Susqun (Bölüm 7)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 4 737
Səs ver:
(səs: 2)
-Ana yalvarıram etmə bunu...
-Kəs səsini! Sən bilməzsən belə şeyləri. Öz ailən olanda başa düşərsən.
Firuzə gözündən axan yaşları əlinin tərsiylə silib, güclə pıçıldadı:
-Ana yazıqdı, eləmə.
Alagöz xanım qəzəblə qızının biləyini tutub, incidəcək dərəcə də sıxıb hökmlə dedi:
-Bunu bir adama desən, öldürərəm səni!
Firuzə anasına sanki dəhşətli bir məxluq imiş kimi baxıb, təəssüflə başını yellədi.Axşam xörəyi çəkən Alagöz xanım, Bənövşənin boşqabını qabağına çəkib dərman qutusunu əlinə aldı. Öz-özünə:
-Hə, Şəhla nə demişdi. "Biri qarşısını alır", onda 10-u olanı yox eləyər-deyə pıçıldayıb, əlinə aldığı həbləri əzib yeməyə qarışdırdı...
Səhər Bənövşə həyəti süpürərkən, qarnında birdən yaranan güclü ağrıdan gözləri qarardı. Biraz dayanıb ağrının keçməsini gözləsədə, ağrı keçmək bilmirdi. Artıq dözə bilməyəcəyini anlayıb, evə girmək istəyirdiki çöl qapısı döyüldü. Güclə gedib əl qapısını açdıqda, qarşısında olduqca həyacanlı görünən qonşuları Südabə müəlliməni gördü. Nəsə anlamış kimi təlaşla soruşdu:
-Müəllimə nə olub? Niyə bu vəziyyətdəsiz?
-Qızım anan...ananın halı pisdi.
Bənövşənin anası illərdiki xəstəydi, lakin Südabə müəllimə bunu demək üçün gəlmişdisə, deməli vəziyyət daha ciddi idi. Bənövşə ağlına gələn qorxunc fikirlərdən qurtulmaq istəyirmiş kimi qaçaraq evə girdi. (müəllif: Cəmilə Məmmədli) Masanın arxasında oturub çay içən Alagöz xanımı görüb, həyacandan titrəyərək dedi:
-Xala, anamın vəziyyəti pisdi. Yanına getmək istəyirəm...
Alagöz xanım əlindəki fincanı qəzəblə masaya qoyub, az qala bağıraraq dedi:
-Sən heç yerə getməyəsən! Gəldiyin heç bir ay deyil, indidən bəhanə düzəldirsən anan evinə getmək üçün?!
Bənövşə gözlərindən axan yaşları dayandıra bilməyib, yazıq-yazıq qaynanasına baxdı. Lakin baxdığı gözlər eynən atasınınkı kimi soyuq idi... Birdən cəsarətlənib:
-Bağışlayın, amma mən getməliyəm.-deyib cəld həyətə düşüb evlərinə tərəf qaçmağa başladı...

Alagöz xanım Bənövşənin ona qulaq asmayıb getməsindən sevinib, böyük zövqlə çayından bir qurtum içdi. Gülümsəyib, öz-özünə pıçıldadı:
-Ağılsız qız. Əlimə gözəl fürsət verdin.

Axşam Alagöz xanım həyacanla oğlunun gəlməsini gözləyirdi. Pencərədən onun gəldiyini görüb, ustalıqla üzünə təlaşlı bir ifadə verib, oğlunu qapıda qarşıladı:
-Murad, oğlum yaxşıki gəldin. Gəlin səhərdən itib, harda olduğunu bilmirik.
Murad anasının təlaşından həyacanlansada, özünü toplayıb soruşdu:
-Bənövşə itib? Ana nə danışırsan, iynədi itsin?
ßölüm 8"Susqun…”
-Bənövşə itib? Ana nə danışırsan, iynədi itsin?
Alagöz xanım yalandan kövrəlib:
-Oğlum, günaha girmək istəmirəm, amma qızıllar...qızıllar da itib-deyib başını aşağı saldı.
Murad anasının nə demək istədiyini anlayıb:
-Nə demək istəyirsən ana? Evi axtarın, bir yerdə gizlətmisiz yəqin.
-Oğlum dünən baxmışdım. Yəni o qədər huşsuz oldumki, dünən qoyduğum yer yadımdan çıxdı?
Murad çarəsizcə əlləriylə başını tutub pıçıldadı:
-Bilmirəm...bilmirəm.
Alagöz xanım oğluna yaxınlaşı, süni kədərlə dedi:
-Oğlum, dilim-ağzım qurusun, demirəmki o eləyib. Amma o qızı heç tanımırıq, atasınıdaki bütün kənd pisləyir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri