Uşaq otağı hazırlayanlara məsləhət

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 13 780
Səs ver:
(səs: 1)
Körpəm üçün xüsusi bir otaq edəcəyəm deyə bu otaq dekorasiyalarını gərəksiz əşyalarla və uyğunlaşmasız rənglərlə doldurmayın bu körpəniz üçün yorucu ola bilər. Otağının təmasını meydana gətirən naxışları, ahəng meydana gətirəcək şəkildə təkrarlamağa diqqət edn. Ayrıca körpə otağı hazırlayarkən, hər addımınızı körpənizin təhlükəsizliyini və rahatlığını düşünərək atmanız lazımdır. Yaxşı xüsusi bir körpə otağı dekorasiyası hazırlayarkən nələrə diqqət yetirilməlidir? Gəlin mütəxəssislərinin bu mövzu haqqındakı fikirlərinə birlikdə baxaq.
Taxta deyil parket zəmin
Hər şeydən əvvəl istifadə edilən bütün vəsaitlərin, sağlam və asan təmizlənə bilər olması lazımdır. Yer döşəməsində taxta çox çirk tutduğu və də təmizliyi çətin olduğu üçün seçilməyən bir döşəmə növüdür. Çox sıx seçilən bir üsul olan xalça örtmək də körpə və uşaqlar üçün bəzi qorxular doğura bilər. Çünki xalça toz və mikroorqanizmlərin yuvası halına çevrilərək, mikrobik və allergik problemlərə gətirib çıxarar.
Metal yuxusunu qaçırar
Edilən araşdırmalar, metal vəsaitlərin maqnetik sahə çıxararaq, insan orqanizmini mənfi istiqamətdə təsir etdiyini göstərir. Metal, körpənin də özünü yorğun hiss etməsinə və buna bağlı olaraq yuxu nizamsızlıqlarına səbəb olar. Bu səbəblə, kiçiyinizin otağında böyük metal mebellər saxlamayın.
Şimalda pəncərəli bir otaq
Edilən araşdırmalara görə ideal bir körpə otağının 12-15 kvadrat metr və ən az bir pəncərəli olması lazımdır. İçəri günəş girməyən və hava dəyişməsi olmayan otaqlar, körpənin sağlamlığı üçün uyğun deyil. Eyni zamanda otağının evin şimal şərqində və ya şimal qərbində olması da digər təkliflər arasında iştirak edir. Beləcə otaq, günün ən fərah saatlarında (günəş doğularkən və batarkən) günəş görə bilər.
Ağ işıqlı kiçik çilçıraq seçin
Otağının işıqlandırılması da çox əhəmiyyətlidir. Əvvəlcə hava alan və günəş işığı girən bir otaq olması lazımdır. Hər nə qədər tətbiqi çətin olsa da, evdəki işıq qaynaqlarının otağının tam ortasında olmaması yaxşı olar. İşığın tavan və ya divarlar vasitəsiylə əks olunmaması da əhəmiyyətlidir.
Pastel rənglər sakitləşdirər
İndiki vaxtda çox körpə otağında istifadə edilən pastel rənglər, ən ideal olanlarıdır. Mavi ya da yaşıl kimi soyuq rənglər, sakitləşdirici bir təsirə sahibdir. Eyni zamanda ağcaqanadları da uzaq tutar! Tünd rəng boyalar, otağı kiçik göstərər. Açıq rənglərsə otağa fərahlıq verər.
Tərcümə etdi:Aytən Mələk
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 13 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri