Məcburiyyət (29-cu bölüm FİNAL)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 8 992
Səs ver:
(səs: 6)
Demək belə...
- Hə...belə..
- Yaxşı indi neyləyək?
- .....nn necə yəni?
- Sən...onu...yənii.
- Yyox... yox.. sevmirəm.. yox..
- Yaxşı... sakit... niyə coşdun belə?
- Coşmadım.
- Firuzə...sən hələ uşaqsan...sənin yetişməyinə çox var hələ
- Anlamadım.
- Saf qız. Sənin özündən xəbərin yoxdur. Onun adını çəknədə belə gözlərin yanır. Bu işıltını ilk dəfədir görürəm.
- Yox.. nə işıq.. heç nə yoxdur. O məni incitdi..
- Firuzə bəsdir.. özünü aldadıb ondan uzaq durmağa çalışırsan. Bunlar sadəc bəhanədir. Sən əminsən ki, o səni sevir, sən özün də onu.
- Əli dedim axı yox.
- Dinlə..mən səni yaxşı tanıyıram.
- Yox..
- Firuzə indi səni pəncərədən aşğaı atacam... sus dinlə.
- ....
- Sən onu sevmirsən hə.. sən ona dəlilər kimi aşiq olmusan.. nifrət yox hikkən var. Bütün bunlardan səni qopardıb apara bilmədiyindən ona hikkəlisən. Amma belə olmaz. Sizin qarşısınza əngəl olan mən deyiləm. elə sən özünsən.. beyninə yeritmə ki, ona nifrət edirsən. Çünki belə deyil.
- Əli..
- Sus, ağlama özü də. .mənə asan deyil bunları demək. Niyə deyirəm onu da bilmirəm. görünür səndən xoşum gəlmir səni sevməyə başlayıram ki, üzülməyini istəmirəm. kiminlə xoşbəxt olacaqsansa onunla görmək istəyirəm. Hə... edə bilərəm. Səni yanımda saxlaya bilərəm. Amma bu ancaq ikimizi də bədbəxt edəcək. Mən məni sevən qadın yanımda olsun istəyirəm, eləcə bədəni ilə mənə aid olan yox. Sənin ürəyin beynin Kənan deyə atarkən mən səni qollarım arasına ala bilmərəm. Heç sən də bunu edə bilmərsən. Az əvvəl ikimiz də gördük bunu. Hər an ona xəyanət edəcəyini düşünməklə yaşamaq yaxşıdır? O düşüncəylə yanındakı həyat yoldaşına xəyanət etmək yaxşıdır? Cavab ver. Bunu istəyirsən?
- .....
- Ağlama, cavab ver. Bunu istəyirsənsə mən yanındayam.. getmirəm.
- Əli...
- Istəmirsən. Çünki sən elə deyilsən. Mənə bax.. üzümə bax.. niyə razılaşdın buna.
- Atam...
- Nə atam? Atan məcbur etdi?
- Yox.. məcbur etmədi. Sadəcə çox istəyirdi...özün bilirsən. Mən kiməm, o məni necə böyüdüb.
- Hə nə olsun?
- O olsun ki, bütün bu yaxşılığın əvəzini sevgiyə qurban verə bilmərəm.
- Ay dəli.. camaat çöllərə düşüb aşiq olacağı insanı axtarır. Onun uğurnda canından keçmək üçün hər şeyi qurban vermək üçün zaman güdür sən deyirsən qurban vermərəm. Cavad bəy kimi insan var? O sənin bir gülüşün üçün dünyanı dağıdar lazım gəlsə. Mən onun dilindən sənə vurulmuşam. Yoxsa sənin kimi qara balaya baxan deyildim.
Firuzə Əlinin axırıncı sözünə gülüb gözünü yaşını silirdi..
- Ay sağol.. gül həmişəm. dediyim kimi bu mənə asan deyil.. Amma belə də yaşaya bilmərik.. hər şey burada dayansa yaxşıdır. Indi sən get onu tap. Danışın. Bəsdir artıq.. qoy nə edəcəksə etsin. Amma...eşidəm biləm səni incidib inan mənə sevgilini parçalayaram...
- Əli.... çox sağol... çox sağol...yaxşı ki varsan..
Firuzə Əlini boynunu qucaqlayaraq ağlamağa başladı.
- Yenə başladı da. Mən bilsəydim əvvəldən ki, sən belə sulu gözssən heç yaxın da durmazdım.
Firuzə onun sinəsinə yumuruq vuraraq gülməyə başladı. Əli də gülürdü, amma hiss olunurdu ki, kədərli təbəssümdür. Bu hər adamın işi deyildi. Sevdiyin qadını başqa birinə vermək. Amma öz xarakterinə və Firuzənin xasiyyətinə bələd idi. Firuzəni ağlında başqa biri varkən nə o onu çıxarda bilərdi, nə də firuzə çıxardardı... ən yaxşısı bu idi.
- Yaxşı.. vaxt itirmə. Mən atanla danışaram. Bizimkilərlə də.. sakitcə yola qoyarıq.
- Amma.. atangil.. yəni ortaqlıq..
- Ortaqlıq səninlə mənə görə deyildi. Biz sadəcə bəhanəydik. Atanla atam çox yaxşı dostdurlar. Biz də deyərik ki, bir birimizə uyğun olmadığımızı anladıq ayrılmağa qərar verdik.. inanmasalar deyərik ki, mən xəyanət etdim sən də bunu bağışlamırsan..
- Yox.. buna heç kəs inanmaz.
- Hə, mən xəyanət edəndə heç kəs bunu öyrənə bilməz.
- Dəli dəli danışma. Gələcək həyat yoldaşını o qədər sevəcəksən ki, bu ağlından belə keçməyəcək.
- Hə... gələcək həyat yoldaşım.. ..
Əlini sözü aramla deməsiylə hər ikisi yenə susdu.. Firuzə nə deyəcəyini bilmirdi.. tərəddüdlə cümləsinə başlamaq istəsə də sözlər ağzında düyünlənmişdi.
- Nəysə.. vaxt itirdik. Get artıq. Ya da gözlə mən səni aparım.
- Harada olduğunu bilmirəm axı..
- Hm...taparıq bir təhər.
- Haradan...
- Bunu da mənə burax bir zəhmət.

***

- Sinan..
- Hə...
- Bu oğlan heç yaxşı deyil..
- Keçəcək..
- Keçməyəcək. Sən də keçib ki, onda da keçsin.
- Başa düşmədim.
- Sinan səni dünyaya gətirən mənəm. məndən yaxşı xasiyyətinə bələd insan yoxdur. Sən sevəndə bir dəfə sevənlərdənsən. Oğlun da sənə bənzəyir. Bu yaşa qədər bu insan bir dəfə olsun sevgi nədir bilməyib. Indi daddığı bu duyğudan məhrum olur.
- Ana.. nə edə bilərik. Qız artıq başqa biri ilə nişanlanıb.
- Guya nişanlı olmasaydı razılıq verəcəkdin.
- .....
- Sinan səniləyəm.
- Nə istəyirsən.. neynim? Gedim Cavada deyim nişanı qaytar mən alacam oğluma qızını
- Pis fikir deyil.
- Ana! Özün məndən yaxşı bilirsən ki, bu iş olmaz
- Niyə? Gül kimi qızdır. Ağıllı tərbiyəli alicənab ailədən. Sən ki, belə birini axtarırdın. Özü də atası tanınmış iş adamı.
- Anası da həyat qadını...bunu da vurğulayaq
- İnci ondan fərqlənir səncə?
- Ana!
- Nədir adı gələndə hələ də əlin ayağın dolaşır.
- Ana bəsdir dedim.. elə bir şey yoxdur. İnci deyə birini tanımıram mən.
- Bu günkü kimi yadımdadır. O qızın əlini tutub gətirəndə evlənəcəm deyəndə əvvəl etriaz elədim. Amma sən xoşbəxt ol deyə susdum. Razılıq verdim. Sonra nə oldu?
- Görürsən.. demək ki, eyni səhvi Kənan qarşı etməyəcəyik..
- Yox.. əksinə ... mən o zaman da haqlıydım. Indi də haqlıyam.. Sən nə deyirsən de, lazım gəlsə özüm gedib Cavadla danışaram..
- Ana ora İrandır. Qıza qoyulan nişan elə asanlıqla qayıtmır. Özü də Firuzəni nişanladıqları ailə bilsən kimlərdəndir. O ailə üçün də bu rüsvayçılıqdır. Buna heç vaxt izn verməzlər. Həm Firuzə 5 il Türkiyəyə gələ bilməz.
- budur bəhanən? Kənan lazım gəlsə Firuzə üçün dünyanın o biri başına da gedər
- Nə isə.. boşuna xəyal qurma. Olmaz vəssalam.
- Sinan..
- ...
- Əgər Kənana mane olsan.....Ananı ölmüş bil... haqqımı hlal etmərəm sənə .
- Nə? Sən nə danışdığını bilirsən? Bir həyat qadınının qızına görə,
- Sinan.. danışığına diqqət et.. Kənan təkcə sənin oğlun deyil. Bunu unutma... bir daha da məni o qadını təhqir etmyə vadar etmə. Evin bağbanı ilə min hoqqadan çıxan qadında o küçədəkindən fərqlənmir.
- Ana!
- Elə bilirsən bilmirəm? Nə isə bu söhbəti açıb təzədən nəyisə sübut etmək niyyətində deyiləm. Kənana mane olma. Qoy sevgisinin arxası ilə getsin.
- O nişanlıdır? Başa düşürsən? Nişanlı..
- Hə, mən də əvvəl Kənandan vaz keçməsini istədim, amma o qız Kənanın qismətidir...sən də bunu başa düşmürsən......Kənan, oğlum? Səhər səhər hara getmişdin?
- Türkiyəyə qayıdıram... günün ikinci yarısına bilet alacağam. Məniml əgəlirsən ya atamla qayıdacaqsan?
- Necə yəni gedirəm? Bəs...
- Nənə, mənimlə gəlirsən ya necə?
- Kənan, bizə də bilet sifariş ver. Hamımız birlikdə qayıdarıq.
- Amma oğlum,
- Anan üstünə getmə. Qayıtmaq istəyirsə qərarına hörmətlə yanaşaq. Daha yaxşı bizimlə bir olar.
Kənan onların söhbətlərinə daha da dinləmədən biletlərini sifariş vermək üçün zəng vurdu. Danışğı bitirdikdən sonra yatağa uzanıb düşünməyə başladı. Bir ümid var idi içində ki, bəlkə Firuzə arxası ilə gələr. Bəlkə ondan vaz keçdiyini göstərməklə Firuzənin gizlətdiyi fuyğularını üzə vurmuş olar. Amma gəlməsə bir dəfəlik çıxacaqdı onun həyatından.sevdiyinə əmin idi, amma inadı, qüruru basdırırdı o sevgini. Kinlə baxan gözlərdə sevginiz sezmək çətinləşirdi. Firuzə isə hələ də Əlini yatağında oturmuş düşünürdü. Risk etmirdi.. qorxurdu.. Kənana güvənsə atasına qarşı çıxsa Əlini yarı yolda qoysa necə olacaq. Bütünü bunları necə yaşayacaq. Ya Kənan yenə eyni səhvi edərsə, ya atası bağışlamazssa onu, ya Əlinin ailəsinin adına da xələl gətirmiş olarsa.. Bütün bu yük ona həddən artıq çox idi. Əli isə bir iki yerə zəng vuraraq Kənanın yaşadığı evi tapmağa çalışırdı. Firuzə Fatma ilə oteldə görüşmüşdü deyə nə nömrəsini bilirdi nə yaşadığı yeri.. Əslində içdən içə Əlini həm onları tapmasını həm də tapmamasını istəyirdi. Qərarsızılıq hər zaman onun ən böyük düşməni idi.
- Firuzə
- Hə.
- Qalx gedirik?
Firuzənin ürəyi ağzında döyündü elə bil..
- tapdın?
- Gedək, yolda danışarıq.
Əli ilə tanımadığı yollardan keçən Firuzə naraht idi. Nə deyəcəkdi Kənana.. Mən gəldim.. bundan sonra birlikdə olacağıq ya nə? Həm sevincinin həddi hüdudu yox idi həm də qorxudan öləcək kimiydi. Əli Firuzənin narahatlığını hiss etdiyindən onun əlini tutub ehmalca gülümsədi.
- sakit ol.. Hər şey yaxşı olacaq
- atam... atama nə deyəcəyəm. Ya sənin ailən.
- Dddanışmışdıq bunu. Həm indi bunun zamanı deyil. Səni Kənanla bir araya gətirək qalanı asandır.
- Əli...
- Ay can...
- Mən qorxuram..
Əli maşını sağa çəkib saxladı. Firuzəyə tərəf dönərək onun üzünü ehmalca sığalladı..
- nədən Firuzə?
- Bilmirəm. Çox qərarsızam.. ya indi də o istəməzssə..
- Zənn etmirəm.
- Niyə bu qədər əminsən?
- Çünki sənin kimi inadçı ikinci adam yoxdur.
- Əli!
- Düz deyirəm.
- Yaxşı birdən yenə məni incitdi..
- Bunu yaşamasan bilməzssən.
- Amma...
- Firuzə.. kim zəmanıt verir ki, seçdiyimiz insanla ömrümüzün sonuna qədər xoşbəxt olacağıq. Heç kim bilmir nə necə olacaq. Amma hiss edirik.. Sən hiss et... düşünmə.. Ağlınla çox düşünsən ömrünün sonuna qədər tərəddüd içində qalacaqsan.
- Amma hisslərdə yanıldır.
- Hə... yanıldır. Məsələn mən...
- .....
- Bunu səni incitmək üçün demədim.
- Əsl mən səni incitdim.
- Yox.. hər şeyin bu başdan bəlli olmağı daha yaxşı oldu. Sonra daha da pis olardı hər şey. Bax onda doğrudan da incitmiş olardın. Nə isə.. sözüm odur ki, qorxma. Ürəkli ol. Artıq sadəcə özünü və onu düşün. Xəyalını qur birlikdə olmağınızın, xoşbəxt olmağınızın. Nə mən nə atan nə başqaları. Hamı onsuzda öz həyatını yaşayacaq. Necə lazımdırsa elə.. artıq bəsdir onları düşündün. Həm Kənan səni incitsə ondan ayrılsan mən səni alaram. Qorxma evlənməyəcəm səni gözləyərəm.
- Dəli..
- Vaxt itiririk gedək.
- Sənə nə qədər minnətdar olsam azdır.
- Minnətdar olma, xoşbəxt ol...
- Bir şey deyəcəyəm. Amma yalnış anlama
- De...nə oldu.. niyə güldün?
- Şey... Kənana aşiq olmasaydım sənə aşiq olardım. 100 faiz,. Bu qədər ideal olma.
- Oooo Firuzə xanım... eybi yox.. mən indi kənanı maşınla əzib keçərəm. Seçim qalmaz.
- Əli!
- Qormxa o saat yemədik Kənanını...
- Gedək...
- Aha.. deyəsən bir nəfər artıq səbirsizlənir
- Off yaxşı da..indi vaz keçəcəyəm..
- Yaxşı yaxşı susdum..
Əli Kənanın qaldığı evə yollansa da evdə heç kim olmadığı bəlli idi. Qapının zəngini basdılar amma heç kim çıxmadı. Kənar evdə olan bağban Əliyə onların getdiyini deyincə Firuzənin elə bil başçından qaynar su töküldü. Bağban haradasa 1 saat olar çıxdıqlarını dedi. Firuzəni məyus olduğunu görən Əli onun əlindən tutraq maşına tərəf sürüdü.
- tez ol. əşyalarla birlikdə çıxıblarsa demək ki, hava limanına gedirlər.
- Amerikada bir hava limanı var bəyəm. Nə bilək hansındadır.
- Bir yoxdur, amma hara getdiklərini bilmək asandır. Keç maşına.
Hava limanına çatmışdılar. Qaça qaça içəri keçdilər. Istanbul reysinin vaxtına baxanda artıq gecikdiklərini anladı. Təyyarə 10 dəqiqə olardı ki, qalxmışdı.
- Əli.. getdi.. bir dəfəlik...bir daha onu görməyəcəyəm.
- O saat bədbinliyə qapılma. Növbəti reyslə biz gedərik.
- Yox..
- Etiraz etmə.
- Yox, gedə bilmərəm. Olmaz.
- Niyə?
- Mənə...mənə qadağa var. 5 il Türkiyəyə ayaq basa bilmərəm.
- Niyə?
- Sənə deməmişəm.. Mən Türkiyədən deportasiya olundum. Miqrasiya xidməti tərəfindən.
- Oooo bu pis oldu... yenə dolma orada. Ölürsən ki, gözünü yaşını tökəsən.
- Şansımı itirdim. Öz günahımdır.
- Bir şey düşünərik.
- Nəyi düşünəcəyik.. ölkəyə girişim qadağandır. Adım qara siyahıdadır.
- Indi gedək.. bir az istirahətə ehtiyacımız var. Rahat beyinlə düşünək.

****

- Firuzə,
- Ata.
- Bir həftədir gəlmisən, amma hələ də uyğunlaşa bilmədin mühitə. Nə baş verir. Niyə belə gərginsən.
- Yox.. heç nə.
- əminsən?
- Hə.. şey..
- Nə
- Əli gələcək bir azdan.. çıxacağıq biz.
- Əlbəttə.. Əli ilə bu qədər yaxınlığınız məni sevindirir. Qorxurdum ki, ona öyrəşə bilmərsən
- ....
- Qızım.. bax bilmədiyim bir şey varsa denən mənə. Bilirsən ki, sənə qarşı həmişə anlayışlı olmuşam.
- Bilirəm.
- O zaman? Nədir səni belə narahat edən. Tikan üstündəsən elə bil.
- Əli gıldi.. mən gedim danışarıq.
- Qoy gəlsin mən də görüşüm..
- Tez çıxmalıyıq.
- Hara gedirsiniz ki, belə.
- Işimiz var..
- Nə işi
- Ata.. .sən belə sorğu suala tutmazdın.
- Firuzə..
- Əli, gəl oğlum.. üzünü görək.
- Salam Cavad bəy.
- Oğlum mənim bu qızımla nə iş çevirisiniz elə. Nə gizlədirsiniz.
- Narahat olmayın hər şey sadəcə onun xoşbxətliyi üçündür. Sizə laızm olan budur da elə deyil? Necə və hansı şəkildə olmağı yox.
- Əlbəttə.. amma başa düşmədim bu nə demək idi ki?
- Tezliklə biləcəksiniz.
Firuzə Əlini bir az daha qalsa hər şeyi açıb danışacağından ehtiyyatlanıb cəld sağollaşaraq onu zorla çölə çıxardı.
- dəlisən sən
- ancaq söhbəti açmışdım. Imkan vermədin.
- Indi yox. Hələ heç nə yoxdur ortada.. neynədin danışa bildin.
- Vallah çox yalvar yaxar etdim amma adını qara siyahıdan çıxarmırlar..
- .....
- Üzünü salladı yenə.
- Mən... bəlkə də bu onun üçündür ki, vaz keçim. Bütün yollar bağlanıb. Onu başqa ölkəyə ya da buraya çağıra da bilmərəm.
- Bu da variantdır, amma gərək üzbəüz görüşəsiniz..
- Necə görüşək. Görmürsən heç 3 günlük belə ölkəyə girməyə izn vermirlər.
- Hə, vermirlər. Dedilər ki, sevgisini etriaf etmək üçün 3 saat belə çoxdur.
- Əli, məzələnmə.. əhvalım yoxdur.
- Zarafat eləmirəm.
- .....necə yəni.
- Eee sən dostunu nə bilmişdin.
- Əli...ayyyyyyyyyy Əli çox sağol.. çox sağol...bir dənəsən.
Firuzə Əlini boynunu bərk qucaqlayaraq sıxmağa başladı.
- boğdun yavaş
- Əli... Əli səndən yoxdur. Səndən yoxdur!
- Boğdun dayan!
- Nə vaxt gedirəm? Bu gün olsun. Vaxt itirməyək.
- Dayan stop de. Indi gecdir. Sənə sadəcə 3 saat o ölkəyə daxil olmağa vaxt verdilər. Istisna mümkün olmur amma bəxtinə işlər düz gətirdi. Yolun vaxtını nəzərə al elə get ki, 3 saata Kənanı razı salasan. Yoxsa bilmirəm artıq.
- Sən gəlmirsən?
- Bura qədər səniləydim. Bundan sonrası sən özün həll et. Həm mən də burada bekar qalan deyiləm. Özümünkülərə və atana vəziyyəti izah etməliyəm.
- Yox.. o zaman birlikdə edək.
- Firuzə sən səhər gedirsən. Axşama qayıdırsan. Artıq sabah nə deyəcəyini düşün. Buradakılar mənim boynuma.
- Əli.. sənin borcundan necə çıxacağam. Hər şeyə görə sağol. Sən olmasaydın mən hələ də addım atmazdım.
- Boş şeydi. Bu gün mən sənə sabah sən mənə...elə belə yaxşılıq etmirəm ki.
- Anlamadım.
- Şey... sən get gəl danışarıq.
- Əli! Neynəmisən?
- Heç nə.. Sadəcə səndən əlimi üzmüşəm. Indi istəyirsən yalvar sənə dönüb vaxan deyiləm.
- Vay vay vay.. kimdir o bəxtəvər. Tanıyıram.
- Hə..
- Aaa ürəyim partlayacaq kimdir..
- Get gəl danışarıq dedim. Hələ ona da bəlli etməmiəm heç nə. Həm tanımıram. Sadəcə uzaqdan uzağa bəyəndim.
- Əli nolarr denənə vallah Türkiyəyə gedənə kimi çatlayaram...
- Partda orada demirəm.
- Əli!
- Biletini sabah sübh vaxtına aldım. insAllah tezdən orada olacaqsan. Amma unutma 3 saat sadəcə .yanında miqrasiyadan adamlar da olacaq. Vaxt tamam olan kim səni hava limanına aparacaqlar.
- Yaxşıaraya söz qatdın amma bu məsələ burada qalmadı.
- Girək evə çay içək. Getməyə ehtiyac qalmadı.
- Çıxmışıqda ta, girsəm atam sorğu suala başlayacaq yenə..
- Hm.. evdə heç kim yoxdur
- Hamı evdədir. Səlma Ayla oğlu atası bir də atam
- Onların toyları nə vaxtdır?
- Gələn aya.. ailə içi nigah olacaq. Sadəcə vətəndaşlıq məsələsini həll etmək üçün qalıblar. Uşaqları atam öz soyadına götürməlidir.
- Ayla Muhsin olur o zaman.
- Hə.. atamın soyadı.. o qədər yaxşı qızdır ki, təzə bitirir məktəbi atam onu xaricdə oxumağa göndərmək istəyir anasından ailəsindən ayrı düşməmək üçün getmir.
- Hara göndərir.
- Böyük ehtimal İsveçə..
- İsveç...uzaqmış....
- Hə.. sən niyə bu qədər maraqlandın.
- Soruşdum da burada nə var ki?
- Yoxsa?
- Yox elə şey yoxdur. Bir iki dəfə görmüşəm. Nə xoşum gələcək.
Firuzənin qəhqəhə atması ilə Əli üzünü tutdu..
- off özüm özümü ələ verdim həə?
- Hhhəə bir az elə oldu.. amma çox sevindim. əsas odur ki, özünə layiq birini tapmısan. Ayla qədər gözəl və xanım xatın bir qız tanımıram.
- Heç nə deməmişəm ona. Yəni bəlli etmədim.
- Məncə etriaz etməz. MaşAllah bir qızın arzulayacağı hər şey səndə var. Ən əsası çox yaxşı dost olmağı bacarırsan. O öküz Kənanda səndə olanların bir qramı yoxdur. Amma neyniyim könül bu ota da qonar Kənana da. Sən narahat olma gedim gəlim özüm danışaram.
- Yox.. sən idi elə danışdın ki, mən qorxuram. Paxıllıqdan qıza gedib pisləyərsən məni..
- Elə oldu! Indi görərsən. Özüm səninlə evlənirəm..
- Yox bu qədər ağır cəzanı qaldıra bilmərəm.
- Əli!
- Ha ha haaa yaxşı yaxşı ....nəysə gəl evə girək.
- Aaa buna görə evə girirsən sən. Ay səni çox bilmiş. Aylanı bayıra çıxmağa qoymayacağam.
- Indi mən də səni türkiyəyə qoymayım sən də bax.
- Vayy.. alçaqca şantaj haa..
- Eee həyatda hər şey qarşılıqlıdır.
- Yaxşı yaxşı gəl gedək. Amma atramın bütün suallarına cavab verəsi olacaqsan... sabah yoxa çıxmağıma da ad qoyaq məncə.
- Deyərik istirahətə gedirik. Bir az uzaqlaşırıq. Onu da götürərik özümüzlə..
- Hə, mütıləü.. götürək sonra məni yola sal bütün günü qızla tək qal hə..
- Çoxbilmişsən bilirəm amma başqa variantın varsa denən.
- Gəl keçək.. Allahın bəlasısanmış..
Firuzə ilə Əli içəri keçəndə getməkdən vaz keçdiklərini evdə olacaqlarını dedilər. Səlma və uşaqları da qonaq otağına gəlincə Əli elə hey gözaltı Aylaya baxırdı. Qoluna dəyən dirsəkdən diksindi.
- o hələki baldızın sayılır. Atama nə deyəcəksən. Görəcək indi.
- Mane olma xoşbəxtliyimə. Biletlərin əlimdədir.
- Şantajçı...
- Başqa neyniyim.
- O qız bilir ki mənim nişanlımsan, iki dünya bir araya gəlsə sənə baxmaz.
- Yaxşıdaaa..
- Bəs nə bilmişdin.
- Bunu həll etməliyəm.
- Ey hara...
- Cavad bəy.. sizinlə danışa bilərik mi?
- Əli yox..
- əlbəttə oğlum .. keçək otağıma..
Əli ilə Cavad heç 15 dəqiqə keçmədi ki, içəri keçdilər.
- Səlma, Əli oğlum sabah evin xanımlarını gəzməyə aparmaq istəyir. Firuzəyə görə icazəni mən verdim. Aylanın icazəsi də sənə düşür.
- Qızım, istəyirsənsə mən etriaz etmərəm.
- Mən.. bilmirəm ki...
Əli ilk dəfədir ki, Aylanın səsini aydın eşidirdi. Içi titrədi həmin anda. Yenə də qüoluna dəyən dirsəkdən diksindi.
- Firuzə bəsdir! Imkan ver.
- Sən də özünü toparla. Az qala qızın ağzına düşəcəksən.
- Bircə demə ki, qısqanırram.
- Ha ha çox gülməlidir. Atamla Səlma buradadır. Başa düşəcəklər indi..
- Düşüsünlərdə..
- Siz orada nə pıçıldaşırsınız?
- Biz heçç...!!
- Allah allah var sizdə bir hallar amma.. çıxacaq üzə.
- Ayla xanım məncə gəlin. Həm firuzə də darıxmaz..
- Niyə darıxır oğlum nişanlısı yanındadırda....
- Çox sağol Əli atdın məni oda....Yox ata o mənada demədi.. zarafat edir..
Səhəri artııq razılaşdırmışdılar. Süb çağı Ayla ilə Firuzə aşağı düşüb Əlini gözləməyə başladılar. Ayla Firuzənin pasprotunu sənədlərini yoxladığını görüncə təəcübünü gizlədə bilmədi.
- Firuzə? Hara gedirik ki? Mən də götürüm pasportumu..
- Ayy yox. Cann.. şey.. Ayla sənə bir şey deməliyəm.
- Nə?
- Bax bilirəm yalnış olacaq amma deməsəm də səni aldatmış olacağam..
- Nə olub axı..
- Əli.. Əlinin səndən çox xoşu gəlir.
- NƏ?! Bacı vallah mən heç nə eləməmişəm. O adam göz ucu belə baxmamışam. Mənim xəbərim yoxdur.
- Ay qız sakit ol. Bilirəm.
- Yox yox. Bu çox pis oldu. Mən... mən bir daha çıxmaram qarşısına.. Bağışla.. ayy neynəyəcəm mən.
- Ay qız dayan.. Biz Əli ilə ayrılmışıq. Yəni dostuq sadəcə... bacı qardaş kimi..
- Axı sizin toyunuz olacaq
- Yox olmayacaq. Amerikada olanda ayrılmışıq. Sadəcə hələ evdəkilərə deməmişəm. Əliylə yaxından uzaqdan əlaqəm yoxdur. Amma bir şey deyə bilərəm ki, əgər könlümdə başqsına sevgi duymasaydın onu sənə verməzdim əsla..
- Firuzə sən nə danışırsan.. mən ona.. o səni sevir... mümkün deyil. Həm mən heç vaxt o gözlə baxmamışam.
- Indi baxarsan.. Demək belə.. mən bu gün Türkiyəyə gedirəm. Axşama qayıdacağam. Bu müddətdə evdəkilər düşünəcək ki:, biz birlikdə istirahətdəyik. Amma sən Əliylə tək qalacaqsan.
- ....
- Yazıq qız şok dalınca şok yaşadı. Ayla eşdiirsən.
- Olmaz! Heç vaxt olmaz. Ayıbdıre nə deyərlər.
- Xahiş edirəm mənim xətrimə.
- Axı niyə?
- Çünki başqa birini sevirəm. Və bu gün onunla bir ömür boyu birlikdə olmaq üçün gedirəm. Daha doğrusu qayıdacağam, amma necə mən də bilmirəm. Sən sadəcə Əliyə şans ver. Mükəmməl insadır.
- Ay Allah.. nə deyəcəyimi bilmirəm. Çaşdım qaldım. Bu nə oyundur belə..
- Caann sən hələ balacasan.. Amma nə qədər ki, könlünü kimsə oğurlamayıb izn ver Əliyə. Inan mənə onun qədər ideal insan yoxdur. Özü də səni çox bəyənir. Özü dedi mənə. Utanma... caannn.
- Xanımlar..
- Əli xoş gəldin.
- Necəsən Ayla?
- Buna baxe artıq salamımı da almır.. narahat olma mən də yaxşıyam.
- Gələcəyimin düşmənisən..
- Çox sağol.. mən də şad oldum.. gedək. Gecikirəm təyyarəyə..
- Aylaya izah etdin vəziyyəti..
- Hə dedim hər şeyi.
- Ayla xanım narahat olmayın. Mən sizi tək darıxmağa qoymaram. Həm gəzərik.. buraları tanımış olarsınız. Sizinlə kiçik bir söhbətim olacaq.
- Əli,
- Nə? Dedim axı, hər şeyi dedim..
- Necə dedim..
- Necə var elə. Vaxt itiririk gedəkdə nə olar.
Əli də Ayla da utandı ani olaraq. Firuzə onların bu hallarına baxıb güldü.
- Ay vallah çox şirin görünürsünüz... əsl bir biriniz üçün yaradılmısınız.
- Firuzə xahiş edirəm.
- Ayla... sıxılma.. inan mənə bu oğlandan yoxdur.
- Bayaqdan səni öldürməyi düşünürdüm amma sözündən sonra vaz keçdim. Yaxşı ki. Səndən də yoxdur. İkincisinə tab gətirə bilməzdik.. yazıq Kənan,
- Kənan?
- Hə Ayla.. Kənan.. sənin tanıdğın kənan.. amma bir az da burada söhbət etsək artıq kənan mənan olmayacaq.
Hər üçü maşına əyləşib hava limanına getdilər. Firuzə həyəcandan tir tir əsirdi. Ayla onun əlini tutub sıxsa da həyəcanı keçmir əksinə elə bil bu saat yerə yıxılacaqdı.
- sənə yaxşı yol. Axşam reysin yazılıb biletdə. Burada qarşılayacağıq.
- Çox sağol hər şeyə görə.. Allah səni də xoşbəxt etsin.
- Get gəl danışarıq.
Firuzə təyyarəyə minib düşünməyə başladı. Kənana nə deyəcəyini necə edəcəyini. Kənanın onu yenidən qəbul edib etməyəcəyini.. Sinan bəy qarşı çıxsa neynəyəcəyini.. Düşündükcə batırdı.. artıq beyni donmuşdu. Başını bulayıb heç birini düşünməməyi sadəcə o anı yaşamğı xəyal etdi.

***

- kənan, bu gün işə getməyəcəksən?
- Yox..
- Neçə vaxtdır getmirsən. Atan əsəbiləşir.
- Atam əsəbiləşməyə yer axtarır onsuzda.
- Yaxşı onda çölə çıx hava al.
- Istəmirəm.
- Ay bala bir həftədir təzə gəlinlər kimi evə qaoanmısan..
- Nənə mane oluram? Evdən çıxıram bir dərd otururam başqa bir dərd,.
- Mane olmursan dəli oğlan. Sadəcə səni belə görmək istəmirəm. elə sevirdin gəlməzdin..
- Nənə qayıtma söhbətə.. bitdi.. mövzu bağlandı. Xahiş edirəm. izninlə televizora baxacam..
- Oldu.. aç bir qadın proqramına bax ta keçib. Offf offf...
Kənanın telefonu çalsa da açmadı. Ard arda şirkətdən gələn zəng atasındadır deyə düşündü və yaxın durmadı.
- açmayacaqsan telefonu?
- Yox.
- Çalır axı.
- Söndürə bilərsən.
- Mən açaram
- Açma nənə.....
- Alo...hə hə düz yığmısınız. Nə lazımdır. Istirahət edir....kim.....kim....ay bala bu nə danışır başa düşmürəm deyir şirkətdə bir işçi aləmi qatıb bir birinə...
- Mənə nə.. atam oradadır məşğul olsun. Şirkət işçilərinə baxmıram...
- Ay bala bu uşaq şirkət işçilərinə baxmır.
Kənan Fatmanın sözünü təkrar etməsinə gülümsündü.
- kənan, oğlum, bunun başı xarabdır.. necə işçilər yığmısınız ora.
- Nə deyir..
- Söndürdüm telefonu.. axmaqdıre.. deyir kimsə ayaq yolunu qarşısını kəsin deyir ki, Kənan bəyin tapşırığıdır təmizləməliyəm. sözünüz var ona deyin.
Kənan yerində donub qaldı. Bu səhnəni nə vaxtsa yaşdığını xatırladı.. Amma onun olma ehtimalı ola bilməzdi. Ona bu ölkəyə ayaq basmağa qadağan etmişdilər. Yenidən yerinə oturub TV yə baxdı. 1 saat keçmişdi, amma gələn zənglərin ardı arası kəsilmirdi. Kənan səssziə aldığından eşitmirdi. Amma fikri gələn zənfdə qalmışdı. Yenidən telefonu əlinə alanda saysız zəngləri görüb yığdı..
- alo .
- alo Kənan bəy. Kənan bəy bu dəlini çıxarda bilmirik buradan.. ancaq sizin əmrinizlə çıxa biləcəyini deyir.
- Mən tanımıram onu.. mühafizəyə deyin çıxartsınlar çölə..
- Xanım əlində süpürgəylə yaxınlaşana vurur..
- Xanım? Kimdir o xanım axı..
- Bilmirəm. Türk dilində də danışa bilmir.
- Yoxx.. ola bilməz..
Kənan şirkətə çatanda işıq sürəti ilə yuxarı qalxdı. Qarşında xalatda gördüyü qız tam təxmin etdiyi kimi Firuzənin özü didi.
- Firuzə?
- Düşündüm ki, yenə səni incitdiyim üçün cəza verəcəksən. Mən də indidən tədbirimi gördüm.
- Sən? Sən burada neyniursən?
- Kənan bağışla.. sənə inanmamaqda inad etdim.. bağışla...
- Nə? Sən bura necə gəldin. Necə bura keçdin.
- Mən elədim.
- Ata?
- Firuzə qızım işə müraciət etdi. Nə qədər desəm də gəlinimi xadimə kimi götürə bilmərəm amma dedi ki, ancaq Kənan istəsə xadiməlidən vaz keçəcək.
- Necə? Bu nədir? Mən yuxu görürəm...
- Firuzə xanım getməliyik.
- Hara? Nə baş verir burada biri mənə izah eləsin.
- Indi getməliyəm Kənan. Sadəcə 3 saat vaxtım var idi burada qalmağa. Bir də 5 il ayaq basa bilmərəm.
- Nə?
- Sadəcə bil ki, mən də səni sevirəm. həm də dünyada heç kimi sevmədiyim qədər.
- Firuzə xanım.
- Indi getməliyəm.
Kənan hələ olanların şokunda idi.
- oğlum nə gözləyirsən getsən qızla..
- ata..
- get get. Onsuz qala bilmirsən. Heç çəkilmirsən. Səni ipə sapa yığan odur elə.
- Siz..
- Hə mən Firuzə qızımdan üzürümü istədim. Indi sən də onu bağışla rahat getsin.
- Getsin?
Miqrasiyanın işçiləri Firuzənin qolundan tutub dartaraq aparmağa başladılar.
- Kənan səni sevirəm. Gözləyəcəyəm səni..
- Durun.. dayanın dedim..
- Olmaz. əgər indi getməsə həbsə ata bilərlər.
- Bir dəqiqə vaxt verin sadəcə .
Kənan Firuzəni onların əlindən alıb otağa saldı.
- sən neynirsən belə?
- Sadəcə başa düşdüm ki, sənsi sevirəm. ohhh rahatladım..indi rahat gedə bilərəm.
- Nə getməsi bu qədər asnadır. Ta irandan durub qadağan olunan ölkəyə gəlirsən səni sevirəm deyib təzədən gedirsən.
- Başqa çarəm yoxdur. 3 saatı belə güclə almışam. Sən də sağol da gəlmək bilmədin şirkətə. Qorxdum ki, görə bilməyəcəyəm səni.
Kənan firuzəni sözünü ağıznda qoyub onu qucaqlayaraq öpməyə başladı.
- sən dəlisən?
- Sənə oxşamışam da.
- Mən qoymasam getməyə onda necə.
- Həbsdə ziyarətimə gələrsən.
- O zaman mən də gəlirəm.
- Mənilmə gəlirsən?
- Bəs neynim 5 il gözləyə bilmərəm. Həm ailə qursaq soyadıma keçsən yəqin ki qadağa götürülər.
- Nə? Ailə?
- Hə Firuzə.. həyat yoldaşım ol istəyirəm. həm də dünyada hər şeydən daha çox.. həm də nə qədər tezdir o qədər.
Kənan Firuzənin əlini qaldırıb öpəndə barmağındakı üzüyü gördü. Qaşlartını çatıb Firuzəyə baxdı.
- Nə?
- Üzük?..hələ çıxmayıb baramqdan..
- Çıxartmaq fikrim də yoxdur. Xoşuma gəlir.
Kənan Firuzənin barmağını necə qatladısa Firuzə qışqırdı..
- Kənan incidirsən.
- Mənimlə oynamq xoşuna gəlir sənin. Necə yəni çıxartmıram...çıxart onu.. ver bura..
Firuzə var gücü ilə inad edirdi.
- Sənin taxdığın üzüyü sənin də çıxamrağına gücün çatmaz. Heç kimin gücü çatmaz. Ölərəm vermərəm.
- ....
- Bu üzüyü sən alımsan mənə, sən də taxdın barmağıma..
Kənan Frizuənin bu sözünə gülümsəyib yenidən onu öpmək istəyirdi ki, qapı döyüldü..
- vaxt tamam oldu.. getməliyik.
- Siz gedin mən apararam
- Olmaz bizim nəzarətimizdə getməlidir.
- Aydaa.. mən də onunla gedirəm... ata...
- Mən cavabdehəm.. gənclər irana qızımın atasında xeyir dua almağa gedir. Narahat olmayın. Qaçmaq fikriləri yoxdur.

***

- şey.. Əli..
- ay can...
- .....
- Yəni buyur... eşidirəm.
Əli ani olaraq ay can deməyi ilə Aylanı da özünü də utandırdı.
- bu günə görə çox sağol.. mən.. mən çox əyləndim.
- Sevindim.. ...Ayla
- Hə..
- Firuzə sənə nə deyib bilmirəm. Amma mən..biz onunla sadəcə yaxşı dostuq. Yəni mən... offf..
- Bilirəm..
- Bilirsən?
- Hə.. yəni bilirəm ki ayrılmısınız.
- Başqa nəyi bilirsən.
- Dost olduğunuzu
- Başqa
- Onun kənanı sevdiyini
- Başqa?
- Sənin onu sevmədiyini....
- Ayla indi başqa deyə soruşanda mənə artıq onlarla yox bizimlə əlaqəli cavab ver...
- Bizimlə?
- Hə.. sən və mən. ..bilirəm qəribə oldu. Elçiliyi firuzəyə etdik. .indi sənə talib oluram.
- Talib?
- Mən eşitdim ki, İsveçə göndərmək istəyirlər səni.
- Hə oxumağa.. sağolsun Cavad bəy.
- Burada davam elətdirə bilmərsən..
- Istəyirdim, amma dil problemi var. ingilsi dilində isə təhsilim orada davam etdirmək daha yaxşıdır. Elə deyil.
- Hə elədir.
- .....gəlmədi hələ.. təyyarə düşümüşdü halbuki..
- Ayla..
- Eşidirəm. Əgər getmək fikrin varsa....
- Aha...
- Bəlkə ad qoyaq sonra gedəsən. Hətta mən də gəlim.
- Ad? Nə adı?
- Yəni mən.. mən adət ənənəyə uyğun səni anandan istəyim.
- Nə?!
- Mənim niyyətim tam ciddidir. Istəmirəm ki, səni pis vəziyytətdə qoyum, amma məncə...yəni.. əgər istəsən təbii. Belə məcbur etmiş kimi oldum..bəlkə də könlündə başqa biri var..
- ....
- Nəysə boş ver.. unut getsin.
Əli pərt olmuş vəziyyətdə qapıya tərəf addımlayırdı ki, Aylanın onu səsləməsinə geri döndü.
- Könlümdə heç kim yoxdur.
Hər ikisi gülümsəyib çıxışa doğru getdi. Firuzəni uzaqdan görən Ayla önə gəldi. Yanında Kənanı görüncə dönüb Əliyə baxırdı təəcüblə.. Əli Kənana qəribə baxmağa başaldı. Hər iksi yaxınlaşıb salamlaşdı. Firuzə göylərdə uçurdu.. yolda hər şeyi olduğun kimi Kənana danışmışdı. Ayla Kənan Firuzə deyib gülərkən Əli hələ də kənanı süzürdü.
- sən.... tapdım.. sən o həkimsən..məni aldadıb allah bilir hansı xəstəxanaya yollayan..
- eee....şey... eşqin gözü kor olsun deyək...
- dua et ki, Firuzənin sevdiyi adamsan yoxsa eşqi bilmirəm sənin gözlərin kor olardı...
- ey ey bircə dava etmiyin.. indi bundan sonrası atama və Əlini ailəsinə hər şeyi danışmaq qalır.. Əlii... təsəvvür edirsən Sinan bəy məni qəbul etdi gəlini olaraq. Firuzə Əlini boyuna sarılanda Kənan əlini ataraq onu özünə tərəf çəkdi.
- Ey ey... nolub burada?? keçib tay yanaqlarını tutub sıxardın.
- Qısqanma qısqanma.. onun sevgilisi yanındadır.
- Sevgilisi?
Əli ilə Ayla qızardı o anda.
- bu qızı başa düşdüm.. Əli sən ki utancaq deyildin. Noldu sənə belə..
- firuzə.. istəyirsən şansını zorlama..
- Kənan Aylanı tanıyırsan?
- Yox..
- Səlmanın qızıdır.
- Səlma?
- Katibən Səlma..
- ..... yox daha.. o burda neynir?
- Sənə danışmadım.. Səlma ailəsi ilə bura köçüb mənim yanıma. Gələn aya atamla da evlənir.
- Nə?! Bu günə yetəri qədər şok xəbər yaşadım.
- Getməliyik. Cavad bəylə danışmaq laızmdır.
- Hə..
Firuzənin üzündəki təbəssüm bir anlıq yox oldu. Kənan ona tərəf dönüb başını sinəsinə sıxaraq saçlarını ğpdü.
- atamı dizə gətirmisənsə atanı yola gətirərik..
- hop hop.. subay adamlar var burada..
hamısı Əlini sözünə gülərək maşına əyləşdilər

***

Əli Ayla, Kənan və Firuzə divanda əyləşmiş hamısı başını aşağı salmışdı. Cavad bəy qarşılarında o yana bu yana keçərək bilmirdi ki nə desin.
- demək kənan Firuzəni sevir?
- Bəli Cavad bəy.
- Əli ilə firuzə də nişanlıdılar
- Hə ata..
- Amma Əli indi Aylanı istəyir.
- Bəli Cavad bəy.
- Firuzə də Kənanı istəyir?
- Hə ata..
- Qızım Ayla.. sən bu dəlilərin arsında hansı roldasan?
- Şeyy. Mən..
- Cavad bəy onun günahı yoxdur.
- Hə ata. Onu mən apardım özümlə.
- Sən sus Firuzə!
- Cavad bəy, Firuzəylə mən ailə quracam
- Sən də sus!
- .....
- Demək aranızda pay püş etmisiniz...
- Cavad bəy..
- Ayla qızım.. sən bunlara baş qoşma. Get ananın yanına.
- Yox..
- Yox?
- Mən.. Mən burada qalmaq istəyirəm.
Əli göz ucu Aylaya baxıb gülürdü.
- Əli qabağa bax başını aşağı sal.
- Bağışlayın Cavad bəy.
- Ayla..
- Cavad ata xahiş edirəm.
- Ata? Yaxşı.. yaxşı qızım.. qızlar mənilə gəlin ikinizdə .
Otağa girən kimi Cavad bəy qaşlarınmı çatıb qızlara baxdı.
- Hə, gənc xanımlar... eşidirəm.
- Ata mən bilirəm günahkaram
- Hə günahkarsan. Sənə dedim ki, nəsə varsa denən. Sənsə gizlətdin. Indi Əli ailəsinə nə deyəcək.
- Cavad ata..
- Ayla qızım səni günahlandırmıram.. sən uşaqsan bu dəlilərə baş qoşma. Sənə sadəcə bir sual verəcəm. Amma düz cavab ver.
- .....
- Əli ilə evlənmək istəyirsən?
- Istəyir istəyir..
- Sən sus səndən soruşmadım. Sənin hesabını sonra alacam..utanma qızım denən..
- Şey mən.. mən
Ayla əlini üzünə tutub ağlamağa başladı utancdan..
- yaxşı qızım.. ağlama.. Narahat olma başa düşdüm.. gedə bilrəsən. Ananla mən danışaram.
Ayla otaqdan qaçaraq çıxdı.
- hə.. Firuzə xanım. Eşidirəm.
- ata mən.. bağışla, bilirəm başını önə əydim. Sözünü tapdadım, amma onu sevirəm. çox sevirəm. Bağışla..
Firuzə də ağlamağa başlayınca Cavad bəy yerindən qalxıb onu qucaqladı.
- dəl qız.. Mən sadəcə səni xoşbəxt görmək istəyirəm. sən mənə qarşı çıxmadın. Sən öz sevginin arxası ilə getdin. Mənim tərbiyə verdiyim qıza da yaraşan bu idi. Sevdiyinə sahib çıxmaq.
- Yəni küsmədin mənə.
- Küsdüm..küsdüm amma mənə demədiyinüçün küsdüm..
- Sənin mənə elədiklərini qarşısında mən..
- Firuzə.. yetrə artıq. Ata ilə övlad arasında heç vaxt haqq hesab olmaz. Sənin xoşbəxtliyin mənim bu günə qədər elədiklərimin bədəli olsun. əgər sən xoşbəxtsənsə demək mənim sənə qoyduğum bütün imkanlarım hədər getmədi.. bununla qürurlanıram..
- Ata, canımsan..
- Sən də mənim dəli qız.. indi de görüm.. bu Kənan kimdir.
- Tanısan.. çox yaxşı biridir.
- Yaxşı biridrsə niyə səni üzüb...
- Yox.. istəmədən. Yəni mən də onu üzmüşəm. .bir birimizi çox incitdik.. indi isə..
- Indi isə..
- Biz.. biz ailə qurmaq istəyrik..
- Dayan nə olub belə. Hələ bir gedək ailə ilə tanış olaq.
- Yox..
- Niyə?
- Gedə bilmərik.
- Başa düşmədim. Sinan bəy istəmir yoxsa
- Yox əksinə istəyir.
- Bəs onda nə?
- Mən..mən gedə bilmərəm.. qovulmuşam..
- Haradan
- Türkiyədən.
- NƏ?! Sən neynəmisən?
- Bağışla..

***

- partdayacam burada.. nə danışırlar axı bu qədər uzun...
- hələ bu nədir.. eee onun sorğu sualları sənə ünvanlanada gör. Qızına talibsənsə inan 3 yaşında parkda yanağını sıxan xanımların siyahısını belə alacaq..
- yaxşı da.. onda mən batdım ki...
- ooo sənin adına üzüldüm..
- siyahı lazım deyil...adımı internetə vursa firuzəni yuxuda görərəm ancaq.
- Keçmiş olsun..
- Nəyə gülürsən. Səlma Cavad bəydən fərqlənmir. Səlma Aylanı sənə verəcək elə bilirsən. Deyəcək qərarsızdır böyük qızı istədi indi getdi kiçik qızı istəyir.
- Çox sağol kənan, adama əla stimul verirsən. Bu saat xoşbəxtlikdənuçduğum göylərdən bir göz qırpımında çırpdın.
- Buyur hər zaman hazıram
- Onsuzda sənin əlindən yanıxlıyam..
- əcəb olub. Başqasının sevdiyini qolların arasına alanda düşünərdin..
- başqası deyildi nişanlım idi. Sən əls başqa birinin nişanlısını qollarına arasına aldım. Hələ üstəgəl qaçırdın.
Əli ilə Kənan başa başa gəlib gərgin ortamda danışmağa başladılar. Cavad bəy Firuzə ilə otaqdan çıxanda onları bir anlıq elə görüncə səsini qaldırdı..
- ey ey.. gənclər! Evimdə dava istəmirəm. Ümumiyyətlə dava istəmirəm. iki kürəkənimin davasına göz yumacaq qaynata deyiləm deyim bilin.

***

- atan bunu qəsdən elədi bilirəm.
- Kənan nə fərqi var. Gələn ay da bizim toyumuzdur..
- Ay sağol gələn ay.. bilə bilə ki, səni Türkiyəyə qoymurlar elə bil qəsdən uzadır vaxtı. Əli ilə Ayla sonra evlənə bilmirdilər?....gülmə...on lara bax. Acıq verirlər bizə..
- Çox şirindilər...
- Biz də şirin idik dəə.
- Kənan uşaqlıq edirsən amma.
- Edərəm də.. iki aydır atan süründürüre məni.. bir aydır onların toy hazırlıqlarına baxa baxa partlayıram burada.. həftəsonalrı bura gəlmək mənə bəs etmir. Gəlsəmdə görüşməyə belə güclə qoyur.
- Bezdin indidən.
- Hə bezdim.
- O zaman yolun açıqdır gəlmə. Xahiş etmirəm.
- Elə?
- Elə..
- Firuzə!
- Danışdırma məni.
- Hər kəsin gözü önüdə öpərəm səni atan elə bu gecə evləndirər bizi məni əsəbiləşdirmə..
- Əlindən gələni ardına qoyma..
- Yaxşı.. məndən günah getdi..
- Nə? Kənan yox.. Kənan.. Kənan!
- Kənan oğlum.
- Cavad bəy..
- Atan haradadır..
- Gəlirlər.. nənəmlə yoldadılar.
- Hə yaxşı.. tez gəlsinlər. Sizin xeyir işinizi danışaq. Gələn ay söz edərik o biri aya nişan sonrası da Allah Kərim..
- Kərim? Allah kərim? Yəni?
- Yəni hələ Ayla ilə Əli yerbəyer olsun.
- Ta nə yerbəyer olacaq.. keçib bəlkə uşaqlarının toylarından sonra edərik toyumuzu?
- Başa düşmədim.
- Heç nə.
- Kənan çox ayıb..
- Nə??
- Sinan bəygil gəldi..
Cavad bəy uzaqlaşınca Firuzə çevrilərək Kənan baxdı.
- nə? Eşitmədin? Sənilə mənim qaldı oooooooo allah bilir nə vaxta..
- Kənan bəsdir. Nə olub axı..
- Yaxşı Firuzə xanım. Gələn dəfə Türkiyədə onun bunun qollarında göründə qəzetdə başımı yarma
- Səni gəbərdərəm. Səni məhv edərəm.
- Nə istəyirrsən elə. Madəm evlənməmizə izn vermir mən də həyatımı yaşayım. Elə sən də.
- KƏNAN!
- Yenəı qızımızı niyə incidirsən.
- Fatma nənə.. Nəvənə denən. Mənə xəyanət edəcəyini deyir.
- Desində.. cücədir o civildəməyi ilə qalacaq.
- Sağol da nənə..
- Nənə demə mənə.. firuzə qızım sən də demə artıq..
- Yaxşı Fatma xala..
- Xalan Səlmadır. Mən Fatmayam..
- Firuzə qızım.
- Sinan bəy xoş gəlmisiniz.
- Xoş gördük..
- Sina bəy gəlin önə keçək. Məncə bu açıqlamanı birlikdə verək.
- Nə açıqlaması..
- Nə olacaq mənim ölüm fərmanımı imzalayırlar. Gələn aya hələ söz edəcəklərini deyəcəklər.
- Kənan bəsdir!
- Get danışdırma məni.. istəsəydin atanı məcbur edib razı salardın.
- Kənan.. elə demə.. vallah inciyirəm.
- Mənə nə..
Əziz qonaqlarımız.. xoş gördük hər birinizi.. bu gün bizim ən məsud günümüzdür, inşAllah ki bu gənclərimizdən xeyir duanı əksik etmərsiniz.
- vallah mən bu saat ancaq qarğıyıram..
- Kənan!
- Yaxşı susdum..
- Bilirsiniz ki, mənim bir qızım daha var. sizlərin burada olmağınızdan istifadə edib açıqlama verim ki, inşAllah gələn həftə bu günü yenə də bu gözəl məkanda o biri qızımın xeyir işi olacaq. Hər kəs dəvətlidir.
- Ala di..gördün.. gələn həftdə o biri qızına toy toy edir amma bizim toyumuz hələ qalır.
- Ay dəli bizim toyumuzu edirlər. Başqa qızı var onun?
- Nə?
- Kənan gələn həftə toyumuzdur..
- Doğrudan? Əminsən ki, başqa qızı yoxdur.
- Kənan!

***

- toyu qurtarmaq bilmədilər.
- Aydaaa.. sən nə mız mız adamsan.. toy toy deyə tutddurdun indi də toyumuzdur nə vaxt qurtaracaq deyə başımın ətini yedin.
- Ay dəli nəyimə laızmdır bu toy..
- Necə yəni..
- Mən səni istəyirəm. toyu yox..
- Ayıbçı...
- Arvadımsan özüm bilərəm..
- Kənan baxırlar. Çəkil
- Səndən bunu qisasını çox pis alacam dayan sən.
- Dəli..
- Hə.. dəli olmağa məcbur elədin də..
- Səni sevirəm..
- Mən də..
- Məndə nə.
- Ondan.
- Kənan......offf gülmə.....
- Caan yaxşı yaxşı sallama o dodağını vallah yapışaram onlardan biabır olarsan burda....Firuzə..
- Hm...
- Səni sevirəm...

Müəllif: Lili Sh
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 8 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri