Evlərdə bahar şənliyi

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 2 938
Səs ver:
(səs: 3)
Hər tərəf yaşıllaşmağa, günəşin isti şüaları pəncərələrdən otaqlara süzülməyə başlayıbsa, deməli, evin içində də yaz dəyişikliyi etməyin vaxtı çatıb. Odur ki, dəyişikliyə pəncərələri taybatay açıb qalın pərdələri nazikləri ilə əvəz etməkdən başlaya bilərik. Başqa nə edərək yaz təravətini, bahar nəfəsini evdə hiss etmək olar?
 
İnteryeri yaz əhvalına uyğun dizayn etməklə evin aurasını canlandırmaq olar. Bütün evi dəyişdirmək mümkün olmasa belə, ən azı bir otağı yeniləmək öz əlinizdədir. Bu yenilik sizə hər gün zövq verib yeni duyğular aşılayacaq.
 
Narahat olmaq lazım deyil. Ev mühitini bahar havasına kökləmək üçün elə böyük vəsait xərcləməyə ehtiyac da yoxdur. Dekorativ aksessuarların köməyi ilə evi tamamilə dəyişmək həm xərcsiz, həm də asandır.
 
Əvvəlcə, evdə qış dekorlarını, məsələn, qalın, yun örtükləri və xalçaları yığışdırın. Sonra qalın pərdələri daha nazik, əlvan güllü variantları ilə dəyişin. Üstü flora ornamentləri ilə işlənmiş yarımşəffaf tüllər bahar dekorasiyası üçün ən gözəl seçimdir. Bahar interyerində ən əsas məqam yüngüllük, təbii parçalardan, təbii çiçək və tematik naxışlardan istifadədir. Ağır divan-kreslo örtüklərini satin örtüklə əvəz etmək olar. Xalçaların əvəzinə yeri həsir xalı və ya kiçik xalçalarla döşəyin. Bir sözlə, qalın və tünd parçaların yerini pastel çalarları və təbii rəngli pambıq, həmçinin rahat və zəngin rəngli parçalar alır.
 
Yaz dekoru ilə təbiətdə baş verən hadisələr ahəng təşkil etməlidir. Bahar interyerində ən çox füruzəyi, mavi, sarı, ağ və limon, yasəmən, şaftalı və mərcanı, çəhrayı və zeytun yaşılı istifadə edilməlidir. Bundan başqa, bəzən tərtibatda nanə, boz və sədəf rənglərinə də üstünlük vermək olar.
 
Bahar dekorasiyasını tamamlayan ən vacib detal güllərdir. Masaların üstünü güldan və təravətli çiçəklərlə doldurun. Gülü imkan daxilində tez-tez dəyişmək lazımdır ki, otaqdan gözəl qoxular gəlsin. Yaxud da rəflərdə və taxçalarda yasəmən, limon və ya nanə ətirli şamlar yerləşdirin.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri