Susqun (Bölüm 8)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 4 567
Səs ver:
(səs: 2)
Südnən gələn, sümüklə çıxar. Yəqin qızılları aparıb atasına. Oğlum özün bilərsən, əli əyri arvad istəyirsənsə qəbul et. Amma adımızı batıracaq o qız. Mən heç nə demirəm, sən qərar ver.
Şübhə qanına, ruhuna damla-damla işləyən zəhər kimidir. Artıq bu "zəhər" Muradın qəlbinə çatmışdı, bunun qurtuluşu yox idi...
Bənövşə Südabə müəlliməni gözləmədən, qaçaraq gedirdi evinə. Qapının ağzında atasının kədərlə çökdüyünü görüb, gecikdiyini anladı. Göz yaşlarına boğularaq içəri keçdikdə, anasının cansız bədəninin, üstündə ağ örtüklə yerdə uzandığını gördü. "Ana"-deyə hayqırıb dizləri üstə çökdü. Saatlarca səssizcə ağladı... Nə anasını çağırdı, nə də ağılar dedi. Sadəcə ağladı illərcə əziyyətini çəkən anasının ölümünə. Çünki örtüyün altından çıxan qolunu, o qoldaki göyərtiləri görmüşdü. Təsəllisi var idi-anası zalım atasından çox uzaqda, daha gözəl bir yerdə idi... Artıq axşam olurdu, Südabə müəllimə hələ də dayanmadan ağlayan Bənövşəni qolundan tutaraq ayağa qaldırıb dedi:
-Qızım bilirəm ağır dərdi, amma sən evə getməlisən. Evdə ərin, qaynanan səni gözləyir. Ailənə söz salma, mən həll edəcəm hər şeyi, sən get.
Bənövşə ağlamaqdan qızarmış gözlərini güclə açıb, müəlliməyə baxdı. Haqqlı olduğunu bilirdi, "yaxşı" mənasında başını yelləyib ayağa qalxdı. Halsız halda yeni evinə tərəf getdi. Əslində anasının yanında qalmaq istəyirdi, amma Muradın enli sinəsinə sığınıb ağlamağa, onun təsəllisinə möhtac olduğunu hiss edirdi. Amma rahatlıq tapmaq üçün getdiyi evdə, fırtına öncəsi səssizlik var idi. Hər şey Alagöz xanımın istədiyi kimi idi artıq...
Murad əsəbi şəkildə otaqda var-gəl edirdi. Bu günədək baş verən hər şey Bənövşənin günahkar olduğunu isbat edirdi sanki. Vasif bəy haqqında deyilənlər, evdə itən əşyaların Bənövşənin otağından tapılması... Saatlar geçdikcə Bənövşənin evə gəlməməsi, Muradın gərgin olan əsəblərini daha da tarıma çəkirdi. Sonunda həyət qapısının səsini eşidib, qəzəblə evdən çıxdı. Evə qalxmaq istəyən Bənövşənin qolundan tutub, az qala baxıraraq dedi:
-Hardasan sən?! Bu vaxtadək hardaydın?!
Bənövşə Muradın bu qəzəbindən biraz çəkinsədə, özünü toplayıb dedi:
-Mən evimdə...atamın evində.
Murad eşitdiyi cavabdan daha da əsəbləşib, Bənövşənin qolunu daha bərk sıxıb dedi:
-Deməli atan evindəydin?! De, hardadı qızıllar?! Hardadı!
Bənövşə heç nə anlamayıb, qorxub kəkələyərək:
-Nə...nə qızıl? Anlamıram...mənim anam...-deyirdiki, oğlunun əsəbi səsini eşidib, həyətə düşən Alagöz xanım planının məhv olacağından qorxub onun sözünü kəsdi:
-Xəstə ananı bəhanə edəsən?! Ona aparmısan hə qızılları?!
Bənövşə ona qəzəblə baxan Murad və Alagöz xanıma məsumca baxıb, nə baş verdiyini anlamağa çalışırdı. Bu gün yaşadığı itki, saatlarca ağlaması, bədənini saran ağrılar beynini dondurmuşdu sanki. (müəllif: Cəmilə Məmmədli) Nəyi isə anlamaq ümidi ilə az qala qışqıraraq soruşdu:
-Nə?! Axı nə olub?
Alagöz xanım yaxınlaşıb, Bənövşənin yaxasından tutub silkəyərək qışqırdı:
-Nə olacaq, öz evindən oğurluq etdiyini bilirik! Qızılları öz sümsük atana apardın hə?!
Bənövşə bir anlıq donu
qaldı. Ona oğru demişdilər... Bütün bunlara Muradın inanmaması ümidi ilə ona baxdı. Lakin Muradın ona sanki günahkar kimi baxmasını görəndə dünyası dağıldı sanki. Birdən günahsızlığın verdiyi casərətlə qışqırdı:
-Yalan! Yalandı, mən heç nə oğurlamamışam-deyib qaynanasının üzünə baxıb dəvam etdi:
-Niyə?! Niyə yalan deyirsiz? Niyə axı?!-deyib Alagöz xanımın qolundan tutub silkələdi. Birdən bir əl onun biləyindən tutub kənara çəkdi. Başını çevirdikdə Muradın ona qəzəblə baxıb, əlini qaldırdığını gördü.
Murad:
-Sən mənim anama yalançı deyirsən?!-deyib onu vurmaq üçün əlini qaldırdıqda, Bənövşə gözlərini yumub "ALLAHım yox..."-deyə pıçıldaya bildi sadəcə...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 567
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri