Dekorasiyada rəng seçiminə dair ip ucları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 474
Səs ver:
(səs: 0)
Rənglər, məkanları qavrayış formamıza və ruh halımıza təsir edən ən mühüm amillərdən biridir. Bu üzdən nə qədər azad bir dünyagörüşü ilə evimizi dizayn etsək, rəng uyğunluğu ev dekorasiyasının ən önəmli nöqtələrindən biridir. Bunun üçün də əvvəlcə rəng harmoniyasını və təsirləri bilmək lazımdır.

Rənglərin Mənaları Nədir?
Bir məkanın rəng seçimini etmədən əvvəl rənglərin mənalarını bilmək lazımdır. Rənglər ümumiyyətlə, sarı, mavi, qırmızı, bənövşəyi, yaşıl, göy və narıncı olmaqla 7 rəngdən ibarətdir. Bu rənglər əsas və ara rənglər olmaq üzrə ikiyə ayrılır. Əsas rənglər sarı, mavi və qırmızıdır. Ara rənglər isə bu əsas rənglərin qarışığından ortaya çıxır. Qara və ağ isə günəş şüalarının əks olunma formaları ilə bağlıdır.

Günəşin rəngi olan sarı rənglər arasında ən isti olma xüsusiyyətinə sahib rəngdir. Eyni şəkildə qırmızı və narıncı da enerji verən, intensiv həyat hissi yaradan rənglər sırasındadır. Göydən bənövşəyiyə qədər uzanan rəng şkalası isə sakitlik hissi verir.

Dekorasiyada Rəng Üstünlükləri

1- Parlaq Rənglər
Evinizin rəng seçimini edərkən ilk növbədə məkanın ölçüsünə, nə məqsədlə istifadə ediləcəyini nəzərə almaq lazımdır. Eyni zamanda otağa işığın hansı yolla gedəcəyinə də diqqət etmək lazımdır. Kiçik məkanlarda tünd, neon və parlaq rənglər istifadə edilməməlidir.

2- Açıq və ya Tünd Rəng kombini
Açıq rənglər evinizi daha geniş göstərərkən, tünd rənglər daha kiçik göstərir. Zal kimi daha geniş məkanlarda iki rəng seçim edilə bilər. İki rəng istifadə adətən salonlarda televizoru divara bərkitməl o bölgənin müxtəlif rəngə boyanması şəklində tövsiyə edilir. televizrun arxasını tünd rəngə boyayaraq həm otağın havasını dəyişmiş olarsınız, həm də gözləri yormayan estetik bir görünüşə sahib olmuş olarsınız.

3- Fərqli Rənglər
Otağınızda fərqlilik yaratmaq istəyirsinizsə, kolonları fərqli rəngə boyayaraq da bunu yaratmış olarsınız. Amma kiçik otaqlarda iki rəng istifadə otağı daha kiçik göstərir.

4-Kontrast Rənglər
Kontrast rənglər isə qeyri-adi və həyəcanlı şərait yaratmağa yardımçı olur. Məkana enerji və canlılıq verir. Bənzər rəng tonlarının istifadəsi isə məkanda dəyişməz bir təsir yaradır.

5- Klassik Rənglər
Klassik rənglər ən çox rast gəldiyimiz dekorasiyalardan biridir. Klassik janr olan taxta və pastel rənglər demək olar ki, hər evdə mövcuddur. Klassik rəng dekorasiya gözü yormur və sadə, qəşəng bir görünüşə sahibdir.

6- Mərkəz Nöqtələrini Rənglə Aşkarlamaq
İndi ki müasir evlərə tətbiq olunan bir dekorasiya olan qabarıq rənglər, evinizə çox xoş bir görüntü bəxş edəcəkdir. Dekorasiya işlərinizi necə görəcək qərar verə bilmirsinizsə və müasir birisisinizsə bu dekorasiya tam sizə görə.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri