Təsadüf yoxsa alın yazısı (Bölüm 26)

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 5 163
Səs ver:
(səs: 0)
Nərgiz və Kənan baş aşağı vəziyyətdə susub dayanmışdılar, bu halları məktəbli uşaqlarından fərqlənmirdi. Aynur xala isə Ülviyyənin yanında dayanıb olan bitən hər şeyi öyrənmək üçün gözlərini ona dikmişdi. Ülviyyə də başını aşağı salıb dillənmirdi. Susqunluq uzun sürüncə Aynur xala dərindən ağır ağır nəfəsini dərib – Nərgiz bir başa evə gedirsən, səninlə evdə danışacağıq,
- Mam hər şeyi izzah edərəm
- Evə dedim, evdə danışarsan. Nərgiz kor peşiman Kənanın yanından ayrılıb Ülviyyə ilə birlikdə uzaqlaşdılar oradan. Kənan isə hələ də eyni vəziyyətdə dayanmışdı, amma tərk fərqi göz altı Nərgizin getməsinə baxırdı. Aynur xala ona yaxınlaşıb. – Kimsən sən? Deyincə Kənan adını dedi. Aynur xala narazı halda başını bulayıb. – Bax oğlum hər şeyin həddi var. Çox sağol qızmı Vüsal bəlasından qurtarmısan, amma bu o demək deyil ki, qızı ictimai yerlərdə torba kimi çiyninə atıb gəzəsən.
- Vallah xanım mən sadəcə onun məni dinləməsini istədim. İnadçıdır dinləmir ki.
- Bunu bu şəkildə eləməliydin. Nərgiz bizim nəslin yeganə qızıdır. Bala ağlın haradaydı sənin. Ya mən yox atası görsəydi, ya xalaoğlanları, əmioğlanları görsəydi. Elə bilirdin sağ qurtarardın.
- Mən Nərgizi sevirəm.
- NƏ?!
- Eşitdiyiniz. O da məni sevir, amma tərsliyinin üzündən etriraf eləmir. Amma narahat olmayın mənim niyyətim ciddidir. Nərgizlə evlənəcəyəm. Siz tarix deyin qalanı mənlikdir.
- A bala sə nəylə qidalanırsan? Nə yeyib nə içirsən? Allahım, elə bilirdim Nərgizdir tək dəli bu ondan beş betər. Oğlum hər şeyin öz qaydası var, yolu var. Belə...belə qız istəyərlər?
- Necə istəyərlər?
- Off... indi işim var, gələrsən danışarıq, görüm kimlərdənsən. Dəli oğlan.. Aynur xalanın belə deməsi ilə Kənanın gözünə işıq gəldi elə bil.
"Dedi ki, gələrsən danışarıq, əlaaaaaa Nərgiz indi qaç görüm hara qaçırsan.” Kənan kefi saz halda maşınına doğru getdi.
Gülnaz isə Kamalın yanında əyləşmiş onun əlindən tutub gözlərinin içinə baxırdı. Özünü zorla saxlayırdı ki, Şəhriyarla nə danışdığını soruşmasın. Səbrini çox sıxsa da bəlli idi ki, sözlü adama oxşayır.
- Eşidirəm Gülnaz.
- Nə?
- Deyirəm eşidirəm. Nəsə demək istəyirsən.
- Yox.. həə.. yənii.. şeyy... özünü necə hiss edirsən. Kamal bəy bu sözə gülümsəyib – Gülnaz mənə yox da. Sən Ülviyyəni aldada bilrəsən, amma məni yox. Şəhriyarla nə danışdığımı soruşacaqsan.
Gülnaz utanmış halda əlini çəkib – səndə ki, yox.. o heç ağlıma gəlmirdi.. deyib baxışlarını qaçırtdı.. Kamalın – hə yaxşı sən deyən olsun sözünün ardınca. – elə yaxşı söz saldın, doğrudan nə danışırdınız. Deyərək əlini saçına atıb oynatmağa başladı. Kamal bu reaksiyaya daha da gülərək. – ehh Gülnaz, heç dəyişməmisən. Dedi.
- Şəhriyara təşəkkür edirdim ki, bu qədər vaxtda yanınınzda olub tək qoymayıb.
- Elə bu?
- Elə bu.
- Bəs ona başqa nəsə dedin? Yəni, nə bilim bəlkə ... nə isə boş ver.
- Ülviyyənin sevgisinə sahib çıxmasını da dedim
- Nə?
- Eşitdiyin.
- Axı Ülviyyə.
- Gülnaz, xahiş edirəm. Məncə hamımız yetəri qədər incindik, qırıldıq. Izn verək uşaqlar xoşbəxt olsunlar. Bizim kimi...
Gülnaz Kamalın sözünə başını qaldırıb gülümsəyərək. "Sən necə istəyirsən elə olsun ” deyincə Kamal bəy bir əlini qaldırıb ona tərəf uzatdı. Gülnazın onun əlinin tutması ilə hər ikisi sevgi ilə gülümsədilər.
- Hə bir şey daha xahiş edəcəyəm.
- Nə istəsən.
- Məncə biz də onlara dəstək olmalıyıq. Biz onalrla danışmalıyıq.
- Onlar? Ülviyyəgilnən.
- Yox.. Kamalın sözünü başa düşən Gülnaz əvvəlcə narahat oldu, amma bu narahatlıq əvvəlki kimi özünə görə deyildi. Sadəcə Kamalın Səlimi görüncə yenidən ona qarşı soyumasından qorxurdu.
- Sənə hələ də çətindir onlarla qarşılaşmaq?
- Yox Kamal. Mən sadəcə sənə görə narahatam.
- Yaxın gəl, otur. Əvvəl olsaydı hə narahat olmağa dəyərdi. Amma indi. Mən sənin burda yanımda danışdığın hər şeyi eşidirdim Gülnaz. Bilirəm ki, ürəyində ona qarşı kindən başqa heç nə qalmayıb. Amma etiraf edim ki, kinli olmağını da istəmirəm. Ona qarşı ümumiyyətlə heç nə hiss etməni istəmirəm. Başa düşürsən?
- Hə, hə əlbəttə.
- O zaman çağırıb oturub danışmaq lazımdır. Uşaqlar keçmişdə yaşanıb bitmiş bir hadisə üçün əzab çəkməməlidirlər. Elə sən də. Sən bunu bil ki, sən mənim alın yazımsan. O isə sadəcə həyatına girən təsadüf idi.
Gülnaz başını yelləyərək, gülümsədi.
Şəhriyarla Ülviyyə isə hər zamankı kimi narahat halada amma bir birilərinə sığınaraq dəhlizdə oturmuşdular. Onlar bu söhbətdən bi xəbər olduqları üçün hər ikisini nə gözlədiyini bilmirdilər. Ülviyyə başını Şəhriyarın sinəsindən qaldırıb sakitcə onun üzünə baxırdı. Şəhriyar ona göz vuraraq gülümsəmişdi.
– atamala nə danışırdınız.
- Mmm.. Atanla... heçç.. sizi tək qoymadığıma görə təşəkkür edirdi.
- Başqa?
- Başqa?....mmm hə bir də dedi ki, sən çox yaxşı oğlansan, mənim də bir balaca, dəcəl qızım var, gəl onu verim sənə.
- Ee Şəhriyar bəsdir. Ciddi soruşuram
- Mən də ciddi cavab verirəm
- Şəhriyar!
- Ooo səsinizi mənə yüksəldirsiniz Ülviyyə xanım?
- Şey... bağışla.. Mən sadəcə narahatam.
- Gəl bura...deyərək Şəhriyar onun başını yenidən sinəsinə qoydu. – narahat olma. Heç nə demədi. Hər şey qaydasındadır. Şəhriyarın telefonun çalması ilə onlar yenidən ayrıldılar. Şahazın zəng vurması artıq Şəhriyarı narahat edirdi. Bəlli idi ki, ata anası onu rahat qoymayacaqlar. Ülviyyəyə gəlirəm deyib yenidən oradan uzaqlaşdı.
- Ana?
- Oğlum bu günlük tez gəl evə, axşam qonağımız var.
- Ana qonağın yeridir. Demirəm sənə xəstəxanadayam.
- Oğlum başa düşürəm, amma atan da çağırır səni.
- Ana, getməliyəm. Məni gözləməyin.
- Alo Şəhriyar, oğlum,
- Ata.
- Oğlum, xahiş edirik bu günlük üzrxahlıq elə gəl evə.
Şəhriyar atasına rədd cavabı verə bilmədiyi üçün dişini sıxıb – yaxşı ata deyə bildi.
Ülviyyənin yanına qayıdanda – Ülüm mən bu günlük bir az tez gedəcəyəm.
- Hə, əlbəttə, neçə gündür burda yesir oldun.
- Elə demə, mənə sənin yanında xoşdur.
- Bilirəm. Amma sən də dincəlməlisən. Həm atam yaxşıdır get narahat olma.
Şəhriyar sağollaşıb getdikdən sonra Gülnaz palatadan çıxıb Ülviyyəni tək görəndə təəcübləndi.
- Şəhriyar hanı?
- Getdi. Işi varmış
- Hə, lap yaxşı. Nəsə danışdınız?
- Nə barədə?
- Atanla söhbətləri barədə.
Görünürdü ki, tək Ülviyyəni maraq bürümüyüb ki, onlar arasında nə danışılıb.
- Soruşdum, amma heç nə demədi. Gülnaz başını yelləyib Nərgizi soruşunca Ülviyyənin yadına nəsə düşümüş kimi yerindən dikəldi.
- Nərgizi tamam unutdum. Gəlirəm ana, onunla danışmalıyam
- Hara noldu ki?
- Gəlib danışaram..
Ülviyyə Nərgizə zəng vuranda uzun çağırışlardan sonra gördü ki, Nərgiz telefona rədd cavabı verdi. Yenə yığmaq istəyəndə qısa mesaj gəldi "Mama”
Bəlliydi ki, anas ilə danışır. Telefon əlində başı aşağı anasının qarşısında o tərəf bu tərəfə getməsinə baxırdı.
- Qızım, sən axı hər şeyi mənə deyirdin?
- Ana heç nə yoxdur
- Nə heç nə yoxdur. Oğlan orda deyir qızınızla bir birimizi sevirik, sən deyirsən heç nə yoxdur.
- Nə? Eləcə dedi?
- Hə. Nədir yoxsa inkar edəcəksən.
- Mən... şey... ana... yənii...mən
- Sözü ağzında fırlatma, de görüm istəyirsən yoxsa yox.
- Mam! Xahiş edirəm!
- Nə mam, nə var burda sevirsən yoxsa yox? Nərgiz sualı cavablandırmamış qapılarını zəngi çaldı. Anası qapını açınca qarşısında gördüyü mənzərədən şok olmuşdu.
- Sən burda neynirsən a bala?
- Dediniz gələrsən danışarıq. Mən də gəldim.
Bu Kənan idi. Aynur xalanın sözünü səhv başa düşümüş, gəl deyərən bu gün gəl deyə başa düşümüşdü.
- Dedime, amma demədim ki, dur bu gün gəl, özü də ək.
- Bəs kimlə gəlim.
- Allahım..keç içəri, gəl görüm.
Nərgiz Kənanı görüncə gözləri bərəlmiş halda – sən burda neynirsən deyincə, anası Nərgizin yanını göstərib Kənanı otuzdurdu.
- Indi ikiniz də danışım görüm nə oyundan çıxırsınız.
Nərgiz və Kənan günah iş görmüş uşaqlar kimi çiyinlərini büküb oturmuşdular. Aynur xanım stulu onların qarşısında qoyub yerini rahat əyləşincə bəlli oldu ki, söhbət uzun olacaq.
P.S Bu bölümü final eləmək istədim, amma tələm tələsik yazmamaq üçün bir bölüm də uzandı.
Oxuyan hər kəsə təşəkkürlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri