Susqun (Bölüm 17)

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 5 385
Səs ver:
(səs: 3)
Mağardan çıxanda Alagöz xanım Bənövşənin gülümsədiyini görüb qəzəblə üstünə cumdu:
-Bunu...bunu sən eləmisən?! Necə elədiyini bilmirəm, amma bunun əvəzini səndən çıxacam! Öldürəcəm səni...
Polis işçiləri güclə Alagöz xanımı Bənövşədən ayırıb apardılar. Məclis artıq yavaş-yavaş dağılırdı. Bənövşə də getmək istəyirdiki, bir əl qolunu sıxıb özüylə çəkdi. Başını qaldırdıqda bunun Murad olduğunu görüb, itaətkarlıqla arxasıyca getdi.

Murad Bənövşəni evin arxasına çəkib, dayanıb gözünə baxdı. Bayaqdan güclə saxladığı qəzəblə qışqırdı:
-Sən etdin bunu?! Sən şikayət eləmisən?!
Bənövşə özünə əminliklə dedi:
-Hə, mən eləmişəm. Səndən fərqli olaraq, ürəyim dözmədi o qızında həyatının mənim kimi məhv olmasına!
Murad biraz tutulsada, qəzəblə dedi:
-Səni tanıya bilmirəm! Sən kimsən axı? Nə oldu mənim Bənövşəmə? Doğma anamı polisə verən qız mənim balacam ola bilməz!
Bənövşə bu sözlərdən kövrəlib, Muradın əlindən tutub çəkərək dedi:
-Gəl! Mən göstərəcəm hardadı o Bənövşən...

Bənövşə Muradı
əlindən tutub aparırdı. 4 il əvvəl getdiyi yola atdığı hər addımda olanları yenidən yaşayırdı sanki. Susurdular... Susurdular, çünki Bənövşə də 4 il əvvəl susurdu bu yolu gedərkən. Sonunda Bənövşə dayandı. Murad yol boyu səssizcə Bənövşəyə baxıb, onu çəkib aparmasına icazə verdiyi üçün, ani dayanmağa müvazinətini saxlaya bilməyib 1-2 addım səndələdi. Özünü topladıqda 1 addım qabaqda dərin yarğanın olduğunu görüb, sual dolu gözlərlə Bənövşəyə baxdı. Bənövşə isə yarğanın dibinə hipnoz olmuş kimi baxırdı. Köhnə xatirələr, ağrılar, göz yaşları, döyülməsi, dağılan ailəsi, itirdiyi...daha doğrusu əlindən alınan körpəsi və onun bütün bunlara susması...susması...susqunluğu! Bütün bunlar onu məhv etmək üçün beyninə, ürəyinə hücum edirdi sanki... Gözündən axan bir damla yaşla özünə gəlib Murada baxdı. İçini parçalayan qəzəblə:
-O Bənövşən burdadı!-qışqırıb əliylə yarğanı göstərdi.
-O burdadı, bu yarğanın dibindədi! 4 il əvvəl anası ölən, ər evindən, ata evindən qovulan qız, bu
həyatda başqa heç kimi qalmadığı üçün gecənin bir yarısı gəldi bu yerə. Baxdı bu yarğanın qaranlıq dibinə! Həyatı haqqında heç vaxt söz haqqı olmayan qız, heç olmasa ölümünü özü seçmək istədi!
Bənövşə Murada daha da yaxınlaşıb, gözlərinə baxaraq:
-Bəs sən...sən hardaydın?! Söz vermişdin! Söz vermişdin onu əsla heç kəsin incitməyinə icazə verməyəcəkdin! Amma ən çox sən incitdin... De! Hardaydın?!-deyib Muradın sinəsini yumruqladı. Muradın onu saxlamamasıni görüb, sakitləşərək köksünə sığındı. Göz yaşları içində pıçıldadı:
-Yox idin...heç kəs yox idi... Hamının gözündə tək günahkar mən idim. Nə olduğunu soruşmadılar...sən də soruşmadın. Nə günahım var idi axı mənim? Tək günahı susmaq idi. Susmalıydım...mənə belə öyrətmişdilər. Ağıllı, yaxşı qız həmişə susmalı idi axı...

Murad eşitdiklərinin şokundan yavaş-yavaş çıxıb, köksünə sığınmış Bənövşəni qucaqlamaq istədi. Lakin bunu hiss edən Bənövşə, onu bütün gücü ilə itələyib dedi:
-Artıq o Bənövşə yoxdu! Ölüb! Özünü atıb bu yarğana!
Əgər orda olub, onu xilas etsəydin yaşayardı hələ də.. Amma artıq gecdi! Mən o deyiləm. Mən başqasıyam, məni incidən hər kəsdən intiqam alan biriyəm. Əgər o Bənövşəni axtarırsansa, cəsarətin çatsın, sən də özünü at bu yarğana...
Bənövşə sözlərini bitirib, son dəfə gözlərinə baxaraq Muradı orda qoyub getdi...

Murad eşitdiklərindən donub qaldı. Ancaq Bənövşə danışmışdı. O heç nə deməmişdi, daha doğrusu deyə bilməmişdi. Nə deyə bilərdiki?
Bənövşə getdikdən sonra, yarğanın kənarında diz üstə çöküb pıçıldadı:
-Haqqlısan... Mən qoruya bilmədim səni, sözümün üstündə durmadım. Necə edəydim axı? Anam...doğma anam mənimdə həyatımı məhv etdi. İndi isə hər şey bitdi. Nə sən anamın etdiklərin bağışlaya bilməzsən, nə də mən anama elədiyini bağışlaya bilmərəm. Artıq istəsəmdə mənim Bənövşəm ola bilməzsən balaca...

POLİS ŞÖBƏSİ:
-Məni niyə burda saxlayırsız? Hansı qanun kitabında yazılıb ki, toy eliyən birini tutmaq olar? Sizin işiniz oğru, başkəsən tutmaq deyil?!
Polis rəisi bayaqdan heç susmayan Alagöz
xanıma baxıb düşünürdü: "nə həyasız arvaddı. Əmir yuxarıdan gəlməsəydi, çoxdan atardım bayıra bunu, ya da həpsə". Amma düşündüklərinin əksinə üzünə süni təbəssüm yerləşdirib dedi:
-Xanım xahiş edirəm sakitləşin. Sizin etdiyiniz iş cinayət məsuliyyəti daşıyır. Az yaşlıların evlənməsi Azərbaycan qanununlarına görə, qəti qadağandır.
-Rəis nə azyaşlısı? 16yaş azdı bəyəm? Mən ərə gedəndə 15 yaşındaydım.
-Xanım rəsmi sənədlərə görə qızın elə 15 yaşı var. Həm 18 yaşından aşağılar evlənə bilməz.
Alagöz xanım çıxılmaz vəziyyətdə qalmışdı. Neçə saatdır şöbədən çıxmağa çalışırdı. Oğlunu gəldikləri ilk andan nəzarətxanaya atmışdılar, onu isə qadın olduğu üçün rəisin otağında saxlayırdılar. Otağın solğun rəngli divarları və boğuq havası onu sıxırdı. Tək istəyi burdan çıxmaq idi. Lakin nə qədər danışsada, hətda gah üstü örtülü, gah da açıq olaraq rüşvət də təklif etmişdi. Amma rəis hər dəfəsində onu dayandırırdı və əmrin yuxarıdan olduğuna işarə edirdi.
Alagöz xanım ən birinci bunun
Bənövşənin işi olduğunu düşünsədə, artıq bu fikrinin doğru olmadığını düşünməyə başlayırdı. Axı atasız, anasız adi bir müəllimənin yuxarıdakılarla nə əlaqəsi ola bilərdiki? Unudurdu, unudurdu Bənövşənin xalasını-nazirlikdə işləyən Nailə xanımı...

Bənövşə göz yaşları içində evinə gedərkən telefonuna zəng gəldi. Bilincsizcə götürüb, cavab verdi:
-Alo...
-Salam qızım, necəsən?
-Yaxşıyam xala. Çox sağ ol, hər şey əla oldu.
-Sevindim. Amma qızım onu çox saxlatdıra bilmərəm. Elə də böyük vəzifəm yoxdu axı.
-Eybi yox xala. 1-2 saata buraxdır. Bu qədəri ona bəsdi hələki...

Rəis telefon danışığını sonlandırıb, süni təbəssümlə Alagöz xanıma baxıb dedi:
-Siz azadsız Alagöz xanım, amma oğlunuz bu gecə burda qalmalı olacaq. Amma xəbardarlıq edirəm, o toyu unudun. Birdəki kimi incitmisiz bilmirəm, amma o adamdan uzaq dursaz yaxşıdır.
Alagöz xanım şöbədən çıxanda pıçıldadı:
-O adamı sonra taparam, çünki indi tək məqsədim Bənövşəni oğlumdan uzaqlara göndərməkdi...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri