Həyat yoldaşı olan qızın səsini bir əlin barmağını keçməyəcək qədər eşitməmişdi bəlkə də. İlk dəfə kəbinləri kəsildiyi vaxt mırıltı şəklində çıxan səsi. Ardıyca da rəsmi nigahlarının olduğu gün, maşında kəkələyən səsi... Hamsında da kəkələyən və mırıltı şəklində idi səsi.

Və səsinin elə çıxmasına səbəb olan heç şübhəsiz Əli özü idi. Əli hiss etdiyi duyğuların bilinməzlik dəhlizində sürətlə yol alır, gözlərinin önündəki ümid dolu yaşıl gözləri görmək istəmirdi. Baxmaq istəmirdi...

Nə qədər yol aldı, hara gəldi, heç bilməyən Əli yol kənarında durub gəldiyi yerə baxdı. Heç təəccüblənmədi. Nə vaxt ürəyi sıxılsa ya da düşünəcəksə, rahatlamaq istəyirsə həmişə bura gəlirdi.

Sahilə... Hüzur tapdığı yerə...

Qumların üstünə oturdu və başını göy üzünə qaldırıb səmanı, ulduzları izlədi. Gecəni gözəlləşdirən ulduzların aydınlığıyla zehnini rahatlatmağa başladı. Bulanıq olan hislərinə bir çarə tapa bilməsə də, əsəblərini yatırtmışdı. Göyüzündən çəkib ucsuz bucaqsız görünən dənizə çevirdi baxışlarını. Ulduzların işıltısıyla parıldayan, kiçik dalğalarla sahilə vuran dənizi izlədi.

Saat çox gec olmuşdu və Əli evə getməli olduğunu bilirdi amma gedib də o ümid dolu yaşıl gözləri bir daha görmək istəmirdi. Amma getməliydi, məcburdu. Saat çox gec olmuşdu və iki həftə boyunca evə heç vaxt gec getməmişdi.

Yerindən qalxıb cəld addımlarla maşınına mindi. İzsiz olan yollar sürətinin daha da yüksəlməsinə səbəb olmuşdu.

❣❣

Xəstəxanaya çatan üçlü Hüzurun bir həkim tərəfindən müayinə olmasını sağlamışdılar. Qısa sürən müayinənin sonunda Hüzurun sağ biləyinin zədələndiyi, ciddi bir vəziyyət olmadığı müəyyən edilmiş və əli sarğılı bir şəkildə xəstəxanadan çıxmışdı. Hüseyn və Nuranə bunu görüb rahatladılar və həkimin yazdığı krem və ağrı kəsici aldılar. Qaralan havada taksi çağırıb ilk olaraq Hüzuru evdə düşürtdülər. Ardıyca da Hüseyn Nuranəni evində düşürdüb evinə geri dönmüşdü.

❣❣

Hüzur evə girəndə ilk öncə irkildi. Qaranlıqdan oldu olası qorxurdu. Tez koridorun işığını yandırıb çiynindən asılı olan çantanı eləcə girişə qoyub ayaqqabılarını da çıxartdı və tutduğu gözyaşlarını yalnız olduğunun bilinci ilə sərbəst buraxdı və hıçqıraraq səssizcə ağladı. İçində birikdirdiklərini xaricə vururdu hər bir gözyaşı və hıçqırıq. Dolu olan gözləriylə önünü güclə görürdü. Sol əliylə divara tutuna tutuna otağının önünə gəldi və qapıya söykənərək yerə doğru süzüldü. Dizlərini özünə doğru çəkib, başını da dizlərinin arasına gizlədib axıtdı gözyaşlarını...

Eşqinə axıtdı...

Acı çəkişinə axıtdı...

Görülmədiyinə axıtdı...

Amma ən çox da ümidini itirməkdən qorxduğu üçün axıtdı göz yaşlarını...

Nə qədər müddət elə qaldı, bilmirdi gənc qız. Hissizləşmişdi sanki. Eləcə başı dizlərinin arasında gizli bir şəkildə, qollarını ayaqlarının ətrafına dolamış bir şəkildə oturmuş, göz yaşlarını tökürdü. Zaman qavramını itirmişdi. Hüznə bulanan gözləri daha artıq dayana bilmədi və özünü yavaşca qaranlığa təslim etdi.

Əli evin qapısının önündə dururdu nə edəcəyini bilmədən. Sonra özünə əsəbləşib qapını açdı və içəriyə addımını atdı. İlk olaraq girişdəki babetlər və onun yanındakı çanta qarşılamışdı onu. Təəccüblənmişdi. Çünki Hüzur heç vaxt əşyalarını belə ortada buraxmazdı. Hər daim toplu birisiydi. Təəccüblə başını qaldırdı və koridora baxdı. O anda qapısının önündə yerə çökmüş, özünü gizlədirmiş kimi büzüşmüş arvadını gördü.Arvadı...

Cəld addımlarla yanına gedib gözlədi. Nə edəcəkdi indi?

"Hüzur." deyə mırıldandı və heç bir qarşılıq almadı. Sonra təkrardan adını çəkdi amma nəticə eyni idi. Heç bir tərpəniş yox idi. Yavaşca dizlərinin üstünə çökdü və çiyninə toxundu. Toxunduğu anda da elektrik çarpmış kimi geri çəkildi. Necə bir şey idi bu belə? İlk dəfə təninə dəyirdi təni... Özünə gəlməli idi. Başını iki yana sallayaraq özünə gəlməyə çalışdı.

Çiynindən yavaşca sarsıb özünə gəlməsini istədi amma olmadı. Ən sonuncusunda çox sərt sarsmış olacaq ki, qızın başı yana düşdü.

Əli bayğın bir şəkildə başı yana düşən arvadına görə nigarançılığının artmasını hiss etdi və heç düşünmədən qucağına aldı və otağına apardı. Öz otağına.

İlk gün ona qadağa etdiyi otağa indi özü aparırdı gənc qızı və o anda o qadağanı düşünmürdü. Düşündüyü tək şey qollarının arasındakı qızın özünə gəlməsi idi. Hüzuru yatağa uzandırdı və üzünə ilk dəfə yaxından baxdı. Qapalı kipriklərinin nəmliyi ilə ağladığını anladı.

Arvadı yatağında yatır, o anda nigaran gözlərlə arvadı olan gənc qızın gözlərini açmasını gözləyirdi. Niyə gözlədiyini bilmədən gözləyirdi. Çünki gözləmək istəyirdi.

❣❣

Əli yatağında uzanan qızı incələyirdi və incələməkdən də özünü ayıra bilmirdi. Başındakı şarf saçlarını görməyə imkan vermirdi. Saçlarının hardan olduğunu bilmirdi Əli. "Görəsən uzundu ya qısa?" deyə öz özünə düşünüb öz sualını özü cavabladı. "Kaş uzun olaydı." Və bu cavabın ardından yenə özünə əsəbləşmişdi. Ona nəydi ki, bu balaca qızın saçlarının uzunluğundan və ya qısalığından. Düşüncələri o qədər qarışıq idi ki, bir nöqtədən sonra fərqli yerlərə gedirdi düşüncələri və sonrasında da özünə əsəbləşirdi.Gənc adam baxışlarını qızın üzərində gəzdirərkən sağ əlindəki sarğını gördü və dişlərini sıxdı. "O həngamədə yerə yıxılsa belə olacaq da!" deyə əsəblə deyinib oturduğu yerdən tez qalxıb, arvadının üstünə yataq örtüsünün bir qismini örtərək otaqdan çıxdı.

Bu son idi! Bir daha o qıza baxmayacaqdı!

Mətbəxə gedərək özünə kofe hazırladı. Oturma otağına gedib oturdu. Ayaqlarını jurnal masasının üstünə uzatdı. Pultu əlinə alıb tv'ni yandırdı. İdman kanalı açıb matç özeti izləməyə başladı.

İzləyirdi, amma necə izləyirdi özü belə bilmirdi. Gözləri tv'də, ağlı otağında yatan qızda, arvadında idi. "Nə edəcəyəm?" deyə ağlından keçirərkən, kofesindən bir qurtum daha aldı və bulanıq zehnindən aralandı. "Necə yəni neyləyəcəm Əli? Qıza baxmayacaqsan!" Öz sualını yenə özü cavabladı və kofesinin qalanını da tez içərək boş fincanı əyilib masanın üstünə qoydu.

Divana geri söykənəcəyi sırada üstünə baxdı və vəziyyətin ciddiliyini anladı. Rəsmən indi polis formasıyla idi amma daha yeni fərqinə varırdı. Oysa evə ilk gəldiyi zaman uniformasını çıxararaq duşunu alıb rahat ev geyimlərini geyinərək kef edərdi.

Əli başını sağa sola sallayıb gülümsədi və divandan qalxıb otağına getdi. Yataqdaki qıza baxdı və yan döndüyünü gördü. "Birazdan özünə gələr." deyərək dolabından geyimlərini alaraq hamama girdi. Heç vaxt itirmədən formasını çıxarıb banyo dolabının üstünə qoydu. Ardıyca da duşakabinin içinə girərək özünü ilıq suyun rahatladıcı hissinə buraxdı. Su bədənindən axdıqca düşüncələri də şəffaflaşırdı amma gənc adam izin vermirdi.

❣❣

Hüzur olduğu yerin rahatlığıyla yan döndü yuxusuna davam etmək istəyərək amma bacarmadı. Biləyindəki ağrısını təkrardan hiss etməyə başladı. Yuxusu və zehni yavaşca açıldı və uzandığı yeri qavramağa başladı. Bu otaq öz otağı deyildi! Bunu anlayınca da yatdığı yerdən tez doğruldu və yataqda oturaq pozisyonuna gəldi.

Gənc qız otağı gözləmlədi və ərinin otağı olduğunu anlayınca da dərin br nəfəs aldı. Rahatladı. Amma rahatlaması uzun çəkmədi. İçindəki quşqucu iç səsi "bəs mən bu otağa necə gəldim?" deyə dilə gəldi.

Hüzur bu sualının cavabını tapmağa, bu vəziyyəti anlamağa çalışırdı amma heç bir şey xatırlamırdı bu otağa necə girdiyinə dair.

Evə gəlmiş, yalnızlığın verdiyi hisslə də duyğularını azad buraxmış və ağlamağa başlamışdı amma sonrası qaranlıqdı gənc qızda. Düşüncələri çoxalınca da başı ağrımağa başladı, biləyinin ağrısına yoldaşlıq edərək.

Hüzur başını çevirib divardakı saata baxdı və gecənin gec saatları olduğunu görüncə təəccübləndi. Bir neçə saatdır yatırdı deməli. Yavaşca yataqdan qalxdı və otağa son dəfə duyğu yüklü hisləriylə baxaraq otaqdan çıxdı. Öz otağına gedib ilk öncə üstündəki paltarı çıxarıb ev geyimlərini geyindi.

Əli hər nə qədər onun halalı olsa da onun yanında rahat geyinə bilmir, başını aça bilmir və rahat davrana bilmirdi. Onun əsəbi biri olduğunu bilirdi və evdə də bir dəyişiklik edib əsəblərini öz üstünə çəkmək istəmirdi. Əlinin hər yüksəlişindən və ya soyuq davranmasından qorxur və çəkinirdi. Ki nə zaman ona isti bir baxışla baxmış və ya davranmışdı ki? Hüzur bunun gerçəyi ilə acı bir nəfəs çəkdi ciyərlərinə.Qarnından gələn səslərlə başını qarnına çevirdi və sağlam əliylə ovuşdurdu. Acımışdı. Səhərdən bu yana heç nə yeməmişdi. Qarnından gələn üsyan səslərinə daha çox dayana bilməyib mətbəxə doğru addımladı və salonun önündən keçərkən divanda uzanmış sevdiyi adamı gördü. Özü onun yatağındaykən, o da divanda yatmağı uyğun görmüşdü.

Hüzur sevdiyi adamın yanına gəlib üzünü seyr etməyi nə qədər çox istədiyini bilirdi amma tutulma qorxusuyla bu istəyini geri çevirdi və addımlarını tezləşdirərək mətbəxə girdi. Səs çıxarmamağa çalışırdı. Soyuducunu açaraq sandviçi üçün lazım olacaqları çıxartdı.

Çörəyi aldı və sandviçi hazırladı. Hazırladığı sandviçi bir boşqabın içinə qoyub stolun üstünə qoydu. Yanına da süt isti elədi və şəkərini qatıb stula oturdu. Sağ əlinin izn verdiyi qədər iki əliylə də sandviçi tutub böyük bir iştahla yeməyə başladı. Bir yandan da südünü içirdi. Südü lap uşaqlığından çox sevirdi və çoxluqla süd içərdi çay və ya kofe yerinə. Bu yaşına qədər heç vaxt kofe içməmiş, çayı da mində bir, çox nadir içmişdi.

Gənc qız yedikcə xoşbəxt olduğunu hiss edirdi. Onsuz da heç vaxt aclığa dayana bilməmiş, yemək yeməyi də çox sevərdi. Öz halına o qədər dalmışdı ki, Hüzur, arxasından yaxınlaşan yoldaşının fərqinə varmamışdı.

❣❣

Əli duşunu aldıqdan sonra sportivnilərini geyindi və otağında arvadı olduğu üçün bir başa salona gedib divana uzandı. Bir əlini başının altına, digər əlini də qarnının üstünə qoyaraq gözlərini yumdu. Yorğundu və yatmaq istəyirdi. Səhər böyük bir sorğuya çəkiləcəyini bilir və bunun üçün də səhərə qədər gözəlcə yatmalıydı ki, o 3 adamın qarşısına dinc çıxa bilsin.

Əli nə qədər yatdı bilmirdi amma ayaq səsləri və mətbəxdən gələn səslərlə yuxusu açılmışdı. Heç duruşunu pozmadan elə uzanmağa davam etdi. Bir müddət sonra da səslər kəsilmişdi. Sadəcə kiçik kiçik taqqırtılar gəlirdi. Gözlərini açmaq istəməsə də açdı.

Oflayaraq yerindən doğruldu gənc adam. İşinin gətirisi olan bir hislə kiçik səslərə belə o dəqiqə oyana bilirdi tam mənasıyla yuxuya keçiş edə bilmədiyi zamanlarda. Divanda oturarkən gözlərini ovuşdurdu və ayılmağa çalışdı. Allah eşqinə, gecənin bu vaxtı arvadı mətbəxdə nə edirdi?

Arvadı!

Bu kəlməni bugün gün içərisində nə qədər demişdi? Dilinə hakim ola bilmir və sahiblənici bir vurğuyla çıxırdı dodaqlarının arasından. Ağlı və düşüncələri bu kəlməni yadırğamır, çəkinmədən işlədə bilirdi.Əli qaşlarını çataraq yerindən qalxdı və mətbəxə yönəldi. İlk öncə qapıya söykənərək, ona arxası dönük olan arvadını izlədi. Yenə arvadı! Başını sağa sola sallayaraq özünə gəlməyə çalışdı və mətbəxə giriş etdi. Arvadının başı o qədər yeməyə qarışmışdı ki, onun gəldiyini belə hiss etməmişdi. Qabağında çörəyini iştahla yediyini görüncə özü də acıdığını hiss etdi. Doğurdan, ən son saat neçədə yemək yemişdi? Əli düşündü amma səhərdən bu yana heç nə yemədiyini bilirdi.

Əli əlini qarnına götürüb ovuşdurdu və masaya yönəlib arvadının qarşısındakı stulu çəkərək oturdu. Biraz yayılaraq oturmuşdu. Bir qolu stulun qırağında stuldan dəstək verərək dururdu, digər əli masada yerini almış, ayaqlarından birini digərinin üstünə qoydu və bir başa gənc qızın gözlərinin içinə baxdı.

Hüzur stulun çəkilmək səsiylə çörəyi dodaqlarının arasında eləcə durub qarşısında özünə düz bir şəkildə baxan ərinə baxdı. Təəccübün verdiyi hislə də gözləri açılmış bir şəkildə baxmağa davam etdi. Əlləri çörəyində, çörəyi dodaqlarının arasında və gözləri qocaman açılmış bir vəziyyətdə də dondu qaldı gənc qız.

Əli qarşısındakı qızın şaşqın bir şəkildə baxmasına gülmək, hətta qəhqəhə atmaq istəsə də özünü əngəllədi. Bu qıza gülməyəcəkdi! Özünü yığışdıraraq bir başa sözə girdi.
"Acımışam."

"Hı?"

"Gözlərini və ağzını bağla!"

"Ha?"

"Özünə gəl!"

Əli hələ də şaşqınca baxan arvadına dik dik baxırdı. Aralarında keçən ilk düzənli dialoqları az öncə gerçəkləşmişdi. Əli baxışlarını arvadının üzündən çəkib əllərinə çevirdi və çörəyi iki əliylə necə tutduğuna baxdı. Sarğılı əliylə yaxşı tuta bilmədiyi bəlli idi.

Hüzur şokunu yavaşca üstündən atıb çörəyini boşqaba qoydu ərinin üzünə baxdı. Üzündən onun da yorğun olduğunu görə bilirdi. Yavaşca boğazını təmizləyib səsinin titrəməməsi və kəkələməməsi üçün dua edərək, "N-nə yemək is-istəyirsən?"

"Kəkələmə."

"Yaxşı." deyən Hüzur sevdiyi adamın gözlərinə baxıb yerindən qalxdı və soyuducuya yönəldi. Qəhvaltılıqları masaya qoydu və çörək də gətirib sevdiyi adamın önünə qoydu.

"Süd isidim?"

"Uşağa oxşayıram," dedi Əli düz bir şəkildə və başıyla bədənini göstərərək, "ordan baxanda?"

"Y-yox." deyərək əllərini 'xeyr' mənasında sallayan Hüzur baxışlarını ərindən çəkdi.

"Çay." dedi Əli və stulda arxaya söykəndi.

Hüzur stoldakı öz süt dolu stəkanına, ardıyca da öz bədəninə baxdı. "Necə yəni, öz uşaq kimimi görsənirdi?" Üzü düşən gənc qız, çayniki istiyə qoydu. Sağ əlini tam olaraq işlədə bilmədiyi üçün bütün işini sol əliylə elədiyi üçün işini yadırğayırdı.

Hüzur çaynikin altını yandırdıqdan sonra sağ biləyindəki ağrının təkrardan gün üzünə çıxmasıyla üzünü büzüb Əliyə baxmadan mətbəxdən çıxdı və koridorda, qapının yanında yerdə duran çantasını alıb dərmanlarını içindən çıxartdı. Sonra da çantasını şkafdan asdı.Əli mətbəxdən səssizcə çıxan arvadının dalıyca baxdı. Gözlərində heç bir duyğu olmadan boş bir şəkildə baxmağa davam etdi boş qapıya. Onun, söylədiklərindən sonra stoldakı südə, ardıyca da öz bədəninə baxmasını kiçik bir təbəssümlə qarşıladı. Uşaqlığının bəlli bir dövrü xaric heç süd içməmişdi Əli və arvadının süd içməsini uçaqca görmüşdü.

Hüzur əlindəki dərmanlarla yenidən mətbəxə girib bir stəkan su aldı, sevdiyi adamın baxışları arasında ağrı kəsici dərmanını içdi. Təkcə kremi sürmək qalmışdı. Onu da sol əliylə etməliydi amma çox yuxusu gəlmişdi. Gözləri oturduğu stulda yavaşdan yumularkən yenə o səsi eşitdi.

"Çörəyini və südünü(!) bitir." dedi, süd kəlməsini də alayla söyləməkdən geri durmamışdı.

Hüzur tez özünə gəlməyə çalışaraq qalan çörəyini də təkrar iki əliylə tutub yeməyə başladı. Bir yandan da südünü içirdi. Çaynikdəki suyun qaynama səsiylə ayağa qalxacaqkən əri "sən yeməyini ye" deyərək ayağa qalxdı və çayı dəmlədi.

Hüzur yenə şaşırsa da tez bu şoku üstündən atdı və cəld çörəyini yeməyə davam etdi. Ondan sonrası isə bir başa yataq və yuxu. Bunun düşüncəsi ilə yüngül bir təbəssüm yarandı dodaqlarında.

Əli çayı dəmlədikdən sonra öz stəkanına çay süzüb masadakı yerinə keçdi və önündəki qəhvaltılıqlara baxdı. Oysa o belə istəməmişdi ki. Arvadı kimi sandviç yemək istəyirdi. Qarşısında yuxulayan arvadına baxdı.

Yuxuya dayana bilmədiyini öyrənmiş oldu. Əlində kiçik qalan çörəyi ilə başı önünə düşmüş bir şəkildə yuxulayırdı.

Gülümsədi...
Əli bugün nə çox gülümsəmişdi! Arvadı sayəsində idi, o bilməsə də...

Tez özünə gəlməliydi! Bu belə olmazdı.

"Hü-" dedi amma davamını gətirə bilmədi. ilk dəfə arvadının adı dodaqlarının arasından çıxacaqdı. Necə bir hisdi bu belə? İlk dialoqlarında səsini eşitmiş, onun ürkək çıxan səsini öyrənmişdi. Artıq arvadının səsini səhv salmayacaqdı!

Boğazını təmizlədi və ismini təkrardan tələffüz etdi.

"Hüzur"

Hüzur eşitdiyi səslə tez özünə gəlib "bağışla" deyərək ayağa qalxdı və mətbəxdən çıxdı. Arxasında da şaşqın bir Əli buraxaraq.

Əli arvadının üzr istəməsi ilə təəccüblənmişdi. 'Niyə indi üzr istəmişdi ki, bu qız, heç bir səhvi yox ikən? Bu qədərmi qorxur və çəkinirdi ondan?'

Hüzur otağa əlindəki dərmanlarla girib yatağın üstünə oturdu və kremi çıxartdı. Ağrısı getdikcə artırdı. Kremi çəkincə ağrısı biraz azalar deyə umurdu. Sol əliylə sağ əlinin sarğısını açmağa başladı. Əli rahatlığa qovuşunca bir an fərahlasa da ağrısı yenə də özünü bəlli edirdi.

Sarğını yatağın yanındakı tumbanın üstünə qoydu və kremi yavaşca çəkməyə başladı biləyinə. İşi bitincə də yeni bir sarğı binti lazım idi amma harada olduğunu bilmirdi. Otağındakı çəkməcələri axtarmağa başladı bəlkə vardır deyə, amma yox idi. Ardıyca da hamamdakı çəkməcələri də axtardı, orda da tapmayınca otağına geri qayıtdı. Köhnə binti də sarıya bilməzdi, yenisi lazım idi.

Kremi də tumbanın üstünə qoyun yatağın içinə girdi və üstünü də örtdükdən sonra kremi sürdüyü əlini bayırda tutaraq gözlərini bağladı. Daha çox dayana bilməyəcəkdi yuxusuzluğa. Bu da bir neçə dəqiqə sonra yuxuya getməsiylə anlaşıldı. Kremi sürdüyü sağ əli bayırda, eləcə yatdı gənc qız.Əli mətbəxdə iştahı qaçınca süfrəni yığışdırdı və otağına gedəcəkkən digər otağa tərəf addımladı və qapının önündə durdu. Qapı bağlıydı. Açmaq istədi... Aça bilərdi də, çünki o arvadı idi. Əlinin ağrıdığını anlamışdı. Bəlkə bir şeylər edə bilərəm, deyə otağın qapısını açdı və qapını yavaşca aralayaraq başını içəri soxdu. Yataqda bir əli bayırda -ki bunun sarğılı əli olduğunu Əli anlamışdı - yatdığını gördü. Tumbanın üstündəki kremə və sarğı bintinə baxdı və qaşlarını çatdı.

Bu qız əlini tezdən sarımadan nə etməyə çalışırdı?

Tez öz otağındakı dolabdan binti alaraq yenidən arvadının otağına getdi. Yatağın yanında dizlərinin üstünə çökərək arvadının əlini əlinin arasına aldı və o andakı təmas Əlinin tədirgin olmasına səbəb oldu.

Kremi alaraq yenidən kremi sürmək istədi. Əli açıq qaldığı üçün kremin təsiri itmiş ola bilərdi. Kremi yavaşca sürməyə başlayınca arvadının dodaqlarından çıxan sualla eləcə donub qaldı.

"Mənim günahım nədir?"

Bu sualla donub qaldı. Əli arvadının dodaqlarından çıxan mırıltı halındakı suala heç bir cavab vermədən kremi çəkməyə davam etdi. Sonra da binti canını ağrıtmaq istəməzcəsinə yavaşca sarıdı. Ardıyca da arvadının üzünə baxaraq, "Bizim günahımız nədir?" deyə mırıldandı və eləcə arvadının yatarkən belə üzgün olan üzünə baxdı. Başını örtdüyü şarfı açılmış, qəhvəyi tonlarındakı saçları yatağa sərilmişdi.

Baxdı, baxdı və baxdı... Ağlından və dilindən mırıltı şəklində çıxan sual isə eyni idi.

"Bizim günahımız nədir?"
Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 6 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri