Susqun (Bölüm 19)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 7 099
Səs ver:
(səs: 4)

Amma sən bunları heç vaxt anlamadın balaca...Balacam...
Muradın ona bu qədər yaxın olması...hələ dediyi sözlər nəfəsini kəsmişdi sanki Bənövşənin. Nə danışa, nə də tərpənə bilmirdi. Sadəcə tutulub qalmışdı onun gözlərində. O da bu sözləri, hətda bundan daha gözəl sözləri demək istəyərdi Murada...amma...
Murad bayaqdan bir cavab gözlərmiş kimi Bənövşəyə baxsada, birdən gözü yarı açıq qalmış qapıya sataşdı. Elə o an bədənini qəzəb sardı. Bayaqdan mehribanlılıqla baxan gözləri, indi od saçırdı sanki. Çünki qapının ağzındaki ayaqqabıları görmüşdü. Onları özü bacısına almışdı...

Bənövşə Muradın qəzəblə evə baxdığını görüb, arxaya çevrildi. Onunda gözünə ilk sataşan şey ayaqqabılar idi və qeyri-iradi bir təlaşla qapını örtmək istəyirdiki, Murad qolundan tutub qışqırdı:
-Firuzə burdadı hə?! Cavab ver!
Bənövşə qorxu qarışıq həyacanla əsirdi. Muradı ən son belə qəzəbli 4 il əvvəl görmüşdü. Yenə eyni şeyləri yaşayacağından elə qorxurduki... Güclə özünü toplayıb pıçıldadı:
-Burdadı.
Murad bu sözdən sonra evə girmək istəyirdiki Bənövşə qabağını kəsdi. Bununla daha da qəzəblənən Murad:
-Çəkil!-deyə qışqırıb Bənövşəni itələməyə çalışdı. Amma Bənövşə inadına çəkilməyib dedi:
-Yox. Bir qulaq as Murad.
-Nəyə qulaq asım?! Sən necə bunu mənə demədin?! Niyə?!
-Sən olanları bilmirsən...
-Nəyi bilmirəm?! De! Bacımın burda olduğunu niyə demədin?! Bu da sənin intiqamının bir hissəsi idi?! Nəyin intiqamıdı axı bu?! Niyə ikimizi, bizi məhv edirsən?!
Bənövşə bu sualların qarşısında aciz qalmışdı. Özü belə hələ də qəbul etməzkən, necə deyəcəkdi olanları Murada... Bu düşüncələr onu məhv edərkən, Muradın çiynindən tutub silkələyərək dediyi sözlər ayıltdı onu:
-De! De, niyə belə oldun?! Nəyin intiqamın alırsan axı?!
Bənövşə dərindən nəfəs alıb, güclə eşidiləcək pıçıltıyla dedi:
-Körpəmizin...
-Nə?!
Bənövşə bütün gücünü toplayıb, illərdir içini qovuran qəzəblə qışqırdı:
-Körpəmizin! Ananın məndən, səndən, bizdən aldığı uşağın intiqamın alıram! Bir- iki dərmanla öldürdüyü uşağın intiqamın alıram! Heç hiss etmədiyim körpəmin intiqamın alıram! Səni, özümü, bizi məhv edirəm görmədiyimiz parçamızın intiqamı xətrinə!
Murad eşitdiklərindən heç nə anlamırmış kimi boş gözlərlə baxırdı Bənövşəyə. Əslində hər şeyi anlayırdı. Amma inanmaq...
-Nə...nə deyirsən sən? Bu nağılları niyə uydurursan?..inanmıram.
Murad inanmadığını təsdiqləmək üçün əliylə başını tutub, durmadan silkələyirdi. Elə bu vaxt Firuzə çölə çıxıb göz yaşları içində qardaşına baxdı. İçini yeyən vicdan əzabından qurtulmaq istərmişcəsinə dedi:
-Düz deyir. Mən...mən aldım o dərmanı. Bilmirdim...valla bilmirdim. Amma biləndə susdum. Qorxdum qardaş, qorxdum anamdan. Bağışla məni-deyib dizləri üstə çökdü hönkürərək...

Murad qarşısındaki 2 qadının ağlamasına təəccüblə baxırdı. Nə edəcəyini bilmirdi. Nə edə bilərdiki. Kişilər ağlamaz deyiblər...Murad bunu yaxşı bilirdi.
Heç nə demədən divara söykənib ağlayan Bənövşəni özünə çəkib bərk-bərk qucaqladı. Bənövşənin hönkürtlərindən, Muradın gözündən axan bir-iki damla görünmürdü...

Artıq sakitləşsələrdə, Murad hələ də Bənövşəni buraxmırdı. Sanki bir daha itirməkdən qorxurmuş kimi, onu özünə bərk sıxıb dayanmışdı. Bənövşə də ara-sıra hıçqırsada, başını Muradın sinəsinə qoyub onun qollarında olmaqdan xoşbəxt idi sanki.
Murad sonunda özünü toplayıb pıçıldadı:
-Mən nə edim? Nə edim axı. Öz doğma anama nə edim... Gedəcəm buralardan...
Bənövşə Muradın sözlərindən dəhşətə gəlib, ondan aralanıb üzünə baxdı:
-Hara?... Hara gedəsən? Niyə?...
Murad çarəsizliklə çiynini çəkib dedi:
-Getməkdən başqa çarəm yoxdu. Sənin tək yaşadıqlarını bildikdən sonra, sənin yanında ola bilmərəm. Səni tək qoyduğuma görə özümü əsla bağışlamayacam. Biraz daha qərarlı olsaydım, sənə inansaydım nə ailəmiz dağılardı, nə övladımızı itirərdik. Artıq buralarda qala bilmərəm. Burda qalsam ya anamı öldürməliyəm, ya özümü. Gedəcəm...həmişəlik gedəcəm. Bağışla məni balaca.
Bənövşə ruhsuz bədən kimi idi artıq. Tanıyırdı Muradı, dediyini edəcəyini bilirdi. Onu məhv edəndə bu idi.
Danışmaq, Murada "getmə"-deyə yalvarmaq keçirdi könlündən, amma faydasız olacağını bilirdi. Murad yaxınlaşıb Bənövşəni bərk-bərk qucaqladı, saçlarının ətrini acgözlüklə içinə çəkib, qulağına pıçıldadı:
-Səni sevirəm balacam...
Son dəfə Bənövşənin gözlərinə baxıb, alnından öpərək çevrilib getdi.
Atdığı hər addım xəncər olub Bənövşənin ürəyinə batırdı sanki. Murad maşını işə salıb, getdiyi anda gücü tükənmiş kimi yerə çökdü. İlk dəfə idi Murad ona "səni sevirəm" deyirdi və deyəsən bu son dəfə olacaqdı...

Murad qatarın pəncərəsindən ucsuz-bucaqsız çöllərə baxırdı. İki qardaşın xasiyyəti eyni olmasada, taleyi eyni olacaqdı deyəsən, çünki o da Rusiyaya gedirdi. Amma məqsədlər fərqli idi. O tüfeyli həyat üçün yox, öz həyatından, ailəsindən, özündən qaçmaq üçün gedirdi. Dünəni çox yaxşı xatırlayırdı. Maşını son sürət sürüb evə gəlmişdi. Anasının suallarına məhəl qoymadan pullarını, sənədlərini və bir-iki paltarını çantaya atmışdı. Bir tək evdən çıxanda, ayaq saxlayıb anasına baxmışdı.
-Mən hər şeyi bilirəm. Niyə öldürdün nəvəni?-demişdi.
Anasının:
-Sənin yaxşılığın üçün oğlum-cavabından sonra, kinayə ilə gülümsəyib demişdi:
-Yaxşılığım üçün ailəmi dağıtdın, körpəmi öldürdün. Sağ ol ana. İndi məni də itirdin, həmişəlik!
Son sözünü dedikdən sonra halı pisləşən anasına baxmadan getmişdi.
İndi saatlar qalırdı onu məhv edən bu yerlərdən həmişəlik getməsinə...

Hər şey başladığı yerdə bitər. Əgər nəsə başladığı yerdə bitmirsə, deməli dəvam edir......
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 7 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri