Susqun (Bölüm 10)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 5 075
Səs ver:
(səs: 2)
Bənövşə bütün gecəni gözlərini bir nöqtəyə dikmişdi. Südabə müəllimənin bütün cəhdlərinə baxmayaraq bir kəlmə belə danışmamışdı. Ancaq susurdu, heç ağlamırdıda.
Südabə müəllimə anasının hüzürünü öz evində verirdi. Evə gəlib, oturan qadınlar ona baxıb öz aralarında pıçıldaşırdılar. Alagöz xanım hər kəsə
Bənövşənin evindən oğurluq etdiyini, buna görə qovulduğunu demişdi. Hər kəsdə sorğu-sualsız ona inanmışdı.(müəllif: Cəmilə Məmmədli) İndi Südabə müəllimədən çəkinsələr belə, yenə də Bənövşəyə kinayə ilə baxıb, öz aralarında pıçıldaşırdılar.
ßölüm 10 "Susqun…”

Bənövşənin evindən oğurluq etdiyini, buna görə qovulduğunu demişdi. Hər kəsdə sorğu-sualsız ona inanmışdı.(müəllif: Cəmilə Məmmədli) İndi Südabə müəllimədən çəkinsələr belə, yenə də Bənövşəyə kinayə ilə baxıb, öz aralarında pıçıldaşırdılar.Bənövşə onun haqqında deyilən sözləri eşitmirdi. Bu qeybətcil qadınların səsi ona bir uğultu kimi gəlirdi. Birdən bu uğultu kəsilsədə, Bənövşə bunada fikir vermədi. Bu an kimsə Bənövşəni qucaqlayıb, "bacı, bacım!"-deyə hayqırıb ağlamağa başladı. Sanki yuxudan ayılmış kimi diksindi Bənövşə. Onu qucaqlayıb, ağlayan qadına fikir verdikdə onu heç vaxt görmədiyini anladı. Əslində bu qadın heç buraların adamına oxşamırdı. Boyalı olduğu bilinən sarı saçlarından, qara olsada qısa olan geyimindən şəhər adamı olduğu bilinirdi. Onu ən çox təəccübləndirən isə qadının "bacı"-deyib ağlaması idi. Sonunda Südabə müəllimə Bənövşəyə baxıb dedi:
-O sənin xalandı qızım. Bakıda yaşayır.
Bənövşə xalasının olduğunu bilmirdi, yenə də heç nə anlamayıb, vecsizcə çiynini çəkib ruhsuz kimi bir nöqtəyə başladı.
Axşam artıq hamı dağılmışdı. Xalası ilə Südabə müəllimə anasının məzarına gedib-gəlmişdilər. Onu da özləri ilə aparmaq üçün cəhd etsələrdə, Bənövşə heç tərpənmədən eyni nöqtəyə baxmağa dəvam edirdi. İndidə xalası onun saçlarını sığallayıb dedi:
-Qızım, sən mənə bacımın mirasısan. Bağışla, vaxtında gəlib sənə, bacıma sahib çıxa bilmədim. Südabə mənə hər şeyi danışdı. Bacımla mənim taleyim həmişə qara olub, bu sənə də keçib deyəsən. Amma mən imkan vermərəmki sən də bizim kimi bədbəxt olasan. Səni özümlə aparacam, xoşbəxtliyin üçün əlimdən gələni edəcəm.
Bənövşə üzünü çevirib xalasına baxıb dedi:
-Yox...istəmirəm.
Xalası yenə nəsə demək istəyirdiki, Südabə müəllimə onu dayandırıb dedi:
-İndi o düzgün düşünə bilmir. Sən bu gecə qal, sabah danışarsız.

Artıq gecə olmuşdu. Südabə müəllimə və xalası yatmışdı. Bənövşə isə dünəndən düşündüyünü etmək üçün yatmamışdı. Gecə 3də ayağa qalxıb sakitcə mətbəxə tərəf getdi. Masanın üzərindəki bıcağa biraz baxsada, bu fikirdən vaz keçib,
qapıya tərəf getdi. Başqa vaxt gecə çölə çıxmağa qorxan Bənövşə, indi hissizcə kəndin aşağısına tərəf gedirdi. Kəndə qulaq batıran səssizlik çökmüşdü. Nə gecə quşları oxuyurdu, nə bir heyvan səs salırdı. Sanki Ay belə Bənövşənin öz məqsədinə çatması üçün yolunu işıqlandırırdı. Sonunda istədiyi yerə çatdı. Bir addım qabaqda dərin yarğan vardı. Bənövşə gecənin qaranlığında dibi görünməyən yarğana baxıb, bir addım daha atdı. Ayağının altında torpaq ovulub, yarğanın dibinə tökülərkən öz-özünə pıçıldadı:
-Niyə yaşayım...kimim qaldı mənim...Daha çox..
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri