Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 31)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 223
Səs ver:
(səs: 0)
İkinci dəftər
31


Anam vaxtaşırı məni başa çıxırdı. Atam isə gec-gec görünürdü. Mənim də hər bazar günü getməyə əlim çatmırdı. Kişi şikayətlənirdi: "Sənsiz yaman qəribsilənirəm. Evimizin ləzzətini özünlə apardın. Barı sən gəl, atana dəy, işinin adı nədir...”
Təsirlənirdim. Gileylənməyə əsasım olsa da, deməyə çəkinirdim. Dəryanın qonaqlarının sayı getdikcə çoxalırdı. Onlara çay-çörək verməkdən yorulurdum. Gecəyədək içirdilər, danışırdılar, gülürdülər. Dərslərimi öyrənməyə imkan tapmırdım. Özü də bilirdi, qiymətlərim enmişdi, bais o idi. Səhər aynaya baxanda sezdim, sifətim dəyirmiliyini itirmişdi. Gözlərim elə bil iriləşmişdi. Sınıxmışdım, ondandı. Neçə gün idi, iştahım küsmüşdü. Anamsa bunu ayrı yerə yozurdu. Hətta bir qədər sevinirdi də. Keçən dəfə bazarlıq eləməyə o getmişdi. Mənim tapşırdıqlarımdan savayı bir parça lavaşana da alıb gətirmişdi... "Arvad gör nə fikirləşir. İndidən institutu, dərsi bir körpəyə qurban eləmək ağılsızlıq olmazdımı? Dərya demişkən, "Mən özüm bu evdə elə uşaq kimi bir şeyəm.”
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri