Yeni ildə ev dekorasiyasında nələrin trend olacağını bilirsiniz?
Meymun
ilində ən populyar rənglərdən biri sarı olacaq. Otağın divarlarından
birini sarıya boyaya bilər və ya sarı rəngli ev əşyaları, aksessuarlar
ala bilərsiniz.
Sarı rəngi açıq rənglərlə uyğunlaşdırmaq tövsiyə edilir.
İlin trendlərindən biri də qəhvəyi rəng olacaq. Divan-kreslo dəstlərini, yataq dəstini bu rəngdə seçə bilərsiniz.
Evi
yüksək əhval-ruhiyyə ilə dolduran bənövşəyi, lavanda və solğun çəhrayı
rəng də ən çox istifadə edilən çalarlar arasında olacaq.
İnteryerdə
qış fəslinə yaraşan, insanın ürəyini qızdıran narıncı rəngdən də
istifadə edə bilərsiniz. Narıncı rəngi bej və boz rənglə uyğunlaşdırın.
İlin trendlərinə uyğun olaraq salonu və yataq otağını gümüşü güzgülər, güldanlar, şamdanlar və digər aksessuarlarla bəzəyin.