Süfrə düzəni necə olmalıdır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 880
Səs ver:
(səs: 0)
Qonaqlarınızın gözlərini qamaşdıracaq bir süfrə hazırlamaq üçün hər kəsin maraq etdiyi bir çox məqam var. İstər ailəniz istər qonaqlarınız üçün süfrə nizamı, ləzzətli ziyafətlərinizi nümayiş etdirmək üçün çox əhəmiyyətli bir detaldır.

Gördüyünüz yeməklərin ləzzəti qədər süfrənizin işıltısı ilə də dəvətlilərinizin gözlərini qamaşdırmaq üçün təkliflərimizə bir göz atın

Stəkanlar
İçki, su və ya meyvə suyu stəkanları xidmət qablarının sağ tərəfində olmalıdır.

Boşqablar
Süfrədə xidmət qabı, salat qabı, yemək qabı çörək qabı və şorba kasası kimi 4 fərqli boşqab və 1 kasa istifadə edilməlidir.

Xidmət Qabı: Ən alta böyük düz xidmət boşqabı bir digər adı supra boşqablar yığılır. Bu boşqab ilə yemək xidməti edilməz.
Yemək Qabı: Xidmət qabının üzərində yemək boşqabı gəlir. Yeməklər bu boşqabda süfrəyə verilir.
Şorba Qabı (Kasası): Sup boşqabı yemək qabının üzərinə qoyula bilər. Süfrədə servis edilir.
Salat Boşqabı: Yemək qabından daha kiçik olan bu boşqab süfrədə sağ üst hissəyə qoyurlar.
Çörək Qabı: Servis boşqabının sol üst hissəsinə yığılır. Digər boşqablara görə çox daha kiçikdir.

Bıçaqlar
Süfrədə əsas yemək bıçağı, ara isti bıçağı və soyuq bıçağı olmaq üzrə 3 ədəd bıçaq olmalıdır. Bıçaqlar sağ tərəfdə içdən xaricə doğru ilk olaraq əsas yemək bıçağı, ara isti bıçağı və ən son yemək yəni soyuq bıcağı şəklində düzülməlidir. Bıçaqların iti hissələri isə boşqaba doğru baxmalıdır.

Çəngəllər
Süfrədə əsas yemək çəngəli, ara isti çəngəli, şirin və ordövr çəngəli olmaq üzrə 4 ədəd çəngəl olmalıdır. Çəngəllər boşqabın sol tərəfində içdən xaricə doğru ilk olaraq əsas yemək çəngəli, ara isti çəngəli və soyuq çəngəli şəklində yerləşməlidir. Desert çəngəli isə xidmət qabının ən üst hissəsinə yığılır. Boşqabların yanına üçdən çox çəngəl qoyulmamalıdır. Ehtiyac varsa, o an süfrəyə gəlməlidir.

Qaşıqlar
Qaşıq, bıçağın yanında sağ tərəfdə ən kənar hissədə durmalıdır. Ancaq rəsmi dəvətlərdə xörək qaşığı boşqabın ön tərəfində digər çəngəl və bıçaqları dik dayanacaq şəkildə yerləşdirilməlidir.

Şirin qaşığı isə servis boşqablarının önünə digər çəngəl bıçaqlara dik, boşqaba parallel şəkildə dayanmalıdır.

Salfet
Salfetlər süfrələrin ən mühüm detallarından biridir. Gözəl bir görünüş baxımından parça salfetlərə üstünlük vermək lazımdır. Salfetlərdə fərqli qatlama üsullarını istifadə edərək, kənarlarına kiçik bir yazı və ya hədiyyə yerləşdirərək qonaqlarınızın rəğbətini qazana bilərsiz.

Bəzəmə
Bütün bunlardan başqa, süfrənizin ortasına balaca bir çiçək yerləşdirə bilərsiz. Amma bu çiçəyin ölçü qonaqlarınızın bir-birini görməsinə mane olmamalıdır. Bundan başqa, masa örtüyünün üzərinə kiçik süfrə bəzəkləri, rəngli daşlar və ya çiçək yarpaqları səpə bilərsiz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri