Qisasın Əsiri (32-ci bölüm FİNAL)

Müəllif: Meleknur
Şərhlər: 7
Baxılıb: 8 519
Səs ver:
(səs: 3)
"Deyəsən Hər Şeyin Ən Sonuna Gəldik.
Hər Son, Bir Başlanğıc Falan Deyildir.
Hər Son, Bir Sondur!
Tarixi Sadecə Xoşbəxt Olmayanlar Yazar."

Bu gün hava tutlmuşdu, sanki, bəd xoşagəlməz hadisənin xəbərçisiydi.
Artıq yarpaqları saralmış ağaclar payızın gəlişini göstərirdi.
Əlimdə ki, fincanımdan çay qurtumlamışdım.
Pəncərənin önündən çəkilib, balkona keçmişdim.
Divanda oturub, ayaqlarımı uzatmışdım.
Artıq hərəkət etməm də ağırlaşırdı.
Həzin əsən külək, saçlarımla rəqs edirdi.
Fikirlərə dalmışdım.
Samuray Behcəti qaçırtmışdımı? Onunla sonuncu dəfə danışdığımız da mənə kömək edəcəyini demişdi.
Bu gərgin, depressiyalı zamanlarım da mənə çox dəsdək olmuşdu.
Güvənirdimmi bilmirəm, amma ondan başqa mənə kömək edən olmayacaqdı.
Həyət qapısında dayanmış qorumalarala bir şey danışan Samurayı görmüşdüm.
Evə doğru gəlirdi.
Yerimdə dikəlib, ayağa qalxmışdım.
Qapıdan tutunub, otağıma keçmişdim.
Samuray otağıma dalmışdı.
S: Esmiralda?
Məni görüb təlaşla yanıma gəlmişdi.
E: Nə olub Samuray?
S: Es.Esi Behcət...
Deyib susmuşdu.
Əlləri əsirdi əlində bir kağız vardı.
E: Nə Behcəti Samuray? Onuna qaçmasına kömək elədin?
S: Mən, mən sənə necə deyəcəyimi bilmirəm, Esmiralda mən Behcəti qaçırtdmışdım. Amma Renad onun yolda tapıb və öldürtdürüb!
Bədənim keyyimişdi, nə deyirdi bu Samuray? Mənmi yanlış eşitmişdim? Hə, hə mən yanlış eşitmiş olmalı idim.
E: S.SEN NƏ DEYİRSƏN SAM.SAMURAY NƏ DEYİRSƏN SƏN? ZARAFATMI EDİRSƏN?!
S: Kaşki, zarafat olsaydı, al bunu da Behcətə yazdırıb son söz olaraq.
Göz yaşlarım çölə firar etmişdi artıq, əllərim əsərək əlində mənə uzatdığı kağızı almışdım.
"Canım bacım! Gözümün nuru, başımın tacı.
Mən yaşadığım müddət də sənə ancaq problem oldum.
Mənə görə çəkmədiyin əzəblar, əziyyətlər qalmadı.
Renad məni öldüərəcək, adamları danışarkən eşitdim.
Uğur və sən ondan və "Yaxınınkadılardan" qurtulmana bax!
Heç kimə güvənmə!
Səni və Uğuru çox sevirəm!

Dizlərim boşalaraq, yerə düşmüşdüm.
Sinəmdən elə bir hönkürtü qopmuşdu ki, bu acı tərif edilməzdi.
Ölürdüm mən, nəfəsimi itirmişdim.
Can parəmi, əzizimi, qardaşımı itirmişdim.
Artıq o həyatda yoxdu!
Ard-arda axan göz yaşlarım, görüş mərkəzimi bulanıqlaşdırırdı.
Əllərimi bir yerə çırpıb, bir dizlərimə döyür, saçlarımı çəkirdim.
Qəhər, acı məni boğurdu canımdan can getmişdi mənim.
O, üzünə həsrət qaldığım, məniç dərdimdən solan bənizi, bir dəri bir sümük qalmış cılı bədəni solmuşdu.
Ölmüşdü, Öldürülmüşdü!
Qollarımda hiss etdiyim əl Samuraya aitdi.
Saçlarımı geri atıb, məni qaldırmağa çalışırdı.
S: Esmiralda özüvü ələ al, qalx ayağa! Güclü ol! Bunu kimin etdiyini unutma! Artıq qisas zamanı səndədi!
Əllərini geri itələmişdim, ağlamaqdan canım çıxacaqdı.
Nə Samurayı eşidirdim, nə də başqa bir şey umrumda deyildi.
Hönkürərək əllərimi möhkəm şəkildə yerə çırpırdım.
S: Esmiralda bəsdi özünü həlak elədin! Özüvə gəl artıq! Behcət öldürüldü, Renad öldürtdü deyirəm sənə! Ağlayıb sızlamanla Behcət geri dönnən deyil. Amma onun qisasını alıb, onun ruhunu şad edərsən!
Göz yaşlarım artıq, hıçqırıqlara çevrilmişdi.
Əllərimin tərsi ilə göz yaşlarımı silib, kənarda büzüşmüş məktubu əlimə aldım.
Məktub da qurumuş göz yaşları vardı.
Canım qardaşım nə acılarla, nə hisslərlə yazıb bunu, öləcəyini bilə bilə!.
Qarşım da mənə doğru əyimliş Samurayın qolundan tutaraq, ayağa qalxmışdım.
Qarnıma girən sancı məni iki qat eləmişdi.
E: Aah..!!!
S: yaxşısan?
Dərin-dərin nəfəs alıb
E: Renad, Renad o hardadı?
S: İndi gələcək.
Elə deməyi ilə həyət də maşın səsi gəlmişdi.
Samuray pəncərədən baxıb
S: gəldi!
Axmaqda olan göz yaşlarımı silib, güclə qapıya doğru getdim.
Halım çox pis idi, boynumdan başıma doğru yenə o lənət ağrı gəlmişdi.
Qapını açıb, otaqdan çıxaraq, pilləkanlarla aşağı düşürdüm.
Hal- hazırda güclə ayaqda durmağa çalışırdım.
Qarnımda ki, ağrı getdikcə şiddətlənirdi.
E: Aahs!
Əlimi qarnıma tutub, pilləkanlarda acının keçməsini gözlədim.
Lənət olsun! Bütün ağrılarım qarışmışdı bir-birinə.
Bulanıqlaşmış görüş mərkəzimə Renad gəlmişdi.
R: Esmiralda?
Səsi aciz çıxmışdı, qatil!
Son pilləkanları da enib, üzərinə doğru şığımışdım.
Üzünə bacardığım qədər sərt şillə çəkmişdim.
Qışqıraraq:
E: Demək, sonunda istədiyini etdin hə? RENAD ŞAHVERDİYEV?! SƏN MƏNİM QARDAŞIMI ÖLDÜRDÜN HƏ?! ALLAHIN CƏZASI ONA NECƏ QIYDIN?! NECƏ ÖLDÜRDÜN? O, DAHA GƏNCDİ! HƏYATIMIZI QARALTDIN! ALLAH SƏNİ ALSIN!
R: Sən nə danışırsan Esmi..
Sözünü kəsərək onu geri itələmişdim.
R: Əclaf! Elə bilirsən bilmirəm?! Bilmirəm? Qardaşımı öldürtdüyünü?! Birdə bilmirmiş kimi, sanki günahsızmışsan kimi baxma Qatil!
R: Behcət öldü hə! Amma onu mən öldürmədim!
Əlimdə ki, kağızı açıb ona göstərmişdim.
E: Oxu! Oxu gör nələr yazıb! Sən öldürmüsən onu!

Şok olmuş vəziyyətdə, Esmiraldanın əlindən almışdım məktubu.
Mənim adımı yazmışdı, mənim onu öldürəcəyimi.
Behcət qaçırılmışdı, bu gün isə adamlarım Behcətin cəsədini tapmışdılar yolda.
Və mən bunu öyrənim evə Esmiraldanın yanında olmaq üçün gəlmişdim.
O, mənə inanmırdı!
Behcət öldürülmüşdü və bunu məktuba yazmışdı.
Bu da bir oyun idi, amma qurban Behcət olmuşdu.
Mən necə bir oyunun içində idimsə artıq, çıxa bilmirdim bu vəziyyətdən.
Esmiralda bərbad vəziyyətdə, ağlamaqdan gözləri şişmişdi, dodaqları qurumuşdu.
Ona bir addım yaxınlaşdığım da geri getmişdi.
R: Esmiralda bax məndə bu gün öyrəndim, Allaha and olsun!
Behcət dünən qaçı...
E: kəs səsivi! Nifrət edirəm sənə!
Arxasını dönüb, jurnal mamasının üstündə ki, telefonu götürməyə gedirdi.
Ona yaxınlaşıb qolundan tutub, özümə doğru çevirmişdim.
Sərt şəkildə qolumu itələyib, qan çanağına dönmüş gözlərini gözlərimə dikərək, işarə barmağı ilə məni hədələrmişcəsinə
E: bir də mənə toxunma! Sıra məndəmi? Mənimi öldürəcəksən! Əlində qardaşımın qanı var sənin!
R: dinlə məni!
Ev telefonunu əlinə alıb 102 yığmışdı, qulağına doğru götürdüyün də, əlindən alıb yerə çırpmışdım.
Esmiralda iki qat olaraq əlini qarnına sıxıb qəşqıraraq ağrınmışdı.
Cəld ona yaxınlaşmışdım.
R: Esmiralda?? Nə oldu??!
Məni geri itələmək istədiyin də özü yerə düşəcəkkən onu tutmuşdum.
Ayaqlarından su süzülmüşdü yerə.
E: Aah! Yoox, yox daha tezdi, hələ yooox!
R: Esmiralda yaxşısan?
E: Uğur, Uğur.
Cəld onu qucağıma alıb, Toğrula baxmışdım.
R: qapını aç! Maşını hazırla!
Cəld qapını açıb, çölə çıxmışdı.
Evdən çölə çıxıb, maşına doğru tələsdim.
Esmiralda acı içində qıvrılırdı qollarımda.
Qardaşının acısı ilə doğuş sancısı dözülməzdi onçün.
Maşına yerləşib, son sürət xəstəxanaya gedirdik.
R: Biraz sakitləş canım, ağlama xahiş edirəm. Sakitləş və dərin dərin nəfəs al!
E: Kəs səsini! Aaah..!((
Aşırı stress və həyəcandan artıq doğuşda tez baş tutacaqdı demək ki.
Nə olursa olsun, Esmiralda və oğlum sağ salamat olsun! Tək düşündüyüm hal hazırda buydu.
Xəstəxananın önündə maşını saxlayıb, Esmiraldanı qucağıma almışdım.
Qapıda duran adam məni görüb, cəld xərək gətirmişdi.
Onu yerləşdirib aparırdılar.
H: doğuş zamanıdı?
R: xeyir hələ doğuşa 1-ay vardı həyəcanlandı, suyu gəldi deməli erkən doğuş olacaq da hə? Həm Esmiralda, anevrizma xəstəsidi ona normal doğuş olmaz.
H: yaxşı siz sakit olun. İndi isə icazə verin.
Yanımdan keçib
H: palataya qaldırın Əsmər xanımı da çağırın gəlib vəziyyətinə baxsın. Biz ananı analizlərdən keçirəcəyik.

Deyib Esmiraldanı aparmışdılar.
Mən isə kolidorda get gəl edirdim.
Ən yaxın xəstəxanaya çatdırmışdım onu, hər zaman ki, xəstəxanaya aparmağa vaxt yoxdu.
Artıq doğuşu burda baş tutacaqdı.
Mən həm çox qorxurdum, həm də çox həyəcanlı idim.
Ya bir şey olarsa onlara?
Çox tələşlanmışdım.
Özümü çox çarəsiz hiss edirdim.
Yerə çöküb, dolmuş göz yaşlarımı dəff etməyə çalışırdım.
Mən nə günahlar işləmişdim, Esmiraldaya etdiyim zülümlər hər biri film lenti kimi gözümdə canlanmışdı.
Ya mən ona 2 dəfə təcavüz etmişdim ((.
İndi hal hazırda o təcavüzdən yaranan uşağımı dünyaya gətirəcəkdi.
O, məni çox sevirdi((.
Mən isə qisasımdan gözüm dönmüşdü.
Uğur bizim sevgimizin bəhrəsi deyildə, təcavüzdən yaranan uşaq olacaqdı.
Mən bu qədər lənət insandım.
Onun sevgisini lağ etdi, mənə güvəndiyi üçün onun güvənini yerlə bir etmişdim.
Mənim ucbatımdan o xəstə idi.
Mən onun canını çox yandırmışdım.
O, xoşbəxtliyə laiqdi, artıq onu incitməyəcəkdim.
Onu çox xoşbəxt edəcəkdim, biz yenidən ailə olacaqdıq.
Amma necə? Behcət öldürülmüşdü.
Adamlarım araşdırırdılar bunu, kim idisə əlimə düşsə, onu öldürəcəkdim.
Mənimlə nə oyun oynayırdı bilmirdim.
Behcəti öyrənmişdi, öncə onu qaçırdıb, sonra öldürtmüşdü.
Br dəqiqə, bir dəqiqə, amma Behcətin ölümündən Esmiraldanın necə xəbəri olmuşdu ki?
Heç bunu düşünməyə vaxtım olmamışdı.
Ayağa qalxıb, cibimdən telefonumu çıxarıb, Toğrula zeng edirdim ki, ciynimə toxunan əllə geri çevrilmişdim.
Samurayın burda nə işi vardı ki?
Əlimdə uelefonumu aşağı salmış, təəccüblə üzünə baxırdım.
Məndən öncə davranıb o danışmışdı.
S: evə getmişdim, Esmiraldanın sancısı başladığını və xəstəxanada olduğunuzu dedilər.
R: hə elə oldu, erkən doğuş başladı və onu içəri aldılar analizlərdən sonra əməliyyat otağına alacaqlar.
S: sən yaxşı görünmürsən, nə olub?
R: heç bir şey.
Skamyada əyləşmişdik, başımı əllərim arasına alıb düşünürdün.
Afallamışdım, ağlım qarışmışdı.
Bir qadın həkim bizə yaxınlaşdığında cəld ayağa qalxmışdım.
R: nə oldu? Esmiralda necədi?
H: ananın vəziyyərini normaya saldıq, indi əməliyyat otağına apardılar. Uzağı 1-saata çıxaracıq əməliyyat otağından
R: Onlara bir şey olmasın! Yoxsa sizi işinizdən edərəm! Xəstəxananı başınıza yıxaram!
S: Sakit ol Renad!
H: sakit olun, biz həkim olaraq əlimizdən gələni edəcik ana və körpə üçün.
Həkim cıxıb getmişdi.
Mən isə Samurayın əlini itələyib, onum danışmasına icazə vermədən, cəld addımlarla ordan uzaqlaşaraq, xəstəxanadan çıxmışdım.
Maşınıma yaxınlaşıb, telefonumu çıxarıb, Toğrula zəng etdim.
Bir neçə dəfə çağırışdan sonra açmışdı.
T: bəli Renad bəy
R: Bir xəbər yoxdu ?
T: hər şey professional şəkildə qurulub. Heç bir iz toz yoxdu, yer altı aləmi qarışıb bir birinə.
R: Ceyhunun işi nə oldu?
T: dediyin kimi, aparıb polis söbəsinin önünə atdılar.
R: yaxşı mənim bir neçə işim var, bir xəbər alar almaz mənə zəng et!
T: yaxşı.
Telefonu söndürüb, ətrafı xəstəxananı süzdükdən sonra maşına əyləşib, ordan uzaqlaşmışdım.
Esmiralda çıxana qədər, mən gələrdim.

Gözlərimi açdığımda ətrafı bulanıq görürdüm.
Gözlərimi bir neçə dəfə qırpışdırdığım da, görüş mərkəzim netləşmişdi.
Otaq qırmızı güllərlə və mavi şarlarla bəzənmişdi.
Qoluma sistem taxılmışdı, qarnıma baxmışdım.
Yanımda bəzənmiş körpə yatağı boşdu.
Yoxdu, oğlum.
Oğlum? Uğur?
E: Oğlum?
Qolumda ki, sistemi çıxarıb ayağa qalmağa cəht etmişdim.
Qarnımdan sancı tutmuşdu, tikiş vardı qarnımda oğlumu almışdılar məndən.
Əlimi qarnıma tutub bir daha ayağa qaxlmağa cəht etmişdim.
Otağın qapısı açılmışdı, tibb bacısı məni görüb cəld yanıma gəlmişdi.
T: nə edirsiz siz? Daha indi özünüzə gəlmisiniz, uzanıb, dincəlməlisiniz.
E: burax qolumu! Oğlum hanı? Onu görmək istəyirəm, çəkil önümdən!
Tibbacısını geri cəkib, otaqdan çıxmışdım.
Ya yalan deyirdilərsə? Ya Renad onu almışdısa məndən?
Tibb bacısı yanıma gəlib.
T: yaxşı sakit olun, oğlunuza aparacam sizi tələsməyin, tikişiniz sağalmayıb daha, açıla bilər.
Qolumdan tutub mənə kömək etməsinə bir şey deməmişdim.
T: əslində belə gəzmək lazımdı arada sizə, həm siz 4- gündür bədəniniz şok vermişdi, halınız pisləşmişdi əməliyyatda 4-gündür özünüzə gəlmirdiz, məlum xəstəsiz ya.
Necə də boş boğaz, tibb bacısıdı.
E: mən 4-gündür yatırdım? Oğlumun vəziyyəti necədi? Sağlamdı?
T: hə, narahat olmayın)) 3,000 kq uşağın çəkisi 53 sm boyu, sizin kimi ağ bəniz, atası kimi qara göz bir oğlan oldu, sağlamlığ uşaqdı.
Üzümdə təbəssüm yaranmışdı.
Daha çox səbirsizlənirdim, onu görmək üçün.
Bəzəkli qapının önündə durmuşduq, pəncərəsi qapalı idi içəri görünmürdü.
Tibb bacısı mənə dönüb.
T: sakit olun, içəridə körpələr yatıb.
Başımı sallamışdım gülümsəyərək.
İçəri keçmişdik, şüşələrin içində 5- 6 körpə vardı.
Maraqla hansı mənim körpəmdi deyə baxırdım.
Tibb bacısı, qollarına sistem köçürülmüş körpənin yanında durmuşdu.
T: bax bu da sizin Uğurunuz)).
Bumuydu mənim həsrətlə gözlədiyim oğlum?))
Gözlərim dolmuşdu, sevinc göz yaşları idi bunlar.
Barmağımla körpəni işarə edərək.
E: Bu.Bu du mənim oğlum?
T: hə))
Ona yaxınlaşıb, qucağımma almaq istədiyimdə tibb bacısı
T: olmaz nə edirsiz? O, erkən olub və zəifdi. Şüşədən çıxarmaq olmaz onu.
E: mən amma onu qucağıma almaq istəyirəm. Həm niyə qoluna sistem qoşulub vəziyyəti yaxşı deyil?
T: zəif olduğu üçün vitamindi sadecə olaraq narahat olmayın, həkim müşahidə altında qalmalıdı dedi. Bu günü, sabahı çıxmanızı deyər. Uşağın zəviyyəti də yaxşıdı. Qızlar sistemi çıxarmağı unudublar.
Sistemi açmışdı, canı yananmışmıydı balamın? Onun ne canı vardı ki? Bir əlcə körpəydi o ((
E: onu qucağıma almaq istəyirəm.
T: yaxşı amma 5 dəqiqə.
Onu şüşədən çıxarıb, qucağıma vermişdi.
T: ehtiyyatlı ol, başını tut.
Çox balaca idi, gözlərini yummuş mələyim yatırdı.
Boynunu qoxlamışdım, körpə qoxusu o qədər şirin idi ki, göz yaşlarım yenə öz işinə qoyulmuşdu.
Üz, gözünü öpürdüm, ilahi necə də gözəl bir hissdi.
Əllərinə əlcək keçirmişdilər, əlcəyini çıxarıb, balaca cılız əllərimi öpmüşdüm.
Xırda kraker kimi barmaqları vardı)).
Biləkləri 2 barmağım nazikliyində idi.
O qədər balaca idi ki, qucağımda ağırlığı belə hiss olunmurdu, sanki qıralacaqmış, incinəcəkmiş kimi.
Boynundan öpdüyümdə özünü sıxıb, üz-gözünü turşudub ciyildəmişdi.
Onu qucağımda yelləmişdim, biraz yellədikdən sonra susmuşdu.
Başımı qaldırdığımda, qapıda bizi gülümsəyərək, izləyən Renadı görmüşdüm.
Olanları xatırlayıb sinirlənmişdim.
Tibb bacısı uşağı qucağımdan almışdı.
T: birazdan həkim icazə versə yanınıza gətirəcəm.
Qapıya yaxınlaşdığımda Renad da çıxmışdı.
E: sənin nə işin var burda?
Əlində gül buketi mənə uzatmışdı.
R: Arvadımla oğlumu görməyə gəldim necə yəni nə işin var?
Gülləri əlindən alıb yerə atmışdım
E: sən Behcətin qatilisən! Nə mənim ərim! Nə də Uğurun atası deyilsən sən! Olmaz olsun sənin kimi adam çıx get burdan! İstəmirəm səni də hədiyyələrivi də!
Ayaq üstə çox durduğumdan artıq ağrınırdım.
R: And olsun Allah şahitdir ki, Behcəti mən öldürməmişəm! Həm yaxşı deyilsən gəl gedək otağına! Həkim gələcək indi vəziyyətivə baxmağa yaxşısansa çıxaracaqlar.
Otağıma keçmişdim həkim gəlib bir problem olmadığını sadecə özümə diqqət etməmi və yaxşı qidalanmamı demişdi. Həç körpə üçün həm də, özümçün.
Uğuruda şüşə altından çıxarıb yanıma gətirmişdilər.
O qatillə getməməkdə israr etsəm də, sonradan düşünmüşdüm ki, indi yaxşı deyildim zatən öz evimə də gedə bilməyəcəkdim bir neçə gün qalaram zatən getsəmdə məni qoymazdı əsla.
Sonra bir şəkildə ayrılardım ondan.
Xəstəxanadan çıxmış evə gedirdik.
Arxada oturmuş, körpəm qucağımda ona baxırdım.
Nə qardaşımın ölümünə üzülə bilirdim, acımı doyunca yaşaya bilməmişdim.
Nə də körpəm olduğu üçün, sevincimi doyunca yaşaya bilmirdim.
Renad maşınına qədər bəzəmişdi, umrumda belə deyildi.
Renad bir şeylər deyir, xoş sözlər deyirdi.
Umursamırdım! Qatildi o, özümdən utanırdım.
Qardaşımın qatilinin maşınında onunla birlikdə evinə gedirdim.
Maşını həyətə salmışdı, Renad maşından düşün qapını açmışdı.
Uğuru qucağımdan almaq istəsə də, verməmişdim.
Qorumalar təbrik etmişdi, üzləri gülürdü.
Evin qapısını açmaq istədiyim də, Renad əlimdən tutub saxlamışdı.
Əlimi cəkib, baxışlarımı yerə cəmləmişdim.
Qarşımda diz çöküb, yenidən əlimi tutmuşdu.
R: Esmiralda? Bilirəm sənin üçün çox ağırdı, məni qardaşıvın qatili olaraq bilirsən amma, mən necə ki, səni dinləməmişdim.
Behcəti qatil bilmişdim dinləməmişdim belə səni.
İnan mənə Allah şahitdir mən Behcəti öldürmədim. Onu zatən buraxacaqdım həmin gün. Nəysə mən istəyirəm ki, yenidən ailə olaq hər şeyə sıfırdan başlayaq.
Sənə söz verirəm bəlkə sənə keçmişi istəsəm belə unutdura bilmərəm amma həyatımızın geridə qalan günlərini çox gözəl yaşaya bilərik. İkimizdə çox acı çəkdik, sən daha çox çəkdin bilirəm. Mən çəkdirdim, açma çox peşmanam Bağışla məni!
Əllərimi öpüb, ayağa qalxmışdı.
Əlində ki, qutunu açmışdı, ürək şəkilində boyun nağı idi, içində səs dalğası işarəsi vardı onu anlamamışdım.
E: Uğur erkən gəldiyi üçün vəziyyəri pisləşmişdi, qəlbi durmuşdu, sən özünə gəlməmişdin. Dünya sanki, başıma yıxılmışdı da alyında qalmış kimi hiss etmişdim. Sən yeni ayılmışdın nilməmi istəmədim. Sonra həkimlərin çox səyi nəticəsində Uğurun qəlbi yenidən döyünmüşdü. Bax bu da Uğurumuzun yenidən həyata gəldiyi səs dalğalarıdı.
Allah onu bizə bağışladı məndə bunu sonsuzlaşdırım dedim.
Gözlərim dolmuş şəkildə Renada baxırdım.
Arxama keçib boyun bağını boyuma keçirmişdi.
R: Mən hər zaman yanınızda olmaya bilərəm, sən hər zaman onun qəlbinin üstündə daşı bu boyun bağlarını.
Daha çox duyğusal danışmasına imkan verməyib qapını açmışdım.
R: Dur!
Toğrul qapıya gəlib
Uğuru qucağımdan almışdı.
T: Təbrik edirəm Sizi xoş gəldiniz)).
R: Toğrul? Dediyim?
T: gətirdim)).
Toğrul əlində qalıb tablo gətirib, bizə uzatmışdı.
T: anı olaraq əlinizi basın)) izləri qalsın.
E: Bu qədəri də bəsdi artıq otağıma qalxmaq istəyirəm.
T: xahiş edirəm amma.
E: yaxşı sırf sənin üçün
Öncə Renad əlini basdıqdan sonra, məndə əlimi basmışdım.
Renad Uğurunda əlini açıb basmışdı.
E: yatıb, incitmə onu!
R: heçnə olmaz.
Toğrul birdə şəkilimizi çəkmişdi.
İçəri keçdiyimdə Xoş gəldin Uğur, Gözəl Ana Esmiralda və türkcə yazılı plaketlər, şarlar, bəzəklər güllər, şirniyyat süfrəsi falan.
Qəribimə getmişdi bunlar hamısı.
Geri dönüb, pilləkanlarla qalxmağa başladım.
Toğrul, Uğuru başqa otağa aparmışdı.
Onunçün otaq hazırlatmışdı.
Gözümdən kənar qalmasına icazə verməmişdim.
Otağımda onun üçündə əlavə yatağı vardı.
Yedirdib yatızdırmışdım.

Gözlərimi açdığımda səhər olmuşdu, əsnəyib gülümsəyərək, yatağımın baş ucunda ki, Uğurun yatağına baxmışdım.
Uğur? Uğur yoxdu.
Yatağa tutunub ayağa qalxmışdım.
Olduqca tələsik hərəkətlə otaqdan çıxıb.
Aşağı enmişdim.
E: RENAD? RENAAAD?!
Zala keçdiyim də Renad divanda uzanmış, Uğur üstün də yatmışdı.
Yavaş hərəkətlə yaxınlaşıb, Uğuru ondan almışdım.
Jurnalninin üzərində telefonuna mesaj gəlmişdi.
Adətim deyil amma telefonu əlimə alıb açmışdım.
Gizli nömrə: Esmiralda gərçeyi bilə bilə onun yanında necə qalırsan? Hələ ki, qardaşının beynini dağıtdığını bilərək!
Bəs bilirsən ki, bir müddət sonra Uğuru da səndən alacaq? Səni də yox edəcək! Sən də bilirsən sən ona sadecə ayaq bağısan! İndi göz boyamaq üçün yanından qaçmağa çalışmayasan deyə yalanlar danışır sənə. Sonra Uğuru da səndən qoparacaq Behcət kimi!
Ətrafıma baxınmışdım, kim idisə bilirdi burda olacağımı.
Mesajı silmişdim, gedəcəkdim bu evdən bu gün!
Yuxarı qalxıb, pncə Uğuru yedirmişdim.
Onun üçün hazır bir neçə paltarı çantaya atıb.
Uğurun altın dəyişmişdim.
Ağlamağa başlamışdı, off indi Renad oyanacaqdı.
Qucağımda yelləyirdim susmurdu, sanki atasından ayrılmaq istəmirmiş kimi.
Biraz susduğunda cantanı çiynimə atmışdım.
Qapı açılmışdı, Lənət olsun! Renad gəlmişdi.
R: Esmiralda? Hara gedirsiz?
E: Çəkil önümdən!
R: Esmiralda hara gedirsiz?! Nə olub səhər səhər?!
E: Renad çəkil önümdən! İmkan ver çıxaq həyatından! Behcət kimi Uğuru da məndən alsan ölərəm anlayırsan? Bu həyatda tək tutunacağım Uğurdu artıq!((
Ağlamağa başlamışdım yenə.
R: Esmiralda biz yenidən ailə olaq. Məni bağışla yalvarıram.
Əlimi tutmuşdu, geri çəkib onu itələmişdim.
Yerdə oturmuş axı, məyyus dolu gözlərlə məsum kimi görünürdü amma inanmayacaqdım ona.
E: elə baxma! Məsummuş kimi! Xatırladın bu sözü?!
Səni əsla bağışlamayacam! Ömürüm boyu səni ölsəndə bağışlamayacam! Cəkil ayağımın altından !
Ayaqlarımdan tutub məni durdurmağa çalışırdı.
R: əgər ayaqlarıva qapanmağımı istəyirsənsə qapanıram. Yalvarıram bağşla məni, mən pisəm mən qəddaram, amma sən bağışla! Nə olar bizim üçün ümid yoxdu demə ((.
Mən siz siz öllümü? Mənim bəs sizdən başqa kimim var ki?
Ağlayırdı, qəlbim o qədər acımışdı ki, o an bağışlamaq istəmişdi amma etməyəcəkdim.Bağışlaya bilməzdim. Behcətə söz vermişdim!
E: Renad daha çox alçalma gözümdə çəkil önümdən!
Bu saxta göz yaşların heç nəyi geri gətirməz! Son peşmanlıq fayda verməz!
Sən güvənimi qırdın bə! Sənə sevgim öldü!
Artıq sənə nifrət belə etmirəm.
Nifrətdə bir duyğudu amma onu belə sənə qarşı hiss etmirəm! Gör necədə bədbəxt insansan!
Ayaqlarımı çəkil ayrılmışdım, ordan Renad yerə çökmüşdü.
Pilləkanlarda hönkürtüsünü eşidirdim.
R: Mən səni çox sevirəəəm((
Niyə canım yanırdı ki? Niyə axı? Sevinməli idim elə deyil?
Aşağı enib? Evin qapısını açıb, evdən çıxaraq qapını çırpmışdım.
Qorumalar önümə keçmişdi.
E: Çəkilin! RENAD BƏYİNİZ BİIİR! ARTIQ BU HƏPİSXANADAN AZAD OLURAM!
Qoruma qəzarmış gözlərimin içinə baxmışdı.
Qərarlı olduğumu anlayıb bir şey deməmişdi.
Həyət qapısını açmışdılar.
E: Arxamca gəlməyin! Artıq heç birinizi görmək istəmirəm!
Çıxıb oradan uzaqlaşmağa başlamışdım.
Bir xeyli yol getmişdim, ana yola az qalmışdı.
Ağrınırdım artıq.
Uğur ağlamağa başlamışdı.
Onu sallayırdım qucağımda
E: ağlama canım, məndə bilmirəm nə edəcik, amma qurtulduq ya ondan buna sevinirəm.
Təəccüblənməmişdə deyildim doğrusu Renad məni belə getməmə icazə verəcəyinə demək ki, o, da istəyirdi hər nəysə artıq.
Qarşımda qara maşın durmuşdu.
Qorxmuşdum, heç hiss etməmişdim maşın gəldiyini.
Renad adamlarımıydımı yoxsa?
Maşın tərəfdən yan keçib, qaçmağa çalışırdım.
Arxamdan bir əl məni saxlayıb, burnuma bir şey tutması ilə gözüm qaralmışdı, sonra heç bir şey hiss etmədim.

Gözlərimi açdığımda, bir evdə idim.
Əllərim, ayaqlarım bir stulda oturulu şəkildə bağlı idim. Ağzımı da bağlamışdı.
Uğur isə divanın üstündə yatmışdı.
Otaq alaqaranlıq görünürdü, hava yeni qaralırdı.
Mən harda idim? Kimin evi idi bura? Klasaik şəkildə döşənmiş, köhnə balaca evə oxşayırdı.
Qapı açılmışdı, qaranlıqdan içəri girən insanın üzü görünmürdü.
Cibindən bir şey çıxarıb, asma lampa və şamları yandırmışdı.
Ayaqlarımı yerə çırpmışdım.
E: ıııım!
Üzünü mənə çevirdiyin də yerimdə dona qalmışdım.
S: Bir rahat dur, sevimli ərində gəlsin bir hələ!
Təəccübləndin amma məni görəndə düzünü de)).
Qəhqəhə çəkmişdi.
S: narahat olma! Məndə səbirsizlənirəm, bu gün üçün çox gözlədim!
Qapının sərt açılması ilə Renad içəri girmişdi.
R: Esmiralda?
Mənə yaxınlaşmaq istədiyin də Samuray onu durdurmuşdu.
S: Əgər bir addım daha ona yaxınlaşsan beyninə sıxaram bu silahı!.
R: Samuray əclaf nə edirsən sən? Demək yanı başımda olan düşmənim uşaqlıq dostummuş eləmi?
Samuray ona silahı doğruldub
S: Esmiraldanın qarşısında ki, stula əyləş! Bir həmlə eləmə yoxsa Esmiralda ölər!
Renad onu dinləyib qarşımda keçib əyləşmişdi.
Samuray gedib əllərini bağlamışdı arxadan.
Gəlib mənim də ağzımı açmışdı.
R: nə istəyirsən bizdən?! Nə üçün bizi bura gətirdmisən?!
Esmiraldadan nə istəyirsən?!
Yanda ki, divanda əyləşib, ayaqlarını bir birinin üzərinə aşırmışdı.
S: nç nç nç nç sus susss şşşit!
Amma çox danışırsan sən uşaq vaxtı heç belə deyildin sən.
Başı xarabdımı bu insancığın? Məsxərəyə salıb birdə gülürdü.
Birdən ciddi üz ifadəsi alıb.
S: məni dinləyin! Hər şeyi anladacam!
2013 ildə Dərya sənə sevgisini etiraf etmişdi ya? Bunu məndə bilirdim amma mən onu çox sevirdim. Səni sevdiyini bilə bilə qəlbimə köz basdım. Tə ki, siz xoşbəxt olun dedim.
Amma sən onu sevmirdin, ciddiyə belə almamışdın.
O, gündən sonra sən heç onu görmədin itirib axtarmadın belə!
O, səni çox sevdiyindən yemirdi, içmirdi, sənə olan sevgi onu günü gündən məhc edirdi.
Artıq psixi problemləri yaranmışdı.
Anası öz-özünə səninlə danışdığını. Otağının bütün divarlarını sənin şəkilinlə doldurmuşdu.
Məni görmək istəmirdi.
O sənin dərdindən xəstəlik tapmışdı!
Mən jsə onun o vəziyyətini bir dəri bir sümük qalmış vəziyyətini hər gün gördükcə,... sevdiyim qızın başqası üçün günü gündən yox olduğunu gördükcə daha pis olurdum.
Bir gün anasıgil evdə ol ayacaqdılar Dəryanın yanında olmağımı istəmişdilər.
Dəryada bundan istifadə etmişdi.
Otağına girdiyimdə Dərya yenicə özünü asmışdı, çabalayırdı.
Gəlinlik geyinmişdi, cəld ipi boğazından çıxarmışdım.
Amma artıq gecdi son nəfəsini verirdi.
D: Ren.Renad başqasını sevməsin.
S: sənə sız verirəm onun kiminləsə xoşbəxt olmasına icazə verməyəcəm.
Dedim çünki, mənim sevdiyim acı çəkərək qollarımda öldü və mən onun qanını yerdə qoya bilməzdim!
Həyatınıza bəla olaraq girdim! Esmiraldanı izləmələr, Üamiralda yuxu da sənə sarılanda məndim! Sən Renad sanmışdın.Çərçivəni aşıran! Əlinə qızğın yağ tökülməsini də mən istəmişdim Ayseldən! Ölənə qədər də demədi mənim etdiyimi bilisən niyə? Çünki, etiraf etsədə arxasında yaşlı anası və xəstə övladı vardı etiraf edərsə onları öldərəcəyimi demişdim.
Esmiraldaya dərman vermişdi Aysel o günü xatırlamamışdı yanıma necə gəldiyini! Və bu sənin qəzəblənmənə səbəb olmuşdu! Evə gizlin arxa qapıdan girmələr Aysel sağolsun o öldükdən aonrada ayağım kəsilmədi evdən.
Hər şey planlıydı yəni anlayacağınız əvvəllər ikinizdə bir birinizi sevdiynizi sanmışdım.
Sonra onu da öyrəndim ki, Renadın qisası üçünmüş.
Və sakit durun bombanı partladacam!))
Hazırsız əsasda sən Esmiralda!
Behcəti qurtarım deyə məndən kömək istəsin, qaçırtdım və onu yolda öldürtdüm! Onu aəninlə təhdid edib məktub yazdırdım Guya Renad öldürüb onu.
Ee nə deyiblər Esi?
Dənizə düşən ilana sarılar))).
Eşitdiklərim məni şoka salmışdı.
R: Şərəfsiz? ESMİRALDANIN ADINI AĞZINA ALMAA! O NƏ ETMİŞDİ AXI SƏNƏ ONDAN NƏ İSTƏDİN?
S: Sən onu sevirdin! Onun canı yanarsa sənində canın yanar dedim! Səni onun gözündən daha çox salım dedim! Sənə daha çox nifrət etsin! Sevilməyəsən istədim!
E: BEHCƏTİN NƏ GÜNAHI VARDI? HƏ MURDAR MƏXLUQ? SƏN NƏ QƏDƏR QORXAQ OLMUSAN Kİ, RENADLA ÜZ-ÜZƏ GƏLMƏYƏ QORXMUSAN ARXASINCA ŞƏRƏFSİZCƏ PLAN QURMUSAN!
Dərya öldü! İndi biz əlindəyik nə oldu? Nə etdin? Əlinə nə keçdi? Dərya gerimi gəldi? Sən xoşbəxtsən? Sən ən bədbəxt insansan!
Sən məndən daha bədbəxtsən!
S: Ee kəs səsivi?!
Mənə yaxınlaşıb, şillə çəkmişdi.
R: TOXUNMA ONAA! SƏNİ ÖLDÜRƏCƏM!!! SƏNİN ONA VURDUĞUN ƏLLƏRİNİ QIRACAM!
S: Kəsin səsivizi! İkinizdə mənim əlimdəsiniz Uğurda! Nəyə inad hələ də özünüzü şəhid edirsiz?
R: Esmiralda və Uğuru burax! Sənin dərdin mənimlədi!
S: Artıq Esmiralda bu oyundadı! O, çoxdan oyuna daxil olub !
Bu gün hər şey bitəcək!
R: nə edəcəksən hə?
S: gözləyin görəcəksiz!
İkimizdə onu izləyirdik.
Otaqdan çıxıb, əlində benzin bidonu ilə geri gəlmişdi.
R: Nə edirsən?!
Renad qışaırmışdı.
Yandıracaqdımı bizi bu Axmaq?
Samuray heç bir şey deməyib, evin hər tərəfinə benzin tökürdü.
S: öləcəksiz bu gün!
R: Esmiraldanı Burax!
E: burax bizi! Uğur körpədi daha! Yalvarıram ona bir şey olmasın.
Cibindən kibrit çıxarıb yerə atmasıyla ev alov almışdı.
Boğazım çırılacaqmışcasına qışqırmışdım.
Yerimdə çırpınırdım.
E: Burax nə olar Uğuru alım aucağıma nə olar boğulacaq tüstüdən! Yalvarıram nə olar.
R: Burax burax onu nə istirsən elə mənə burax onları!
Hönkürtüm otağı bürümüşdü.
Samuray yanıma gəlib əlimi, ayağımı açmışdı.
S: Uğuru da al çıx get!.
İpi ayaqlarımdan atıb, qaçıb Uğuru qucağıma almışdım.
Nəfəs alırdı.
Tüstü hər tərəfi bürümüşdü.
Adyalını ütünə atmışdım.
Samuray qolumdan tutub məni evdən çıxarmışdı.
E: RENAD? RENADI BURAXMADIN!
S: SƏNİ BURAXDIĞIMA ŞÜKÜR ET! UĞURA VƏ SƏNƏ YAZIĞIM GƏLDİ!
E: BU QƏDƏR DƏ İNSAFSIZ OLMA YALVARIRAM BURAX ONU! BURAAAAX!
S: ÇIX GET BURDAN! BEHCƏTİN QİSASINI DA ALMIŞ OL ! AYLARDI ONU ƏSİE SAXLAMIŞDI SƏNƏ ƏZAB VERMİŞDİ QAÇ GET BURDAN!
E: MƏN BİR İNSANAM ! GÖZ YUMA BİIMƏRƏM ONUN !
Uğuru bağçada skamyaya qoyub, içəri qaçmışdım.
E: Renaaaad? Renaad?
Samuray evdən çıxmışdı.
Mən isə qapının pəncərəsindən ayaqlarımı qaldırmış ora baxırdım.
Renad stulda eləcə oturmuş çabalayaraq, ağlayaraq gözləri ilə mənə baxırdı.
R: Esmiralda uzaqlaş burdan! Uğuru da al çıx get burdan!
E: Yox yox səni burda atıb gedə bilmərəm. Səni çıxaracam gözlə.
Ətrafıma baxınmışdım. Stul alıb əlimı qapını qırmağa çalışırdım.
Tüstü adamı boğurdu.
Yuxarıdan taxta qırılıb düşmüdü qapının önünə.
Hər tərəf alov içində idi.
E: Renaaaad? Renaaad?!
Qapının önü bağlanmışdı, çölə çıxmışdım.
Samuray kənarda durmuş keyiflə, izləyirdi.
Yanına qaçmışdım
E: yalvarıram bir şeylər et(( kömək et! Öləcək nə olar!
Yanğın söndürən çağır!
Çıxıb getmişdi, çöldən pəncərədən içəriyə baxmaq istəyirdim.
Göz yaşlarım fəlakət olmuşdu.
E: Renaaaad?! ((.
Uğuru da qucağıma alıb yerə çökmüş, hönkürürdüm.
Yaxınlıqda adamlar gəlmişdi.
Hərəsi bir tərəfə qaçırdı.
Mən isə dəli kimi yerimdə durmadan ağlayırdım.
Məndən bir şeylər soruşurdular amma eşitmirdim.
Və özümdən getmişdim.

5- il sonra
U: Ana atam görürdə hə yanına gəldiyimizi?
E: hə görür ((.
Özümü saxlaya bilməmişdim göz yaşlarım yenə sel olmuşdu.
U: ana atam heç gəlməyəcək?
Uğura sarılıb yanaqlarından öpmüşdüm.
E: o, bir daha bizimlə olmayacaq, amma hər zaman bizi izləyəcək, bizi görəcək.
Ver əlini evimizə gedək daha gecdi.

O gün, Renadı qurtarmaq mümkün olmamışdı yanğın söndürən gec gəlmişdi. Mən özümdə deyildim, yanğında boğularaq ölmüşdü.((
Samurayda gedib təslim olmuşdu.
Renad bütün mal varlığını Uğur və mənə buraxmışdı.
Bunu qəbul etməmişdim öncə daha sonra az qismini əməliyyatım üçün və özümə iş quracağım qədər qəbul etmişdim.
Qalan bütün mal varlığını kimsəsiz uşaq evinə və qocalar evinə bağışlamışdım.
Özümə gözəllik studiası açmışdım.
Özümüzə Uğurla kiçik ev tutmuşduq qalırdıq.
Geriyə heç bir mal mülk saxlamamışdım.
Uğura Renad ilə sevib evləndiyimizi bir birimizi çox sevdiyimizi, onun çox yaxşı həyat yoldaşı və çox yaxşı ata olduğunu demişdim.
Evimiz qəzadan yanmış və mən evdə olmamışam o, zaman Renad evdə olmuşdu demişdim.
Bəzən çox sual verirdi niyə şəkillərimiz bu qədər azdı.
Renadın çəkdiyi videolara baxıb üzü gülürdü.
Bəzən kədərlərnirdi, mənimdə atam yanımda olsaydı deyirdi.
O, eyni ilə görnüşdən Renada oxşayırdı.
Qara çəkici gözləri, saçlarını onun kimi edirdi.
Yanaqları, burnu, dodaqları sanki, məndən heç bir şey almamışdı.
Ona baxdıqca Renada baxdığımı sanırdım.
Bəzən də kaşki, onu bağışlasaydım deyirəm.
Amma Renaddan başqasını da sevə bilmərəm.
Heç vaxt da evlənməyəcəkdim.
Mənim qəmim, kədərim, sevgim hər şeyim Renad olmuşdu.
Mən başqası ilə xoşbəxt olmaq istəmirdim.
Mənə Renada bənzəyən, canım oğlum bəs idi.

"İnsanlar sevdiyi şeyleri mehv etmeye, sonra da
mehv etdiyi şeyleri yeniden sevmeye ve deyer
vermeye meyllidirler...

Həyat bir oyundu.
Həyatı necə yaşayacağımız, oynadığımız oyunların qaydalarına bağlıdır.
Qaydalara uyğun oynasan sənin üçün normal olar.
Qaydaları dəyişsən bəzi yerlərdə səndələyərsən.
Qaydaları pozsan bu sənə sadecə acı yaşadar.
Esmiralda isə qaydalara uymağa çalışdı amma onun qarşısında ki, həyat deyildi.
Onun qarşısında, onun həyatını almaq istəyən bir insan vardı.
Allahın oyunlarından xəbərsiz öz oyunlarını oynayanın sonu, onun öz həyatı ilə sonlandı"

SON

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 8 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri