Azərbaycan - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 413
Səs ver:
(səs: 0)
Doğma ölkəyə sevgi - ətrafımızdakı hər şeyə, nəfəs aldığımız havaya, bizi əhatə edən gözəl insanlara sevgidir. Mən Bakıda doğulub böyümüşəm, buna görə də mənim yaşadığım şəhər və respublika, mənim üçün çox qiymətlidir. Mümkün deyil ki, uşaqlıqda böyüdüyün və qalan ömrünü yaşayacağın doğma ölkəni sevməyəsən.

Mən öz ölkəmi mavi Xəzəri ilə, ağbaşlı Kəpəz zirvəsi, incə, zümrüd Araz vadisi ilə, hüdudsuz düzənlikləri, eninə uzanan həmişə yaşıl meşələri, bol balıqlı iti axan çayları, ən gözəli mirvari gözlü Göygöl olan mavi gölləri ilə birlikdə sevirəm. Bu əsrarəngiz diyara Yer kürəsinin bütün iqlim qurşaqlan - subtropik meşələrdən tutmuş daimi qar və buzlaqlara qədər hamısı var. Təbiət öz nemətlərini bu torpağa əsirgəmədən vermişdir. Azərbaycanın ən böyük sərvəti onun torpaqlarının təkində yerləşmişdir. Bu barədə qədim yunan coğrafiyaçısı Strabon belə yazmışdır. Bu, torpağın təkindəki gizli quyu anbarlarda daldalanmış, özünügizlətmiş ecazkar qaynar yağ - neft idi. Bu günlərdə Bakının neft mədənləri bütün dünyada məşhurdur. Azərbaycan nefti emal edilərək ondan dərmandan tutmuş benzinə qədər yüzlərlə qiymətli məhsul alınır. Yəqin ki, torpağının təkində yanan qaynar yağ - neft olduğuna və şölələnib yandığına görə Azərbaycanı qədimdən bəri Odlar yurdu adlandırmışlar.

Bəlkə də ola bilər ki, ona görə odlar yurdu adlandırmışlar ki, bu ölkədə il boyu parlaq günəş şəfəqləri olur. Bəlkə də ona görə ki, burada yaşayan xalqın əməksevərliyi, qonaqpərvərliyi, zəkalılığı və istiqanlılığına görə bu torpağı «Odlar yurdu» adlandırmışlar.

Azərbaycan xalqının tarixi onun azadlıq və xoşbəxtlik uğrunda mübarizəsinin tarixidir. Bu xalqın mübarizəsi, qəhrəmanlığı barədə Nizami, Füzuli, Nəsimi və Vaqif kimi məşhur yazarlarımız öz əsərlərində geniş bəhs etmişlər. Humanist Azərbaycan poeziyasının kökündə qüdrətli şəxsiyyət Nizaminin yaradıcılığı dayanır. Azərbaycan yazarlarının əsərləri onlarla, yüzlərlə xarici dilə tərcümə edilir. Nyu-Yorkun, Parisin, Filodelfiyanın konsert zallarında Üzeyir Hacıbəyovun, Qara Qarayevin musiqisi səsləndirilir.

Azərbaycan mahnılarının ən yaxşı ifaçıları Yer kürəsinin hər yerində tanınırlar. Azərbaycan müğənniləri İtaliyada, Türkiyədə, Norveçdə və dünyanın bir çox başqa ölkələrində alqışlanmışlar. Azərbaycan rəssamlarının ən yaxşı rəsm əsərləri dünyanın bir çox beynəlxalq sərgilərində nüfuzlu mükafatlarına layiq görülmüşlər. Ana vətən gözəldir!

Heyranedici dəbdəbəli arxitektura abidələri öz gözəlliyi ilə adamı heyrətə salır. Memarlıq möcüzələrini yaradan qədim Abşeron ustalarının əlində, daş əsas tikinti vasitəsi olmuşdur. Bu möcüzələrdən biri də Şirvanşahlar saray kompleksidir. Köhnə Bakının ən gözəl və möhtəşəm memarlıq abidəsi, əsrlər boyu davam gətirmiş - Qız qalasıdır. Atəşpərəstlik məbədi, Ramanıda və Mərdəkanda qüllə, tək gözətçi məntəqələri, həm də möhkəm müdafiə dayaqları idi. Bizim müasirlərimiz, Qobustan qaya rəsmlərindəki yazıları bir neçə min il əvvələ aid edirlər. Şəki ustaları divar və taxta oyma naxışları ilə öz adlarını qızıl yazılarla əbədiləşmişlər. Bakıda və Nizami muzeyi, Elmlər Akademiyası, Opera və balet teatrı, Azərbaycan xalçaçılıq muzeyi və digər çoxlu yeni binalar da inşa edilib. Bakı buxtası boyunca bir neçə kilometr uzanan sahilyanı Milli park doğma paytaxtımızın digər görməli yerlərindəndir. Onun yaşıllıq və fontanları, orada dincələn minlərlə insanı bərk istilərdən qoruyur. Hündür təpəliyi örtən dağüstü parkdan baxanda Bakı buxtası və bütün şəhərin canlı mənzərəsi görünür. Bakı ən gözəl şəhərlərdən biri kimi, inkişaf edir və şəhərdə yeni tikililər inşa edilir. Yeni tikililər, əvvəlki Bakının sərhədlərini çoxdan aşıb və köhnə məhəllələrin görünüşünü tanınmaz hala gətirib. Yeni tikililərə, kafelərə, maqazinlərə, mehmanxanalara, kinoteatr və saysız fontanlara baxanda Azərbaycan xalqının rahatlığı üçün nələr edildiyinə bir daha əmin olursan. İbrətamiz keçmişinə diqqət yetirəndə, şan-şərəfli bu gününə və gələcəyinə baxanda Azərbaycanı sevməyə bilməzsən. Mən öz ölkəmi qiymətləndirirəm və onunla fəxr edirəm. ö z ölkəm haqqında danışanda mən sevinc, yüksəklərə qalxma, fəxr hissi keçirirəm və böyüyəndə çalışacağam ki, doğma sevimli Azərbaycanın gələcəyi və çiçəklənməsi üçün nəsə edim.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri