Yataq otağınızı daha intimual hala gətirin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 852
Səs ver:
(səs: 1)

Əlaqənizi rəngləndirmək üçün yataq otağınızı bir eşq cənnətinə çevirməlisiniz. Necə? Budur üsulları…

Yoldaşınızla cinsi həyatınıza rəng qatmaq, yataq otağınızın cazibəsi ilə də bağlıdır. Yataq otağınızı necə daha intimual hala gətirə bilərsiniz? Eşq və intim çağırışlı bir yataq otağı hazırlayaraq, onu kiçik və praktik toxunuşlarla gözəlləşdirərək gerçək arzularınıza qovuşa bilərsiniz.

Dekoratif toxunuşlar
Eşq yuvanızı daha intimual hala gətirmək üçün, yataq otağınızı isti rənglər və dəbdəbəli parçalarla canlandıra bilərsiniz. Nə də olsa rənglər hər vaxt romans yaradar! Otağınızın divarlarına təbii bir rəngə boyaya bilərsiniz. Açıq qəhvərəngi, krem, yaşıl kimi… Sonra qırmızı, egzotik bənövşəyi kimi təəccüblü bir rənglə canlılıq qatmalısınız. Necə şəkilləndirəcəyiniz sizin qabiliyyətinizə qalmışdır! Qırmızını sevirsinizsə, lakin dörd divarda qırmızı olmasını istəmirsinizsə, yalnız tək bir divarı qırmızıya rəngləyərək fərqlilik edin.

Parlaq işıqları tərk edin
Yataq otağınığın atmosferini dəyişdirmək üçün işıqlandırmağa əhəmiyyət verməlisiniz. Bir dəfə ən sürətli həll, tavan lampasını ləğv etməkdir. Tavandan birbaşa və sərt bir şəkildə parlayan işıqla eşq otağınız çox pis görünər. Bir abajur ya da işığı tavana əks etdirən ayaqlı lampanı seçin. Ancaq, lampanızda işıq miqdarını azaldıb çoxaltmanızı təmin edəcək nizam düyməsi mütləq olmalıdır. Az işıqla özünüzü intim rejiminə salmaq  daha asan olacaq. Yataq otağınızda masanız varsa, üzərinə lazımlı vəziyyətlərdə dövrəyə salmaq üzrə şamlar qoyun. Şamları yandırdığınız zamanlarda sevdiyinizlə ehtiraslı bir gecə üçün mesaj vermiş ola bilərsiniz!

Əhəmiyyətli vəsaitlər

Bəzi dekorasiyaçılar yataq otaqlarında ipək və dəbdəbəli vəsaitləri istifadə etməyi sevərlər. Dəbdəbəli yataq başı, məxmər saçaqlı pərdə kimi seçkilər, yataq otağının cazibəsini aparar. Əgər dekorasiya mövzusunda bir professionaldan kömək götürəcəksinizsə, bu vəziyyəti göz qarşısında saxlayaraq onu istiqamətləndirin.
Divara yoldaşınızla sizə aid erotizm çağrışımlı fotoşəkillərinizi asmanız faydalı ola bilər. Ya da sizə daha gözəl bir təklif verim: Eşq və erotizm çağrışımlı böyük bir şəkil yataq otağının divarında heç də pis olmaz! Şəkil qabiliyyətiniz varsa siz çəkə bilər, yoxsa da qabiliyyətli bir yoldaşınızdan kömək ala bilərsiniz.
Ən son toxunuşunuz da şokolad, meyvələr, qırmızı çiçəklər və şamlarla dolu böyük bir nimçəni yataq otağınıza qoymaq olmalıdır. Bu, yataq otağınızı bir eşq cənnətinə çevirəcək.

Televizora yox deyin!
Yataq otağında televizor saxlamaq çox  doğru olmaz. Hər axşam bir seriala bağlanarkən ,yatmaq bir təkrar hala çevrilə bilər sizin üçün.
Amma intim film izləmək əlbəttə yoldaşınızla aranızdakı intim əlaqəsini odlamaqda faydalıdır. Ancaq bu film izləmə işi evinizin salonunda etmək, həm bəzən sevişmələri evin yataq otağından çölə çıxarmaq daha əyləncəli olar. Yataq otaqları rahatlama və dinclik anları ilə romantikliyin yaşandığı yerlərdir. Yatağa gəldiyinizdə seriala baxacağınıza deyil, dinclik tapmağa, yatmağa ya da sevişməyə gəldiyinizi bilməlisiniz. Yataq otağınız daim xüsusi bir yer olmalıdır!


/Mənbə:Qadınlar.biz/

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 9 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri