Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır. - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 999
Səs ver:
(səs: 0)
Ulu öndərimiz Azərbaycan gənclərinə xitabiən deyirdi ki, sizin qarşınızda çox böyük vəzifələr durur,qarşınızda çox böyük yol var, yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Heydər Əliyev hər bir Azərbaycan gəncinin həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli olduğunu daima vurğulayırdı.

Ulu öndərimiz qeyd edirdi ki, hər bir gəncimiz öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir. Ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Mərhum prezidentimiz gənclərin aparıcı qüwə olduğunu vurğulayaraq qeyd edirdi ki, bu sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, vətəndə, ölkədə öz vəzifəsini layiqincə yerinə yetirməyə çalışmalıdır.

Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Qeyd etmək lazımdır ki, vətənpərvərlik məfhumu özündə bütün yüksək insani keyfiyyətləri əks etdirir. Belə ki, vətənpərvər olan şəxs vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.

Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni, torpağı, xalqımızı, dilimizi, dinimizi, milli ənənələrimizi sevməlidir.

Gənclərin qarşısında duran vəzifələrin böyüklüyünü vurğulayaq Ulu öndərimiz qeyd edirdi ki, gərək gənclərimiz həyatımızın bu çətinliklərinə baxmayaraq, təhsillənsinlər. Gənclər müstəqil bilik almalıdırlar. Təhsillənməlidirlər. Onlar xalqımızın milli ənənələri, milli- mənəvi dəyərləri əsasında tərbiyələnməlidirlər.

Bu gün müstəqil respublikamız Azərbaycan çox çətin dövr yaşayır. Ölkəmizdə ölkədaxili siyasət və quruculuq işləri layiqincə aparılır. Elmimiz, təhsilimiz və səhiyyəmiz ölkə başçısı tərəfindən diqqət mərkəzindədir. Xarici siyasətdə də davamlı işlər görülür, lakin Azəribaycanımızın Qarabağ kimi böyük bir dərdi, yarası vardır. Torpaqlarımızın 20% -dən çoxu işğal altındadır, milyondan çox insanlarımız doğma elindən, obasından didərgin salınmışdır. Bu gün Azərbaycan vətəndaşının üzərində böyük yük vardır. işğal altında olan torpaqlarımızın, əsirlikdə olan ana-bacılarımızın qurtuluşu Azərbaycan gənclərinin əlindədir. Bu mərd, qeyrətli gənclərimiz Ali Baş Komandanımızın səyi ilə darda olan torpaqlarımızı, əsirlərimizi xilas edəcəklər. Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq! Bu nida hər bir Azərbaycanlının qəlbinin sədasıdır.

Torpaqlarımızın düşmən tapdaqlarından azad olunması üçün Azərbaycan xalqına düşünən beyinlər, qüvvətli ordu, qeyrətli Ali Baş Komandan lazımdır. Bütün bunlar azdır. Bu gün Qarabağın sülh yolu ilə azad olunması üçün dövlətimiz hər cür danışıqlara getməyə razıdır lakin təcavüzkar ermənilər hər vasitə ilə sülh danışıqlarından yayınmağa, onu yubatmağa çalışırlar.

BMT-nin çıxardığı qətnamələri yerinə yetirməkdən yayınırlar. Ermənilərin tutduğu belə qeyri-ciddi mövqeyin sonu yoxdur. Sülh danışıqları baş tutmayacağı təqdirdə xalqımız bir nəfər kimi səfərbər olub torpaqlarımızı mənfur erməni tapdağından azad etməyə hazırdır. illərlə davam edən bu haqsız savaşda millətimiz minlərlə oğul və qızlarını vətən uğrunda qurban verdi. Mübarizlər, Fəridlər, Salatınlar, Gültəkinlər, Samirlər, llqarlar, Əhmədlər və bir çox oğul və qızlarımız qartal kimi düşmən üzərinə şığıdılar.

Bu gün düşməni torpağımızdan rədd etmək üçün qüdrətli ordumuz, müasir hərbi texnikamız var. Ölkəmizin iqdisadi qüdrəti artdıqca ordumuz da güclənir. Ordumuza büdcədən ayrılan vəsait də ilbəil artır. Ordumuza yaxşı təlim keçmiş, qüvvətli, savadlı gənc kadrlar cəlb olunur.

Dünya miqyasında Azərbaycanın öz sözünü deməsi, beynəlxalq miqyasda onun haqq mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə nifrətin artması göstərir ki, Qarabağ torpağı düşmən tapdağından azad olunacaq. Yüksək intellektə malik, təhsilli, qeyrətli, vətənə sədaqətli, millətini sevən gənclərimiz Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirmək uğrunda mübarizələrini əsirgəməyəcək.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri