Şirlər haqqında 10 maraqlı fakt

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 070
Səs ver:
(səs: 0)
1. Heyvanların şahı hesab edilən şir və ya aslanın kütləsi 350 kq-a çata bilər, lakin pişikkimilərin ən böyük nümayəndəsi olan şirlərin ürəyi bütün Afrika yırtıcıları arasında ən kiçiyidir (ölçü və bədən çəkisinə görə). Yeri gəlmişkən, şirlərdə beyinin ölçüsü də azdır.

2. Hələ təxminən 15 əsr əvvəl Avropa ərazisində də şirlərə rast gəlinirdi. Təəssüf ki, güc və cəsarət rəmzi olmasına baxmayaraq, insan onları amansızcasına məhv etdi.

3. Şirlər Afrikadakı ən tənbəl yırtıcılardan biri hesab olunur. Doymuş vəziyyətdə, aslanlar heç vaxt ov etməzlər. Yaxşı bəslənmiş bir aslanı yerindən yalnız isti günəş və təhlükə tərpədə bilər.

4. Dişi aslanlar sürünün bəslənməsi və sağ qalmasında böyük rol oynayır. Balaları dünyaya gətirir, bəsləyir, böyüdür və qoruyur və əsas ərzaq təminatçısıdır. Dişi aslanlar erkəklərə nisbətən daha çox ov edirlər.

5. Şirlər 2 yaşında yetkin hesab edilirlər.

6. Yetkin bir aslanın gurultusu o qədər güclüdür ki, yanındakı hava sanki titrəyir, hətta aslan gurultusunu 10 kilometr məsafədən eşitmək mümkündür.

7. Şirlər gecə tez-tez ov edirlər. Qaranlıqda görmə qabiliyyəti insandan 6-7 dəfə daha yaxşıdır.

8. Şirlər güclü bir çənəyə və 30 dişə sahibdirlər, onlar qidaları çeynəməzlər, dərhal böyük hissələrə parçalayıb udarlar.

9. Şirlər kor və çox kiçik - orta hesabla 1,5 kq çəkidə doğularlar. 7-10 gündən sonra görmə qabiliyyəti yaranır və iki həftədən sonra müstəqil hərəkət etməyə başlayırlar.

10. Şirlər haqqında əfsanələr var: 1900-cü ildə Uqandanın paytaxtı Kampaladan Hind okeanı sahilindəki Mombas limanınadək 1300 kilometrlik dəmiryolu inşa etmək planlaşdırılırdı. Klimancaro dağının ətəyində yerləşən Tsavada dəmiryolu şirlərin məskunlaşdığı ərazidən keçməli idi. Burada yaşayan şirlər bir neçə günə 28 işçini yedilər və iş bir neçə həftəliyə təxirə salındı. Sonra şirləri təqib edərək öldürdülər. Yerli sakinlərin fikrincə, qədim şah və onun arvadı şir qismində gəlmişdilər ki, öz ərazilərini qorusunlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri