Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 14)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 693
Səs ver:
(səs: 1)
Birinci Dəftər
14


Adam məhəbbətin qədrini araya hicran düşəndə bilir. Bir həftədir dəli kimiyəm. Evə gəldimmi, otaqlarda vurnuxuram. Dəryanın yolunu gözləyirəm. Moskvaya rəssamların, heykəltəraşların  müşavirəsinə gedib.Hesabla gərək ya sabah, ya biri gün qayıtsın. Təyyarədən evən təki mənə zəng çalacaq. Yaxşı ki, bir yol telefonla danışmışıq… Amma məni nigaran qoyub. Əlcəklərini yadından çıxarıb aparmayıb. Bu səhər elə ona görə radioya qulaq asdım. O tərəflərdə möhkəm şaxtadır. Moskvanın qışını mən də görmüşəm… Mağazalardan əlcək tapmasa, barmaqları donacaq Dəryamın.  Srağagün telefonla soruşdum: "Oralar çox soyuqdur?” Cavab verdi: "Onu mən bilmərəm, Könül!” Xəbər aldım: "Niyə?”  Dedi: "Çünki məni sənin məhəbbətin isidir!..”
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri