Təsadüf yoxsa alın yazısı (Bölüm 24)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 3 653
Səs ver:
(səs: 1)
Şəhriyar Ülviyyə ilə yenidən kənarda dayanıb gülməmək üçün özlərini güclə saxlayırdılar. Gülüş hədəfləri isə Nərgiz idi. Nərgiz onlara baxıb – Adam orda can versin siz burda gülün deyincə ikisi də özünü toparlamağa çalışdı. Şəhriyar Bu xəstəxanada yatmayan bir mən qaldım deyincə Ülviyyə ona tərəf dönərək – Allah eləməsin elə demə deyə onun yanağını sığalladı. Şəhriyar isə onun əlini tutub öpdü. Bu səhnəni görən Nərgiz – vicdansızlar burda vicdan əzabından az qala öləcək biri vareee. Sevginiz indiyə qaldı?
- Nərgiz özün günahkarsan. Bəxtin gətirib ki, sadəcə sakitləşdirici idi. Ya birdən başqa dərman olsaydı. Birdən doğrudan da nəsə olsaydı.
- Eee Ülü yaxşıda, onsuzda ürəyim partlayacaq burda.
- Öl elə.
- Ülü..
- Yaxşı çox üstünə getmə. Görmürsən o da pisdir.
- Pis deyil, sadəcə növbəti dəcəlliyinin günahını çəkir. Bir az böyümək lazımdır Nərgiz xanım.
- Şəhriyar ona denən də.. indi ağlayacağam.
- Nərgiz, bağışla, amma Ülviyyə haqlıdır. Bu dəfə çox ağ oldu. Həqiqətən bəxtin gətirdi.
- Onun məni necə tutduğundan xəbəriniz var, qoluma baxın gömgöydür. Nərgizin qolu doğrudan da göyərmiş və qızarmışdı. Ülviyyə ona baxıb – bu nədir? Əli qırılmasın. Deyincə nərgiz dodaqlarının büzüb - Görürsən deyərək əzilib büzülməyə başladı. Şəhriyarda yaxınlaşıb baxınca
- Allah bilir nə demisən ki, belə eləyib.
- Bu nədire hamınız onun tərəfini tutursunuz. Bəs mən?
- Sənin tərəfini tutacaq bir şey göstər? O boyda oğlan palatada xor xor yatır. Ülviyyənin bu sözündən sonra gələn Gülnaz xanım – Nə olub burda, necə oldu oğlan deyə soruşdu. Ülviyyə yaxşı olduğunu deyib atasını soruşdu. Kamal bəy də yaxşı idi, amma onu da yatızdırırdılar ki, bir müddət sakit qalsın. Ona görə hələ heç biri onunla danışa bilməmişdi. Eləcə ayıq olanda sakitcə baş çəkib çıxırdılar. Nərgiz kor peşiman oturacaqda oturub fikrə getmişdi. Düşünüdü ki, doğrudan da bu dəfə ağ elədi. Bu dərman başqa bir şey də ola bilərdi. Fikirləşdi ki, deyəsən Kənan bu dəfə o üzrxahlıq etməlidir. Yanında çalan telefon səsi onu fikrindən ayırdı. Zəng edən adı görüncə - öl elə orada, səndən üzr istəyən sənin kimi olsun. Gərək həşərat öldürcü iynə olardı vurardım canım qurtarardı deyib ayağa qalxdı. Ülviyyə onu eşidib telefona yaxınlşadı. Zən g edən nömrənin üstündə "Sürəyyam” yazılmışdı. Ülviyyə başa düşdü ki, Nərgiz qısqanıb. Başına gələnlər üzündən onunla maraqlana bilməmiş kənanla münasibətləri nə həddə çatmışdı bilmirdi. Zəng kəsilincə Şəhriyar ülviyyəyə yaxınlaşıb nə olduğunu soruşdu.
- Kənana "Sürəyyam” deyə bir addan zəng gəldi. Artıq neçənci zəngidir. Nərgiz görüncə rəsmən dəli oldu.
- O da sevir, amma xəbəri yoxdur.
- Necə o da sevir?
- Sənin xəbəri yoxdur. Bunlar ikisi bir birini dəli kimi sevir, amma hələ heç biri dilinə gətirə bilmir. Yazıq Kənan neçə dəfə cəhd edib, amma alınmayıb.
- Nə vaxt? Harda? Mənim niyə xəbərim yoxdur. Və ən əsası sən haradan bilirsən?
- Kənan danışmışdı.
- Siz Kənanla görüşmüdünüz ki?
- Hə səni qaçırmaq planının quranda arada danışmışdı
- Nə?!
Şəhriyar özü də anidən dediyi sözün fərqinə sonra vardı. Xəstəxanada ara qarışıq olduğundan vaxt tapıb olanları, onun və Kənanın hava limanında necə olduğnu danışmamışdı. Hər şeyi danışdıqdan sonra ikisi də susdular.
- Şəhriyar, bu, bu çox...bilmirəm nə deyim. Söz tapa bilmirəm sənə. Yaxşı ki, heç nə olmadı. Əgər atam bu olacaqlardan sonra infarkt olsaydı nə səni ömür boyu bağışlaya bilərdim nə özümü.
- Bağışla, amma elə çarəsiz idim ki, mənə səni vəd edənin hər sözünə balaca uşaq kimi qulaq asmağa hazır idim.
- Hələ mən nərgizə sənə deməməyi tapşırmışdım.
- Nərgiz deməyib. Kənandan gedəcəyini eşitmişdim.
- O ikisi dəlidir sənə nə olub?
- Məni də sən dəli eləmisən. Şəhriyar əlinin tərsi ilə Ülviyyənin yanağına sığal çəkdi. Ülviyyə əslində hirslənmişdi, amma bu anda bütün qəzəbi yox oldu.
- Yaxşı indi neynəyəcəyik. Ülviyyənin bu sualına Şəhriyar da nə cavab verəcəyini bilmədi. Onu ən çox üzən Ülviyyənin yanında çarəsiz qalması idi. Amma zəif ola bilməzdi, olmamalıydı. Madəm ki, artıq Ülviyyəsi getmədi və onun yanındadır nə bahasına olur olsun hər şeyi yoluna qoyacaqdı. Ülviyyəyə baxıb – olmadı qaçırdacağam deyib burnundan öpdü.
- Shhh. Anam burdadır, görər. Həm nə qaçırtmaq. Nə dir yoxsa Kənanla nərgizə baş qoşacaqsan.. Ülviyyənin sözünü Kənanın çalan telefonu kəsdi. Yenə ekranda Sürəyyam adlı şəxs idi zəng edən. Ülviyyə ətrafa boylanıb nərgizi görməyincə - Şəhriyar dayanmadan zəng edirlər, açsaq ayıb olmaz. Bəlkə doğrudan narahat olur. Bayaqdan zəng edir.
- Açıb nə deyəcəyik? Zəng kəsilincə ikisi də oturacağa söykəndilər yenə telefon çalınca Ülviyyə dözməyib açdı. Nərgiz isə xəstəxananınhəyətində o tərəfə bu tərəfə gedi gələrək – Günah sən də deyile məndədir. Adam sandım, Amma yox harada??? Vüsalın tayısan. Hələ utanmadan mənə...eee nə isə... oturacaqda oturub qollarını qoynuna yığdı. Anasının telefon zənginə diksinib açıb danışdı. Xəstəxanaya gəlmək üçün zəng vurmuşdu. Nə lazım olduğunu soruşub gətirmək üçün. Kənan isə palatada gözlərini yavaş yavaş açırdı. Artıq 3 saat idi ki, yatırdı. Ayılınca ilk əvvəl elə bildi evində yatağındadır. Gözünü yumub gərnəşərək yataqda o biri təfə keçmək üçün dönəcəkdi ki, yerə sərildi. Bağırtısına Şəhriyar və Ülviyyə içəri qaçdı. Onu yerdə görüncə hər ikisi qorxdu, amma Kənan başını qaldırıb – Hamısını eləyə o balaca cadugərdir. Sözünə gülüməyə başladılar. Ona kömək edərək yerdən qaldırıb otuzdurdular. Kənan həm yuxunun keyliyindən həm də daş yerə dəydiyindən ağrıdığı üçün sızıldayırdı. Qolunu tərpətdikcə - bu qızı məhkəməyə verib özümdən ən azı 10 metr uzaqlaşdıracağam deyincə Ülviyyə - özünsən günhakar, qolunu nə günə qoymusan xəbərin var? Yazıq əllərini bilmir necə gizlətsin ki, göyərtilər görünməsin.
- Ülviyyə haqlıdır Kənan. Bu dəfə doğrudan ağ eləmisən. Qızı döyərdində ta.
- Mənə utanmadan sevgilisndən danışanda belə olacağını bilməliydi. Qızarmadan üzümə sevgilimi sevirəm deyir. Abırsız.
- Nə sevgilisi? Onun sevgilisi yoxdur.
- Etibarı gözümə soxurdu az qala. Ülviyyə onun bu sözünə gülərək – Etibar onun əmisi oğludur. Düzdür Nərgizə qarşı hissləri var, amma Nərgiz ona qardaşdan başqa gözlə baxmayıb və baxmaz da.
- Kənan göz altı Ülviyyəyə baxıb onun mmimikasına baxdı. – Doğrudan
- Hə. Mən də tanıyıram Etibarı. Yaxşı oğlandır. Şəhriyar qabağa gələrək Ülviyyəyə baxıb
- Çox yaxşı oğlandır? Deyə soruşunc Ülviyyə onaq baxmadan – Hə adamın Allahı var çox yaxşıdır. Sonra Şəhriyara baxınca başa düşdü ki, Etibarı tərifləmək ona qalmayıb. Və birdən sözünə davam edərək. – Amannn... Allah yiyəsinə qismət eləsin. Neyniyək ki, indi yaxşıdır yaxşıdırda. Sizdən yaxşı olmasın. Yəni qardaşçım olsun.. Nə isə mən gedim Nərgizə baxım deyə palatadan çıxmaq istəyincə Kənan onu səsləyərək geri çağırdı. Ülviyyə baxışlarını Şəhriyara yönəltmədən çəkinə çəkinə Ülviyyə Kənana doğru döndü.
- Dəqiq onun sevgilisi deyil?
- Hə də.. Əmisi oğludur dedim axı. Ülviyyənin ehtiyyat etdiyinı görüb Şəhriyara baxan Kənan onun da qısqanc baxışlarla Ülviyyəni süzdüyünü gördü.
- Bəsdirin, qısqanacaq biri varsa o da mənəm burada. Ülviyyə səni sevir Şəhriyar ona lazımdır o Etibarmış İnammış. Siz əsl mənə kömək edin. Mən bu nərgizi necə yola gətirim. Axırıncı fəsadından sonra əslində ondan uzaq qaçmalıyam, amma neynim ki, tam özümə uyğun bir dəlini tapmışam.
- Neynəmək istəyirsən? deyərək Şəhriyar pəncərəyə tərəf getdi.
- Bilmirəm. Hələ ağlıma bir şey gəlmir, amma onu saxlaya bilməsəm doğrudan axırda məni öldürəcək. O iynə başqa bir dərman da ola bilərdi.. Birdən Kənan ağlına fikir gəlmiş kimi üzü güldü. – iynə, əlbəttə... niyə ağlıma gəlmirdi ki, bu..
Şəhriyar və Ülviyyə ona heç nə anlamamış kimi baxırdılar. Kənan ağlındakıları danışıb hər ikisindən kömək istədi. Ülviyyə əvvəlcə etiraz etdi. – yox məni qatmayın bu işə, Nərgiz məni bağışlamayacaq. Bağışla Kənan, amma olmaz. Hər halda Nərgiz mənə daha yaxındır nəinki sən.
- Yaxşı da Ülviyyə. Kiçik bir dərs verəcəyəm, həm sevdiyini etiraf edər mən də bilərəm doğrudan sevir ya yox.
- Bilmək istəyirsənsə mən öyrənib deyərəm, amma bu yolla olmaz.
- Yox mənə lazımdır özü, öz dili ilə etiraf etsin.
- Amma Kənan.
- Ülviyyə qorxma heç nə olmaz. Həm özün deyirdin ki, Nərgiz uşaqlığını atmalıdır. Bəlkə bu yolla qorxar və bir daha ağlına gələn hər şeyi eləməz.
- Şəhriyar başa düşmürsünüz o olduqca həssasdır. Bu ona doğrudan pis təsir edə bilər. Mən bu oyunda yoxam. Kənan təəsüflənib – yaxşı onda heç olmasa bu plandan ona danışma. Hər şey mənim boynuma. Vaxtımız azdır onsuzda. Ülviyyə xahiş edirəm. İnan mənə bundan sonra onu incitsəm mənim boynumu vurarsan.
- Söz ver ki, bir də belə oyun oynamayacaqsan
- Söz söz söz.
- Yaxşı. Gedim onu çağırım.. Offf Kənan.
- Çox sağol Ülviyyə. Ülviyyə otaqdan çıxınca Kənan Şəhriyara dönərək plannı gerçəkləşdirmək üçün onda da kömək istədi. Şəhriyar mənə təcili bir dərman tap öldürücü olsun.
- Nə?!
Bu gün 2 bölüm olacaq xanımlar narahat olmayın :11:
Ardı var (Müəllif Lili sh)
 
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri