Kiçik qonaq otaqlarını necə dekorasiya etməli?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 596
Səs ver:
(səs: 0)
Çoxumuzun evində kiçik qonaq otaqları var. Kiçik evlərdə dekorasiya etmək və gözə xoş gələn məkanlar yaratmaq daha çətin ola bilər. Bu yazımızda kiçk qonaq otaqları üçün dekorasiya nümunələri və fikirləri sizləri gözləyir. Kiçik bir qonaq otağını yaxşı dizayn etmək üçün bir neçə şeyə diqqət yetirmək lazımdır.

Qadınla.com bəzi ipuclarını təqdim edir. Əvvəlcə mebellərin, əşyaların ölçüsü və sayını dəqiqləşdirin. Otağınıza bütün mebelləri sığdırmağa çalışmayın. Bəzi insanlar başqaları olmadığını düşünməsin deyə bütün dəsti otağa yerləşdirməyə çalışır. Ancaq bilmək lazımdır ki, mebel sayını azaltsanız, daha işıqlı evə sahib olacaqsınız.

İkinci məsələ isə rənglərdir. Canlı və tünd rənglər daha tez ön plana çıxır. Əgər divar və pərdələrdə canlı rənglərdən istifadə edəcəksinizsə, otağınızın daha kiçik və dar görünəcəyini əvvəlcədən nəzərə almalısınız. Arxa planda solğun və açıq rənglər istifadə edin.

Otağın mərkəzinə doğru canlı rənglərdən istifadə etməyə başlaya bilərsiniz. Beləcə, otağa bir dərinlik qazandırmaq olar və otağınız daha geniş görünə bilər.
Kiçik qonaq otaqlarını necə dekorasiya etməli?



(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri