Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 32)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 482
Səs ver:
(səs: 0)
İkinci dəftər
32


Axşam Dərya evə gec gəldi. Həm də çox fikirli, narahat görünürdü. Rəngi qaçmışdı. Səbəbini soruşdum, yönlü cavab vermədi. "Heç,” deyib məni başından elədi. Bir stəkan çay içib, yenə harasa getdi. Sonra telefon azından on kərə zəng çaldı. Dəryanı xəbər aldılar. Hamısı yoldaşları idi, səslərindən tanıyırdım. Ancaq nə olmuşdu, bilmirdim—məndən gizlədirdilər. Gecə o qayıdıncaya qədər ürəyimin içini yedim.
—Dərya, bir danışsana, nə var?—deyə paltarını soyunanda ehtiyatla ona yanaşdım.—Niyə belə birtəhərsən?
—Eh!.. Bekara işdir… Bayaq emalatxanaya gedirdim, maşınımın qapısını vurub əzdilər...
—Elə bu?
—Bu azdır?!
Onun yatana yaxın papiros çəkdiyini heç görməmişdim. Fısıldaya-fısıldaya yerinə girib uzandı.
—Özünə bir şey olmayıb ki?
Hirsləndi:
—Özüm əzilsəydim, bundan yaxşı idi!—dedi və siqaretini hirslə külqabıya basdı.
—İşığı söndür, yıxıl yat!
Ay aman, Dərya necə dəyişmişdi! Mənimlə niyə belə kobud danışırdı!..
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri