Xüsusi Süfrə Necə Hazırlanır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 11 814
Səs ver:
(səs: 2)
Sevgiliniz üçün və ya rəfiqəniz üçün çox xüsusi bir süfrə qurmaq istəyirsiniz ? Madam çox xüsusi bir gecə yaşatmaq istəyirsiniz o zaman bu təkliflərimizi oxuyun !
1. Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşlarını, yaşadıqları yeri, sağlamlıq vəziyyətlərini və hətta cinsiyyətlərini belə düşünün.
2. Yemək siyahısında mümkün olduğunca həzmə ağırlıq verəcək yeməkləri istifadə etməyin.
3. Bir yemək siyahısında iki souslu və ya bir-birinə bənzəyən iki yemək və bir-birinə bənzəyən adlar olmasın.
4. Bir kral süfrəsi ilə ailə süfrəsi arasındakı fərq yemək dəstələrinin lüks olmasıdır. Ancaq yemək qaydaları eynidir.
5. Süfrəyə üç dəstədən çox bıçaq, çəngəl qoymayın. Ancaq stəkanlar dörd ədəd ola bilər.
6. Qonaq olan süfrədə hər yemək öz dəstiylə yeyilməlidir və hər yeməkdə çəngəl, bıçaq və qab dəyişməlidir.
7. Soyuq yemək soyuq qabda, isti yemək isidilmiş qabda verilməlidir.
8. Çəngəlləri istifadə sırasına görə, iti tərəfi havaya qalxılı olaraq  yerləşdirilər.
9. Bıçaqlar iti tərəfi qaba dönük olaraq, qabın sağına yerləşdirilərlər. Yalnız şirniyyat  bıçaqı qabın önünə, sapı sağda qalacaq şəkildə və çörək bıçaqı da çörək qabının üzərində sağ kənarında istifadə edilər.
10. Stəkanlar hər vaxt sağda dayanarlar.
11. Qaşıqlar oyuq qisimi havaya baxar şəkildə və qabın sağında, bıçağın sağına yerləşdirilər. Şirniyyat qaşığı istifadə ediləcəksə yemək bıçağı qaldırılır yerinə şirniyyat biçağı qoyulur.
12. Çiçəklər, Şamdan vs. qonaqların bir-birlərini görmələrinə maneə törədəcək şəkildə qyulmamalıdır.
13. Duzqabı və istiotqabı, sirniyyat çəngəli bıçağının arxasında, masanın ortasına yaxın qoyulmalıdır
14. Xardal, ketçup, mayonez əvvəldən süfrəyə qoyulmaz. Əgər bunların istifadə ediləcəkləri yemək varsa o yeməklə birlikdə süfrəyə gətirilər.
15. Əllə yeyilməsi zərurət tələb edən yeməklərdə əl qabı əlavə edilməlidir. İçində yarısına qədər ilıq su və bir dilim limon olmalıdır. Sol tərəf çəngəlin önünə qoyular.
16. Meyvə üçün əl qabı əlavə ediləcəksə içində su soyuq olmalı və yenə bir dilim limon qoyulmalıdır. Mümkünsə içinə 3-4 gül, qərənfil vs. yarpağı qoyular.
17. Əl qabı verilməyəcəksə, xüsusilə əllə yeyilən yeməklərdən sonra yüngül sabunlu və qoxulu əl bezi verilməlidir.
18. Bəzi yeməklərin yeyilməyən qisimləri, sümüklər üçün yemək qabının sol önünə bir sümük qabı qoyulmalıdır.
19. İki adamın çiyininin arasındakı boşluq hədəf alınar şəkildə süfrədə hər iki adama bir siqaret qabı qoyulmalıdır
20. Yemək masası üçün ən uyğun çiçək şəkli basıq çiçək şəklidir.  Qonaqlarının önünə masanın ortasına doğru qoyulmalıdır.
21. Qonaqların rahatca yemək yeyə bilmələri üçün hər adama 60 sm yer olmalıdır.
22. Salfetlər süfrəyə mümkün olduğunca sadə şəkildə qoyular. Şəkilli qatlamalar doğru deyil.
23. Evin xanımı yemək xidmətini, evin bəyi içki xidmətini etməlidir.
24. Çirkli dəstlər sağdan alınar və yerinə təmizləri yenə sağdan süfrəyə qoyular. Bunların içindən yalnız əl qabı, çörək və salat  qabı soldan alınar və soldan qoyular.
25. Yeməkdən əvvəl içki xidmətini edilər.
26. Yeməyə şorba ilə başlanacaqsa içki xidməti etməyin. Şorba bitdikdən sonra içki xidmətinə başlaya bilərsiniz.
27. Qarniturlar və souslar ayrı xidmət edildiyi üçün soldan verilməlidir.
28. Əvvəl yüngül şərablar, sonra qüvvətli şərablar verilməlidir.
29. Süfrədə xəstəlik səbəbiylə ya da xüsusi səbəblərlə içki işməyən qonaqlar üçün spirtsiz içki və meyvə şirəsi saxlanılmalıdır.
30. Süfrədə xəstəlik səbəbiylə, xüsusi səbəblərlə ya da inanclar səbəbiylə hər şeyi yeyə bilməyən qonaqları çətin vəziyyətdə buraxmayan yeməklər olmamalıdır.
31. Qonaq çox olan ziyafət süfrəsində əllə yeyilən yeməklər verilməz.
32. Ziyafət süfrəsində yeyilməsi çətin olan yeməklər ya da sarımsaqlı yeməklər verilməz.

Tərcümə Etd:
NİGAR_CAVAD

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 11 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri