Zindan həyat (73-cü bölüm)

Şərhlər: 5
Baxılıb: 4 759
Səs ver:
(səs: 2)
Əli qorxulu baxışları ilə Laləni və Elnuru süzürdü-Sənnn sənin burda nə işin var!!
Lalə həyəcandan nəhayətki danışa bilir-Əli mən
Əli-sən kəsss,həm sən hara gedirsən hee??niye geyinmisən!!sənnənəm
Elnur(Əlinin sözünü kəsərək-Əli qızın üstünə qışqırma dayan danışaq!
Əli:nəyi danışaq ee sənin mənim evimdə nə işin var küçük hə!!nə işin var burda!!
Elnur: Əli danışığını bil!mən Laləni aparmağa gəlmişəm
Əli(bu sözü eşidincə dəliyə dönür sanki- sən nə danışırsan hara aparırsan eee sən kimin evindən kimi aparirsan səni (yumruğun sıxaraq Elnurun üstünə gedir Lalə Əlinin Elnuru vuracğını hiss edərək tez Elnurun qarşısına keçir-Əliii mən çarğımışam onu
Əli-sən?
Lalə-hə mən sənə daha dözə bilmirəm bugünə kimi sənin düzəlməyin üçün əlimdən gələni elədim ama alınmır sən düzəlmirsən həyatımı məhv etdin bu gedişlə uşağımın həyatında məhv edəcəksən
Əli:ay qız sən nə danışırsan o uşaq tək sənin deyilee o həmdə mənim uşağımdı nəyə çalışmışam bugünə kimi həə??mən boş boşuna səni sıxmırdım ama yenədə aldatdın məni xəyanət elədin mənə səni yaşadacağımı düşünürsən Lalə səni öldürərəm bu evdən getmənə icazə vermərəm
Lalə-mən gedirəm nə etsəndə gedəcəm səninlə qalmaq məni günü gündən öldürür hər gün ölməkdənsə bir gün ölərəm daha yaxşıdı
Elnur-Lalə yaxşı daha
Əli hələdə inanmaq istəmirdi Lalə belə bir şeyə heç vaxt cəsarət edə bilməzdi-sən nə danışırsan nə getmək!!!neçə vaxtı bir yerdəsiz hə!!neçə vaxtı?? Lalə yatmısan bununla girmisən qoynuna f......e Allah bilir qarnındakıda ondandı (deyərək əlini qaldırıb Laləyə vurmaq istiyirdiki Elnur Əlinin əlindən tutur bu hərəkət onsuzda əsəbi olan Əlini dahada dəli edir ama Elnur nə olur olsun buna icazə verə bilməzdiki Laləyə əl qaldırsın onun əlindən tutaraq:Əliii daha ona zərər verə bilməyəcəksən!!onun heç bir günahı yoxdu mən onu ondan xəbərsiz sevmişəm səni bilmədən sevmişəm səni bildikdən sonra geri çəkildim ama onun yaxşə olmadığını gördüm və nə olur olsun mən ona kömək etməliyəm və həmişədə edəcəm
Əli: sən kəsə dostunun arvadına göz tikən biqeyrət (deyərək Elnurun üzünə yumruq vurur Elnur boş dayandığı üçün yumuruğun zərbəsindən yerə yıxılır Əli Elnurun üstünə gedərək sinəsindən tutub qaldırır və alnıyla Elnurun üzünə vurur.
Lalə qorxudan əsirdi Əli Elnurla dava edirdi bu işin sonu heç yaxşı bitməyəcəkdi sözləri ilə sakitləşdirməyə çalışsada alınmırdı artıq Elnurda Əliyə vururdu Əli gözünü yumub ağzını açmışdı ağzına nə gəlirdisə söyürdü Elnur isə sadəcə Laləni düşünür və ona görədə düzgün etdiyini düşünürdü Əlinin sinəsindən tutaraq onu çevirir və üzünü yumruqlamağa başlayır arxa-arxaya zərbələr vurduğu üçün Əli Elnurun əlindən çıxa bilmirdi Elnur isə sanki neçə vaxtın Lalənin əziyyətinin hesabını sorurdu Əlidən onu hər vurduqca- həəə indi necədi Əli indi necədi Laləyə çəkdirdiklərinin yanında bu heçnədi başa düşdün heçnədi əl çək o qızdan bəsdi həyatını qaraltdın əli artıq heçnə etmirdi Elnur heçnə etmədiyini görüncə Əlini buraxır və ayağa qalxır Əli ağzındakı qanı yerə tüpürərək-əen bitdin səni öldürmək mənə borc oldu
Elnur-Laləyə baxınca qorxudan nə hala düşdüyünü görür və onun yanına gələrək-Lalə qorxma gəl gedək
Əli güclədə olsa ayağa qalxır və var gücü ilə Elnurun üstünə hücüm çəkir onu divara dirəyərək boynundan tutur
Lalə:Əlini qolunu silkələyərək:burax onu əclaf
Əli:dişlərini qicayaraq çevrilib Laləyə baxır və əlinin tərsiylə Laləyə sillə vurub itələyir Elnur bunu görüncə
Əlinin üzünə yumruq atır artıq 2sininde üzü qan içində idi ama hələdə davam edirdilər Lalə bunun belə bitməyəcəyini görüb bir şey eləmək lazım olduğunu düşünür masanın üstündəki güldanı götürərək Əlini vurmağı fikirləşir bacara bilməyəcəyindən qorxurdu ama nə olur olsun etməli idi yoxsa Əlidən qurtula bilməyəcəkdi əlindəki güldanı qaldıraraq var gücü ilə Elnurla vuruşan Əlinin başını yandan gicgah hissəsinə vurur Əli zərbdən huşunu itirir və yerə yıxılır...
Elnur gözlərini iri açaraq Laləyə baxırdı-Lalə neylədin??
Lalə-mən onu öldürdüm??(biraz arxaya gedərək-mən onu öldürdüm öldü oo??
Elnur-Lalə sakitləş (Elnur yerə oturaraq Əliyə baxır sadəcə huşunu itirdiyini anlayır ayağa qalxaraq Laləyə yaxınlaşır-Lalə qorxma heç nə olmuyub niyə elədin bunu
Lalə-olmuyub ama mən qorxuram onu öldürdüm
Elnur-Lalə qorxma ölmüyüb huşunu itirib birazdan özünə gələcək
Lalə-nəəə özünə gələcək tez gedək burdan mən qorxuram
Elnur-Lalə gedək ama belə qaçmağımız sonra Əli səndən şikayət edə bilər gəl səni aparım özüüm qayıdım mən elədiyimi deyərəm sənin harda olduğunu bilmədiyimi deyərəm
Lalə:yoxxxx sən nə danışırsan o sənədə bir şey edər gəl ikimizdə gedək nə olar gedək
Elnur Lalənin sözlərinə daha çox dözə bilmir :Yaxşı gəl gedək bir yolun taparıq (deyərək əlindən tutub evdən çıxır Lalə son dəfə çevrilib Əliyə baxır gözündən yaş süzülür qəlbində -Allahım sən bağışla məni mən istəmirdim deyir və üzünü çevirərək evdən çıxıb gedirlər....
Elnur maşını işə salaraq burdan uzaqlaşırlar Əli hələdə özünə gəlməmişdi..
Lalə hələdə qorxusunu ata bilməmişdi barmaqlarını sıxır necə olacağını düşünürdü Elnur isə hara gedəcəylərini düşünür
Lalə:Elnur indi hara gedəcəyik
Elnur:Lalə mən sabah Moskvaya getməli idim ora gedək deyərdim ama evdəkilər ora gedəcəyimi biləcəklər elə yerə getməliyikki heç kim bilməsin ama hara?
Lalə:sənidə pis vəziyyətə qoyacam ailənə nə deyəcəksən Elnur bəlkə qərarını dəyişəsən mən özüm başımın çarəsinə baxaram sən həyatını məhv etmə
Elnur(Lalənin sözün kəsərək-Lalə birdə bu sözü işlətmə mən səninlə həyatımı məhv etmirəm belə bir şey olmuyacaq hər şey yaxşı olacaq mənə inan biraz əziyyət çəkəcəyik bəlkeə ama hər şey düzələcək söz verirəm sene indi isə biraz fikriləşim hara gedə bilərik hmm (cibinden teli çıxararaq-Rəsula zəng vurum-Aloo Rəsull qardaşım sənə işim düşüb,sizin Mərdəkandakı bağda kimsə var indi?lazımdı mənə hə indi bu dəqiqə açarları gətirə bilərsən mən elə bir dəfəlik ora gedirəm sən taksiylə gəl mənim maşınımı apararsan yaxşı qardaşım çox sağol oldu...
Lalə sual dolu baxışları ilə Elnura baxırdı Elnur bir əlini Lalənin üzünə toxunduraraq-qorxma hər şey keçəcək....
Elnur artıq Rəsulgilin bağlarına çatmışdı Rəsula zəng vurub gəlib gəlmədiyini soruşur Rəsulda birazdan çataçağını deyir və biraz keçincə Rəsul artıq gəlmişdi Elnur maşından düşür Rəsul ilə danışmağa gedir Lalə maşında oturmuş onlara baxırdı çox qorxurdu ama qorxu hissi yavaş yavaş utanca çevrilirdi etdiyi hərəkətdən utanırdı düzgün etmədiyini düşünürdü...
Lalə öz düşüncələrində itib batsada Elnur Rəsul ilə artıq hər şeyi danışmışdı və ondan kömək istəmişdi Rəsul təbiiki dostuna kömək edəcəkdi Elnur Rəsula:Məni gördüyünü heç kimə demə maşınıda apar restoranın yanında qoyarsan
Rəsul:hər nə qədər düz etmədiyini düşünsəmdə sən mənim qardaşım kimi olmusan sənə kömək etmiyə bilmərəm narahat olma heç kimə demiyəcəm burda rahat qala bilərsiz bizimkilərdən heç kim gələn deyil bura ama Elnur belə hara qədər davam edəcəksiz hə?
Elnur:bilmirəm Rəsul helə bu gecəni keçirək burda səhər bir şeylər düşünəcəm yəqinki burdan gedərik yoxsa mümkün deyil.
Rəsul:Elnur polisə şikayət etsin ayrılsın ondan sonra rahat yaşıyın ömrünüzün sonuna kimi qaçdı qovdu yaşaya bilmərsizki
Elnur-Rəsul vallah bu dəqiqə nə edəcəyimi bilmirəm...
Rəsul:yaxşı İnşallah heç kəsə bir şey olmadan həll edə bilərsən(cibindən açarları çıxararaq Elnura uzadır və Elnurla görüşür
Elnur:sən əsl dostsan dostdanda əlavə qardaşsan çox sağol
Rəsul bu yaxşılığını heç vaxt unutmuyacam.....
Elnurla Rəsul birlikdə maşının yanına gəlirlər Elnur qapını açaraq Laləyə düşməsini deyir Rəsul Lalə ilə salamlaşıb və maşına minərək ordan uzaqlaşır Elnurun dediyi kimi restoranın önünə qoyacaqdı..
Elnur Lalənin əlindən tutaraq içəri gedirlər....
Əli yavaş yavaş özünə gəlirdi gözlərini sıxaraq ağrı ilə özünə gəlir Əli ilə alnını tutur və qanadığını görür ayağa qalxaraq güzgünün önünə gəlir üzünə baxır üzü gözü pis halda idi....birdən yuxudan ayılır sanki Lalənin evdə olmadığının fərqinə varır tez otaqları gəzir Lalə heç yerdə yox idi Əli dəliyə dönmüşdü:Siz bitdiz sizin 2nizide öldürmək mənə artıq borc oldu
Lalə pəncərinin önündə durmuş düşünürdü Elnur içəridən su gətirərək Laləyə verir onun çox həyəcanlı olduğunu bilirdi əlindən gəldikcə onu sakitləşdirməyə çalışırdı:Lalə daha sakitlş hər şey yaxşı olacaq inan mənə bax artıq bir yola çıxmışıq və mən sənə söz verirəmki bu yolun sonuna kimi sənin yanında olacam nə olur olsun
Əli gecə ilə çıxmış restorana gedərək Elnurun harda olduğunu öyrənmək istəyirdi artıq gözünü qan bürümüşdü,evdən çıxarkən özü ilə bıçaqda götürmüşduü..beynində sadəcə onları öldürmək idi restorana gedib Elnurun orda olmadığını öyrənir dəli kimi kimdən gəldi Elnuru soruşurdu....
Gecə boyu Lalədə Elnurda yatmamışdılar Elnur Laləyə necə dəfə yuxarıda yatmağını təklif etsədə Lalə qəbul etməmişdi...
Yavaş yavaş zülmət gecə yerini aydın səhərə verirdi Elnur divanda səhərə yaxın yuxuya getmişdi artıq ayılırdı ayılınca otağa baxır Lalə yox idi tez ayağa durur Lalənin getdiyini düşünür tez evdən çıxır qapıya tərəf getmək istədiyində Lalənin həyətdə oturduğunu görür dərin bir -ah..çəkərək Lalənin yanına gəlir:Lalə məni qorxutdun elə bildim getmisən
Lalə:Elnur mən düzgün etmədim mən Əliyə xəyanət etdim o haqlı çıxdı ,ama mən onun dediyi kimi bir şey etməmişəm
Elnur-Lalə sən heç kimə xəyanət etməmisən niyə belə düşünürsən (yanına oturaraq)-bax Lalə sən Əliyə xəyanət etməmisən mənimlə bir yerdəsən ama sən mənim deyilsən sadəcə Əlidən ayrıla bilmirdən mən sənə kömək etdim sənə ondan qurtulmağına görə kömək etdimsə bu sənin mənimlə bir əlaqən olduğun demək deyil başa düşürsən sən Əlidən ayrılırsan ona xəyanət eləmirsən sadəcə bu ayrılıq zorla olur ona görədə Əli bunu həzm edə bilmiyib sənə o sözləri deyir sən heç vaxt bunu düşünmə mən səni sevirəm hə ama bu sənin Əliyə xəyanətin demək deyil sən mənə bugünə kimi bir addımda olsun atmamısan əyər xəyanət etmək fikrin olsaydı dəfələrlə əlində imkan olub ama etməmisən sən həmişə ona sadiq olmusan ama o sənin qədrini bilmiyib və sən ömrün boyu onun yanında həyatını məhv etməli deyildin xahiş edirəm özünə daha çox əzab vermə əgər mən sənin yanındayam deyə belə düşünürsənsə mən sən istəmədikcə sənə heçnəyi məcbur etmərəm sadəcə köməy etmək istiyirəm səni bu əzabdan qurtarmaq istəyirəm bu işdən bir çıxış yolu tapaq sonra həyatına necə istəsən elədə davam edərsən mənə əsas sənin yaxşı olmağındı yaxşı..Lalə heçnə demədən onun üzünə gülümsünür...
Əli səhərə kimi axtarsada Elnuru heç yerdə tapa bilmir nəhayət Elnurun evinə getməyə qərara alır və taksiyə minərək Şahin bəyin evinə gedir..
Şahin bəylə Azadə xanımda narahat idi Elnur səhər evdə yox idi bugün o getməli idi ama belə sağollaşmadan çıxıb getməz deyə düşünürdülər həmdə evdən heç nə götürməmişdi onlar evdə Elnurun harda olduğunu düşünərkən qapının zəngi çalınır köməkçi qapını açınca Əli salamsız falan bir baş içəri girir.
Şahin bəylə Azadə xanım Əlinin belə halda içəri girdiyini görüncə ayağa qalxırlar və nə baş verdiyini anlamadan Əliyə baxırlar

Ardı var..
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri