Azərbaycan müstəqil respublikadır - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 214
Səs ver:
(səs: 0)
Vətən! Bu kəlmə təmiz ürəklər qədər safdır, pakdır, müqəddəsdir. Bu deyim sevənlərin gözləri tək safdır, təmizdir, aydan arı, sudan durudur. Bu söz ana südü kimi şirindir, ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.

Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodaqlarından qopub?! Doğulub boya-başa çatdığımız torpaq, doğma yurd, doğma od-ocaq yeri barədə deyilən «vətən» kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss etmişik, özümüz duymuşuq. Müqəddəs bir varlığa - anaya olan məhəbbətimizi ona da şamil etmişik, ona da ana demişik:

Ana Vətən! Azərbaycan! Odlar yurdu! Odlar ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Azərbaycan! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan, sözü qalan «qoca Şərqin qapısı», Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar,

Sabirlər, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.

1918-ci ilin bir yaz günündə Azərbaycan torpağında istiqlal günəşi parladı - 28 May günəşi. Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Müstəqil dövlətimizin ilk hökumətini qurmaq Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci ilin iyununda Azərbaycan hökuməti Tiflisdən Gəncəyə, sentyabrın 15-də isə Bakıya köçürüldü. Təəssüf ki, Azərbaycan üzərində müstəqillik günəşinin parlaması yalnız 23 ay çəkdi. Rusiya imperiyasının Bakı neftinə olan marağı Azərbaycanın işğal edilərək «qırmızı imperiya»ya ilhaq olunmasına səbəb oldu.

Yetmiş il imperiya əsarətində qaldıq. Böyük qardaş dediyimiz Rusiya sərvətlərimizə sahib, canımıza qənim çıxdı.

Əzildik, amma şükürlər olsun ki, üzülmədik. Yetmiş ildən sonra, nəhayət ki, yenidən istiqlala qovuşaraq üçrəngli bayrağımızı başımız üzərinə qaldırdıq.

Bu istiqlal və azadlıq bizə heç də ucuz başa gəlmədi. 20 Yanvar... Qarabağ... Xocalı... Nə qədər gözəl və qeyrətli oğlanlarımızı, erkək tinətli qızlarımızı itirdik. Nə qədər vətən övladı azadlığımızın şəhidi oldu, ölümü ilə ölümsüzlük qazandı. Doğma diyarımızın beşdən bir hissəsini Rusiyanın üzərimizə qısqırdığı erməni tapdağına verdik, bir milyon soydaşımız doğma yurdundan qovulub didərgin salındı.

Əzilmişik, lakin sınmamışıq. Çox tezliklə Türk oğlu hayqıraraq ayağa qalxacaq, mənfur düşməndən tökülən günahsız qanların intiqamını alacaqdır. Biz həmin günlərin sorağı ilə bütün əzablara qatlanır, həmin anların qələbə yaşamı ilə, xalqımızın, müzəffər gücünə arxayın bir ümidlə nəfəs alırıq. İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi daha parlaq işıq saçaraq, gələcək nəsillərə ərməğan olacaqdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri