A.Səhhətin "Yay səhəri" şerinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1618
Səs ver:
(səs: 0)
Dərin məzmunlu, bədii cəhətdən sanballı əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən istedadlı qələm sahiblərindən biri də Abbas Səhhətdir. A.Səhhət ixtisasca həkim olsa da, uşaqları mənəvi-əxlaqi cəhətdən tərbiyələndirən, onlarda güclü vətənpərvərlik hissləri oyadan çoxlu şeirlər qələmə almışdır. Elə bu kimi cəhətlərinə görədir ki, onun şeirləri oxucular tərəfindən həvəslə mütaliə edilir.

Abbas Səhhətin oxucularda böyük maraq oyadan əsərlərindən biri də «Yay səhəri» şeiridir. Təbiət mövzusunda qələmə alınan şeir həcmcə kiçik olsa da, böyük təsir gücünə malikdir. Burada gözəl yay səhəri və yaylaq həyatı şirin dillə təsvir edilir. Müəllif sanki şahidi olduğu, gözlə görüb heyran qaldığı, müşahidələr apardığı təbiət mənzərəsini rəssam fırçası ilə tabloya köçürmüşdür. Şair yay səhərinin məftunedici gözəlliyini daha təsirli nəzərə çatdırmaq üçün şeirin elə ilk misralarındaca bənzətmələrə müraciət edir, şəfəqin qırmızı rəngiylə işıqlanan üfüqi od tutub yanan atəşə bənzədir:

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.


Yaylaqda yay səhəri açılır. Hələ sübh tezdən olduğundan hava isinməyib, gecədən əsən xəfif meh adamı azca üşüdür. Göy çəmənin üstünə düşən şeh də hələ qurumayıb. Dağların başından göyün üzünə tərəf ağ duman ucalır, adamda elə təsəvvür yaranır ki, bu dağlar səma ilə birləşib.

A.Səhhət əsərdə yalnız təbiət hadisələrini təsvir etməklə kifayətlənmir. Şeiri oxuyanda hiss edirsən ki, müəllif yaylaq həyatına, burada insanların məişətinə, həyat tərzinə yaxından bələddir. Şair təsvir edir ki, yayı yaylaqda keçirən kəndlilər yuxudan Günəşlə birgə oyanmağa adət etmişlər. Onları qarşıda qayğılı bir gün gözləyir. Çoban çaydan uzaq yerdə, dağın döşündə ocaq qalayıb, sürüsünü yaylaqda otlamağa səsləyir. Kəndlilərin bəziləri çölə, bəziləri bağa işləməyə gedirlər.

Beləcə, yaylaqda gözəl bir yay səhəri açılır. Məftunedici, qoyunquzunu otlağa, insanları işləməyə çağıran yay səhəri. Bu yay səhərinin cəlbediciliyi yalnız təbiətin gözəlliyi ilə bağlı deyildir. Səhərin açılması ilə eyni vaxtda yaylaqda həyat da canlanır. Şeirin belə sonluqla tamamlanması təsadüfi deyildir. Təbiətlə insanı vəhdətdə təsvir edən şair təbiəti məhz insanın rövnəqləndirdiyini nəzərə çarpdırmaq istəmişdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri