Milyon qızılgül (5-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 025
Səs ver:
(səs: 0)
Günlər keçirdi,mənimsə hər keçən gün ümidim dahada azalırdı ki,o yenidən məni tapacaq.Bəzən düşünürdüm ki,hər şey yalan imiş,mən xam xəyallara dalmışam,artıq ayılmaq vatıdır.Özüm-özümə qəbul elətdirmək istəyirdim ki,Cavid səni aldatdı.Lakin sonra onun mənim ardımca ankaraya qədər gəlməyi məndə yenidən umid yaradırdı.Cavidin ankara ilə heç bir bağlantısı yox idi,ora məhz mənim üçün gəlmişdi.Nazlı Əli ilə barışmışdı,onların adına sevinirdimsədə Əlinin ailəsi hələdə onların münasibətini qəbul etmirdi.Əli Nazlıya söz vermişdi ki,universiteti bitirən kimi münasibətlərinə ad qoyacaq.Nazlı ona inanırdı,o hər dəfə məndən Caviddən bir xəbər olub-olmadığını soruşanda isə içimdə bir şey qırılırdı sanki.Bir dəfə Nalı yenə məndən ondan bir xəbər olub olmadığını soruşdu.
-səndən əlçəkmiyəcəm,bakıda harda olursan ol tapacam deyən insandan iki aydı xəbər yoxdu,-sözləri dedikcə qəhər məni boğurdu,-hər şey yalan imiş,-bayaqdan bəri saxladığım göz yaşlarım axmağa başlamışdı.Nazlı məni nə qədər təsəlli edib,
-səbr et,qismətdirsə siz yenidən görüşəcəksiz,o sənin üçün ankaraya gəlibsə,bakıya niyə gəlməsin axı?,-kimi sözlər desə də mən özümü aldadılmış və tərk edilmiş hiss edirdim.Zaman irəliləyir mən isə yerimdə sayırdım.Oktyabr ayı idi.Cavidi unudub,bütün fikrimi dərslərimə verməyə çalışsamda alınmırdı.Cavid hər an mənimlə idi,saçlarıma güzgü qarşısında baxan zaman isə mənə elə gəlirdi ki o həqiqətən yanımda dayanıb.Cavidin saçlarımı toplayıb : "saçlarını həmişə yığ,onlara kimsə baxanda o adamı öldürmək istəyirəm” sözləri isə qulaqlarımda sırğa olmuşdu.Həmişə saçlarımı açıq qoyub onlarla fəxr edən mən istanbuldan qayıdandan sonra saçlarımı yığırdım.Beynimdə Cavidi xalq duşmanı etmək üçün min cür şeylər fikirləşsəmdə ürəyim başqa sözlər deyirdi.Məndə olan bu dəyişikliyi anamgildə hiss etməyə başlamışdılar,hətta Arzu belə bəzən,
-bibi,sənə nolub,elə hey fikrin uzaqlarda olur?,-soruşurdu.Ailəmə nə qədər də mənə heç nə olmayıb fikrini qəbul etdirməyə çalışsamda olmurdu,özümü ələ ala bilmirdim.Bu il universitetdə günorta növbəsində oxuyurdum.Hər gün dərsdən gələndə özümdə bilmədən Cavidgilin evi tərəfdən gəlirdim,evə çatan kimi isə darvazanın aralı qalmışhissəsindən baxıb,evdə işiq yanıb yanmadığını yoxlayırdım.Hər gündə məyus formada ordan evə gəlirdim.Bir gün dərsdən gələndə yenə ayaqlarım məni o evin önünə gətirsə də,
-nə qədər baxmaq olar,onsuzda orda heç kim yaşamır,-düşüncəsi ilə evin önündən ötüb keçmişdim.Cavidgilin evi olan küçəni dönüb bizim küçəyə gedən yolla gedəndə isə kiminsə arxamca gəldiyini hiss etdim.Necə qorxmuşdumsa atama zəng vurub,qabağıma gəlməsini dedim,məni izləyən hər kimdirsə eşitsin deyədə elə ucadan danışırdım ki,guyaki atamın adın eşidən kimi qaçacaqdı.Mən heç vaxt atamdan qarşıma çıxmasını istəməmişdim,hələ məktəb illərində repetitor yanına getdiyim zamanlarda daha gec gələrdim evə,lakin heç vaxt nə atama,nə də qardaşlarıma məni qarşılasınlar deməmişdim.Yolun yarısına kimi gəlmişdim,atamla ratlaşdıq.O mənim qorxduğumu görüb,nə baş verdiyini soruşsa da mən biraz halsız olduğum üçün onu çağırdığımı dedim.Məni bəyənib izləyənlər çox olmuşdu,bunun üstündə heç zaman dayanmazdım,bu günkü hadisənində üstündə durmayıb,evimizə girən kimi unutdum.Şam yeməyimizi yeyəndən sonra anam,
-qızım,şər qaralmamış gəl gedək bu qutuları ataq gələk,-dedi.Anamın şər qaralmamış deməyinə baxmayın siz,şər çoxdan qaralmışdı.Həmin günü atam evimizə yeni televizor almışdı,anamın isə qəribə bir xüsusuiyyəti var idi,evə yeni nə alınsa həmin anda onun qablaşdırmasını atardı.Bəzən atam bunun üstündə ona acıqlanırdı ki,
-bəlkə sonra fikrimi dəyişdim,aparıb qaytarmaq istədim,niyə evə girən kimi hər şeyin qutusunu,etiketini atırsan axı?Anam isə hər dəfə ona söz verirdi ki,gələn dəfə atmayacaq,ancaq bu sözü elə söz olaraq qalırdı.Çox zamanda elə atamın özünə atdırardı qablaşdırmaları,ancaq indi atam yorğun olduğu üçün tez yatdığından mənə demişdi.Üstümüzə qalın bir şeylər geyinib,qablaşdırmanın hərəmiz bir ucundan tutub aparıb atmışdıq.Qayıdanda qonşumuz Sona xala ilə rastlaşdıq.Sona xalanı yaxşı tanıyırdım,adamı söhbətə tutanda buraxmaq bilmirdi,ona görədə,-axşamınız xeyir,-deyib,dərslərimi bəhanə edib evə yollandım.Anamın isə Sona xalayla söhbətə başı elə qarışmışdı ki,bəlkədə mənim sözümü heç eşitməmişdi.Burdan bizim evə kimi iki küçə var idi.Birinci küçəni keçib,ikinci küçəyə döndüm.Bu küçə çox qaranlıq idi.Evlərin hasarlarının arasında dar cığırlar var idi.Belə çığırların birinin yanından keçəndə kimsə adını səsləndirdi.
-Hilal....Quruyub qalmışdım,bu Cavid idi. O qaranlıqdan çıxıb mənə yaxınlaşdı,mən uzun müddət ondan xəbər almaq ümidi ilə gözlərkən o ortalıqda yox idi,indi tamamən ondan ümidimi kəsmişkən birdənbirə qaşıma çıxmışdı.Cavid gözlərimə eyni mənalı baxışla baxsa da onun gözlərində kədər var idi.Bu kədəri biz türkiyədə olanda da onun gözlərində görsəmdə,o gözlərdəki işıq məni elə ovsunlamışdı ki,kədər bir o qədər diqqətimi çəkməmişdi.O daha da yaxınıma gəldi, əlini üzümə toxundurub,
-darıxmışam,çox darıxmışam,-dedi.Hələdə inana bilmirdim ki,Cavid qarşımdadır.Onun mənə görə gəlməsi,darıxmışam deyərkən necə səmimi olması mənim neçə ayda yaşadıqlarıma məlhəm olmamışdı.Cavidin əlini itələyib,
-toxunma mənə,haqqın yoxdu mənə toxunmağa,-dedim.
-Hilal mən..O mənə günahkar baxışlarla baxırdı,onun hər baxışında gözlərində yeni bir hiss görürdüm.Dəyişməyən isə mənə qarşı heyran baxışlar idi.
-hə sən yalançısan,mən isə axmaq,çünki sənə inandım.Öz sözlərimdən qəhərlənmiş,ağlamağa başlamışdım.Qaçıb evə getmək istəsəmdə o,qolumdan tutub saxladı.Onu itələyib,getmək,hətta qaçmaq çətin deyildi,ancaq ayaqlarım getmirdi.Cavid titrəyən çənəmdən tutub,başımı özünə tərəf çevirdi.
-bağışla məni.O barmaqları ilə göz yaşlarımı sildikcə mən ağlayırdım.Telefonun zəngini eşidən kimi bir anda ikimizdə bir-birimizdən aralandıq.Zəng vuran atam idi,yuxudan durub bizi evdə görməyəndə narahat olmuşdu.Atama,-indi gəlirəm,-deyib telefonu söndürdüm.Cavid üzümə tərs-tərs baxıb,
-kim idi?,-soruşdu.Ona sagol deyib gəlmək istəyəndə,Cavid qolumdan tutub telefonu əlimdən aldı.Zəng edənin atam olduğunu öyrənəndən sonra isə telefonu qaytarıb,
-get evinizə,-dedi.Mən evə çatana kimi isə Cavid mənim arxamca gəlmişdi.O gecəyi yenə qarışıq hisslər məni bürümüşdü.Onun gəlməyinə sevinirdim,lakin içimdə bir narahatlıq var idi,Cavidin gözlərindəki kədər və günahkarlıq hissləri məni narahat etmişdi.Öz-özümə düşünürdüm ki,bəlkə mənə görədir?Bəlkə mənə dediyi vaxtda gələ bilmədiyi üçün günahkarlıq hissi duyur?Bu fikirlər ağlıma gəldikcə özümü danlamağa başlayırdım ki,mən egoistlik edirəm,bəlkə doğurdan onun elə bir işi çıxıb ki,gələ bilməyib,axı gəlmək istəməsəydi iki ay sonrada gəlməyə bilərdi.Lakin o gec olsada gəlmişdi,məni tapmışdı.Digər tərəfdən Cavid arıqlamışdı,iki ayda onu bu qədər dəyişən səbəb nə idi görəsən?Narahatlığıma son qoymağın yeganə yolu onu dinləmək idi,birdəki axı istəsəm belə onun yanından uzaqlaşa bilmirdim,Buna görə də Cavid birdə qarşıma çıxsa idi onu dinləyəcəkdim.Sabah hazırlaşıb universitetə gedəndə,Cavid dayanacaqda dayanmışdı.O məni görməsədə mən onu izləyirdim,Cavid fikirli halda çəkdiyi siqaterin qurtardığını görüb,birini də yandırıb çəkməyə başladı.Onu izləməyi sevirdim,başını xəfif yuxarı qaldırdığı vəziyyətdə dodaqlarından çıxan siqaret tüstüsünə isə əsəbiləşirdim,çünki bu tüstü onun üzünü görməyimə mane olurdu.Cavid ikinci siqareti çəkib qurtaranda ətrafa baxıb məni görmüşdü.Yaxına gedib,salam verdim.Onun gözlərində özümü görüb utanmışdım,başımı aşağı salıb,əllərimi gödəkcəmin cibimə qoydum.O qarşımda dayanıb,dərin-dərin nəfəs alırdı.
-mənə bax.Başımı qaldırıb bir neçə saniyəlik onun üzünə baxsamda,yenə başımı aşağı saldım.
-bağışladın məni?,-onun səsi elə həyəcanlı,elə əff edilməyi gözləyən məhkum kimi idi ki,bayaqdan bəri olan utancaqlığımı bir anlıq unudub,gözlərinin içinə baxdım.
-bağışladım.Cavid üzünə məşhür gülüşünü qondurub,
-saçlarını yığmısan,sözümü eşitdiyin üçün çox saq ol,-dedi.Darıxmışdım,onun gülüşü,mənimlə həlim tonda danışması üçün.Cavid məni universitetə ötürüb,yolda dərslərimin çətinliyi,universitetdə məni narahat edən birinin olub olmadığı,bir problemimin olub olmadığı barədə suallar verdi.Binanın giriş qapısına çatanda Cavid yenə fikirli görünürdü.
-niyə bu qədər fikirlisən?,-sualını verəndə isə o,
-mən bu gün qayıtmalı olacam,-dedi.Mən dodaqlarımı bir-birinə sıxıb,tərs-tərs ona baxırdım.Gəlməyinin sevincini yaşamağa doymamış,o getməkdən danışırdı.Zamanla buna alışmalı olacaqdım,çünki Cavid moskvada yaşayırdı,vaxt tapdıqca bura gələ biləcəkdi.O gələn həftəsonu yenə gələcəyini deyib,sagollaşıb getdi.Bu yaşadığımızın adı nəydi?Bilmirəm,ancaq bütün həftəni onun yolunu gözləməyin özü belə məni xoşbəxt etməyə kifayət idi.Bir neçə gün keçmişdi.Bəzən dünüşürdüm ki,niyə görəsən o mənə zəng vurmur,axı telefon işlətdiyimi ki bilir?Sonra tez özüm-özümə cavab verirdim ki,o mənim nömrəmi bilmir,heç bakıda olanda da soruşmamışdı.Birdəki axı nömrəmi tapmaq elə çətin işdi ki onun üçün?İstəsəydi tapardı,zəngdə vurardı,bəlkə yenə məni aldatdı?Caviddən səs-soraq çıxmayan hər gün beynimi bu fikirlər məşğul edirdi.Yenə özümü danlayır,ona inandığım üçün özümü axmaq hesab edirdim.Bir axşam,həftəsonuna bir gün qalmış mənə xarici nömrədən zəng gəldi.O ana qədər Cavid haqqındakı bütün düşüncələrimi unudub,bəlkə odur ümidi ilə telefona cavab verdim.
-alo...
-Hilal,necəsən?..Onun səsini eşidib,sevinimmi,yoxsa ürəyimdəkiləri bir nəfəsə ona qışqırımmı bilmirdim.Yenədə "o zəng vurdu” təsəllisi hər şeydən,bütün demək istədiklərimdən önə keçmişdi.
-Hilal,ordasan?,-onun səsində narahatlıq hiss etdim bir anlıq.Caviddə ən bəyəndiyim keyfiyyət bütün hisslərini gözlərində və səsində əks olunması idi.
-hə,hə yaxşıyam,sən necəsən?O yaxşı olduğunu bildirim,yenə dərslərimi,universiteti soruşdu.Cürət edib ondan sabah gəlib gəlməyəcəyini soruşa bilmirdim.O da sabah gəlməyəcəyi barədə heç nə demirdi.Sagollaşanda Cavid,
-bazar günü gələcəm,mütləq,o zamana kimi salamat qal,-deyib sagollaşmışdı.Bazar günü Arzunun ad günü idi,atam bizdə qeyd edəcəklərini demişdi.Ona görə də Cəmilgil bir gün əvvəldən bizə gəlib,gecəni də bizdə qalmışdılar.Mənim gəlinlərimizlə münasibətim yaxşı idi,onlar məni mən də onları çox istəyərdim.Südabəylə aramda çox yaş fərqi olmasına baxmayaraq o mənə bacı kimi idi.Cavidin gələcəyi xəbəri məndə necə əhvalrühiyyə yaratmışdısa deyəsən bütün günü ətrafıma müsbət enerji yayaraq gəzmişdim.Gecə Südabə otağıma gəlib,
-canım,səndə bir dəyişiklik sezirəm,həmdə tək mən yox,Arzu belə bunun fərqinə varıb,çox qalmaz papayla(o atama Cəmil kimi papa deyirdi,təkcə ailəmizdə mən atama ata deyə müraciət edirdim) Cəmildə hiss edərlər.Atamgilin adını eşidib,qorxmuşdum bir anlıq.
-o qədər bildirirəm hər şeyi?,-Südabə yanıma gəlib,oturdu.
-çox bildirirsən,danış görüm,səni bu qədər xoşbəxt edən nədir?Mən Südabəyə hər şeyi danışdım.Bilirdim ki məni ən yaxşı Südabə anlayar,çünki onlarda Cəmillə sevib ailə qurmuşdular.Südabə gəncədə yaşayırdı,elə orada da təhsil almışdı,atası bakıya gəlməyinə icazə verməmişdi,Cəmil bir dostunun toyu üçün gəncəyə getmiş,elə həmin toyda da Südabəni görüb bəyənmişdi.Südabənin atası Tapdıq dayı bu dəfə də,-mən şəhərə qız vermərəm,-deyib,atamgili bir neçə dəfə yox cavabı ilə geri qaytarmışdı.Atamgil bir neçə ay onların qapısına maşın sürəndən sonra "hə” cavabını ala bilmişdilər.Südabə məni ağzını açmadan dinləyib,mən sözümü bitirəndən sonra,
-Hilal,bəlkə o evlidir?,-dedi.Heç vaxt bu ehtimalı düşünməmişdim,indi birdənbirə Südabənin dilindən eşidəndə qəribə olmuşdum.
-yox,nə danışırsan?Evli olsa idi mən türkiyədə onun yoldaşını görərdim.Südabə gülümsəyib,
-ay mənim safım,arvadını sənə göstərib,bu mənim arvadımdır tanış ol deməyəcəkdi ki?,-dedi.Onun sözləri içimə şübhə toxumları əkirdi.Nə qədər özümdən uzaqlaşdırmaq istəsəm də,
-yox,elə şey olmaz,Cavid mənlə belə davranmaz,-desəmdə,Cavidin  gözlərindəki günahkarlıq hissi fikrimdən çıxmır,Südabənin sözü ilə bir növ təsdiqini tapırdı.Gecəni yenə qarışıq hisslərlə yuxuya gedib,səhəri güclə açmışdım.Günortaya kimi anamgilə işlərdə kömək edib,başımı qatdım.Günorta Cavid zəng vurdu.O gəlmişdi,bakıda idi,mənə Şüvəlandakı evlərindən zəng vururdu.Cavidə evdən çıxa bilməyəcəyimi desəmdə o,
-mən axşama kimi burdayam gözləyəcəm,-dedi.Biraz sonra Şəmilgil və çağırdığımız qonaqlar gəlmişdi.Arzu isə hədiyyələri görüb elə sevinirdi ki,onun yerinə kaş mənim ad günümü qeyd edərdilər fikirləşirdim.Axşama kimi necə dözüb,qonaqları yola saldım bilmirəm.Bir ara Südabəylə mətbəxdə ikimiz qalanda ona Cavidin gəldiyini,mənlə görüşmək istədiyini dedim.Südabə getmə desə də mən gedib məni narahat edən şeyləri onun özündən soruşmaq istəyirdim.Axşam qonaqlarımızn hamısı getmiş,təkcə Cəmilgillə Şəmilgil qalmışdı.Arzu ilə Musa yatmışdılar.Cavidə mesaj yazıb,məni keçən dəfəki çığırda gözləməsini dedim.Evdən çıxdığımı təkcə Südabə bildi.Mən gələndə Cavid orda idi.Məni görüb,
-fikirləşirdim daha səni görmədən getməli olacam,yaxşı ki gəldin,-dedi.Mən isə onunla üzbəüz dayandım,onun gözlərinə baxıb,
-sən evlisən?,-soruşdum.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri